Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 88. Ayet:
Şüeybin qövmündən olan təkəbbürlü başçılar: “Ey Şüeyb! Səni və səninlə birlikdə iman gətirənləri mütləq məmləkətimizdən çıxaracağıq, ya da siz bizim dinimizə dönəcəksiniz!” - dedilər.
(Şüeyb)
dedi: “Biz (bunu) istəməsək belə?!...
Hud Suresi, 88. Ayet:
(Şüeyb)
dedi: “Ey qövmüm! Deyin görək, əgər mən Rəbbimdən gələn açıq-aşkar bir dəlilə əsaslanıramsa və Allah mənə Öz dərgahından gözəl bir ruzi veribsə, onda necə?! Mən sizə qadağan etdiyimin əksinə hərəkət etmək istəmirəm. Yalnız gücüm çatdığı qədər (sizi) islah etmək istəyirəm. Mənim müvəffəqiyyətim yalnız Allahdandır. Mən Ona təvəkkül etmişəm və Ona dönəcəyəm....
Hud Suresi, 92. Ayet:
(Şüeyb)
dedi: “Ey qövmüm! Mənim qəbiləm sizə görə Allahdan daha üstündür ki, Ona arxa çevirdiniz? Həqiqətən, Rəbbim etdiyiniz əməlləri (elmi ilə) əhatə etmişdir....
Əraf Suresi, 85. Ayet:
Mədyən tayfasına da qardaşları Şüeybi (peyğəmbər) göndərdik.
(Şüeyb)
onlara belə dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Artıq sizə Rəbbinizdən aşkar bir dəlil (möcüzə) gəldi. Ölçüdə və tərəzidə düz olun. Adamların mallarının dəyərini (və ya onların haqqını) azaltmayın. Yer üzü (peyğəmbərlərin şəriətləri sayəsində) düzələndən sonra orada fitnə-fəsad törətməyin. Əgər siz möminsinizsə, bu (dediklərim) sizin üçün xeyirlidir!...
Əraf Suresi, 88. Ayet:
(Şüeyb)
tayfasının (iman gətirməyi) özlərinə sığışdırmayan təkəbbürlü əyanları: “Ey Şüeyb! Ya səni və səninlə birlikdə iman gətirənləri məmləkətimizdən mütləq qovacağıq, ya da siz bizim dinimizə dönəcəksiniz!” – dedilər.
(Şüeyb)
belə cavab verdi: “(Dininizə) nifrət etdiyim halda beləmi (bizi bu işə məcbur edəcəksiniz)?...
Əraf Suresi, 90. Ayet:
(Şüeyb)
tayfasının kafir əyanları (tabeliyində olanlara) dedilər: “Əgər (dininizi atıb) Şüeybin ardınca getsəniz, şübhəsiz ki, (çox böyük) ziyana uğramış olarsınız!”...
Əraf Suresi, 93. Ayet:
(Şüeyb)
onlardan üz döndərib dedi: “Ey camaatım! Mən sizə Rəbbimin əmrlərini təbliğ etdim və öyüd-nəsihət verdim. İndi kafir bir tayfadan ötrü necə yas tutum?”...
Hud Suresi, 92. Ayet:
(Şüeyb)
dedi: “Ey qövmüm! Məgər mənim əşirətim sizə Allahdan da əzizdir ki, Onu unudub saymırsınız? Həqiqətən, Rəbbim (elmi ilə) nə etdiklərinizi biləndir!...
Şüəra Suresi, 188. Ayet:
(Şüeyb)
dedi: “Sizin nələr etdiyinizi Rəbbim daha yaxşı bilir!”...
Qəsəs Suresi, 27. Ayet:
(Şüeyb)
dedi: “Səkkiz il mənə xidmət etmək (qoyunlarımı otarmaq) şərti ilə qızlarımın birini sənə ərə verərəm. Əgər sən (həmin müddəti) tamamlayıb on ilə çatdırsan, bu, artıq sənin tərəfindən (olan bir lütfdür). Mən (on il müddətinə şərt kəsməklə) sənə əziyyət vermək istəmirəm. İnşallah, mənim saleh (əhdə vəfa edən) kəslərdən olduğumu görəcəksən!”...
Əraf Suresi, 88. Ayet:
Onun qövmünün təkəbbürlü zadəganları dedilər: “Ey Şueyb! Ya biz hökmən səni də, səninlə birlikdə iman gətirənləri də yurdumuzdan çıxaracaq, ya da siz bizim dinimizə dönəcəksiniz”. (Şueyb) dedi: “Hətta nifrət etmiş olsaq belə?”...
Əraf Suresi, 93. Ayet:
(Şueyb) onlardan üz çevirib dedi: “Ey qövmüm! Mən Rəbbimin mənə vəhy etdiyi hökmlərini sizə çatdırdım və sizə öyüd-nəsihət verdim. Kafir tayfadan ötrü mən necə heyfsilənə bilərəm?”...
Qəsəs Suresi, 27. Ayet:
(Şueyb) dedi: “Səkkiz il mənə işləmək şərti ilə qızlarımdan birini sənə ərə vermək istəyirəm. Əgər sən (bu müddəti) on ilə çatdırsan, bu, sənin tərəfindən (bir lütf) olar. Mən sənə əziyyət vermək istəmirəm. Allah qoysa mənim əməlisalehlərdən olduğumu görəcəksən”....
Əraf Suresi, 93. Ayet:
Beləliklə,
(Şüeyb)
onlardan üz döndərdi və (cəsədlərinə xitab edərək) dedi: «Ey mənim qövmüm, şübhəsiz mən Rəbbimin tapşırıqlarını sizə çatdırdım və sizə öyüd-nəsihət verərək xeyrinizi istədim. Belə olan halda, kafir bir dəstə üçün necə kədərlənim?»....
Şüəra Suresi, 188. Ayet:
(Şüeyb)
dedi: «Mənim Rəbbim sizin nə etdiyinizi daha yaxşı bilir (Əməlinizin cəzası daş, yaxud başqa bir şey olduğunu daha yaxşı bilir)»....
Qəsəs Suresi, 27. Ayet:
(Şüeyb)
dedi: «Mən bu iki qızımdan birini sənə ərə vermək istəyirəm. Bunun müqabilində isə (mehriyyə belədir ki,) sən səkkiz il (ev işlərinin idarə olunması, ya heyvanların otarılması üçün) mənə xidmət edəsən. Əgər on ili tamamlasan ixtiyar səninlədir və mən səni çətinliyə salmaq istəmirəm. İnşallah, məni(m) salehlərdən (olduğumu) görəcəksən»....
Əraf Suresi, 93. Ayet:
(Şüeyb)
onlardan üz döndərdi və dedi ki: “Ey qövmüm! And olsun, mən sizə Rəbbimin vəhy etdiklərini çatdırdım. Sizə öyüd-nəsihət verdim. İndi mən inkarçı bir qövmə görə necə kədərlənim?!”...
Qəsəs Suresi, 25. Ayet:
Nəhayət, qızlardan biri utana-utana yeriyərək onun yanına gəlib: “Bizim üçün qoyunlarımızı suvarmağının haqqını ödəmək üçün atam səni çağırır”, – dedi. Musa onun (Şüeybin) yanına gəlib başına gələnləri ona danışdıqda
(Şüeyb)
: “Qorxma, o zalım qövmdən qurtuldun”, – dedi....