Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 100. Ayet:
(Əvvəllər
məhv olmuş) xalqlardan sonra yer üzünə varis olanlara aydın olmadımı ki, əgər Biz diləsəydik, onları da günahlarına görə müsibətlərə düçar edər, onların qəlblərini möhürləyərdik və beləliklə onlar (haqqı) eşitməzdilər....
Bəqərə Suresi, 189. Ayet:
Səndən yeni doğan aylar (hilallar) barəsində soruşurlar. De ki: “Onlar insanlar və həcc üçün vaxt ölçüləridir”. Yaxşı əməl evlərinizə arxa tərəfdən girməyiniz deyildir. Yaxşı əməl pis işlərdən çəkinməkdir. Evlərə qapılarından daxil olun və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!
(Əvvəllər
ərəblər həcc ziyarətindən qayıtdıqları zaman evlərinə qapıdan deyil, evin arxasından girər və bunda bir xeyir olduğunu düşünərdilər. Yuxarıdakı ayə bu batil inancın əsassız olduğunu bildirir.)...
İbrahim Suresi, 36. Ayet:
Ey Rəbbim! Həqiqətən, (bütlər) insanlardan bir çoxunu azdırdı. Ona görə də kim mənə tabe olarsa, şübhəsiz ki, o məndəndir. Kim mənə qarşı çıxarsa, əlbəttə, Sən bağışlayansan, rəhmlisən!
(Əvvəllər
İbrahim peyğəmbər bütpərəstlərin Allah tərəfindən bağışlanmayacaqlarını bilmədiyi üçün onların bağışlanmalarını arzulamışdı. Onların Allah tərəfindən əfv edilməyəcəyini bildikdən sonra isə artıq onlar üçün dua etmədi.)...
Əraf Suresi, 53. Ayet:
Yoxsa (kafirlər) yalnız onun (Quranda verilən xəbərlərin) aqibətini gözləyirlər? Onun aqibəti gəldiyi gün əvvəllər onu unudan kəslər deyəcəklər: “Həqiqətən də, Rəbbimizin elçiləri haqqı gətirmişdilər. İndi bizim tərəfimizi saxlayan şəfaətçilər varmı? Yaxud geri qaytarılacağıqmı ki, (əvvəllər) etdiyimiz əməl-lərdən başqasını edək?” Onlar özlərini ziyana uğratdılar. Uydurduqları (bütlər) isə onlardan uzaqlaşıb qeyb olacaqlar....
Fatir Suresi, 37. Ayet:
Onlar orada fəryad qoparıb yalvaracaqlar: “Ey Rəbbimiz! Bizi (buradan) çıxart ki, (əvvəllər) etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək”. (Onlara deyiləcək:) “Məgər orada sizə düşünəcək kimsənin düşünə biləcəyi qədər uzun ömür vermədikmi? Sizə qorxudub xəbərdar edən də gəlmişdi. Elə isə dadın (əzabı!) Zalımlara kömək edən olmaz”....
Cin Suresi, 9. Ayet:
Biz (əvvəllər) (gizlicə )qulaq asmaq üçün göyün bəzi sahələrində oturardıq. Amma kim bunu indi etmək istəsə, o, pusquda gözləyən yandırıcı alova rast gələr....
Ənam Suresi, 110. Ayet:
Onların qəlb və gözlərini ilk dəfə ona iman gətirmədikləri kimi (əvvəllər olmuş itaətsizliklərinin cəzası olaraq onu qəbul etməkdən) döndərər və onları öz azğınlıq və itaətsizliklərində boşlayarıq ki, sərgərdan qalsınlar....
Taha Suresi, 125. Ayet:
O deyəcək: "Rəbbim, nə üçün məni məhşər ayağına kor halda çəkdin? Axı mən (əvvəllər) görürdüm"....
Həcc Suresi, 10. Ayet:
Ona deyiləcəkdir: "Bu, sənin əllərinin (əvvəllər) etdiyi əməllərə görədir, yoxsa Allah Öz bəndələrinə haqsızlıq edən deyildir."...