Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 167. Ayet:
Tabe olanlar isə belə deyəcəklər: “Əgər dünyaya qayıtmaq əlimizdə olsaydı, onlar (indi) bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşardıq”. Beləcə, Allah onlara əməllərini peşmançılıqlarının səbəbi kimi göstərəcək və onlar cəhənnəmdən çıxa bilməyəcəklər....
Ali-İmran Suresi, 179. Ayet:
Allah pisi yaxşıdan ayırana qədər, möminləri, (indi) olduğunuz vəziyyətdə qoyası deyil. Allah sizə qeybi də bildirən deyildir. Lakin Allah, Öz peyğəmbərlərindən dilədiyi kimsəni seçər. Elə isə Allaha və Onun peyğəmbərlərinə iman gətirin! Əgər iman gətirib müttəqi olsanız, sizin üçün böyük bir mükafat vardır. (Təfsirlərdə qeyd edildiyinə görə, bu ayənin nazil olma səbəbi, kafirlərin Həzrət Peyğəmbərə (s.ə.s.): “Ey Mühəmməd! Bizdən kimin iman gətirib-gətirmədiyini bizə xəbər ver!” - demələridir.)...
İbrahim Suresi, 21. Ayet:
Onların hamısı (axirətdə) Allahın hüzuruna çıxacaq və zəiflər təkəbbürlənənlərə deyəcəklər: “Biz sizə tabe olmuşduq. Bəs indi siz Allahın əzabından hər hansı bir şeyi bizdən dəf edə bilərsinizmi?” Onlar isə belə deyəcəklər: “Əgər Allah bizə doğru yolu göstərsəydi, biz də sizə doğru yolu göstərərdik.
(İndi)
ağlayıb-sızlasaq da, səbir etsək də, bizim üçün birdir. Bizim üçün heç bir sığınacaq yoxdur”....
Hud Suresi, 38. Ayet:
(Nuh) gəmini düzəldir, ümmətinin əyan-əşrafı isə yanından ötüb-keçdikcə onu məsxərəyə qoyurdular. (Nuh) onlara deyirdi: “Əgər (indi) siz bizi məsxərəyə qoyursunuzsa, biz də (Allahın əzabı gəldikdə) sizi siz bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyacağıq....
Ali-İmran Suresi, 179. Ayet:
Allah pisi yaxşıdan (münafiqi mömindən) ayırmaq üçün möminləri sizin (indi) olduğunuz vəziyyətdə qoyan deyildir. Allah sizə qeybi də bildirən deyildir. Lakin, Allah öz peyğəmbərlərindən istədiyi şəxsi seçər (ona qeybdən bəzi şeylər bildirər). Buna görə də Allaha və Onun peyğəmbərlərinə inanın. Əgər inanıb Allahdan qorxsanız, sizi böyük bir mükafat gözləyir!...
Mömin Suresi, 4. Ayet:
Allahın ayələri barəsində ancaq kafirlər mübahisə edər. (Ya Peyğəmbər!) Onların (indi) şəhərlərdə gəzib-dolaşmaları (ticarətdən böyük mənfəət əldə etmələri, cah-calal içində yaşamaları) səni aldatmasın! (Son mənzilləri mütləq Cəhənnəmdir!)...
Taha Suresi, 128. Ayet:
Məgər (kafirlərə) bəlli olmadımı ki, Biz onlardan əvvəl (indi) məskənlərində gəzib dolandıqları neçə-neçə nəsilləri məhv etdik? Həqiqətən, bunda (keçmiş ümmətlərin giriftar olduğu müsibət və fəlakətlərdə) ağıl sahibləri üçün ibrətlər vardır!...
Ənam Suresi, 89. Ayet:
Onlar Bizim kitab, hökm və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər (indi) bunlar (Qüreyş müşrikləri və başqa kafirlər) bu dəlilləri dansalar, Biz onlara həmin dəlilləri inkar etməyən bir tayfanı müvəkkil edərik (onların yerinə dəlillərimizi inkar etməyəcək bir zümrə gətirərik)....
Bəqərə Suresi, 167. Ayet:
Tabe olanlar deyəcəklər: “Əgər bizim üçün (dünyaya) dönüş olsaydı, (indi) onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq!” Beləcə, peşman olsunlar deyə Allah onlara özlərinin əməllərini göstərəcək və onlar (heç vaxt Cəhənnəm) odundan çıxa bilməyəcəklər....
İbrahim Suresi, 21. Ayet:
(Axirət günü) hamı Allahın hüzuruna çıxarılacaq və zəiflər təkəbbürlük göstərənlərə deyəcəklər: “Biz sizə tabe idik.
(İndi)
siz, Allahın əzabını, qismən də olsa, bizdən sovuşdura bilərsinizmi?” Onlar deyəcəklər: “Əgər Allah bizi doğru yola yönəltsəydi, biz də sizə doğru yolu göstərərdik.
(İndi)
qəm çəksək də, səbr etsək də bizim üçün eynidir. (Çünki) bizim üçün qurtuluş yeri yoxdur”....
Möminun Suresi, 100. Ayet:
Bəlkə, tərk etdiyim yaxşı əməlləri (indi) edəm”. Xeyr! Onun bu dedikləri ancaq (boş) bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx vardır....
Mömin Suresi, 10. Ayet:
Kafirlərə belə xitab olunacaq: “Siz imana dəvət olunarkən küfrünüzdə israr etdiyiniz zaman Allahın sizə olan nifrəti (indi) sizin özünüzə olan nifrətinizdən daha böyük idi”....
Bəqərə Suresi, 15. Ayet:
Allah da (Qiyamətdə) onları ələ salacaqdır.
(İndi)
kor-koranə dolandıqları azğınlıqlarında onlara möhlət verir və (azğınlıqlarını) gücləndirir....
Kəhf Suresi, 78. Ayet:
Dedi: «Bu (indi), mənimlə sənin aranda olan ayrılıq (vaxtı)dır. Tezliklə (indi) səni səbr edə bilmədiyin şeyin gələcəyindən (həmin işlərin hədəfindən və onların yerinə yetirilmələrinin daha xeyirli olmasının səbəblərindən) xəbərdar edəcəyəm.»...
Məryəm Suresi, 46. Ayet:
Dedi: Ey İbrahim, sən mənim məbudlarımdan üz çevirirsən?! Əgər (bu sözlərdən) çəkinməsən, səni mütləq daşqalaq edəcəyəm. Və (indi) məndən uzun müddət uzaq ol!...
Taha Suresi, 24. Ayet:
(İndi)
Fironun yanına get ki, o, həddini aşaraq azğınlaşıb....
Ənkəbut Suresi, 67. Ayet:
Məgər görmədilərmi ki, Biz (dünya əhalisinə) əmin-amanlıq olan bir hərəm (yer) etdik, halbuki (əmin-amanlığın olmaması üzündən) onların ətrafında insanlar oğurlanırdı? Belə isə, (indi) məgər batiləmi iman gətirirlər, Allahın nemətinimi (din və kitabı) inkar edirlər?!...
Səcdə Suresi, 26. Ayet:
Məgər (bu) onları hidayət etmədimi, onlar uçun aydın olmadımı ki,onlardan öncə (indi) yurdlarında gəzib dolandıqları (və məhv olma nişanələrini və evlərinin viran qaldığını gördükləri) neçə-neçə dəstələri məhv etdik?! Həqiqətən, bu işdə (Allahın tovhidi və qüdrətinə dair) nişanələr vardır, məgər (onlar qəlb qulağı ilə) eşitmirlərmi?!...
İbrahim Suresi, 21. Ayet:
(Kafirlərin) hamısı Allahın hüzurunda duracaqlar və zəiflər təkəbbür göstərənlərə [öz başçılarına] deyəcəklər: "Biz sizin ardınızca getdik.
(İndi)
Allahın verəcəyi əzabı üzərimizdən azacıq da olsa götürə biləcəksinizmi?" Onlar isə deyərlər: "Əgər Allah bizə doğru bir yol göstərmiş olsaydı, biz də sizə düz yol göstərərdik. Bizim üçün birdir, dözə bilsək də, bilməsək də heç bir çıxış yolumuz yoxdur"....
Kəhf Suresi, 40. Ayet:
Sən də öz bağına daxil olan zaman gərək deyəydin: "Maşallah! [Nəyi ki, Allah istəyir!] Qüdrət yalnız Allahındır". Əgər sən dövlətcə və övladca məni (indi) özündən kasıb görürsənsə, ola bilsin ki, Rəbbim mənə sənin bağından da yaxşısını versin, oraya isə göydən bəla [dolu, xəstəlik] endirsin və o, ayaqdəyməz bir təpə olsun,...
Taha Suresi, 128. Ayet:
Məgər onlardan əvvəl (indi) yurdlarında gəzib dolaşdıqları neçə-neçə nəsli məhv etdiyimiz onlara bəlli olmadımı? Ağıl sahibləri üçün bunda ibrətlər vardır....
Mömin Suresi, 11. Ayet:
Onlar deyərlər: "Rəbbimiz, Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin. Biz də öz günahlarımızı etiraf etdik.
(İndi)
bir çıxış yolu varmı?"...