Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 192. Ayet:
Halbuki
(şərik
qoşduqları) nə onlara, nə də özlərinə yardım edə bilərlər....
Nəml Suresi, 60. Ayet:
(Şərik qoşduqları xeyirlidir,) yoxsa göyləri və yeri yaradan, sizin üçün göydən su endirən?! Biz o su ilə bir ağacını belə göyərdə bilməyəcəyiniz gözəl bağlar bitirdik. Allahla yanaşı başqa bir ilah varmı?! Xeyr, onlar (bütləri Allaha) tay tutan bir qövmdür....
Nəml Suresi, 61. Ayet:
(Şərik qoşduqları daha xeyirlidir,) yoxsa yeri yaşamaq üçün əlverişli hala salan, orada çaylar axıdan, onun üçün möhkəm dağlar yaradan və iki dənizin arasında maneə qoyan?! Allahla yanaşı başqa bir ilah varmı?! Xeyr, onların çoxu bilmir....
Nəml Suresi, 62. Ayet:
(Şərik qoşduqları daha xeyirlidir,) yoxsa darda qalan biri dua etdiyi zaman duasını qəbul edib sıxıntısını aradan qaldıran və sizi yer üzünün varisləri edən?! Allahla yanaşı başqa bir ilah varmı?! Nə qədər də az düşünürsünüz!...
Nəml Suresi, 63. Ayet:
(Şərik qoşduqları daha xeyirlidir,) yoxsa qurunun və dənizin qaranlıqlarında sizə yol göstərən və küləkləri Öz mərhəmətinin (yağışın) önündə müjdəçi kimi göndərən?! Allahla yanaşı başqa bir ilah varmı?! Allah onların qoşduğu şəriklərdən çox ucadır!...
Nəml Suresi, 64. Ayet:
(Şərik qoşduqları daha xeyirlidir,) yoxsa əvvəlcə yaradıb sonra (axirətdə) onu təkrar dirildən və sizə həm göydən, həm də yerdən ruzi verən?! Allahla yanaşı başqa bir ilah varmı?! De: “Əgər doğru söyləyirsinizsə, dəlilinizi gətirin!”...
Nəhl Suresi, 74. Ayet:
Ona görə də heç bir şeyi Allaha bənzətməyin
(şərik
qoşmayın)! Şübhəsiz ki, Allah hər şeyi bilir, siz isə bilməzsiniz....
Həşr Suresi, 23. Ayet:
O Özündən başqa heç bir tanrı (məbud) olmayan, (bütün məxluqatın) ixtiyar sahibi, müqəddəs (pak) olan, (bəndələrinə) salamatlıq, əmin-amanlıq bəxş edən, (hər şeydən) göz-qulaq olub (onu) qoruyan, yenilməz qüdrət (qüvvət) sahibi, (hamını istədiyi hər hansı bir şeyə) məcbur etməyə qadir olan, (hər şeydən) böyük (hər şeyin fövqündə) olan Allahdır. Allah (müşriklərin) Ona qoşduqlarından
(şərik
lərdən) ucadır....
Bəqərə Suresi, 165. Ayet:
İnsanlardan bir qismi Allahdan başqasını şərik qoşub, onları
(şərik
qoşduqları şeyləri) Allahı sevərcəsinə sevərlər. (Halbuki) amənu olanların Allaha olan sevgiləri daha qüvvətlidir. Zülm edənlər əzab görəcəkləri (əzaba uğrayacaqları) zaman bütün qüvvətin tamamilə Allaha aid olduğunu və Allahın şiddətli əzabı olduğunu kaş ki, görsəydilər....
Maidə Suresi, 72. Ayet:
And olsun ki: ‘Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir.’ deyənlər kafir olmuşlar. Halbuki Məsih (Hz. İsa onlara) belə demişdi; ‘Ey İsrail oğulları! Mənim Rəbbim və sizin Rəbbiniz olan Allaha qul olun. Şübhəsiz ki, kim Allaha şirk
(şərik
, ortaq) qoşarsa, o təqdirdə Allah ona cənnəti haram etmişdir və onun gedəcəyi yer atəşdir. Zalımlar üçün bir yardımçı yoxdur.’...
Qəsəs Suresi, 64. Ayet:
(Müşriklərə): “Şəriklərinizi çağırın!”– deyiləcək. (Müşriklər) onları çağıracaq, lakin
(şərik
lər)i onlara cavab verməyəcəklər. Onlar əzabı görəcəklər. Yaxşı olardı ki, onlar doğru yolla getmiş olaydılar....
Hud Suresi, 62. Ayet:
Dedilər: «Ey Saleh, sən bundan əvvəl bizim aramızda bir ümid yeri idin (bizim dinimizi qəbul edəcəyinə və ya bizə başçılıq edəcəyinə ümid bəsləyirdik). Bizi atalarımızın ibadət etdikləri şeydən çəkindirirsən?! Və doğrudan da biz, bizi tərəfinə çağırdığın şey
(şərik
siz Allah) barəsində tərəddüdlü və anlaşılmazlıq gətirən bir şəkk-şübhə içərisindəyik»....
Nəhl Suresi, 74. Ayet:
Buna görə də Allah üçün
(şərik
, zövcə və qızlarının olması kimi nalayiq) məsəllər çəkməyin. Həqiqətən Allah (belə məsəllərin çirkinliyini və qeyri-mümkün olmasını) bilir və siz bilmirsiniz....
Taha Suresi, 33. Ayet:
ki, Səni (qibtilərin və fironçuların arasında aşkarcasına) pak sifətlərlə çox mədh edək və
(şərik
i olmaqdan) pak (və uzaq) bilək....
Möminun Suresi, 91. Ayet:
Allah əsla Özünə (zatından ayrılmış və uluhiyyət sifətləri ilə vəsf edilən) övlad götürməmişdir və Onunla (birgə) əsla digər bir tanrı və məbud olmamışdır. Yoxsa (əgər elə olsaydı) hər tanrı öz yaratdığını aparardı (və həmin şeyə yiyələnmək və onun işlərinin idarə edilməsində məxsus üsulla davranardı və nəticədə dünyanın hissələri arasındakı vahid nizam-intizam, idarəçilik pozulardı). Və (ziddiyyətli işlərin həyata keçirilməsi istiqamətində) mütləq biri digərini üstələməyə çalışardı (müstəqil vü...
Saffat Suresi, 159. Ayet:
Allah onların sadaladıqları sifətlərdən
(şərik
i olmaqdan, törəmək və cinlərlə qohum olmaqdan) pak (və uzaq)dır....
Yunus Suresi, 30. Ayet:
Orada hər kəsə əvvəllər etmiş olduğu (əməlləri) bildiriləcək, onlar əsl ixtiyar sahibi olan Allahın hüzuruna qaytarılacaqlar və uydurduqları
(şərik
lər) onları tərk edib gedəcəklər....
Nəml Suresi, 60. Ayet:
(Şəriklər yaxşıdır), yoxsa göyləri və yeri xəlq edən, səmadan sizin üçün su endirən (Allah)? Biz o su ilə ürəkoxşayan bağ-bağçalar yetirdik, halbuki siz onların bir ağacını belə bitirə bilməzdiniz. Məgər Allahla yanaşı başqa bir tanrı da var?! Onlar isə (haqdan) yayınan adamlardır....