Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Nisa Suresi, 35. Ayet:
Əgər o ikisinin
(ər-arvadın)
aralarının dəyməsindən qorxsanız, onda kişinin ailəsindən bir münsif, qadının ailəsindən də bir münsif göndərin. Əgər (bu iki vasitəçi, ər-arvadı) barışdırmaq istəsələr, Allah o ikisinin arasını düzəldər. Həqiqətən, Allah hər şeyi biləndir, hər işdən xəbərdardır....
Nisa Suresi, 128. Ayet:
Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud (özündən) üz çevirməsindən qorxarsa,
(ər-arvadın)
öz aralarında barışığa gəlmələri onlara günah deyil. Barışmaq daha xeyirlidir. Nəfslər xəsisliyə (qısqanclığa) hazırdır. Əgər yaxşı dolanıb (Allahdan) qorxsanız, (bilin ki,) şübhəsiz, Allah sizin etdiklərinizdən xəbərdardır....
Bəqərə Suresi, 229. Ayet:
(Rici) talaq vermə (boşama) iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq (qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir. (Ey kişilər!) Onlara (qadınlarınıza) verdiyinizdən (kəbin haqqından, mehrdən) bir şey tələb etməniz sizə halal olmaz. Bu yalnız kişi ilə qadının Allahın (ər-arvadlıq) haqqındakı hökmlərini yerinə yetirə bilməyəcəklərindən qorxduqları zaman mümkündür. (Ey şəriət hakimləri!) Əgər onların
(ər-arvadın)
Allahın hökmlərini yerinə yetirməyəcəklərindən siz də q...
Nisa Suresi, 35. Ayet:
Əgər ikisinin
(ər-arvadın)
arasının açılmasından qorxsanız, o zaman kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. İkisi də aranı düzəltmək istəyərlərsə, Allah onların aralarının düzəlməsində onlara yardım edər. Şübhəsiz ki, Allah Alimdir (ən yaxşı biləndir), Xəbirdir (xəbərdar olandır)....
Nisa Suresi, 128. Ayet:
Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud (ondan) üz döndərməsindən qorxarsa,
(ər-arvadın)
öz aralarında barışığa gəlməsi onlara günah sayılmaz. Axı barışmaq daha xeyirlidir. Doğrusu, nəfslər xəsislik etməyə hazırdır. Əgər (qadınlarla) yaxşı davranıb (Allahdan) qorxsanız, (bilin ki,) Allah nə etdiklərinizdən xəbərdardır....