Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Hud Suresi, 7. Ayet:
Hansınızın əməlinin daha gözəl olacağını sınamaq üçün göyləri və yeri altı gündə yaradan Odur. O zaman Onun ərşi su üzərində idi. Əgər sən: “Həqiqətən, siz öldükdən sonra dirildiləcəksiniz!” - desən, kafirlər mütləq: “Bu, açıq-aşkar sehrdən başqa bir şey deyildir”, - deyəcəklər.
(Ərş
kainatdakı hər şeyi əhatə edən və mahiyyətini bilmədiyimiz bir şeydir.)...
Səcdə Suresi, 4. Ayet:
Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra ərşə istiva edən (ərşi hökmranlığı altına alan) Allahdır. Ondan başqa heç bir dostunuz və şəfaətçiniz yoxdur. Yenə də düşünüb öyüd almırsınızmı?...
Taha Suresi, 5. Ayet:
Rəhman (olan Allah) Ərşə istiva etdi
(Ərş
i hökmü altına aldı)....
Yunus Suresi, 3. Ayet:
Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan (ərşə üz tutan), hər işi yerinə qoyan (səhmana salan) Allahdır. Onun izni olmadan heç bir şəfaət edən ola bilməz. Bu, Rəbbiniz olan Allahdır. Ona ibadət edin. Məgər öyüd-nəsihət qəbul etməyəcəksiniz?...
Rəd Suresi, 2. Ayet:
Gördüyünüz göyləri dirəksiz olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan (ərş üzərində bərqərar olan), müəyyən vaxta (dünyanın axırına – qiyamətə) qədər (səmada) dolanan Günəşi və Ayı ram edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. (Bütün bu dəlillərdən sonra) Rəbbinizlə qarşılaşacağınıza (qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda duracağınıza), bəlkə, inanasınız!...
Səcdə Suresi, 4. Ayet:
Göyləri, yeri və onların arasındakıları altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan (ərşdə bərqərar olan) Allahdır. Sizin Ondan başqa heç bir haminiz və şəfaət (əzabı dəf) edəniniz yoxdur. Məgər öyüd-nəsihət qəbul etməyəcəksiniz?...
Taha Suresi, 5. Ayet:
Rəhman ərşi yaradıb hökmü altına almışdır (ərşə hakimdir)....
Nəbə Suresi, 38. Ayet:
O gün ruh (dövrün imamının ruhu) və (ərşi tutan) mələklər, səff-səff durarlar. Rəhmanın izn verdiyi kimsədən başqa heç kim danışa bilməz. (Danışmağa izn verilən) yalnız savab söyləmişdir....