Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 46. Ayet:
O ikisinin (cənnət əhli ilə cəhənnəm əhlinin) arasında bir maneə vardır. Əraf (sədd) üzərində isə hər kəsi simasından tanıyan insanlar vardır ki, çox arzuladıqları halda (hələlik) ora (cənnətə) girə bilməmişlər. Onlar cənnət əhlinə: “Sizə salam olsun!” - deyə səslənərlər.
(Ayədəki
“Əraf” cənnət və cəhənnəm arasındakı divar kimi yüksək bir yerdir. Savabları və günahları bərabər olan kimsələr burada dayanar və Allahın məğfirəti ilə cənnətə girməyi ümid edərlər. Onlar kimin cənnətə, kimin cəhənnə...
Ali-İmran Suresi, 180. Ayet:
Allahın, Öz lütfündən verdiyi şeylərdə xəsislik edənlər elə zənn etməsinlər ki, bu onlar üçün xeyirlidir. Əksinə, bu onlar üçün zərərlidir. Onların xəsislik etdiyi şeylər, qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allahındır. Allah etdiklərinizdən xəbərdardır.
(Ayədəki
“miras” kəlməsi təfsirlərdə belə izah edilmişdir: “Göylərdə və yerdə nə varsa, hamısı Allahın mülküdür. Ondan faydalanan insanlar da onu bir-birlərindən miras kimi alırlar”.)...
Saffat Suresi, 5. Ayet:
O, göylərin, yerin və onların arasındakıların Rəbbidir. O, məşriqlərin də Rəbbidir.
(Ayədəki
“məşriq” sözünün cəmdə işlədilməsi il boyu günəşin şərqdəki fərqli yerlərdən çıxması ilə izah olunmuşdur.)...
Duxan Suresi, 10. Ayet:
Ona görə də sən göydən açıq-aydın bir duman gələcəyi günü gözlə!
(Ayədəki
“duman” haqqında iki rəvayət vardır. Bir rəvayətə görə, dumandan məqsəd qıtlıq və quraqlıqdır. Çünki o dövrdə şiddətli quraqlıq və qıtlıq olmuş, qüreyşlilər də buna görə Həzrət Peyğəmbərə müraciət etmişdilər. Digər bir rəvayətə görə isə, bu duman qiyamət əlamətlərindən olub şərq və qərbin arasını bürüyəcək gerçək bir dumandır.)...
Ənbiya Suresi, 32. Ayet:
Biz göyü də qorunmuş bir tavan etdik. Onlar isə ayələrimizdən üz döndərirlər.
(Ayədəki
“qorunmuş tavan” ifadəsi bir bənzətmədir. Dünyanın ətrafındakı digər göy cisimləri möhtəşəm bir nizam içində hərəkət edirlər. Bu nizam da Allah tərəfindən qorunmaqdadır. İnkarçıların üz çevirdikləri “ayələr” isə, Allahın varlığını və qüdrətini göstərən Günəş, Ay və digər göy cisimləri və onların nizamlı hərəkətidir.)...