Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Kəhf Suresi, 58. Ayet:
Sənin Rəbbin bağışlayandır, mərhəmətlidir. Əgər (Rəbbin) onları günahlarına görə
(dərhal
) cəzalandırası olsaydı, əlbəttə, onlara tezliklə əzab verərdi. Ancaq onlar üçün təyin olunmuş bir vaxt vardır. Onlar (əzab gəldiyi zaman) sığınacaq bir yer tapa bilməyəcəklər....
Fatir Suresi, 45. Ayet:
Əgər Allah insanları qazandıqları günahlarına görə
(dərhal
) cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin onları təyin edilmiş bir vaxta qədər təxirə salır. Onların vaxtı gəldiyi zaman (əməllərinin qarşılığını verəcəkdir)! Həqiqətən, Allah qullarını görür....
Hədid Suresi, 14. Ayet:
(Münafiqlər) onlara: “Biz sizinlə birlikdə deyildikmi?!” – deyə səslənəcəklər. (Möminlər) deyəcəklər: “Bəli! Lakin siz özünüzü bəlaya saldınız.
(Dərhal
tövbə etməyib) gözlədiniz və şübhəyə düşdünüz. Allahın əmri gələnə qədər boş xülyalar sizi aldatdı. Başdan çıxaran (şeytan) Allah barəsində sizi aldatdı....
Ali-İmran Suresi, 47. Ayet:
(Məryəm: ) “Ey Rəbbim! Mənə bir insan əli toxunmadığı halda necə uşağım ola bilər?” – dedikdə, (Allah) buyurdu: “(Bəli) elədir, (lakin) Allah istədiyini yaradır. O, bir işin əmələ gəlməsini qərara aldıqda, ona ancaq “Ol!” deyər, o da
(dərhal
) olar....
Fussilət Suresi, 45. Ayet:
And olsun ki, Musa (ə.s)ə kitab verdik. Lakin onun barəsində ixtilafa düşdülər. Rəbbinin öncə buyurduğu söz olmasaydı, onların arasında
(dərhal
) hökm verilərdi. Şübhəsiz ki, onlar ondan mütləq şəkk-şübhə içində olanlardır....
Şura Suresi, 14. Ayet:
Özlərinə elm gəldikdən sonra aralarında azanlardan başqası firqələrə ayrılmadı. Əgər Rəbbindən ‘müəyyən olunmuş bir zamana qədər (möhlət)’ sözü keçməmiş olsaydı, mütləq onların arasında
(dərhal
) hökm verilərdi. Şübhəsiz ki, onlardan sonra Kitaba varis olanlar həqiqətən Ondan şəkk-şübhə içindədirlər....
Şura Suresi, 21. Ayet:
Yoxsa Allahın dində icazə vermədiyi şeyləri onlara şəriət qılan ortaqlarımı var? Fasil (ayırma) sözü keçməmiş olsaydı, mütləq onların arasında
(dərhal
) hökm verilərdi. Şübhəsiz ki, zalımlar üçün ağrılı-acılı əzab vardır....
Fatir Suresi, 45. Ayet:
Əgər Allah insanları etdikləri günahlara görə
(dərhal
) cəzalandırsaydı, yer üzündə bir canlını belə sağ buraxmazdı. Lakin Allah onlara müəyyən vaxtadək möhlət verir. Vaxtları çatanda isə (hər kəsə öz əməlinə görə cəza, yaxud mükafat verəcəkdir). Şübhəsiz ki, Allah Öz qullarını görür....
Nəhl Suresi, 40. Ayet:
(Qiyaməti bəqrərar etmək Bizim üçün asandır, çünki) Biz bir şeyi(n əmələ gəlməsini) istədikdə, ona yalnız «ol!» deyirik, beləliklə, o
(dərhal
) olur....
Məryəm Suresi, 22. Ayet:
(Ruh mələyi Məryəmə üfürdü,) beləliklə o,
(dərhal
) İsaya hamilə oldu. Sonra o (Məryəm) öz (uşaq) yükü ilə uzaq bir məkana kənara çəkildi....
Nəcm Suresi, 24. Ayet:
Məgər istədiyi (hər) şey insan üçün
(dərhal
) hazır olur (ki, bütlər tanrı, hacətləri verən və şəfaətçi olsunlar)?!...
Bəqərə Suresi, 225. Ayet:
Bilmədən içdiyiniz andlardan ötrü Allah sizi məsul tutmaz, lakin sizi qəlblərinizin qazandığı (bilə-bilə içdiyiniz) andlardan ötrü məsul tutar. Allah çox bağışlayandır, həlimdir
(Dərhal
cəzalandırmaz, möhlət verər)....
Bəqərə Suresi, 235. Ayet:
(Əri vəfat edib özü iddət gözləyən) qadınlara onlarla evlənmək istədiyinizi üstüörtülü olaraq çatdırmanızda və ya bu istəyinizi içinizdə saxlamanızda sizin üçün bir günah yoxdur. Allah bilir ki, siz onlara (bunu əvvəl-axır mütləq) deyəcəksiniz. Şəriətin icazə verdiyi şəkildə sözlər söyləməniz xaricində onlarla xəlvət görüşmək üçün vədələşməyin. Gözləmə müddəti bitincəyə qədər də nikah bağlamaq fikrinə düşməyin. Bunu da bilin ki, Allah içinizdən keçəni haqqı ilə bilir. Ona görə Allaha qarşı gəlmə...
Bəqərə Suresi, 263. Ayet:
Gözəl bir söz və bağışlama, başa qaxılan sədəqədən daha xeyirlidir. Allah hər baxımdan hədsiz zəngindir, həlimdir
(Dərhal
cəzalandırmaz, möhlət verər)....
Ali-İmran Suresi, 155. Ayet:
Şeytan iki topluluğun qarşılaşdığı gün sizdən üz döndərib qaçanları etdikləri bəzi xətalar səbəbi ilə yoldan çıxarmaq istəmişdi. Ancaq yenə də Allah onları əfv etdi. Şübhəsiz, Allah çox bağışlayandır, həlimdir
(dərhal
cəzalandırmaz, möhlət verər)....
Nisa Suresi, 12. Ayet:
Əgər övladları yoxdursa, zövcələrinizin geridə buraxdıqları mirasın yarısı sizindir. Əgər övladları varsa, buraxdıqları mirasın dörddə biri sizindir. (Bu bölgü, ölən zövcələrinizin) etdikləri vəsiyyətlərin yerinə yetirilməsi, yaxud da borclarının ödənməsindən sonradır. Əgər sizin övladınız yoxdursa, buraxdığınız mirasın dörddə biri onlarındır. Əgər övladınız varsa, buraxdığınız mirasın səkkizdə biri onlarındır. (Yenə bu bölgü) etdiyiniz vəsiyyətin yerinə yetirilməsindən, yaxud da borclarınızın ö...
Maidə Suresi, 101. Ayet:
Ey iman edənlər! Sizə açıqlandığı zaman sizi məyus edəcək şeylər haqqında sual soruşmayın. Əgər Qur`an endirilərkən bunlar haqqında sual soruşsanız, sizə açıqlanar. (Halbuki) Allah onları bağışlamışdır. Allah çox bağışlayandır, həlimdir
(dərhal
cəzalandırmaz, möhlət verər)....
Ənam Suresi, 8. Ayet:
Bir də dedilər ki: “Yaxşı olardı ki, Ona (gözlə görəcəyimiz) bir mələk endiriləydi”. Əgər (elə) bir mələk endirsəydik, artıq iş bitmiş olardı, sonra onlara möhlət verilməzdi.
(Dərhal
həlak edilərdilər.)...
Əraf Suresi, 146. Ayet:
Yer üzündə haqsız yerə kibrlənənləri ayələrimdən uzaqlaşdıracağam. (Onlar) hər bir ayəni görsələr də ona iman etməzlər. Doğru yolu görsələr, onunla getməzlər. Amma azğınlıq yolunu görsələr,
(dərhal
) ona yönələrlər. Bu, onların ayələrimizi yalan saymaları və hər zaman onlardan qafil olmaları səbəbi ilədir....
Əraf Suresi, 201. Ayet:
Şübhə yoxdur ki, Allaha qarşı gəlməkdən çəkinənlər özlərinə şeytandan bir vəsvəsə toxunduğu zaman yaxşıca düşünərlər
(dərhal
Allahı xatırlar) sonra dərhal gözlərini açarlar....
İsra Suresi, 44. Ayet:
Yeddi göy, yer və bunların içində olanlar Allahı təsbih edirlər. Hər şey onu həmd ilə təsbih edir. Ancaq siz onların təsbihlərini dərk etməzsiniz. O, həlimdir
(dərhal
cəzalandırmaz, möhlət verər), çox bağışlayandır....
Kəhf Suresi, 74. Ayet:
Yenə yola düşdülər. Nəhayət, bir oğlan uşağı ilə qarşılaşdıqları zaman adam
(dərhal
) onu öldürdü. Musa: “Bir canın əvəzi olmadan günahsız birini öldürdün? And olsun, çox pis bir iş gördün!” – dedi....
Həcc Suresi, 59. Ayet:
Əlbəttə, onları xoşnud olacaqları bir yerə daxil edəcək. Şübhəsiz, Allah haqqı ilə biləndir, həlimdir
(dərhal
cəzalandırmaz, möhlət verər)....
Əhzab Suresi, 51. Ayet:
Ey Muhamməd! Bunlardan (xanımlarından) istədiyini buraxarsan, istədiyini də yanına alarsan. Uzaq durduqlarından istədiklərini yanına almaqda da sənə bir günah yoxdur. Bu, onların gözlərinin aydın olması, məyus olmamaları və sənin onların hər birinə verdiyindən razı olmaları üçün daha münasibdir. Allah qəlblərinizi bilir. Allah haqqı ilə biləndir, həlimdir
(dərhal
cəzalandırmaz, möhlət verər)....
Fatir Suresi, 41. Ayet:
Şübhəsiz, Allah göyləri və yeri yox olub getməsinlər deyə (qurduğu nizamda) tutub saxlayır. And olsun, əgər onlar (mehvərlərindən çıxıb) yox olub getsələr, Ondan başqa heç kim onları tutub saxlaya bilməz. Şübhəsiz, O, həlimdir
(dərhal
cəzalandırmaz, möhlət verər), çox bağışlayandır....
Təğabun Suresi, 17. Ayet:
Əgər siz Allaha gözəl bir borc versəniz, Allah onu sizə qat-qat ödəyər və sizi bağışlayar. Allah şükrün qarşılığını verəndir, həlimdir
(dərhal
cəzalandırmaz, möhlət verər)....
Yasin Suresi, 82. Ayet:
O, bir şeyin olmasını istərsə, əmri ancaq “Ol !“ - deməkdir və o da
(dərhal
) olur....