Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 128. Ayet:
Ey Rəbbimiz! Bizi Sənə təslim olanlardan et və nəslimizdən də Sənə təslim olan bir ümmət çıxart! Bizə
(həcc
üçün) ibadət qaydalarını göstər və tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən....
Bəqərə Suresi, 198. Ayet:
(Həcc
mövsümündə) Rəbbinizdən gələcək bir lütf (qazanc) axtarmağınız sizə günah deyildir. Ərəfatdan axın edib gəldiyiniz zaman Məşəri-haramda Allahı zikr edin! Sizə göstərdiyi şəkildə Onu zikr edin! Həqiqətən, siz bundan əvvəl zəlalətdə idiniz....
Tövbə Suresi, 3. Ayet:
Ən böyük Həcc
(Həcc
i-əkbər) günü Allah və Peyğəmbərindən insanlara bildiriş! Şübhəsiz, Allah və Peyğəmbəri müşriklərdən uzaqdır. Əgər tövbə etsəniz, bu sizin üçün daha xeyirli olar. Əgər (iman gətirməkdən) üz döndərsəniz, bilin ki, siz Allahı aciz qoya bilməzsiniz. Kafirləri acı bir əzabla müjdələ!...
Bəqərə Suresi, 128. Ayet:
(İbrahim və İsmail dedilər: ) “Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar (müsəlman), nəslimizdən yetişənləri Sənə təslim olan ümmət (müsəlman) et, bizə
(həcc
) əməllərimizi (ibadət qaydalarımızı) göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!”...
Bəqərə Suresi, 197. Ayet:
Həcc (mövsümü) məlum olan aylardır (şəvval, zülqədə ayları və zülhiccənin birinci on günü). (Həmin aylarda) həcc ziyarəti vacib olan
(həcc
i özünə vacib bilən) şəxsə həcdə olarkən (qadınla) yaxınlıq, söyüş söyüb pis sözlər danışmaq, dava-dalaş etmək yaramaz. Allah gördüyünüz hər bir yaxşı işi bilir.
(Həcc
və ya axirət üçün) tədarük görün. Ən yaxşı tədarük (azuqə) isə təqvadır (pis əməllərdən çəkinməkdir). Ey ağıl sahibləri, Məndən qorxun!...
Bəqərə Suresi, 198. Ayet:
(Həcc
mövsümündə) Rəbbinizdən (ticarətlə) ruzi diləməniz sizin üçün günah deyildir. Ərəfatdan qayıdarkən Məşərülhəramda Allahı xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün Onu yada salın (Ona dua edin), çünki siz bundan əvvəl (doğru yolu) azanlardan idiniz!...
Maidə Suresi, 2. Ayet:
Ey iman gətirənlər! Allahın müəyyən etdiyi mərasimə
(həcc
mərasiminə), haram (hörmətli) aya
(həcc
ayı hesab edilən zülhiccəyə və ya rəcəb zülqədə, zülhiccə və məhərrəm aylarına), (Kəbəyə gətirilən) qurbanlara, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, həmçinin Rəbbinin lütfünü və razılığını diləyərək Beytülhərama (müqəddəs evə) üz tutub (ziyarətə) gələnlərə hörmətsizlik etməyin! [Onlara qarşı nalayiq işlər görməyi özünüzə halal (rəva) bilməyin!] Ehramdan çıxdığınız zaman (istəsəniz) ov edin. ...
Həcc Suresi, 32. Ayet:
(Ey insanlar! Sizə əmr etdiyim) budur. Və hər kəs Allahın mərasiminə
(həcc
əməllərinə, yaxud qurbanlıq heyvanlara) hörmət etsə, bu (hörmət), şübhəsiz ki, qəlblərin təqvasındadır (Allahdan qorxmasındadır)....
Bəqərə Suresi, 128. Ayet:
Rəbbimiz, bizim ikimizi sənə təslim olanlardan et, nəslimizdən də sənə təslim olan bir ümmət et və bizə
(həcc
) ibadətinin yerlərini (və qaydalarını) göstər və tövbəmizi qəbul et. Şübhəsiz ki, Sən tövbələri qəbul edənsən, rəhmət edənsən (rəhmət nuru göndərənsən)....
Bəqərə Suresi, 200. Ayet:
Beləcə
(həcc
ə aid) ibadətlərinizi (və qaydaları) tamamladığınız zaman artıq atalarınızı zikr etdiyiniz kimi, hətta daha qüvvətli bir zikrlə Allahı zikr edin. Lakin insanlardan kim: ‘Rəbbimiz bizə dünyada ver.’ deyərsə, axirətdə onun bir nəsibi yoxdur....
Ali-İmran Suresi, 97. Ayet:
Orada (Beytullahda) aşkar bəyyinələr, Hz.İbrahimin məqamı vardır. Kim oraya girsə əmin-amanlıqda (təhlükəsizlikdə) olar. Onun yoluna
(Həcc
ə getməyə) gücü çatanlara, Allah üçün o Beytin həcc edilməsi insanların üzərinə fərzdir. Kim inkar etsə, artıq şübhəsiz ki, Allah aləmlərdən ğanidir (heç bir şeyə möhtac deyil)....
Bəqərə Suresi, 198. Ayet:
Rəbbinizdən lütf diləmək
(həcc
vaxtı ticarət etmək) sizə günah deyildir. Ərəfatdan axışıb gəldikdə Məşərulharamda Allahı yada salın! Sizi doğru yola yönəltdiyinə görə Onu yad edin. Hərçənd ki, bundan əvvəl siz azmışlardan idiniz....
Bəqərə Suresi, 200. Ayet:
(Həcc
) mərasiminizi bitir-dikdə (vaxtilə) atalarınızı yad etdiyiniz kimi, hətta bundan da artıq Allahı yad edin! İnsanlar arasında: “Ey Rəbbimiz! Bizə (verəcəyini) elə bu dünyada ver!”– deyənlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur....
Bəqərə Suresi, 128. Ayet:
«Ey Rəbbimiz, bizi Özünə (əmrlərinə) təslim et, övladlarımızdan da Sənə təslim olan ümmət (yarat), bizim
(Həcc
, qurban kəsmək və qurbanlıq yerləri kimi) ibadət əməllərimizi bizə göstər və bizə nəzər sal ki, həqiqətən çox mehriban, tövbələri qəbul edən və rəhmli Sənsən!»...
Bəqərə Suresi, 196. Ayet:
Həcc və ümrə (əməli)ni Allaha görə tamamlayın və əgər (ehram bağladıqdan sonra düşmən və ya xəstəlik vasitəsilə) əməlləri yerinə yetirməyinizə maneçilik törənsə, (Məkkənin və yaxud Minanın qurbangahına dəvə, inək və qoyundan) sizə müyəssər olan bir qurbanlıq (göndərmək sizin boynunuzadır). Və qurbanlıq öz yerinə çatmayınca başınızı qırxmayın. Əgər sizdən kimsə (ehram halında) xəstə olsa və ya başında bir narahatlığı olsa (və başını qırxmaq məcburiyyətində qalsa, başını qırxsın və) oruc ya sədəqə...
Bəqərə Suresi, 197. Ayet:
Həcc(in zamanı) müəyyən olunmuş aylardır (Şəvval, Zilqədə və Zilhiccə ayları). Buna görə də, bu aylarda (ehram bağlamaqla) Həcci (özünə) vacib edən kəs (bilməlidir ki): Həccdə
(həcc
ehramında olan zaman) söyüş söymək, qadınlarla yaxınlıq, günah və mübahisə etmək (icazəsi) yoxdur. Allah etdiyiniz hər bir yaxşı işi bilir. Özünüz üçün azuqə götürün ki, ən yaxşı azuqə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!...
Bəqərə Suresi, 198. Ayet:
(Həcc
əsnasında) Rəbbinizdən mərhəmət və ruzi diləməyinizdə sizə heç bir günah yoxdur. Ərəfatdan (Məş’ərə tərəf) axışarkən Məş’ərül-Həram (dağın)ın yanında (Müzdəlifə çölündə) Allahı yada salın. Sizi hidayət etməsinin şükrü olaraq Onu yada salın və əslində siz bundan əvvəl azğınlardan idiniz....
Maidə Suresi, 2. Ayet:
Ey iman gətirənlər, Allahın
(həcc
və ümrə əməlləri və o ibadətlərin məkanları kimi tovhid və pərəstiş) nişanələrinə, haram aylara (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm aylarına), nişansız qurbanlığa və boynunda boyunluq olan qurbanlığa və Rəbblərindən lütf və razılıq diləyən Beytül-Həram zəvvarlarına hörmətsizlik etməyin. Ehramdan çıxdıqdan sonra ov ovlaya bilərsiniz. Məscidül-Hərama girməyinizə mane olmuş bir dəstənin ədavəti sizi (onlara qarşı) həddi aşmağa vadar etməsin. Bütün xeyir iş(lərdə)...
Maidə Suresi, 97. Ayet:
Allah Kə’bəni – o möhtərəm və təhlükəsiz evi, haram ayı
(Həcc
ayını və ya dörd haram ayı), nişanəsiz qurbanlığı və nişanəli qurbanları insanların (din və dünyasının) dayaq və bərqərarlıq vasitəsi etdi. Bu (böyük və hikmətli qanunvericilik) ona görədir ki, siz biləsiniz (ki): Şübhəsiz, Allah göylərdə olanı və yerdə olanı bilir və Allah hər bir şeyi biləndir....
Həcc Suresi, 32. Ayet:
Budur
(həcc
əməlləri)! Kim Allahın (buyurduğu həccin və Onun dininin) nişanələrinə ehtiram göstərsə, şübhəsiz, (bu ehtiram) qəlblərdəki təqvadan hasil olur....
Bəqərə Suresi, 198. Ayet:
(Həcc
mövsümündə ticarətlə məşğul olaraq) Rəbbinizin lütf və kərəmini istəməkdə sizə bir günah yoxdur. Ərəfatdan ayrılıb (sel kimi Müzdəlifəyə) axın etdiyiniz zaman Məş`əri-Haramda Allahı zikr edin. Onu, sizə göstərdiyi kimi zikr edin. Doğrusu, siz Onun yol göstərməsindən əvvəl yolunu itirmişlərdən idiniz....
Bəqərə Suresi, 200. Ayet:
(Həcc
) mərasiminizi bitirincə ata-babalarını yad etdiyiniz kimi və ya bundan da çox Allahı yad edin ! Adamlardan eləsi vardır ki, "Ey Rəbbimiz ! Bizə (nemətlərindən nə verəcəksənsə) elə bu dünyada ver !" deyir. Onun üçün axirətdə heç bir pay yoxdur....