Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 163. Ayet:
Onlardan dəniz kənarındakı qəsəbə (xalqı) haqqında soruş! O zaman onlar şənbə günü həddi aşırdılar. Çünki şənbə günü balıqlar dəstə-dəstə onlara tərəf gəlir, şənbə günündən başqa günlər isə gəlmirdilər. Günah işlədiklərinə görə onları bu şəkildə imtahana çəkirdik.
(Allah-Təala
İsrail oğullarına şənbə günü ov etməyi qadağan etmiş və bu günə hörmət göstərmələrini istəmişdi. Bunun nəticəsində balıqlar o gün su üzünə çıxır və sərbəst şəkildə üzürdülər. Digər günlərdə isə balıqlar su üzünə çıxmırdı....
Maidə Suresi, 12. Ayet:
Şübhəsiz ki, Allah İsrail oğullarından əhd almışdı. Onlardan on iki nəzarətçi (vəkil) göndərmişdik. Allah (onlara) demişdi: “Mən sizinləyəm. Əgər namazı qılsanız, zəkatı versəniz, peyğəmbərlərimə iman gətirib onlara kömək etsəniz və Allaha gözəl bir borc versəniz (ehtiyacı olanlara faizsiz borc versəniz), əlbəttə, günahlarınızın üstünü örtər və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edərəm. Bundan sonra sizdən kim küfrə düşərsə, doğru yoldan azmış olar”.
(Allah-Təala
İsrail oğulla...
Nisa Suresi, 116. Ayet:
Şübhəsiz ki, Allah, Özünə şərik qoşulmasını əsla bağışlamaz. Bundan başqasını, dilədiyi kimsə üçün bağışlayar. Kim Allaha şərik qoşarsa, həqiqətən, o, (haqdan) uzaq bir zəlalətə düşmüşdür.
(Allah-Təala
qəlbində zərrə qədər imanla vəfat edən kimsələri belə axirətdə ya müəyyən bir vaxt cəzalandırdıqdan, yaxud günahlarının kəffarəsindən sonra, yaxud da tövbələrini qəbul etdikdən sonra cənnətinə qoyar. Ancaq imansız olaraq küfr və şirk içində ölənləri bağışlamayacağını bu ayədə açıq bir şəkildə bild...
Rəd Suresi, 39. Ayet:
Allah dilədiyini silər, (dilədiyini də) sabit saxlayar. Kitabın əsli Onun dərgahındadır.
(Allah-Təala
peyğəmbərlər vasitəsilə göndərdiyi dini hökmlərdən istədiyini ləğv edib onun yerinə başqa hökmlər gətirər. Dilədiyi hökmləri də dəyişdirmədən sabit saxlayar. Bundan əlavə, Allah dünyada istədiyini yox edər, istədiyini isə olduğu kimi saxlayar.)...
Məryəm Suresi, 11. Ayet:
Beləcə o, məbəddən qövmünün hüzuruna çıxdı və onlara: “Səhər-axşam təsbeh edin (Allahın şəninə təriflər deyin)!” - deyə işarə etdi.
(Allah-Təala
qocalmış olan Zəkəriyyə və qısır zövcəsinə bir övlad bəxş etməklə Öz qüdrətini göstərmişdir. Bundan sonra Uca Allah həmin uşağa belə vəhy etmişdir:)...
Ənam Suresi, 104. Ayet:
Rəbbinizdən sizə bəsirət (görüb dərk etmə qabiliyyəti) gəlmişdir. Kim görərsə, bu öz lehinə, kim də görməzsə, bu onun əleyhinədir. Mən sizin üstünüzdə gözətçi deyiləm.
(Allah-Təala
insanlara cisimləri görmələri üçün göz verdiyi kimi, həqiqətləri görmələri üçün də qəlb gözü olan idrak qabiliyyəti vermişdir. Kim bu qabiliyyətini doğru yolda işlətməzsə, özünə zərər vermiş olar.)...
Cümə Suresi, 3. Ayet:
(Allah-təala
Muhəmməd əleyhissəlamı) ərəblərdən savayı hələ onlara qoşulmamış başqalarına da (islamı qəbul etməmiş indiki ümmətlərə və qiyamət gününə qədər dünyaya gələcək bütün sonrakı tayfalara da peyğəmbər göndərmişdir) [Və ya: o Peyğəmbər Kitabı və hikməti ərəblərdən əlavə hələ onlara qoşulmamış başqalarına da (başqa ümmətlərə də) öyrədər]. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!...
Tin Suresi, 2. Ayet:
And olsun
(Allah-təala
nın Musa ilə danışdığı) Tur dağına;...