Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ali-İmran Suresi, 13. Ayet:
(Bədr
döyüşündə) iki dəstənin qarşı-qarşıya gəlməsində sizin üçün bir ibrət vardır. Biri Allah yolunda vuruşan dəstə, digəri isə gözləri ilə onları (möminləri özlərinin) ikiqatı görən kafirlər dəstəsi idi. Allah dilədiyi kimsəni köməyi ilə dəstəkləyər. Şübhəsiz ki, bunda, bəsirət sahibləri üçün bir ibrət vardır....
Ali-İmran Suresi, 140. Ayet:
Əgər siz (Ühüd döyüşündə) bir yara almışsınızsa, o biri (kafir olan) dəstə də
(Bədr
döyüşündə) buna bənzər bir yara almışdı. Bu günləri insanlar arasında növbə ilə dəyişdiririk (bəzən bu dəstəyə, bəzən də o biri dəstəyə zəfər nəsib edirik) ki, Allah iman gətirənləri (digərlərindən) ayırd etsin və içərinizdən şahidlər tutsun. Allah zülm edənləri sevməz....
Ali-İmran Suresi, 165. Ayet:
(Bədr
döyüşündə düşmənin başına) ikiqat müsibət gətirdiyiniz halda, sizin başınıza (Ühüd döyüşündə) bir müsibət gəldiyi zaman: “Bu haradan (gəldi)?” - dediniz. De: “O, sizin özünüzdəndir (öz xətanız ucbatındandır)”. Həqiqətən, Allah hər şeyə qadirdir.
(Bədr
döyüşündə müsəlmanlar müşriklərdən yetmiş nəfəri öldürüb yetmiş nəfəri də əsir götürmüşdülər. Ühüd döyüşündə isə müsəlmanlardan yetmiş nəfər şəhid olmuşdu. Ayədəki müsibət ifadəsi ilə bu hadisəyə işarə edilmişdir. Eyni zamanda bu müsibətin, p...
Ənfal Suresi, 5. Ayet:
Necə ki, Rəbbin səni haqq uğrunda evindən çıxartmışdı. Halbuki, bu, möminlərdən bir dəstənin heç xoşuna gəlməmişdi.
(Bədr
döyüşündən sonra müsəlmanların bir qismi ələ keçirilmiş qənimətlərin bölgüsündə narazılıq etmişdilər. Bəziləri də Bədr döyüşü üçün məşvərət edilərkən döyüşmək yerinə Məkkəlilərə aid karvanı ələ keçirməyi təklif etmişdilər.)...
Ənfal Suresi, 6. Ayet:
Həqiqət ortaya çıxdıqdan sonra, ölümə sürüklənirlərmiş kimi (narazıçılıq içində) baxaraq onun barəsində səninlə mübahisə edirlər.
(Bədr
döyüşündən əvvəl müsəlmanlardan bəziləri Həzrət Peyğəmbərin yanına gələrək döyüş barəsində onunla mübahisə etmiş və belə demişdilər: “Biz karvanı ələ keçirmək üçün yola çıxmışdıq. Əgər döyüşə getdiyimizi bilsəydik, bunun üçün hazırlıq görərdik”. Yuxarıdakı ayədə, onların həddindən artıq ölümdən qorxduqları üçün bu şəkildə mübahisə etdiklərinə işarə olunmuşdur.)...
Ənfal Suresi, 11. Ayet:
O zaman Allah Öz dərgahından arxayınlıq olsun deyə sizi mürgülətmişdi. O sizi təmizləmək, şeytanın vəsvəsəsini sizdən uzaqlaşdırmaq, qəlbinizi bir-birinə bağlamaq və (müharibədə) ayaqlarınızı möhkəmləndirmək üçün göydən üstünüzə yağış yağdırırdı.
(Bədr
döyüşündə Qüreyş ordusu Müsəlmanlardan əvvəl gəlib Bədrdəki su quyularının ətrafında yerləşmişdi. Buna görə də Allah-Təalanın yağış yağdırması ilə həm müsəlmanların qəlblərindəki vəsvəsələr getdi, həm də əhvali-ruhiyyələri yüksəldi.)...
Ənfal Suresi, 17. Ayet:
(Döyüşdə) Onları siz öldürmədiniz, lakin Allah onları öldürdü. Atdığın zaman sən atmadın, lakin Allah atdı. Allah bunu, möminləri yaxşı bir imtahanla sınamaq üçün etdi. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, biləndir.
(Bədr
döyüşündə Qüreyş ordusu müsəlmanlara hücum etdiyi bir vaxtda Həzrət Peyğəmbər əllərini açaraq dua etmiş və sonra yerdən bir ovuc torpaq götürərək düşmənlərin olduğu istiqamətə sərpmişdi. Bunun nəticəsində onların gözləri tutulmuş və beləcə məğlub olmuşdular. Yuxarıdakı ayədə ...
Ənfal Suresi, 36. Ayet:
Həqiqətən, kafirlər mallarını (insanları) Allah yolundan döndərmək üçün xərcləyirlər, (bundan sonra da) xərcləyəcəklər. Sonra bu onlar üçün bir peşmançılıq olacaq, bunun ardınca da məğlub olacaqlar. Kafirlər cəhənnəmə toplanacaqlar.
(Bədr
və digər döyüşlərdə müşriklər bütün sərvətlərini ortaya qoyaraq müsəlmanları məğlub etmək üçün əllərindən gələni etdilər, ancaq axırda özləri məğlub oldular. Yuxarıdakı ayədə onların bu əməllərinə işarə edilir.)...
Ənfal Suresi, 41. Ayet:
Əgər Allaha və haqq ilə batilin ayrıldığı gün olan iki ordunun bir-birilə qarşılaşdığı gün
(Bədr
döyüşü günü) bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, qənimət olaraq ələ keçirdiyiniz hər hansı bir şeyin beşdə biri Allaha, Peyğəmbərə, onun qohumlarına, yetimlərə, yoxsullara və yolda qalmış yolçulara aiddir. Allah hər şeyə qadirdir. (Yuxarıdakı ayədə keçən “Peyğəmbərin qohumları” mövzusunda alimlər ixtilafa düşmüşlər. Bir qismi onların Haşim və Müttəlib oğulları olduğunu, bir qis...
Ənfal Suresi, 42. Ayet:
O zaman
(Bədr
döyüşündə) siz vadinin ən yaxın tərəfində (Mədinə tərəfdə), onlar da ən uzaq tərəfində (Məkkə tərəfdə) idilər. Karvan isə sizdən daha aşağıda (dəniz sahilində) idi. Əgər (döyüş üçün) sözləşmiş olsaydınız, təyin edilən vaxt barəsində mütləq ixtilafa düşərdiniz. Ancaq Allah olacaq işi yerinə yetirmək, həlak olanın açıq bir dəlillə həlak olması, sağ qalanın da açıq bir dəlillə sağ qalması üçün belə etdi. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, biləndir....
Ali-İmran Suresi, 13. Ayet:
(Ey Məkkə müşrikləri və yəhudilər!) İki dəstənin
(Bədr
müharibəsi zamanı) qarşı-qarşıya durması sizin üçün (Peyğəmbərin doğruluğuna) dəlildir. Bunlardan biri Allah yolunda vuruşanlar, digəri isə kafirlər idi. (Möminlər üç yüz on üç nəfər, kafirlər isə təqribən min nəfər idilər). (Möminlər kafirlərin) onlardan ikiqat artıq olduqlarını öz gözləri ilə görürdülər. (Yaxud kafirlər möminləri iki özləri qədər, yəni təxminən iki min nəfər və ya onların olduqlarından iki dəfə artıq, yəni altı yüzdən bir ...
Ali-İmran Suresi, 140. Ayet:
Əgər siz (Ühüd müharibəsində) yara aldınızsa, o biri (kafir) dəstə də
(Bədr
müharibəsində) o cür yara aldı. Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən şəhidlər (şahidlər) seçsin. Allah zülmkarları sevməz!...
Ali-İmran Suresi, 143. Ayet:
Siz
(Bədr
vuruşunda) ölümlə qarşılaşmadan əvvəl ölüm (şəhid olmaq) arzulayırdınız. (Ühüd vuruşunda isə) artıq onu gördünüz və durub baxdınız....
Ali-İmran Suresi, 165. Ayet:
Siz
(Bədr
müharibəsində yetmiş nəfəri öldürüb, yetmiş nəfəri əsir alaraq) onları ikiqat müsibətə düçar etdiyiniz halda, (Ühüd müharibəsində) başınıza bir müsibət gəldiyi zaman: “Bu haradan gəldi?” – dediniz. (Ya Rəsulum!) Söylə: “Bu sizin özünüzdəndir”. Həqiqətən, Allah hər şeyə qadirdir!...
Ənfal Suresi, 5. Ayet:
(Qənimətlərin bölüşdürülməsi üsulundan bəzilərinin narazı qalması) möminlərdən bir dəstənin
(Bədr
vuruşuna getmək) xoşuna gəlmədiyi halda, Rəbbinin səni haqq (cihad) uğrunda öz evindən çıxartmasına bənzər! (Bəzi möminlər müsəlmanların sayca az, qüvvətcə zəif olduqları üçün Bədr müharibəsinə getməyi Peyğəmbər əleyhissəlama məsləhət görməmiş, özləri də orada iştirak etmək istəməmişdilər. Lakin Peyğəmbər onların sözünə baxmayıb yaxın əshabələri ilə vuruşa yollanmış və düşməni məğlub edərək xeyli qə...
Ənfal Suresi, 6. Ayet:
Gözləri baxa-baxa ölümə sürüklənirlərmiş kimi, haqq
(Bədr
vuruşunun vacib olması) bəlli olduqdan sonra belə, onlar yenə də bu barədə səninlə mübahisə edirdilər....
Ənfal Suresi, 11. Ayet:
O vaxt
(Bədr
vuruşunda) Öz tərəfindən (köməyindən) arxayınlıq əlaməti olaraq, Allah sizi xəfif bir uyğuya daldırmış, sizi (çirkdən-pasdan) təmizləmək (və ya dəstəmaz almaq), Şeytanın vəsvəsəsini sizdən çıxartmaq, ürəklərinizi (qələbəyə inamla) doldurmaq və (quma batmasın deyə) ayaqlarınızın altını möhkəm etmək üçün göydən üstünüzə yağış yağdırmışdı....
Ənfal Suresi, 26. Ayet:
(Ey mühacirlər!) Xatırlayın ki, bir zaman siz yer üzündə (Məkkədə) az idiniz; zəif (aciz) sayılırdınız, (buna görə də) adamların (kafirlərin) sizi ələ keçirməsindən qorxurdunuz. (Belə bir vaxtda Allah) sizə (Mədinədə) sığınacaq verdi,
(Bədr
də) sizə köməklik göstərib müdafiə etdi və təmiz (halal qənimətlərdən) ruzi verdi ki, bəlkə, şükür edəsiniz!...
Ənfal Suresi, 41. Ayet:
(Ey möminlər!) Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin bir-birilə qarşılaşdığı gün
(Bədr
günü) bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (ayələrə) iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə qadirdir!...
Ənfal Suresi, 42. Ayet:
O zaman
(Bədr
günü) siz vadinin (Mədinəyə) ən yaxın tərəfində, onlar (düşmənləriniz) isə ən uzaq tərəfindən idilər. Karvan sizdən aşağıda (sahilə yaxın gözəl, sulu bir yerdə) durmuşdu. Əgər siz (onlarla vuruşmaq üçün müəyyən bir vaxtda üz-üzə gəlmək haqqında) vədələşsəydiniz, (onların çox olmasından və sizi öldürməsindən qorxaraq) təyin etdiyiniz vaxt barəsində aranıza ixtilaf düşərdi. Lakin Allah olacaq işi (möminlərin qələbəsini, kafirlərin məğlubiyyətini) yerinə yetirmək üçün belə etdi ki, hə...
Ənfal Suresi, 48. Ayet:
O zaman
(Bədr
günü) Şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: “Bu gün insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə yoxdur. Mən də sizin (pənahınız) dadınıza çatanam!” Lakin iki dəstə üz-üzə gəldiyi zaman dönüb qaçaraq: “Mənim sizinlə heç bir əlaqəm yoxdur. Mən sizin görmədiklərinizi (möminlərin köməyinə gələn mələkləri) görürəm. Mən Allahdan qorxuram. Allah (Ona asi olanlara) şiddətli əzab verəndir!” – demişdi....
Ənfal Suresi, 59. Ayet:
(Bədr
müharibəsində qaçıb) canlarını qurtaran kafirlər əsla elə zənn etməsinlər ki, (əzabımızdan) xilas olmuşlar. Onlar (Allahı özlərinə əzab verməkdən) aciz edə bilməzlər! (Allahın əzabından qaçıb qurtara bilməzlər!)...
Ənfal Suresi, 71. Ayet:
Əgər əsirlər sənə xəyanət etmək istəsələr, (bilsinlər ki) bundan
(Bədr
vuruşundan) əvvəl Allaha xəyanət etmişdilər. Allah (sənə Bədrdə olanlardan intiqam almağa) imkan verdi. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!...
Nəhl Suresi, 113. Ayet:
Onlara özlərindən bir peyğəmbər gəlmişdi. Onlar onu yalançı saydılar, buna görə də əzab
(Bədr
müharibəsi) onları zülm edərkən (zülm etdikləri zaman) yaxaladı....
Möminun Suresi, 64. Ayet:
Nəhayət, onların naz-nemət içində yaşayan başçılarını əzabla yaxaladığımız zaman
(Bədr
vuruşu günü) fəryad edib imdad diləyərlər....
Möminun Suresi, 77. Ayet:
Nəhayət, onların üzünə bir əzab qapısı açdığımız
(Bədr
vuruşunun müsibətinə düçar etdiyimiz) zaman dərhal ümidsizliyə qapıldılar (dilləri-ağızları quruyub, mat-məəttəl qaldılar)....
Saffat Suresi, 174. Ayet:
(Ya Peyğəmbər!) Sən bir müddət
(Bədr
vuruşuna, yaxud Məkkənin fəthinədək) onlardan üz çevir!...
Qəmər Suresi, 45. Ayet:
(Bədr
vuruşunda) bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır!...
Həşr Suresi, 15. Ayet:
Onlar özlərindən bir az əvvəl əməllərinin cəzasını (dünyada) dadmış kimsələrə
(Bədr
də məğlub olmuş Məkkə müşriklərinə) bənzəyirlər. Onları (axirətdə) şiddətli bir əzab gözləyir....
Ənfal Suresi, 5. Ayet:
Rəbbin səni bu minvalla haqq-ədalət uğrunda
(Bədr
ə getmək üçün) evindən çıxartdı. Halbuki (bu,) möminlərdən bir dəstənin xoşuna gəlmirdi....
Ənfal Suresi, 5. Ayet:
(Onlardan bəzilərinin Bədr müharibəsi qənimətlərindən məhrum olduqlarına görə narazı qalmaları,) Rəbbinin səni möminlərdən bir dəstəsi narazı olduqları halda evindən haqq və doğru olaraq
(Bədr
ə sarı) çıxarması kimidir....
Ənfal Suresi, 6. Ayet:
Səninlə o haqq iş
(Bədr
döyüşünə getmək) barəsində (onun məsləhətə uyğun olması və Allahın onda olan köməyi) aydın olduqdan sonra, mübahisə edirdilər (ki, bu cihad döyüşündə qüvvələr bərabər deyildir). (Onlar elə qorxu və vəhşət içində idilər ki,) sanki gözləri baxa-baxa ölümə tərəf sürüklənirdilər!...
Ənfal Suresi, 9. Ayet:
O zaman
(Bədr
müharibəsi meydanında) Rəbbinizdən kömək istəyirdiniz. Beləliklə, (Allah) sizin duanızı qəbul etdi ki: «Mən mütləq sizə arxaları ilə minləri gətirən min mələklə kömək edəcəyəm (və mələklərin sayı ümumilikdə üç min oldu ki, beş minə qədər nəzərdə tutulmuşdular. Ali-İmran surəsinin 124-125-ci ayələrinə müraciət edin)....
Ənfal Suresi, 36. Ayet:
Həqiqətən, kafirlər öz mallarını
(Bədr
, Ühüd və digər müharibələrdə olduğu kimi insanları) Allahın yolundan saxlamaq üçün xərcləyirlər. Tezliklə hamısını xərcləyəcəklər, (amma bu) sonra onlar üçün bir həsrət (dağı) olacaqdır və daha sonra məğlub olacaqlar. Kafirlər (Qiyamət günü öz qəbirlərindən) Cəhənnəmə doğru toplanacaqlar....
Ənfal Suresi, 49. Ayet:
O zaman münafiqlər və qəlblərində xəstəlik (küfr və şəkk xəstəliyi) olanlar «bunları
(Bədr
ə gedən İslam ordusunu) dinləri aldatmışdır!» deyirdilər, halbuki, kim Allaha təvəkkül etsə, şübhəsiz (qalibdir, çünki) Allah yenilməz qüdrət və hikmət sahibidir....
Ənfal Suresi, 69. Ayet:
Buna görə də qənimət kimi əldə etdiyiniz şeydən
(Bədr
döyüşünün qənimətləri və əsirlərin fidyəsindən) halal və pak olaraq yeyin. (Bu, səmavi şəriətlərdə döyüş qənimətləri və fidyələri barəsində olan ilk icazədir və bu icazə ilə surənin onları «ənfal» olaraq Peyğəmbərin ixtiyarında qoyan birinci ayəsi arasındakı ziddiyyəti 41-ci ayədəki bölgü aradan qaldırır.) Allahdan qorxun ki, əlbəttə Allah çox bağışlayan və mehribandır....
Ənfal Suresi, 70. Ayet:
Ey Peyğəmbər,
(Bədr
müharibəsi) əsirlər(in)dən sizin ixtiyarınızda olanlara de: «Əgər Allah sizin qəlblərinizdə bir xeyir (olmasını, İslamı qəbul edəcəyinizi) bilsə, sizə sizdən alınandan daha yaxşısını verər və sizi bağışlayar. Allah çox bağışlayan və mehribandır»....
Kəhf Suresi, 58. Ayet:
Sənin Rəbbin çox bağışlayan və rəhmət sahibidir. Əgər onları (şirk və küfr əhlini) kəsb etdiklərinin müqabilində cəzalandırsaydı, onlara əzab verməkdə mütləq tələsərdi. (Lakin tələsmir,) əksinə, onlar üçün
(Bədr
müharibəsi və ya Qiyamət günü kimi) əsla nicat yolu və sığınacaq tapmayacaqları bir vəd vaxtı vardır ....
Nəml Suresi, 72. Ayet:
De: «Bəlkə də tələsik istədiyinizin (iki tərəf arasında hakim olan əzabın) bir hissəsi sizin arxanızcadır.
(Bədr
döyüşü günü yetişər)»....
Qəmər Suresi, 45. Ayet:
O vəhdət və əlbirlik, tezliklə dağılacaq və onlar
(Bədr
müharibəsində baş verdiyi kimi düşmənə) arxa çevirəcəklər....
Həşr Suresi, 15. Ayet:
(Bəni-Nəzir yəhudiləri) özlərindən bir az əvvəl işlərinin pis aqibətini dadmış kimsələrə
(Bədr
əhli və s.) bənzəyir. Və onlar üçün (axirətdə) ağrılı bir əzab vardır....
Ali-İmran Suresi, 165. Ayet:
Onların (müşriklərin) başına
(Bədr
də) iki mislini gətirdiyiniz bir müsibət (Uhudda) sizin başınıza gəldikdə: “Bu haradan başımıza gəldi?” – dediniz, eləmi? De ki: “O (müsibət) özünüzdəndir”. Şübhəsiz, Allahın gücü hər şeyə haqqı ilə yetər....
Ənfal Suresi, 41. Ayet:
Bilin ki, qənimət olaraq ələ keçirdiyiniz hər hansı bir şeyin beşdə biri mütləq Allaha, peyğəmbərə, onun yaxınlarına, yetimlərə, yoxsullara və yolda qalanlara aiddir. Əgər Allaha və haqq ilə batili bir-birindən ayırdığı gün, (yəni) iki ordunun
(Bədr
də) qarşı-qarşıya gəldiyi gün qulumuza endirdiklərimizə iman etmisinizsə (bunu belə qəbul edin). Allah hər şeyə haqqı ilə gücü yetəndir....
Qəmər Suresi, 45. Ayet:
O topluluq yaxın zamanda
(Bədr
də) məğlub olacaq və arxa çevirib qaçacaqlar....
Həşr Suresi, 15. Ayet:
Onların halı özlərindən əvvəlkilərin (məkkəli müşriklərin) halı kimidir. Onlar
(Bədr
də) etdiklərinin cəzasını dadıblar. Onlara (axirətdə də) ağrılı-acılı bir əzab var....