Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 84. Ayet:
Onların üstünə (daş) yağışı yağdırdıq. Bax gör, günahkarların aqibəti necə oldu!
(Həzrət
İbrahim peyğəmbərin qardaşı nəvəsi olan Həzrət Lut Sodom şəhərinin xalqına peyğəmbər göndərilmişdi. Oranın xalqı başqa insanların etmədiyi əxlaqsız işlər görürdülər. Onlar Həzrət Lutun nəsihətlərinə qulaq asmadılar. Nəhayət, Həzrət Lut özünə iman gətirənlərlə birlikdə gecə vaxtı oranı tərk etdi. Geridə qalanlar isə, zəlzələ və başlarına yağan daşlarla məhv oldular.)...
Əraf Suresi, 112. Ayet:
Bütün bilikli sehrbazları sənin yanına gətirsinlər!”
(Həzrət
Musanın qardaşı Həzrət Harundur. O da qardaşına köməkçi olaraq göndərilmiş bir peyğəmbərdir.)...
Əraf Suresi, 148. Ayet:
(Tura gedən) Musanın ardınca qövmü zinət əşyalarından (düzəltdikləri) və böyürtüsü olan bir buzov heykəlini özlərinə (ilah) qəbul etdilər. Görmədilərmi ki, o (buzov) nə onlarla danışır, nə də onlara yol göstərə bilir?! Onu özlərinə (ilah) qəbul edərək zalım kimsələr oldular.
(Həzrət
Musa Turda qalma müddətinə on gün əlavə etdikdən sonra İsrail oğullarının içindən Samiri adında bir sənətkar insanların qızıl kimi zinət əşyalarını toplayıb əridərək ondan bir buzov heykəli düzəltdi və: “Sizin də, Mu...
Bəqərə Suresi, 104. Ayet:
Ey iman gətirənlər! “Raina” (bizə qayğı göstər) deməyin! “Unzurna” (Bizə bax) deyin! Siz (Allahın hökmünə) qulaq asın! Kafirlər üçün şiddətli bir əzab vardır.
(Həzrət
Peyğəmbər (s.ə.s.) əshabına bir şey öyrədərkən onlar “bizə qayğı göstər” kimi mənalara gələn “Raina” sözünü işlədirdilər. İbrani dilində də söymək mənasına gələn buna yaxın bir söz vardı. Yəhudilər öz dillərindəki mənasını nəzərdə tutaraq bu sözlə Həzrət Peyğəmbərə (s.ə.s.) xitab etməyə başladılar. Bu səbəbdən yuxarıdakı ayə nazil ...
Tövbə Suresi, 40. Ayet:
Əgər siz ona (Peyğəmbərə) yardım etməsəniz, (bilin ki,) kafirlər ikinin ikincisini (Sövr mağarasına sığınan iki nəfərdən biri olan Peyğəmbəri Məkkədən) çıxartdıqları zaman Allah ona yardım etmişdi. İkisi mağarada ikən o, öz dostuna (Əbu Bəkrə): “Kədərlənmə! Şübhəsiz ki, Allah bizimlə bərabərdir”, - deyirdi. Beləcə, Allah ona əminlik verdi, sizin görmədiyiniz əsgərlərlə (mələklərlə) onu dəstəklədi və kafirlərin sözünü alçaltdı. Allahın sözü isə ucadır. Allah yenilməz qüvvət və hikmət sahibidir. (...
Tövbə Suresi, 49. Ayet:
Onlardan elələri də var ki: “Mənə (döyüşə getməməyə) izin ver və məni fitnəyə (günaha) salma!” - deyir. Bilin ki, onsuz da onlar fitnəyə düşüblər. Həqiqətən, cəhənnəm kafirləri mütləq bürüyəcəkdir!
(Həzrət
Peyğəmbər Təbük döyüşü üçün hazırlıq görərkən Cəd ibn Qeysə: “Ey Əbu Vəhb! Əsfər oğullarından kölə və xidmətçilərin olsun istəyirsənmi?” – deyə sual verdi. O da: “Ey Allahın Rəsulu! Qövmüm bilir ki, mən qadınlara meyilli biriyəm. Qorxuram ki, Əsfər oğullarının qızlarını görüncə özümü saxlaya b...
Tövbə Suresi, 117. Ayet:
Müsəlmanlardan bir qrupun qəlbləri əyriliyə meyil etmək üzrə ikən Peyğəmbərin və çətin vaxtda ona tabe olan mühacirlərlə ənsarın tövbəsini şübhəsiz ki, Allah qəbul etdi. Sonra da onları bağışladı. Həqiqətən, Allah onlara qarşı çox şəfqətli və mərhəmətlidir.
(Həzrət
Peyğəmbər Təbük səfərinə çıxarkən münafiqlər gəlib yalandan üzrlü olduqlarını bəyan etmiş, o da onlara izin vermişdi. Münafiqlərin bu hərəkətlərinə aldanan bəzi müsəlmanlar da tərəddüd keçirmiş, ancaq daha sonra peşman olub tövbə etmi...
Hud Suresi, 29. Ayet:
Ey qövmüm! Mən buna görə sizdən mal-mülk istəmirəm. Mənim mükafatım yalnız Allaha aiddir. İman gətirənləri də qovan deyiləm. Onlar Rəbbinə qovuşacaqlar. Lakin mən sizin cahil bir tayfa olduğunuzu görürəm.
(Həzrət
Nuhun qövmünün başçıları xalqın kasıb təbəqəsindən olan möminlərlə birlikdə olmağı özlərinə sığışdırmırdılar. Ona görə də Həzrət Nuhdan bu insanları yanından uzaqlaşdırmasını tələb etmişdilər. Ancaq Nuh peyğəmbər onların bu təklifini qəbul etməmişdi.)...
Hud Suresi, 42. Ayet:
Gəmi onları dağlar kimi iri dalğaların arasında aparırdı. Nuh (gəmidən) uzaqda olan oğluna (Kənana): “Oğlum, bizimlə birlikdə (gəmiyə) min və kafirlərlə birlikdə olma!” - deyə səsləndi.
(Həzrət
Nuhun oğlu Kənan iman gətirməmiş və atası möminləri gəmiyə mindirərkən o, minməkdən imtina etmişdi. Həzrət Nuhun digər oğulları olan Ham, Sam və Yafəs isə iman gətirmiş və gəmiyə minmişdilər.)...
Ənfal Suresi, 9. Ayet:
(Xatırlayın ki,) o zaman siz Rəbbinizdən yardım diləmişdiniz. O da: “Mən sizə, bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm!” – deyə sizin duanızı qəbul etmişdi.
(Həzrət
Peyğəmbər Bədr döyüşündə səhabələrin az, müşriklərin isə çox olduğunu görən zaman qibləyə yönələrək əllərini uzatmış və dua etmişdi. Allah-Təala da onun duasını qəbul etmiş və min mələklə ona yardım etmişdi.)...
Hicr Suresi, 87. Ayet:
Şübhəsiz, Biz sənə təkrarlanan yeddi (ayəni) və uca Quranı verdik.
(Həzrət
Peyğəmbərdən (s.ə.s) rəvayət edilən bir hədisə görə, bu yeddi ayə namazların hər rükətində təkrarlanan “Fatihə” surəsidir.)...
Məryəm Suresi, 49. Ayet:
İbrahim onlardan və Allahı qoyub sitayiş etdiklərindən uzaqlaşdığı zaman Biz ona İshaqı və Yaqubu bəxş etdik. Onların hər ikisini də peyğəmbər etdik.
(Həzrət
İbrahimin qövmündən uzaqlaşaraq hicrət etdiyi məmləkətin Şam, yaxud Fələstin olduğu rəvayət edilir. O, Şama getmək üçün yola çıxdığı zaman əvvəlcə Hərrana getmiş və orada Sara adında bir qadınla evlənmişdi. Bu evliliyin nəticəsində onların İshaq adlı oğulları dünyaya gəlmişdir. Həzrət Yaqub da İshaqın oğlu və İbrahim peyğəmbərin nəvəsidir....
Nur Suresi, 22. Ayet:
İçinizdən fəzilət və sərvət sahibləri qohumlara, yoxsullara və Allah yolunda hicrət edənlərə (sədəqə) verməyəcəklərinə dair and içməsinlər! (Onları) bağışlasınlar və (bu niyyətlərindən) vaz keçsinlər! Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah çox bağışlayandır, rəhmlidir.
(Həzrət
Aişəyə iftira atanlardan biri də məhz Həzrət Əbu Bəkrin himayəsindəki Mistah adlı bir şəxs idi. Bu hadisədən sonra Həzrət Əbu Bəkr bir daha ona maddi yardım etməyəcəyinə dair and içdi. Təfsirçilərə görə, yuxarıda...
Şüəra Suresi, 64. Ayet:
Digərlərini də ora yaxınlaşdırdıq.
(Həzrət
Musa və qövmü dənizdə açılan bu yollardan keçərkən Firon və ordusu da onların arxasınca düşdülər.)...
Saffat Suresi, 87. Ayet:
Aləmlərin Rəbbi barəsində fikriniz nədir?”
(Həzrət
İbrahimin qövmü ulduzlara baxıb falçılıq edirdi. Onlar bir bayram günü İbrahimi də özləri ilə bayram keçirməyə dəvət etmişdilər.)...
Fəth Suresi, 15. Ayet:
Qənimətləri almaq üçün getdiyiniz zaman (səfərə getməyib) arxada qalanlar: “İcazə verin biz də sizin arxanızca gələk!” - deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De: “Siz əsla bizim arxamızca gəlməyəcəksiniz! Allah daha əvvəl sizin üçün belə buyurmuşdur”. Onlar: “Xeyr! Siz bizə paxıllıq edirsiniz”, - deyəcəklər. Əksinə, onlar çox az anlayan kimsələrdir.
(Həzrət
Peyğəmbər hicrətin altıncı ilində Hüdeybiyyədən qayıtdıqdan sonra növbəti il Hüdeybiyyədə iştirak edən müsəlmanlarla bir...
Mümtahinə Suresi, 4. Ayet:
İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl nümunə vardır. Bir zaman onlar öz qövmlərinə: “Biz sizdən və Allahdan başqa ibadət etdiklərinizdən uzağıq. Sizi (ibadət etdiklərinizi) inkar edirik. Görünür ki, siz Allahın bir olduğuna iman gətirənə qədər sizinlə bizim aramızda daimi bir düşmənçilik və nifrət olacaqdır”, - demişdilər. Ancaq İbrahimin atasına: “Əlbəttə, sənin bağışlanmağını diləyəcəyəm, lakin Allahdan sənə gələcək heç bir şeyi dəf edə bilmərəm”, - deməsi istisnadır. (O möminl...
Taha Suresi, 115. Ayet:
Şübhəsiz ki, daha əvvəl Adəmə də (müəyyən şeyləri) əmr etmişdik. Ancaq o unutdu. Biz onda əzmkarlıq görmədik.
(Həzrət
Adəm Allahın qadağan etməsinə baxmayaraq, şeytanın vəsvəsəsi ilə qadağan olunmuş ağacın meyvəsindən yemiş və sözündə durmamışdı. Yuxarıdakı ayədə bu hadisəyə işarə edilmişdir.)...
Ənam Suresi, 8. Ayet:
Onlar dedilər: “Məgər ona
(Həzrət
i–Muhəmmədə peyğəmbərliyinin həqiqi olmasını təsdiq edən) bir mələk endirilməli deyildimi?” Əgər Biz bir mələk göndərsəydik, iş bitmiş olar (iman gətirməyəcəkləri üçün onlar məhv edilər) və (tövbə etmək üçün) onlara bir an belə möhlət verilməzdi....
Ali-İmran Suresi, 39. Ayet:
Bunun üzərinə O (Zəkəriyyə ə.s) mehrabda ayaq üstə namaz qılarkən mələklər ‘Allahın onu Allahdan bir kəlməni
(Həzrət
i İsanı) təsdiqedici olaraq, seyid, nəfsinə hakim və nəbi olan, salehlərdən ‘Yəhya ilə müjdələdiyini’ nida etdilər (bildirdilər)....
Nisa Suresi, 174. Ayet:
Ey insanlar! Sizə Rəbbinizdən möhkəm bir dəlil
(həzrət
Muhamməd) gəldi və sizə açıq-aşkar bir nur (Qur`an) endirdik....