Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 38. Ayet:
Allah buyuracaq: “Sizdən əvvəl gəlib-keçmiş cin və insan tayfalarının arasında siz də cəhənnəmə girin!” Hər tayfa girdikcə yoldaşlarına lənət oxuyacaqlar. Nəhayət, hamısı bir-biri ardınca orada toplandığı zaman sonradan gələnlər, daha əvvəl gələnlər barəsində: “Ey Rəbbimiz! Bizi bunlar sapdırdı. Ona görə də onlara ikiqat cəhənnəm əzabı ver!” - deyəcəklər. (Allah da): “Hər kəs üçün ikiqatı (əzab) vardır, lakin siz bilmirsiniz”, - deyəcəkdir....
Yunus Suresi, 96. Ayet:
Şübhəsiz ki, özlərinə Rəbbinin (əzab) sözü vacib olan kəslər iman gətirməzlər....
Hud Suresi, 109. Ayet:
Elə isə bunların ibadət etdiklərindən (bütlərin batil olduğundan) şübhə etmə! Onlar məhz daha əvvəl atalarının ibadət etdiyi kimi (bütlərə) ibadət edirlər. Şübhəsiz, Biz onların (əzab) paylarını əskiltmədən verəcəyik....
Əhqaf Suresi, 26. Ayet:
Həqiqətən, Biz sizə vermədiyimiz imkanları onlara vermişdik. Onlara qulaqlar, gözlər və qəlblər vermişdik. Lakin nə qulaqları, nə gözləri, nə də qəlbləri onlara bir fayda verdi. Çünki onlar Allahın ayələrini inkar edirdilər. Buna görə də istehza etdikləri (əzab) onları bürüdü....
Nəml Suresi, 71. Ayet:
Onlar: “Əgər doğru söyləyirsinizsə, bu vəd (əzab) nə vaxt gerçəkləşəcək?” - deyirlər....
Nəml Suresi, 82. Ayet:
Onlara deyilən söz (əzab) gerçəkləşdiyi zaman yerdən onlar üçün bir məxluq (Dabbətülərz) çıxardacağıq. O, onlara insanların Bizim ayələrimizə iman gətirmədiyini söyləyəcək. (Təfsirlərdə “Dabbətülərz” adı verilən bu məxluqun canlı bir varlıq olduğu qeyd edilir. Dini mənbələrdə Dabbətülərzin bir tək canlı, yoxsa yer üzünə yayılmış müxtəlif canlılar olduğu barəsində fərqli-fərqli izahlar gətirilmişdir.)...
Nəml Suresi, 85. Ayet:
Etdikləri haqsızlıqlara görə onlara deyilən söz (əzab) gerçəkləşəcək və onlar danışa bilməyəcəklər....
Hicr Suresi, 8. Ayet:
Biz mələkləri yalnız haqq (əzab) ilə endiririk. O zaman onlara möhlət verilməz....
Nəhl Suresi, 27. Ayet:
Sonra qiyamət günü Allah onları rəzil edib belə deyəcəkdir: “Barələrində (möminlərlə) mübahisə etdiyiniz şəriklərim (bütləriniz) haradadır?” Elm verilmiş kəslər isə belə deyəcəklər: “Həqiqətən, bu gün kafirlər üçün rəzillik və pislik (əzab) vardır”....
Nəhl Suresi, 34. Ayet:
Nəhayət, etdikləri (pis) əməllərin cəzasına düçar oldular və istehza etdikləri (əzab) onları bürüdü....
Şüəra Suresi, 202. Ayet:
(Əzab)
onlara özləri də hiss etmədən qəfildən gələr....
Şüəra Suresi, 206. Ayet:
Sonra da vəd olunan (əzab) onlara gəlsə,...
Səba Suresi, 9. Ayet:
Onlar göydə və yerdə önlərinə və arxalarına baxmırlarmı? Əgər istəsək, onları yerə batırar, yaxud onların üstünə göydən (əzab) parçaları yağdırarıq. Həqiqətən, tövbə edib Rəbbinə yönələn hər bəndə üçün bunda bir ibrət vardır....
Zümər Suresi, 48. Ayet:
tdikləri pis işlər onların qarşısına çıxacaq və istehza etdikləri (əzab) onları bürüyəcəkdir....
Fussilət Suresi, 25. Ayet:
Biz onlara müəyyən dostlar caladıq, onlar da önlərində və arxalarında nə varsa, hamısını bunlara gözəl göstərdilər. Onlardan əvvəl gəlib-getmiş cinlər və insanlardan olan ümmətlər barəsindəki söz (əzab) onlara da vacib oldu. Həqiqətən, onlar ziyana düşdülər....
Tur Suresi, 44. Ayet:
Əgər göydən düşən bir parça (əzab) görsələr: “Bulud topasıdır”, - deyərlər....
Qəsəs Suresi, 63. Ayet:
Haqlarında söz (əzab) vacib olan kimsələr belə deyəcəklər: “Ey Rəbbimiz! Bunlar bizim haqq yoldan azdırdığımız kimsələrdir. Özümüz haqq yoldan azdığımız kimi onları da azdırdıq. Onlardan uzaqlaşıb Sənə yönəldik. Onlar bizə ibadət etmirdilər (öz nəfslərinin arzularına uyurdular)....
Ənbiya Suresi, 41. Ayet:
Heç şübhəsiz, səndən əvvəlki peyğəmbərlərə də istehza edilmişdi. Ancaq istehza etdikləri (əzab) istehza edənləri bürüdü (və onları məhv etdi)....
Yasin Suresi, 70. Ayet:
Diri olanları xəbərdar etsin və kafirlər barəsindəki (əzab) sözü vacib olsun deyə (onu nazil etdik)....
Casiyə Suresi, 14. Ayet:
İman gətirənlərə de ki, qazandıqları günahlar səbəbilə bir qövmü cəzalandırsın deyə Allahın (əzab) günlərini gözləməyənləri bağışlasınlar....
Casiyə Suresi, 33. Ayet:
Etdikləri əməllərin pislikləri onlara görünmüş və istehza etdikləri (əzab) onları bürümüşdür....
Ənam Suresi, 10. Ayet:
Səndən əvvəlki peyğəmbərlər də məsxərəyə qoyulmuşdular. Buna görə də istehza etdikləri (əzab) məsxərəyə qoyanları bürümüşdü....
Ənam Suresi, 57. Ayet:
De: “Həqiqətən, mən Rəbbimdən gələn açıq-aydın bir dəlilə əsaslanıram. Siz isə onu təkzib etdiniz. Sizin tez gəlməsini istədiyiniz (əzab) mənim ixtiyarımda deyil. Hökm ancaq Allahındır. Haqqı O bəyan edər. O, (haqq ilə batili) ayırd edənlərin ən yaxşısıdır”....
Ənam Suresi, 58. Ayet:
De: “Əgər tez gəlməsini istədiyiniz (əzab) mənim ixtiyarımda olsaydı, mənimlə sizin aranızda iş, əlbəttə, bitirilmiş olardı. Allah zalımları daha yaxşı tanıyır”....
Ənam Suresi, 134. Ayet:
Şübhəsiz ki, sizə vəd edilən (əzab) gələcəkdir. Siz buna mane ola bilməzsiniz!...
Mülk Suresi, 25. Ayet:
Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd (əzab) nə zaman (gerçəkləşəcək)?” - deyirlər....
Mülk Suresi, 27. Ayet:
Onun (əzabın) yaxınlaşdığını gördükləri zaman inkar edənlərin üzləri qaralacaq və onlara: “Sizin israrla istədiyiniz (əzab) budur!” - deyiləcəkdir....
Cin Suresi, 25. Ayet:
De: “Mən bilmirəm ki, sizə vəd olunan (əzab) yaxındır, yoxsa Rəbbim onun üçün uzun bir müddət qoymuşdur....
Bəqərə Suresi, 176. Ayet:
Bu (əzab) ondan ötrüdür ki, Allah kitabı (Tövratı, İncili və ya Quranı) haqq olaraq göndərmişdir. Lakin kitab barəsində müxtəlif rəydə olanlar (onun hökmlərinin bəzisini qəbul, bəzisini rədd edənlər, bəzisini gizlədənlər, bəzisini isə təhrif edib dəyişdirənlər), şübhəsiz ki, (həqiqətdən) uzaq bir nifaq içərisindədirlər....
Ənfal Suresi, 51. Ayet:
Bu (əzab) sizin öz əllərinizlə qazandığınız (əllərinizin törətdiyi) günahlara görədir. Yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!...
Əhqaf Suresi, 26. Ayet:
(Ey Məkkə əhli!) And olsun ki, Biz onlara verdiyimiz imkanı (var-dövləti, qüdrəti) sizə verməmişdik. Biz onlara qulaq, göz və qəlb vermişdik, lakin nə qulaqları, nə gözləri, nə də qəlbləri onlara heç bir fayda vermədi. Çünki onlar Allahın ayələrini (bilə-bilə) inkar edirdilər. Onları istehza etdikləri (əzab) sardı....
Əhqaf Suresi, 35. Ayet:
(Ya Rəsulum!) Peyğəmbərlərdən əzm (və səbat, şəriət) sahibləri olanların səbr etdiyi kimi, sən də (Allah yolunda çətinliklərə, əziyyətlərə) səbr et. (Müşriklərə) tez (əzab) gəlməsini istəmə. Onlar vəd olunduqlarını (əzabı) görəcəkləri gün gündüzün ancaq bir saatı qədər (dünyada) qaldıqlarını sanacaqlar. (Bu Quran Allah dərgahından sizə olan) bir xəbərdarlıqdır. Fasiq bir qövmdən başqası da heç məhv edilərmi?! (Əzab gəldikdə ancaq Allahın itaətindən çıxmış fasiqlər məhv ediləcəklər!)...
Hicr Suresi, 90. Ayet:
Eynilə (Quranı) bölənlərə endirdiyimiz (əzab) kimi!...
Nəhl Suresi, 33. Ayet:
O kafirlər (canlarını almaq üçün) yalnız mələklərin onların yanına gəlməsini, yaxud sənin Rəbbinin (əzab) əmrinin gəlib çatmasınımı gözləyirlər? Onlardan əvvəlkilər də belə etmişdilər. Allah onlara zülm etmədi. Onlar özləri özlərinə zülm edirdilər....
Nəhl Suresi, 107. Ayet:
Bu (əzab) ona görədir ki, onlar dünyanı (fani dünya malını) axirətdən (axirət nemətlərindən) üstün tutarlar. Allah kafirləri doğru yola salmaz!...
Şüəra Suresi, 202. Ayet:
(Əzab)
onlara qəflətən, özləri də hiss etmədən gələr....
Şüəra Suresi, 206. Ayet:
Sonra vəd (təhdid) olunduqları (əzab) onlara yetişsə,...
Zümər Suresi, 48. Ayet:
Onlara (dünyada) etdikləri pis əməllərin cəzası (pis nəticəsi) görünəcək və istehza etdikləri (əzab) onları saracaqdır!...
Mömin Suresi, 12. Ayet:
(Onlara belə cavab veriləcəkdir: ) “Bu (əzab) ona görədir ki, (dünyada) yalnız Allah çağırıldığı (Allahdan başqa heç bir tanrı yoxdur deyildiyi) zaman inkar edir, Ona şərik qoşulduqda isə inanırdınız. İndi isə hökm (hər şeydən) uca, böyük olan Allahındır!”...
Mömin Suresi, 22. Ayet:
Bu (əzab) ona görə idi ki, peyğəmbərləri onlara açıq-aydın möcüzələr gətirmiş, onlar isə (peyğəmbərləri) inkar etmişdilər. Buna görə də Allah onları məhv etdi. Həqiqətən, Allah qüvvətlidir, cəzası şiddətlidir!...
Mömin Suresi, 75. Ayet:
(Onlara belə deyiləcəkdir: ) “Bu (əzab) sizin yer üzündə nahaq yerə sevinməyinizə və təkəbbürlənməyinizə görədir!...
Qaf Suresi, 14. Ayet:
Əykə əhli və Tübbə qövmü – bunların hamısı peyğəmbərləri təkzib etdi və Mənim də onlara vəd etdiyim (əzab) gerçəkləşdi....
Ənkəbut Suresi, 53. Ayet:
(Müşriklər istehza ilə) səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Əgər (bunun üçün) əvvəlcədən müəyyən edilmiş bir vaxt olmasaydı, sözsüz ki, əzab onlara gələrdi. Şübhəsiz ki, (əzab) onlara qəflətən, özləri də hiss etmədən gələcəkdir....
Casiyə Suresi, 14. Ayet:
(Ya Peyğəmbər!) İman gətirənlərə de ki, Allah etdiyi əməllərə görə hər hansı bir qövmün cəzasını (özü) versin deyə, Allahın (əzab) günlərindən qorxmayanları (əzab günlərinə, qiyamətə inanmadıqları üçün gözləməyənləri) bağışlasınlar! (Bu ayənin hökmü sonralar cihad haqqındakı ayə ilə ləğv edilmişdir)....
Casiyə Suresi, 33. Ayet:
(O gün dünyada etdikləri) pis əməllərinin cəzası onların gözünə görünəcək və istehza etdikləri (əzab) onları saracaqdır!...
Casiyə Suresi, 35. Ayet:
Bu (əzab) ona görədir ki, siz Allahın ayələrini lağa qoyurdunuz; dünya həyatı sizi aldatmışdı!” Bu gün onlar (Cəhənnəmdən) çıxarılmayacaq və onlardan (Allahı razı salan) heç bir üzrxahlıq (tövbə də) qəbul olunmaycaqdır!...
Ənam Suresi, 58. Ayet:
De: “Əgər təcili istədiyiniz (əzab) mənim əlimdə olsaydı, iş mənimlə sizin aranızda əlbəttə, bitmiş olardı (sizi dərhal məhv edərdim), Allah zalımları daha yaxşı tanıyandır!”...
Bəqərə Suresi, 176. Ayet:
Bu (əzab) Allahın Kitabı haqq ilə nazil etməsi səbəbiylədir. Şübhəsiz ki, Kitab haqqında ixtilafa düşənlər mütləq uzaq bir ayrılıq içindədirlər....
Ali-İmran Suresi, 182. Ayet:
Bu (əzab), Allah qullara zülmedici olduğundan deyil, əllərinizlə təqdim etdiyiniz şeylər səbəbiylədir....
Yunus Suresi, 100. Ayet:
Allahın izni olmadan bir kimsə mömin ola bilməz. Allah anlamayan kimsələrə cəza (əzab) verər....
Ənbiya Suresi, 40. Ayet:
Xeyr, onlara (əzab) qəflətən gələcək. Beləcə onları dəhşətə gətirəcək. Artıq onu dəf etməyə gücləri çatmayacaq və onlara baxılmayacaq....
Ənbiya Suresi, 109. Ayet:
Əgər bundan sonra üz çevirsələr, o zaman de ki: ‘Sizə (hər kəsə) eyni şəkildə (Allahın əmrlərini) bildirdim (elan etdim). Vəd olunduğunuz şey (əzab) uzaqmı yoxsa yaxınmı, mən bilmirəm.’...
Furqan Suresi, 77. Ayet:
(Onlara): ‘Əgər dualarınız olmazsa, Rəbbim sizə dəyər verməz. Halbuki siz yalanladınız. Lakin (əzab) qaçınılmaz olacaq.’ de....
Şüəra Suresi, 202. Ayet:
Beləcə o (əzab), onlara qəflətən gələr və onlar fərqində olmazlar....
Şüəra Suresi, 206. Ayet:
Sonra vəd olunduqları şey (əzab) onlara gəldi....
Yasin Suresi, 70. Ayet:
(Quranın nazil edilməsi) həyatda olanları xəbərdar etmək və (əzab) sözünün kafirlərin üzərinə haqq olması üçündür....
Saffat Suresi, 31. Ayet:
Artıq Rəbbimizin (əzab) sözü üzərimizə haqq oldu. Şübhəsiz ki biz, onu (əzabı) mütləq dadacaq olanlarıq....
Zümər Suresi, 61. Ayet:
Allah təqva sahiblərini feyz sahibi olmaları (onlara səkinət nuru gəlməsi) səbəbiylə qurtarar. Onlara pislik (əzab) toxunmaz. Onlar qəmgin də olmazlar....
Fussilət Suresi, 25. Ayet:
Onlara yaxın yoldaşlar müsəllət etdik. Beləcə önlərində və arxalarındakıları (etdiklərini və edəcəklərini) onlara gözəl göstərdilər. Cinlərdən, insanlardan və onlardan əvvəl gəlmiş getmiş ümmətlərin də üzərinə (əzab) sözü haqq oldu. Şübhəsiz ki, onlar hüsrana düşmüş olanlardır....
Əhqaf Suresi, 18. Ayet:
Onlardan əvvəl gəlib keçmiş olan cin və insan toplumlarında, üzərlərinə (əzab) sözü haqq olmuşdur. Şübhəsiz ki, onlar hüsranda olanlardır....
Qəmər Suresi, 46. Ayet:
Xeyr, onlara vəd edilən (əzab), o saatdır (qiyamət vaxtıdır). O saat daha qorxunc və daha dəhşətlidir....
Mülk Suresi, 25. Ayet:
‘Əgər siz (sözünüzdə) doğrusunuzsa, bu (əzab) vədiniz nə vaxtdır?’ deyərlər....
Əraf Suresi, 38. Ayet:
(Allah) deyəcək: “Sizdən əvvəl gəlib-getmiş (günahkar) cin və insan tayfaları ilə birlikdə Oda girin!” Hər tayfa (Oda) girdikcə havadarlarını lənətləyəcəkdir. Nəhayət, hamısı orada toplandığı zaman sonrakılar əvvəlkilər barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bunlar-dır bizi azdıran! Elə isə Odda bunlara ikiqat əzab ver!” (Allah) deyəcək: “
(Əzab)
hər kəs üçün ikiqatdır, lakin siz (bunu) bilmirsiniz!”...
Yunus Suresi, 51. Ayet:
(Əzab)
başınızın üstünü aldıqdan sonramı ona iman gətirəcəksiniz? Yoxsa indimi? Siz ki, onun tez gəlməsini istəyirdiniz!”...
Yunus Suresi, 53. Ayet:
Səndən: “O (əzab) doğrudurmu?”(– deyə) xəbər alırlar. De: “Bəli, and olsun Rəbbimə! Həqiqətən də, o, doğrudur və siz də (ondan) yaxa qurtara bilməyəcəksiniz”....
Hud Suresi, 8. Ayet:
Əgər onlara gələcək əzabı müəyyən vaxtadək gecikdirsək: “Onu saxlayan nədir?”– deyəcəklər. Xəbəriniz olsun ki, (əzab) onlara gəldiyi gün onu heç nə onlardan dəf edə bilməyəcək və istehza etdikləri (o əzab) onları bürüyəcəkdir....
Əhqaf Suresi, 26. Ayet:
Sizə vermədiyimiz imkanları Biz onlara vermişdik. Onlara qulaq, göz və qəlb vermişdik. Lakin nə qulaqları, nə gözləri, nə də qəlbləri onlara heç bir fayda vermədi. Çünki onlar Allahın ayələrini inkar edirdilər. Onları ələ saldıqları (əzab) bürüdü....
Hicr Suresi, 63. Ayet:
Onlar dedilər: “Xeyr, biz sənin yanına onların şübhə etdiyi (əzab) ilə gəlmişik....
Hicr Suresi, 90. Ayet:
Biz (Quranı) bölənlərə də beləcə (əzab) endirmişdik....
Nəhl Suresi, 34. Ayet:
Onlara törətdikləri əməllərin pis cəzası nəsib oldu və istehza etdikləri (əzab) onları ağuşuna aldı....
Həcc Suresi, 48. Ayet:
Neçə-neçə şəhərlərə, (əhalisi) zülm edərkən möhlət verdim, sonra onları (əzab)(la) yaxaladım. Dönüş də ancaq Mənədir!...
Şüəra Suresi, 202. Ayet:
O (əzab) onlara özləri də hiss etmədən qəflətən gələcəkdir....
Şüəra Suresi, 206. Ayet:
sonra vəd olunduqları (əzab) onlara yetişsə,...
Zümər Suresi, 48. Ayet:
Onların qazandıqları pis əməllər öz qarşılarına çıxacaq və istehza etdikləri (əzab) onları bürüyəcəkdir....
Duxan Suresi, 50. Ayet:
Sizin şübhə etdiyiniz (əzab) budur!...
Ənkəbut Suresi, 53. Ayet:
Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Əgər artıq müəyyən etdiyimiz bir vaxt olmasaydı, əzab onlara gələrdi. O (əzab) onlara qəflətən, özləri də hiss etmədən gələcəkdir....
Casiyə Suresi, 14. Ayet:
İman gətirənlərə de ki, Allah, qazandıqları (günahlara) görə hər hansı bir tayfanın cəzasını versin deyə, Allahın (əzab) günlərini gözləməyənləri bağışlasınlar....
Casiyə Suresi, 33. Ayet:
Onların etdikləri pis əməllər özlərinin qarşısına çıxacaq, istehza etdikləri (əzab) onları bürüyəcək...
Ənam Suresi, 57. Ayet:
De: “Mən Rəbbimdən (nazil olan) açıq-aydın bir dəlilə əsaslanıram. Siz isə onu təkzib etdiniz. Sizin səbrsizliklə can atdığınız (əzab) məndə deyildir. Hökm yalnız Allaha məxsusdur. (Allah) haqqı söyləyir və O, ayırd edənlərin ən yaxşısıdır”....
Ənam Suresi, 58. Ayet:
De: “Əgər səbrsizliklə can atdığınız (əzab) mənim əlimdə olsaydı, əlbəttə, mənimlə sizin aranızda iş bitmiş olardı. Allah zalımları daha yaxşı tanıyır”....
Ənam Suresi, 134. Ayet:
Həqiqətən, sizə vəd olunan (əzab) gələcəkdir. Siz (ondan) yaxa qurtara bilməyəcəksiniz....
Mülk Suresi, 27. Ayet:
Kafirlər əzabın yaxın olduğunu gördükdə üzləri eybəcər görkəm alacaq və (onlara): “Sizin durmadan istədiyiniz (əzab) bax budur!”– deyiləcəkdir....
Bəqərə Suresi, 210. Ayet:
Məgər (sənin dəvətini inkar edənlər hərtərəfli dəlillər göstərilib tamamlandıqdan sonra) Allahın (əmrinin) ağ buluddan olan kölgəliklər içərisində onlara gəlməsini, (əzab) mələklərin(in) gəlib yetişmələrini və işin (onların həlak olmalarının) bitməsini istəyirlər?! Bütün işlər Allaha qaytarılacaqdır....
Ənam Suresi, 158. Ayet:
Yoxsa onlara (əzab) mələklərin(in) gəlməsini, ya Rəbbinin (Onun rübubiyyətinin bütün nişanələrinin – Qiyəmətin) gəlməsini, ya Rəbbinin (ölümün əlamətlərindən ibarət) bəzi nişanələrinin gəlməsini gözləyirlər? Rəbbinin bəzi nişanələrinin gələcəyi gün, ondan əvvəl imanı olmayan və ya iman halında bir şey əldə etməmiş şəxsə iman gətirməsinin bir xeyri olmayacaqdır (o, birinci halda kafir, ikinci halda isə itaətsiz günahkar halda dünyadan köçəcəkdir). De: «(Əzabın gəlməsini) gözləyin ki, biz də gözlə...
Yunus Suresi, 102. Ayet:
Belə olan halda məgər onlar özlərindən qabaq (gəlib) keçənlərin (əzab) günləri kimi bir gün (zəhərli külək, daş yağmuru, yandırıcı ildırım və öldürücü bağırtı) gözləyirlər? De: «Gözləyin, həqiqətən mən də sizinlə gözləyənlərdənəm»....
Hud Suresi, 8. Ayet:
Və əgər əzabı az bir müddətə qədər təxirə salsaq, mütləq (istehza ilə) «ona nə mane olur?!» deyəcəklər. Bilin, (əzab) onlara gələn gün, (o) əsla onlardan dəf olunan deyil və istehza etdikləri şey onları bürüyəcəkdir....
Hicr Suresi, 90. Ayet:
Bölənlərə (əzab) nazil etdiyimiz kimi!...
İsra Suresi, 98. Ayet:
Bu (əzab) Bizim ayə və nişanələrimizə küfr etdiklərinə və «biz bir ovuc sümük və çürümüş üzvlər olan zaman yeni bir yaradılışla diriləcəyik?!» dediklərinə görə onların cəzasıdır....
Möminun Suresi, 93. Ayet:
De: «Ey Rəbbim! Əgər onlara vəd olunan (əzab)ı mənə göstərsən...
Şüəra Suresi, 206. Ayet:
Sonra da vəd olunduqları (əzab) onlara yetişsə;...
Saffat Suresi, 177. Ayet:
(Əzab)
onların kandarlarına enən zaman, qorxudulanların səhəri necə də pisdir!...
Mömin Suresi, 75. Ayet:
Bu (əzab) yer üzündə nahaq yerə şənləndiyinizə görədir və həmçinin ona görədir ki, (günahla) lovğalanırdınız....
Duxan Suresi, 59. Ayet:
Buna görə də (onlar ibrət götürmədikləri üçün onlara əzab gəlməsini) gözlə ki, əlbəttə onlar da (əzab) gözləyirlər....
Məhəmməd Suresi, 28. Ayet:
O (əzab) onların Allahı qəzəbləndirən şeyə tabe olmalarına (peyğəmbərə qarşı çıxmalarına, Tövrat və İncili təhrif etmələrinə) və Onun razılığını xoşlamadıqlarına görədir. Buna görə də (Allah) onların (xeyir) əməllərini puç və batil etdi....
Zariyat Suresi, 59. Ayet:
Odur ki, həqiqətən (sənin qövmündən) zülm edənlər üçün (keçmiş ümmətlərdən olan) yoldaşlarının payı kimi böyük bir (əzab) pay(ı) vardır. Buna görə də (onu) Məndən tələsik istəməsinlər....
Təğabun Suresi, 6. Ayet:
O (əzab) buna görədir ki, daim peyğəmbərləri (tovhid və öz peyğəmbərlikləri barədə) onlara aydın dəlillər gətirirdilər, onlar(sa) deyirdilər: «Məgər (özümüzdən olan) bəşərmi bizi doğru yola yönəldəcək?!» Beləliklə, kafir oldular və üz çevirdilər. Allah (onları məhv edərək iman və itaətlərinə) ehtiyacı olmadığını izhar etdi. Allah (zatən heç bir şeyə) möhtac deyil və sifətləri həmd olunmuş, həmd-səna edən və sitayiş olunandır....
Bəqərə Suresi, 176. Ayet:
Bu (əzab) da Allahın Kitabı haqq olaraq endirməsi (və onların bunu inkar etməsi) səbəbi ilədir. Kitab barəsində ixtilafa düşənlər isə dərin bir nifaq içərisindədirlər....
Yunus Suresi, 53. Ayet:
“O (əzab) gerçəkdirmi?” – deyə səndən xəbər alırlar. De ki: “Bəli, Rəbbimə and olsun ki, o, əlbəttə, gerçəkdir. Siz (bu barədə Allahı) aciz buraxa bilməzsiniz”....
Hud Suresi, 82. Ayet:
(Əzab)
əmrimiz gəldiyi zaman oranın altını üstünə çevirdik. Üstünə də bişirilmiş daşlar yağdırdıq....
Hud Suresi, 94. Ayet:
(Əzab)
əmrimiz gəldiyi zaman Şüeybi və onunla birlikdə iman edənləri rəhmətimizlə qurtardıq. Zülm edənləri isə o qorxunc (uğultulu) səs yaxaladı, yurdlarında diz üstü çöküb qaldılar....
Ənkəbut Suresi, 53. Ayet:
Səndən əzabın tezliklə gəlməsini istəyirlər. (Hikmətə uyğun olaraq) əgər müəyyən olunmuş bir vaxt olmasaydı, əzab onlara mütləq gələrdi. Əlbəttə, onlar fərqində deyilkən onlara (əzab) qəflətən gələcək....
Yasin Suresi, 7. Ayet:
And olsun, onların çoxuna o söz (əzab) haqq olmuşdur. Artıq onlar iman etməzlər....
Saffat Suresi, 31. Ayet:
“Artıq Rəbbimizin sözü (əzab) bizim haqqımızda gerçəkləşdi. Biz onu mütləq dadacağıq”....
Sad Suresi, 59. Ayet:
Budur (əzab), onu dadsınlar. Bir qaynar su və bir irin....
Fussilət Suresi, 25. Ayet:
Biz onlara bəzi dostlar qoşduq, bu dostlar onlara keçmişlərini və gələcəklərini süslü göstərdilər. Beləliklə, onlardan əvvəl gəlib keçən cin və insan topluluqları haqqındakı o söz (əzab) onlar haqqında da gerçəkləşdi. Çünki onlar ziyana uğrayanlar idi....
Ənam Suresi, 57. Ayet:
De: "Mən Rəbbimdə olan aydın bir dəlilə söykənirəm. Siz isə onu yalan hesab etdiniz. Tələsib can atınız (əzab) məndə deyildir. Hökm yalnız Allaha məxsusdur. O, haqqı bildirir və O, hökm verənlərin ən yaxşısıdır!"...
Ənam Suresi, 58. Ayet:
De: “Əgər sizin tələm-tələsik can atdığınız (əzab) əlimdə olsaydı, onda mənimlə sizin aranızda məsələ artıq bitmiş olardı. Axı Allah zalımları daha yaxşı tanıyır!...
İbrahim Suresi, 14. Ayet:
və onlardan sonra sizi o yerə sakin edəcəyik. Bu, Mənim məqamımdan [hüzuruma gəlməkdən] və (əzab) vədimdən qorxanlar üçündür"....
Hicr Suresi, 63. Ayet:
Mələklər dedilər "Xeyr. Biz sənin yanına onların şəkk-şübhə etdikləri (əzab) ilə gəlmişik....
Nəhl Suresi, 34. Ayet:
Tutduqları əməllərin pislikləri onların öz başlarına gəldi və istehza etdikləri (əzab) onları bürüdü....
Furqan Suresi, 77. Ayet:
De: "Əgər siz Rəbbimə ibadət etmirsinizsə, O da sizə diqqət yetirməz. Siz (peyğəmbəri, Quranı) yalan hesab etdiniz. Odur ki, (əzab) yaxanızdan əl çəkməyəcəkdir....
Sad Suresi, 16. Ayet:
Onlar (istehza ilə) dedilər “Rəbbimiz, haqq-hesab gününə qədər bizim (əzab) payımızı göndər."...
Zümər Suresi, 48. Ayet:
Tutduqları əməllərin pis əvəzləri onların qarşısına (çıxacaqdır) və istehza etdikləri (əzab) özlərini bürüyəcəkdir....
Mömin Suresi, 75. Ayet:
Budur sizə (əzab), yer üzündə haqsız olaraq fərəhlənib qürrələndiyinizə görə!...
Mömin Suresi, 83. Ayet:
Peyğəmbərləri onlara aydın dəlillər gətirəndə, onlar özlərindəki biliyə qürrələndilər. Onların ələ saldıqları (əzab) özlərini bürüdü....
Casiyə Suresi, 33. Ayet:
Tutmuş olduqları əməllərin pislikləri onların qarşısına çıxdı və ələ saldıqları (əzab) onları bürüdü....
Əhqaf Suresi, 26. Ayet:
(Ey Məkkə əhli!) Sizə vermədiyimiz imkanları Biz onlara vermişdik. Onlara qulaq, göz və ürək vermişdik. Amma Allahın ayələrini inkar etdiklərinə görə nə qulaqları, nə gözləri, nə də ürəkləri onlara heç bir şeydə fayda vermədi və ələ saldıqları (əzab) onları bürüdü....
Qaf Suresi, 14. Ayet:
Əykə əhli də, Tubba camaatı da! Hamısı peyğəmbərləri yalançı hesab etdilər və Mənim (əzab) vədim haqq oldu....
Qaf Suresi, 28. Ayet:
Allah deyər "Mənim yanımda dalaşmayın. Mən (əzab) vədim ilə sizi qabaqcadan xəbərdar etmişdim....
Qaf Suresi, 45. Ayet:
Biz onların nə dediklərini çox yaxşı bilirik. Sən onları (imana) məcbur edən deyilsən. Sən Mənim (əzab) vədimdən qorxan kəsə Quranla öyüd-nəsihət ver....
Qəmər Suresi, 46. Ayet:
Bəli, qiyamət günü onların (əzab) vaxtıdır. Qiyamət daha dəhşətli, daha ağırdır!...
Mülk Suresi, 27. Ayet:
Onlar bunu [əzabı] yaxınlarında görəndə kafirlərin üzləri eybəcər şəkilə düşəcək və onlara: "Haqqında iddiada olduğunuz (əzab) bax budur!" - deyiləcəkdir....