Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Hud Suresi, 87. Ayet:
Onlar (istehza edərək) dedilər: “Ey Şüeyb! Atalarımızın ibadət etdiklərindən, yaxud mallarımızı istədiyimiz kimi xərcləməkdən imtina etməyimizi namazınmı sənə əmr edir? Həqiqətən, sən yumşaq ürəklisən, çox ağıllısan!”...
İsra Suresi, 51. Ayet:
Yaxud da xəyalınızda böyütdüyünüz bir məxluq olun! (Bunlar, Allahın sizi yenidən diriltməsini çətinləşdirməz.)” Onlar: “Kim bizi təkrar (həyata) qaytaracaqdır?” - deyəcəklər. De ki: “İlk dəfə sizi yaradan (Allah)!” Bu zaman onlar başlarını bulayaraq (istehza ilə) sənə belə deyəcəklər: “O nə vaxt olacaq?” De ki: “Ola bilsin ki, yaxın bir vaxtda olacaqdır!...
Sad Suresi, 16. Ayet:
Onlar (istehza edərək): “Ey Rəbbimiz, bizim payımızı haqq-hesab günündən əvvəl tezliklə ver!” - dedilər....
Nəcm Suresi, 60. Ayet:
(İstehza
ilə) gülürsünüz və (oradakı təhdidlərə görə) ağlamırsınız....
Qiyamə Suresi, 6. Ayet:
O (istehza edərək): “Qiyamət günü nə zaman olacaq?” - deyə soruşur....
Əraf Suresi, 77. Ayet:
Sonra o dəvəni tutub kəsdilər və (bununla da) Rəbbinin əmrini saymazyana pozub (istehza ilə): “Ey Saleh! Əgər sən (həqiqi) peyğəmbərlərdənsənsə, bizi qorxutduğunu (bizi təhdid etdiyin əzabı) gətir görək!” – dedilər....
Əraf Suresi, 82. Ayet:
(Lut) tayfasının (bu sözə) cavabı (istehza ilə): “Onları (Lutu və ona tabe olanları) məmləkətinizdən çıxarın, çünki onlar (həddindən ziyadə) təmiz (bu cür işlərlə məşğul olmayan) adamlardır!” – deməkdən başqa bir şey olmamışdı....
Hud Suresi, 8. Ayet:
Əgər onlara gələcək əzabı az bir müddət yubatsaq, sözsüz ki, (istehza ilə): “Bu əzabı gecikdirən (ona mane olan) nədir?” – deyəcəklər. Bilin ki, əzab onlara gələcəyi gün dəf olunmaz. Məsxərəyə qoyduqları əzab onları məhv edər....
Hud Suresi, 87. Ayet:
Onlar (istehza ilə) dedilər: “Ey Şüeyb! Atalarımızın tapındığı bütləri tərk etməyimizi, mallarımızla istədiyimiz kimi hərəkət etməkdən vaz keçməyimizi sənə namazınmı (dininmi) əmr edir? Sən doğrudan da, həlim xasiyyətlisən, çox ağıllısan!”...
Hicr Suresi, 97. Ayet:
(Ya Rəsulum!) Doğrusu, Biz onların (istehzalı) sözlərindən sənin ürəyinin qısıldığını bilirik!...
İsra Suresi, 51. Ayet:
Və ya ürəyinizdə (özünüzü dağlar, göylər kimi) böyük bir məxluq bilin! (Yenə diriləcəksiniz!)”. Onlar deyəcəklər: “O halda bizi kim (yenidən dirildib həyata) qaytaracaqdır?” (Ya Rəsulum!) De: “İlk dəfə sizi yoxdan yaradan (Allah)!” Onlar (istehza ilə) sənə başlarını bulayıb: “Bu nə vaxt olacaqdır?” – deyə soruşacaqlar. De: “Bəlkə də, bu yaxın zamanda!”...
Möminun Suresi, 110. Ayet:
Siz isə onları məsxərəyə qoyurdunuz. (Bu məsxərə, lağlağı başınızı o qədər qatmışdı ki) Məni yada salmağı belə sizə unutdurmuşdu. Siz (istehza ilə) onlara gülürdünüz....
Saffat Suresi, 91. Ayet:
(İbrahim) xəlvətcə onların tanrılarının yanına gedib (istehza ilə) dedi: “Məgər (yanınızda olan bu təamları) yeməyəcəksiniz?...
Sad Suresi, 16. Ayet:
Onlar (istehza ilə): “Ey Rəbbimiz! Tez ol, bizim payımızı (əməl dəftərimizi, yaxud xeyirdən, şərdən payımıza nə düşəcəksə) haqq-hesab (qiyamət) günü gəlməmişdən əvvəl ver!” – dedilər....
Mömin Suresi, 36. Ayet:
Firon (istehza ilə) dedi: “Ey Haman! Mənim üçün bir uca qəsr tik ki, bəlkə, yollara yetişim –...
Qəsəs Suresi, 38. Ayet:
Firon (istehza ilə) dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir tanrı olduğunu bilmirəm. Ey Haman! Mənim üçün od qalayıb palçıqdan kərpic bişir və bir qüllə tikdir ki, (ora qalxıb) bəlkə, Musanın tanrısına tamaşa edim. Axı mən onu, həqiqətən, yalançı sayıram!...
Münafiqun Suresi, 5. Ayet:
Onlara: “Gəlin Allahın Peyğəmbəri (Rəbbinizdən) sizin bağışlanmağınızı diləsin!” –deyildiyi zaman (istehza ilə) başlarını bulayar və sən (Ya Rəsulum!) onların təkəbbürlə üz çevirdiklərini görərsən....
Qiyamə Suresi, 6. Ayet:
Və (istehza ilə): “Qiyamət günü nə vaxt olacaqdır?” – deyə soruşar....
Hicr Suresi, 12. Ayet:
Biz beləcə onu (istehza etməyi) günahkarların qəlblərinə yerləşdirərik....
Hucurat Suresi, 11. Ayet:
Ey amənu olanlar! Bir qövm (başqa) bir qövmlə istehza etməsin. Bəlkə onlar (istehza edilənlər) digərlərindən daha xeyirlidir. Qadınlar da digər qadınlarla (istehza etməsin), bəlkə özlərindən (digərləri) daha xeyirlidirlər. Bir-birinizə tənə vurmayın. Pis ləqəblərlə çağırmayın. İmandan sonra fasiq adlar necə də pisdir. Kim tövbə etməzsə, məhz o zaman onlar zalımdırlar....
Qiyamə Suresi, 6. Ayet:
‘Qiyamət günü nə vaxt?’ deyə (istehza ilə) soruşar....
Tövbə Suresi, 124. Ayet:
Bir surə nazil edildiyi zaman onlardan (istehza ilə): “Bu, hansınızın imanını artırdı?”– deyənlər də var. İman gətirənlərə gəldikdə isə, (o surə) onların imanını artırır və onlar bir-birlərini müjdələyirlər....
Saffat Suresi, 91. Ayet:
O, xəlvətcə onların məbudlarının yanına gəlib (istehza ilə) dedi: “Siz (bu təamları) yemirsiniz?...
Sad Suresi, 16. Ayet:
Onlar (istehza edərək:) “Ey Rəbbimiz! Bizim payımızı Hesablaşma günü gəlməmişdən əvvəl tezliklə ver!”– dedilər....
Tövbə Suresi, 64. Ayet:
Münafiqlər (istehza məqsədi ilə) özlərini onların barəsində qəlblərində olanı (küfrü və İslam hökümətini devirmək niyyətlərini) onların özlərinə və camaata xəbər verən bir surə nazil olmasından qorxan kimi göstərirlər. De: «(Bu rəftarınızla İslama) istehza edin, şübhəsiz, Allah qorxduğunuz şeyi aşkar edəcəkdir»....
Tövbə Suresi, 124. Ayet:
Bir surə nazil olan zaman, onlardan (münafiqlərdən) bəzisi (istehza ilə) deyərlər: «Bu surə sizdən hansınızın imanını artırdı?». (De:) «İman gətirənlərə gəlincə, onların imanını artırdı və onlar (yeni səmavi töhfə aldıqlarına görə) sevinirlər....
Hud Suresi, 8. Ayet:
Və əgər əzabı az bir müddətə qədər təxirə salsaq, mütləq (istehza ilə) «ona nə mane olur?!» deyəcəklər. Bilin, (əzab) onlara gələn gün, (o) əsla onlardan dəf olunan deyil və istehza etdikləri şey onları bürüyəcəkdir....
Hicr Suresi, 6. Ayet:
Və (istehza məqsədi ilə Peyğəmbərə) dedilər: «Ey bu zikr (Qur’an) nazil olan şəxs, həqiqətən sən dəlisən!»...
İsra Suresi, 47. Ayet:
Biz onlar (istehza və məsxərə üçün) sənə qulaq asan zaman səni nə məqsədlə dinlədiklərini, həmçinin bu zalımların (bir-birlərinə) «siz yalnız ovsunlanmış bir kişiyə tabe olursunuz» deyən zaman onların bir-birləri ilə pıçıldaşmalarını daha yaxşı bilirik....
Həcc Suresi, 47. Ayet:
Onlar (istehza ilə) səndən (vəd olunmuş) əzabın tezləşdirilməsini istəyirlər. Halbuki Allah əsla vədinə xilaf çıxmaz. Həqiqətən sənin Rəbbinin yanında bir gün sizin saydığınız min il kimidir. (Zaman çərçivəsindən xaric və onun yaradanı olan Allah üçün bir gün ilə min il birdir. Buna görə də Onun barəsində tələsmək təsəvvüredilməzdir.)...
Sad Suresi, 16. Ayet:
Və onlar (istehza ilə) dedilər: «Ey Rəbbimiz! Bizim (vəd etdiyin əzablardan olan) payımızı hesab günündən qabaq, tez ver.»...
Məhəmməd Suresi, 16. Ayet:
Onların (münafiqlərin) elələri var ki, sən(in sözlərin)ə qulaq asır, nəhayət sənin yanından çıxanda (ilahi) elm verilmiş kəslərə (istehza ilə və ya mətləbə diqqətsizlikdən) «(peyğəmbər) indi nə dedi?» deyirlər. Onlar Allahın qəlblərinə (bədbəxtlik) möhür(ü) vurduğu və nəfsi istəklərinə tabe olan kəslərdir....
Bəqərə Suresi, 15. Ayet:
Əslində Allah onlara istehza edər (istehza etdikləri üçün onları cəzalandırar); azğınlıqları içində çırpınıb durarkən onlara möhlət verər....
Əraf Suresi, 203. Ayet:
(Ey Muhamməd!) Onlara (istədikləri) bir ayə gətirmədiyin zaman (istehza edərək) deyərlər ki: “Gərək onu da bir yerdən düzüb-qoşaydın”. De ki: “Mən ancaq Rəbbimdən mənə vəhy olunana tabe oluram. Bu (Qur`an ayələri) Rəbbinizdən gələn bəsirətlərdir (qəlb gözünü aydınlandıran nurlardır). İman edəcək bir topluluq üçün bir hidayət qaynağı və bir rəhmətdir”....
Tövbə Suresi, 124. Ayet:
Hər hansı bir surə nazil edildiyi zaman aralarından (istehza ilə): “Bu, sizin hansınızın imanını artırdı?” deyənlər olur. İman edənlərə gəlincə, nazil olan surə onların imanını artırmışdır. Onlar bunu bir-birilərinə müjdələyirlər....
Hicr Suresi, 95. Ayet:
Şübhəsiz, müstəhzilərə (istehza edənlərə) qarşı biz sənə yetərik....
İsra Suresi, 51. Ayet:
“Ya da sizə görə dirildilməsi daha da imkansız olan başqa bir məxluq olun, (yenə də dirildiləcəksiniz.)” Deyəcəklər ki: “Bəs bizi həyata yenidən kim qaytaracaq?” De ki: “Sizi ilk dəfə yaradan”. Onlar sənə qarşı başlarını (istehza ilə) bulayıb: “Nə vaxtdır o?” – deyəcəklər. De ki: “Bəlkə də yaxın bir zamanda!”...
Şüəra Suresi, 25. Ayet:
Firon ətrafındakılara (istehza ilə): “Eşitmirsinizmi?” – dedi....
Sad Suresi, 18. Ayet:
Müşriklər (istehza edərək) belə dedilər: “Ey Rəbbimiz! Hesab günündən əvvəl payımızı dərhal ver!”...
Məhəmməd Suresi, 16. Ayet:
Onlardan səni dinləyənlər var. Lakin sənin yanından ayrıldıqları zaman (istehza edərək) özlərinə elm verilənlərə: “Az əvvəl nə dedi?” – deyərlər. Bax bunlar qəlblərini Allahın möhürlədiyi və nəfslərinin arzularına uyan kimsələrdir....
Mülk Suresi, 27. Ayet:
Onu (əzabı) yaxından gördükləri zaman inkar edənlərin üzləri pisləşər və onlara: “Bax bu, (istehza edərək) istədiyiniz şeydir”, – deyilər....
Məaric Suresi, 37. Ayet:
İndi inkar edənlərə nə olub ki, boyunlarını uzadaraq (istehza etmək üçün) sənə tərəf qaçırlar?...
Sad Suresi, 16. Ayet:
Onlar (istehza ilə) dedilər “Rəbbimiz, haqq-hesab gününə qədər bizim (əzab) payımızı göndər."...
Duxan Suresi, 9. Ayet:
Lakin onlar (bu həqiqətə) şəkk-şübhə içərisində (istehza edib) əylənirlər....