Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ali-İmran Suresi, 40. Ayet:
Zəkəriyya dedi: “Ey Rəbbim! Mən qocaldığım, zövcəm də qısır olduğu halda mənim necə oğlum ola bilər?” Allah buyurdu: “
(Bəli,
) Elədir, (ancaq) Allah dilədiyini edər”....
Ənfal Suresi, 54. Ayet:
(Bəli,
bunların hərəkətləri) Firon ailəsi və onlardan əvvəlkilərin hərəkətlərinə bənzəyir. Onlar Rəbbinin ayələrini yalanlamışdılar. Biz də onları günahlarına görə məhv etmişdik. Firon ailəsini isə (dənizdə) boğmuşduq. Onların hamısı zalım idi....
Nəhl Suresi, 35. Ayet:
Müşriklər dedilər: “Əgər Allah diləsəydi, biz də, atalarımız da Ondan başqa heç nəyə ibadət etməz və Onun izni olmadan heç nəyi haram saymazdıq!”
(Bəli,
) onlardan əvvəlkilər də eynilə davranmışdılar. Məgər elçilərin vəzifəsi ancaq aydın təbliğat aparmaq deyilmi?...
Bəqərə Suresi, 26. Ayet:
Şübhəsiz, Allah hər hansı bir misalı çəkməkdən - ağcaqanad olsun, ondan böyüyü, ya balacası- utanmaz. İman gətirənlər (fikirləşərək məqsədi dərk etməklə və ya mütləq itaət və tabeçilik vasitəsi ilə) bilirlər ki, bu onların Rəbbi tərəfindən olan bir həqiqətdir. Kafirlər isə deyərlər: «Görəsən Allahın bu məsəldən məqsədi nədir?!»
(Bəli,
Allah) onunla (bir həqiqəti bəyan etməklə) çoxlarını azdırır (onların ixtiyari azğınlığa düşmələrinə səbəb olur) və çoxlarını onunla hidayət edir. (Allah) onunla a...
Bəqərə Suresi, 138. Ayet:
(Bəli,
bizim qəlblərimizin imanı) ilahi boyaqçılıqdır! Kimin boyaqçılığı Allahınkından gözəldir? Biz Ona ibadət edənlərik....
Ənam Suresi, 130. Ayet:
(Qiyamət günü Allah tərəfindən xitab olunacaqdır ki): «Ey cin və ins (insan) tayfası, məgər sizə özünüzdən Mənim ayələrimi (təkrar-təkrar) sizə oxuyan və sizi bu günkü görüşünüzdən qorxudan peyğəmbərlər gəlmədi?» Deyərlər: «Biz öz əleyhimizə şəhadət veririk
(bəli,
peyğəmbərlər gəldilər və qorxutdular)». Dünya həyatı onları aldatdı və (buna görə də) özlərinin əleyinə şəhadət verərlər ki, kafir olublar....
Əraf Suresi, 92. Ayet:
(Bəli,
) Şüeybi təkzib edənlər (elə məhv oldular) sanki heç vaxt orada yaşamayıblar. Şüeybi təkzib edənlər, özləri ziyana uğramışlar idilər....
Ənfal Suresi, 18. Ayet:
(Bəli,
) budur (küfr və imanın sonu)! Allah kafirlərin hiyləsini həmişə qüvvədən salandır....
Ənfal Suresi, 37. Ayet:
(Onların küfrləri və həmin yoldakı xərcləri səbəb olub) ki, Allah murdarı pakdan (dünyada kafiri mömindən və haramı halaldan) ayırsın və (axirətdə) murdarları bir-birinin üstünə yığıb hamısını üst-üstə qalasın və Cəhənnəmə atsın.
(Bəli,
) onlardır ziyana uğrayanlar!...
Tövbə Suresi, 8. Ayet:
(Bəli,
onların əhdlərinə) necə (etimad bəslənə bilər)? Halbuki, əgər sizə qalib gəlsələr, sizin haqqınızda nə bir qohumluğu nəzərə alarlar, nə də bir əhdnaməyə riayət edərlər. Sizi öz sözləri ilə razı salırlar, halbuki, ürəkləri imtina edir. Onların çoxu (Allaha və vicdanlarına qarşı) itaətsizdirlər....
Hud Suresi, 17. Ayet:
Məgər (əməl və etiqadında) öz Rəbbi tərəfindən (Qur’an kimi) aydın bir dəlil üzərində dayanan, ardınca Allah tərəfindən bir şahidi (məsumun təsdiqi, eləcə də onun Qur’anın təsdiqi olan möcüzəsi və ağılın hökmü) olan və ondan qabaq Musanın rəhbər və rəhmət olan kitabı olmuş bir şəxs (yalnız gümana və şəkkə əsaslanan bir kəs kimidir)?
(Bəli,
) bu Qur’ana iman gətirənlər onlardır. Və dəstələrdən kim ona kafir olsa, onun vədə yeri oddur. Buna görə də, onun barəsində şəkk və tərəddüddə olma. Şübhəsiz ...
Yusif Suresi, 90. Ayet:
Dedilər: «Yoxsa doğrudan sən özün Yusufsan?!» Dedi: «
(Bəli,
) mən Yusufəm və bu da mənim qardaşımdır. Həqiqətən Allah bizim boynumuza haqq qoydu (bizi zillətdən izzətə, ayrılıqdan vüsala və nadanlıqdan elmə çatdırdı). Çünki, kim təqvalı olsa və səbr etsə (mükafatlandırılar). Həqiqətən Allah yaxşı əməl sahiblərinin mükafatını zay etməz»....
İbrahim Suresi, 11. Ayet:
Peyğəmbərləri onlara dedilər: «
(Bəli,
) biz də sizin kimi yalnız bir bəşərik. Lakin Allah Öz bəndələrindən istədiyinin boynuna haqq qoyur (və onu peyğəmbərliyə seçir). Allahın əmri və istəyi olmadan biz sizə bir dəlil (və möcüzə) gətirə bilmərik və (bu) ağıl baxımından (da) mümkün deyildir. Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər»....
Kəhf Suresi, 91. Ayet:
(Bəli,
Zülqərneynin, yer və millətlərin əhvalatı) belə idi. Və şübhəsiz, Biz onun qarşısına çıxacaq şeyi (əzəldən) bilirdik....
Ənbiya Suresi, 29. Ayet:
Onlardan (mələk, insan və cinlərdən) hər kim «mən (özüm) Ondan qeyri və Onun müqabilində bir tanrıyam» desə, onu Cəhənnəmlə cəzalandırarıq.
(Bəli,
) Biz zalımları belə cəzalandırırıq....
Həcc Suresi, 18. Ayet:
Məgər göylərdə və yerdə olan hər bir kəsin (və onlarda olan hər bir şeyin), günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların (qeyri-ixtiyari şəkildə), həmçinin (mömin) insanların çoxunun (ixtiyari şəkildə) Allah qarşısında səcdə etmələrini və (səcdə etməkdən boyun qaçırdıqları üçün insan və cinlərin) bir çoxlarına (şeytanların isə hamısına) əzabın təsbit olunduğunu (qəlb gözü ilə) görmürsən?
(Bəli,
Allah onları alçaldıb.) Allahın alçaltdığı kəsi əsla əziz tutan olmaz. Çünki Allah qəti...
Möminun Suresi, 61. Ayet:
(bəli,
) onlardır bütün xeyir əməllərə tələsənlər! Həmin xeyir (əməl)lərdə (başqalarından) qabağa düşən də onlardır....
Möminun Suresi, 71. Ayet:
Əgər haqq və gerçəklik onların nəfsi istəklərinə tabe olsaydı (yəni, doğrudan da şirk və bir neçə tanrının olması gerçəklik olsaydı) şübhəsiz, göylər, yer və onlarda olan hər bir kəs (və hər bir şey vücuda gəlmək baxımından) pozuntuya düçar olaraq yaranmaz və ya tanrıların çoxluğu və aralarındakı çəkişmə səbəbindən (varlığını davam etdirmək baxımından) fəsad və məhvə sürüklənərdi.
(Bəli,
haqq onların istəklərinə tabe deyil,) əksinə, Biz onlara öyüd-nəsihət və ibrət vasitəsi (olan səma kitabı) gə...
Möminun Suresi, 114. Ayet:
(Allah və ya mələk) deyər: «
(Bəli,
) lap az bir zaman qaldınız. Kaş (məsələnin həqiqətini və işinizin sonunu orada) biləydiniz!»...
Rum Suresi, 54. Ayet:
Allah sizi bir zəifdən və qüdrətsizdən (zəif bir varlıqdan–nütfədən) yaratdı, (sizin üçün) zəiflik və gücsüzlükdən sonra (həddi-büluğa yetişdikdən qocalıq çağına kimi fikri və cismi) qüvvə və güc verdi və yenə də (sizdə) qüdrətdən sonra gücsüzlük və qocalıq bərqərar etdi.
(Bəli,
) O, istədiyini yaradır və Odur (hər şeyi) bilən və qüdrət sahibi....
Səba Suresi, 43. Ayet:
Bizim aşkar və aydınlıq gətirən ayələrimiz onlara oxunanda, deyərlər: «Bu (adam) ancaq sizi ata-babalarınızın ibadət etdiklərindən döndərmək istəyən şəxsdir» və deyərlər: «Bu (kitab da Allaha qarşı) uydurulmuş yalandan başqa bir şey deyildir».
(Bəli,
) haqq onlara tərəf gələn zaman kafir oldular, dedilər: «Bu, yalnız açıq-aşkar bir sehrdir»....
Fatir Suresi, 28. Ayet:
İnsanların, heyvanların və davarların da müxtəlif növ və rənglərdə olanları vardır.
(Bəli,
Allahın qüdrət və hikməti) belədir. Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən, Allah (hər bir işdə) yenilməz qüdrət sahibi və bağışlayandır....
Fatir Suresi, 36. Ayet:
Kafir olanlar üçün Cəhənnəm odu vardır. (Orada) nə onların ölümünə hökm olunar ki, ölsünlər və nə də əzabları yüngülləşdirilər.
(Bəli,
) Biz hər bir kafir və nankora beləcə cəza verəcəyik....
Yasin Suresi, 52. Ayet:
Deyərlər: «Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı?
(Bəli,
) bu Rəhman (olan Allahın dünyada) bizə vəd verdiyi həmin (ölümdən sonrakı həyat)dır. Onun peyğəmbərləri doğru deyirlərmiş»....
Saffat Suresi, 21. Ayet:
(Bəli,
) bu, (dünyada) yalan hesab etdiyiniz (Allahın) hakimlik (hökm etmə) və (yaxşıların pislərdən) ayrılması günüdür....
Saffat Suresi, 60. Ayet:
(Bəli,
) şübhəsiz ki, bu, həmin böyük uğur və qurtuluşdur....
Saffat Suresi, 162. Ayet:
(bəli,
) siz heç vaxt (cəmiyyəti) Allahın hədəfinin əksinə olaraq azğınlığa sürükləyə bilməzsiniz!...
Duxan Suresi, 28. Ayet:
(Bəli,
) belə idi. Biz başqa bir tayfanı onların hamısının varisi etdik....
Casiyə Suresi, 27. Ayet:
Göylərin və yerin həqiqi malik və sahibi Allahdır (çünki onların yaradılması, qorunması və məhv edilməsi Onun əlindədir). Batilə uyanlar Qiyamətin qopacağı gün,
(bəli,
məhz) həmin gün ziyana uğrayacaqlar....
Əhqaf Suresi, 28. Ayet:
Bəs nə üçün Allahın yerinə özləri üçün (Allaha) yaxınlaşmaq məqsədi ilə götürdükləri məbudlar (həmin əzablar nazil olan zaman) onlara kömək etmədilər, əksinə onların gözlərindən itdilər?!
(Bəli,
) onların yalan və azğınlıqları(nın) və uydurduqları(nın nəticəsi) bu idi....
Nəcm Suresi, 23. Ayet:
(Məbud, Allaha yaxınlaşdıran və şəfaətçi adlandırılan) bu bütlər sizin və atalarınızın (onlara) qoyduğunuz quru adlardan başqa bir şey deyildirlər. Allah onlar(ın haqq olmaların)a dair əsla bir dəlil-sübut nazil etməmişdir.
(Bəli,
) onlar yalnız gümana və nəfsi istəklərə tabe olurlar, halbuki Rəbbləri tərəfindən onlara hidayət vasitəsi (Qur'an və Peyğəmbər) gəlmişdir....
Vaqiə Suresi, 86. Ayet:
(Bəli,
) bəs nə üçün əgər siz cəzalandırılmayacaqsınızsa,...
Nuh Suresi, 25. Ayet:
(Bəli,
) günahları üzündən onlar suda batdılar və birbaşa (Bərzəx aləmindəki yandırıcı) oda daxil edildilər, özləri üçün Allahdan başqa heç bir köməkçi və yardımçı tapmadılar....
Müzzəmmil Suresi, 18. Ayet:
Göy o günün (şiddətinin) səbəbindən yarılacaqdır.
(Bəli,
) Onun vədi yerinə yetəsidir....
İnsan Suresi, 1. Ayet:
İnsanın zaman axışında elə bir dövrü olub keçmişdirmi ki, onda xatırlanası bir şey olmasın?
(Bəli,
onun ilk maddəsinin formalaşmağa başladığı zamandan insan şəklinə düşdüyü və ruhun ona üfürüldüyü zamanadək, müxtəlif dövrlər olmuşdur. Bu, dövrdə o insan adlandırılacaq şəkildə olmamışdır)....
Fəcr Suresi, 5. Ayet:
Ağıl sahibi olan üçün bu işlərdə bir and varmı?
(Bəli,
bu işlərin şərafətindən və sirlərindən agah olan kəs üçün and vardır.)...
Maidə Suresi, 19. Ayet:
Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir zamanda: “Bizə nə müjdələyən bir peyğəmbər gəldi, nə də xəbərdar edən”, – deməməyiniz üçün sizə (həqiqəti) açıqlayan elçimiz (Muhamməd) gəldi.
(Bəli,
) sizə bir müjdələyən və xəbərdar edən gəlmişdir. Allah hər şeyə haqqı ilə gücü yetəndir....