Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 62. Ayet:
Şübhəsiz ki,
(əvvəlki
peyğəmbərlərə) iman gətirənlər, yəhudilər, xristianlar və sabiilərdən hər kim Allaha və axirət gününə iman gətirib saleh əməl işləyərsə, onların mükafatları Rəbbinin yanındadır. Onlar üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər. (Yuxarıdakı ayədə qeyd edilən “sabiilər”in kimlər olduğu barəsində İslam alimləri müxtəlif fikirlər səsləndirmişlər. Bir görüşə görə, onlar tövhid əqidəsini mənimsəmiş kimsələr idilər. Digər bir görüşə görə isə, onlar ulduzlara, günəş...
Ali-İmran Suresi, 144. Ayet:
Mühəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişlər. İndi o ölsə, yaxud öldürülsə, geri
(əvvəlki
dininizəmi) dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər yetirmiş olmaz. Allah şükür edənləri mükafatlandıracaqdır. (Ühüd döyüşündə Abdullah ibn Qamiə adlı bir müşrikin atdığı daş nəticəsində Həzrət Peyğəmbərin (s.ə.s.) bir dişi qırılmış və üzü yaralanmışdı. Bu müşrikin: “Mühəmmədi öldürdüm!” – deyərək qışqırmasını eşidənlər: “Mühəmməd öldürüldü!” – deyə xəbər yaydıla...
Əhqaf Suresi, 4. Ayet:
De: “Deyin görüm, Allahdan başqa dua etdikləriniz torpaqdan nə yaradıblar?! Yoxsa onların göylərdə bir şərikliyimi var?! Əgər doğru deyirsinizsə, mənə bundan əvvəlki (sizə nazil olmuş) bir kitab, yaxud
(əvvəlki
peyğəmbərlərin gətirdiyi) elmdən qalan bir şey gətirin!”...
Əhqaf Suresi, 12. Ayet:
Bundan (Qurandan) əvvəl rəhbər və mərhəmət olaraq Musanın kitabı vardı. Bu (Quran) da zalımlara xəbərdarlıq etmək və yaxşı işlər görənlərə müjdə vermək üçün ərəb dilində nazil olmuş və
(əvvəlki
ilahi kitabları) təsdiqləyən bir kitabdır....
Duxan Suresi, 15. Ayet:
Biz sizi əzabdan bir az xilas edəcəyik, ancaq siz yenə
(əvvəlki
halınıza) geri dönəcəksiniz....
Ənam Suresi, 65. Ayet:
De: “O (Allah), üstünüzdən (göydən) və ya ayaqlarınızın altından (yerdən) sizə əzab göndərməyə, yaxud sizin aranızı qarışdırıb bir-birinizə zərər verdirməyə qadirdir”. Bax, başa düşsünlər deyə, ayələri onlara necə açıqlayırıq! (Əvvəlki qövmlər peyğəmbərlərə iman gətirmədiyi üçün Allah onların bəzilərinin üzərinə göydən daş yağdıraraq, bəzilərini də şiddətli zəlzələlərlə məhv etmişdir. Bir qisim tayfaları da daxili çaxnaşmalar salmaqla bir-birinə qırdırmışdır. Yuxarıdakı ayə bu hadisələrə işarə e...
Bəqərə Suresi, 230. Ayet:
Əgər (kişi) övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman (qadın) başqa bir ərə getməmiş ona
(əvvəlki
ərinə) halal olmaz. (İkinci əri) onu boşadıqdan sonra Allahın (ər-arvadlıq haqqındakı) hədlərinə (hökmlərinə) riayət edəcəklərinə inamları olduqları təqdirdə, (həmin qadının əvvəlinci əri ilə) təkrar evlənməsində günah yoxdur. Bunlar anlayan bir qövm üçün Allahın bəyan etdiyi hədləridir (hökmləridir)....
Maidə Suresi, 108. Ayet:
Bu (hökm) onların
(əvvəlki
şahidlərin) şəhadəti olduğu kimi vermələri və andlarının sonradan başqa andlarla rədd edilməsindən qorxmaları üçün daha münasib bir üsuldur. Allahdan qorxun və (Onu) eşidin. Allah fasiq qövmü doğru yola yönəltməz!...
Əhqaf Suresi, 4. Ayet:
(Ya Peyğəmbər! Bu müşriklərə) de: “Mənə bir xəbər verin görüm, sizin Allahdan başqa ibadət etdikləriniz yer üzündə (yaxud yerdən və ona bənzər şeylərdən) nə yaratmışlar?! Yoxsa onların göylərdə (Allahla) bir şərikliyi var?! Əgər doğru deyirsinizsə, (dediyinizi sübut etmək üçün) mənə bundan (bu Qurandan) əvvəl (Allahdan sizə nazil olmuş) bir kitab, yaxud
(əvvəlki
peyğəmbərlərdən, ümmətlərdən sizə gəlib çatmış) elmdən qalan bir şey (əsər) gətirin!...
Hicr Suresi, 12. Ayet:
(Əvvəlki ümmətlər barəsində etdiyimiz kimi) Biz onu (küfrü, istehzanı) günahkarların (sənin qövmündən olan müşriklərin) ürəklərinə belə yeridirik!...
Kəhf Suresi, 57. Ayet:
Rəbbinin ayələri özünə xatırlandırılarkən onlardan üz döndərən, əvvəlcə (öz əlləri ilə) etdiyi günahları unudan
(əvvəlki
günahlarından peşman olub tövbə etməyən) adamdan daha zalım kim ola bilər?! (Bu cür adamlar) onu (Quranı) anlamasınlar deyə, Biz onların qəlblərinə pərdə çəkib, qulaqlarına ağırlıq verdik (maneə qoyduq). Sən onları doğru yola dəvət etsən belə, onlar əsla haqq yola gəlməzlər (islamı qəbul etməzlər)....
Həcc Suresi, 78. Ayet:
(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin. O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız İbrahimin dini (dinində olduğu) kimi. (Ey Muhəmməd ümməti!) Allah bundan (Quran nazil olmamışdan) əvvəl də, bunda (Quranda) da sizə müsəlman adını verdi ki, (qiyamət günü) Peyğəmbər (dinin təbliği, sizin ona iman gətirməyiniz, itaət etməyiniz barədə) sizə, siz də
(əvvəlki
peyğəmbərlərin Allahın hökmlərini öz ümmətlərinə çatdırdıqları halda) insanlara şahid ola...
Hucurat Suresi, 10. Ayet:
Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə,
(əvvəlki
günahlarınız bağışlanıb) rəhm olunasınız!...
Qəmər Suresi, 43. Ayet:
(Ey Qüreyş əhli!) Sizin kafirlərin onlardan nəyi yaxşıdır?! Yoxsa
(əvvəlki
ilahi) kitablarda sizin üçün bəraət (əzabdan qurtuluş hökmü) vardır?!...
Ənkəbut Suresi, 7. Ayet:
İman gətirib yaxşı işlər görənlərin
(əvvəlki
) günahlarının üstünü örtər və onlara (dünyada) etdikləri əməllərdən daha gözəl (on qat artıq) mükafat verərik. (Və ya: gördükləri ən yaxşı əməllərə görə onları mükafatlandırarıq)....
Tövbə Suresi, 100. Ayet:
O sabiqun-əl əvvəlin
(əvvəlki
xeyirlərdə yarışanlardan salah məqamında iradəsini Allaha təslim edərək irşada məmur və məzun təyin olunanlar): Onların bir qismi mühacirindən (Məkkədən Mədinəyə hicrət edənlərdən) bir qismi ənsardan (Mədinədəki yardımçılardan) və bir qismi də onlara (ənsar və mühacirinə) ehsanla tabe olanlardandır. (Səhabə irşad məqamına sahib olduqları üçün onlara tabe olundu). Allah onlardan razı və onlar da Allahdan razıdır. Onlara Allah altlarından çaylar axan cənnətlər hazırla...
Ənbiya Suresi, 104. Ayet:
O gün kitabların yazılı səhifələrinin büküldüyü kimi səmanı bükəcəyik. Onu ilk dəfə yaratmağa başladığımız kimi
(əvvəlki
vəziyyətinə) qaytaracağıq. Bu Bizim üzərimizdə bir vəddir. Şübhəsiz ki, bunu edəcək olan Bizik....
Fussilət Suresi, 19. Ayet:
Allahın düşmənləri o gün atəşə həşr olunurlar. Beləcə onlar
(əvvəlki
lər və sonrakılar) bir yerə gətirilərlər....
Bəqərə Suresi, 230. Ayet:
Əgər onu (üçüncü dəfə) boşayarsa, bundan sonra o (qadın) başqa bir kişiyə ərə getməyincə ona
(əvvəlki
ərinə) halal olmaz. Əgər (sonrakı əri) onu boşasa, Allahın hədlərini yerinə yetirəcəklərini güman etdikləri təqdirdə (yenidən) əlaqə qurmalarında ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hədləridir, onları anlayan adamlara bəyan edir....
Əhqaf Suresi, 12. Ayet:
Ondan əvvəl Musanın rəhbər və mərhəmət olan Kitabı var idi. Bu isə zalımları qorxutmaq və yaxşı iş görənlərə müjdə vermək üçün ərəb dilində nazil edilmiş,
(əvvəlki
ləri) təsdiq edən bir Kitabdır....
Saffat Suresi, 37. Ayet:
Xeyr! O, haqqı gətirdi və
(əvvəlki
) peyğəmbərləri təsdiqlədi....
Bəqərə Suresi, 230. Ayet:
Beləliklə əgər kişi ona (üçüncü dəfə) talaq versə (onu boşasa), daha o qadın başqa bir ərə getməyincə, ona
(əvvəlki
ərinə) halal olmayacaqdır. Əgər (ikinci əri) ona təlaq versə, qadına və əvvəlki ərinə Allahın hökmlərini bərqərar etmələrinə ümidvar olduqları təqdirdə (yenidən) bir-birlərinə qayıtmaları günah deyildir. Bunlar Allahın bilən (və əməl edən) dəstə üçün bəyan etdiyi hökmləridir....
Bəqərə Suresi, 232. Ayet:
Qadınlara talaq verdikdən və onlar iddənin sonuna çatdıqdan sonra, öz aralarında xoşluqla razılığa gəldikləri təqdirdə onların öz ərləri ilə
(əvvəlki
ərləri, ya yeni ərə gedəcəkləri kişilərlə) evlənmələrinə mane olmayın. Bununla (bu hökmlə) sizdən Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Bu, sizin üçün daha yaxşı və daha pakdır. Allah bilir, siz isə bilmirsiniz....
Nisa Suresi, 20. Ayet:
Bir arvadın
(əvvəlki
arvadınızın) yerinə başqa bir arvad almaq istəsəniz və onlardan birinə (boşamaq istədiyinizə, mehriyyə olaraq) çoxlu mal vermisinizsə, ondan heç nəyi geri almayın. Yoxsa onu (cahiliyyət dövründə adətiniz olan) böhtan, iftira və aşkar günah yolu ilə alacaqsınız?! (Cahiliyyət adəti belə idi ki, qadınlara böhtan atırdılar ki, məcbur olub öz mehriyyələrindən əl çəksinlər)....
Əraf Suresi, 103. Ayet:
O zaman onlardan
(əvvəlki
peyğəmbərlərdən) sonra Musanı Öz ayə və nişanələrimizlə Fironun və onun qövmünün başçılarının yanına göndərdik. Beləliklə onlar o ayələrə zülm etdilər (onları qəbul etmədilər). Buna görə də fəsad törədənlərin aqibətlərinin necə olduğuna nəzər sal!...
Ənbiya Suresi, 79. Ayet:
Beləliklə Biz onu
(əvvəlki
hökmü ləğv edən yeni hökmü) Süleymana öyrətdik (ki, bağ yenidən yarpaqlayana və bar gətirənə kimi qoyunların özü deyil, gəliri bağ sahibinin olsun). Və Biz onların hər ikisinə hökm (peyğəmbərlik, qəzavət və hakimiyyət) və elm (din elmi və insanlara lazım olan digər elmlər) əta etdik. Dağları və quşları ram etdik ki, Davudla birlikdə (Allahı) pak sifətlərlə mədh etsinlər. Biz (istədiyimizi) edənik....
Şüəra Suresi, 196. Ayet:
Həqiqətən, də, bu (kitabın adı, vəzifəsi və gətirənin adı) keçmişdəkilərin
(əvvəlki
peyğəmbərlərin) kitablarında gəlmişdir....
Əraf Suresi, 100. Ayet:
Əvvəlki sahiblərindən sonra yer üzünə varis olanlara bu həqiqət açıq-aydın bəlli olmadımı ki, biz istəsəydik onları da
(əvvəlki
lər kimi) günahları ucbatından cəzalandırardıq. Biz onların qəlblərini möhürləyərik, onlar haqqı eşitməzlər....
Tövbə Suresi, 118. Ayet:
Savaşdan geri qalan üç nəfərin də tövbələrini qəbul etdi. Yer üzü bütün genişliyinə rəğmən onlara dar gəlmiş, vicdanları onları sıxmış, beləliklə, Allah (ın əzabın)dan yenə Ona sığınmaqdan başqa çarə olmadığını anlamışdılar. Sonra
(əvvəlki
hallarına) qayıtsınlar deyə onların tövbələrini də qəbul etdi. Şübhəsiz, Allah tövbəni çox qəbul edən və çox mərhəmət edəndir....
Saffat Suresi, 37. Ayet:
Xeyr, elə deyil. O, haqqı gətirmiş,
(əvvəlki
) peyğəmbərləri də təsdiq etmişdir....
Zariyat Suresi, 59. Ayet:
Şübhəsiz, zülm edənlər üçün
(əvvəlki
müşrik) yoldaşlarının əzab payı kimi payları var. Artıq əzabımı tələsik istəməsinlər....
Bəqərə Suresi, 232. Ayet:
Arvadları boşasanız və onlar öz (üç ay) müddətlərinə çatmış olsalar
(əvvəlki
) ərləri ilə aralarında qayda üzrə razılığa gələrsələr, nikaha girmələrinə mane olmayın. Bu, sizlərdən Allaha və axirət gününə inananlar üçün bir öyüd-nəsihətdir. Sizin üçün bu, daha xeyirli və təmizdir. Allah bilir, siz bilmirsiniz !...
Qəsəs Suresi, 32. Ayet:
Əlini qoltuğunun altına sal, o, heç bir ləkəsi olmadan ağappaq çıxacaq. Qorxun getsin deyə qanadını [əlini]
(əvvəlki
halına qayıtması üçün) bir də qoltuğuna sal. Bunlar sənin Rəbbindən Firona və onun əyanlarına göstərməyin üçün iki möcüzədir. Onlar, həqiqətən, azğın bir tayfadır."...
Saffat Suresi, 37. Ayet:
O [Məhəmməd] isə haqla gəldi və
(əvvəlki
) peyğəmbərlərin həqiqiliyini təsdiq etdi....
Əhqaf Suresi, 12. Ayet:
Ondan əvvəl Musanın kitabı [Tövrat] bir yol göstəricisi və mərhəmət olaraq (göndərilmişdi). Bu isə haqsızlıq edənlərə xəbərdarlıq etmək üçün və xeyirli əməllər tutanlara müjdə vermək üçün ərəb dilində
(əvvəlki
ləri) təsdiq edən bir kitabdır....