Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Yunus Suresi, 61. Ayet:
(Ey Peyğəmbər!) Sən hansı işlə məşğul olsan, nə vaxt Qurandan bir şey oxusan, (ey möminlər!) siz nə iş görsəniz, o işlərə daldığınız zaman şübhəsiz ki, Biz sizə şahidik. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Ondan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda
(lövhi-məhfuzda)
olmasın....
Nəml Suresi, 75. Ayet:
Göydə və yerdə gizli qalan elə bir şey yoxdur ki, hər şeyi bəyan edən bir Kitabda
(Lövhi-məhfuzda)
olmasın....
İsra Suresi, 58. Ayet:
Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl Biz oranı məhv etməyək, yaxud oranı şiddətli bir əzaba düçar etməyək. Bu, kitabda
(lövhi-məhfuzda)
yazılmışdır....
Həcc Suresi, 70. Ayet:
Bilmirsənmi ki, Allah göydə və yerdə olanların hamısını bilir? Həqiqətən, bu, bir kitabda
(lövhi-məhfuzda)
mövcuddur. Əlbəttə, bu, Allah üçün çox asandır....
Səba Suresi, 3. Ayet:
Kafirlər: “Qiyamət bizə gəlməyəcək!” - dedilər. De ki: “Xeyr! Qeybi bilən Rəbbimə and olsun ki, o, mütləq sizə gələcəkdir. Göylərdə və yerdə zərrə qədər bir şey belə Ondan gizli qalmaz. Hətta ondan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın bir kitabda
(lövhi-məhfuzda)
olmasın”....
Fatir Suresi, 11. Ayet:
Allah sizi (əvvəlcə) torpaqdan, sonra da nütfədən yaratdı. Sonra sizi (kişi və qadın olmaqla) cüt-cüt etdi. Onun xəbəri olmadan heç bir dişi nə hamilə qalar, nə də balasını dünyaya gətirər. Bir canlıya ömür verilməsi də, ömrünün qısaldılması da məhz kitabda
(lövhi-məhfuzda)
mövcuddur. Həqiqətən, bu, Allah üçün asandır....
Zuxruf Suresi, 4. Ayet:
Şübhəsiz ki, o (Quran), dərgahımızdakı əsas kitabda
(lövhi-məhfuzda)
mövcuddur. O, çox ucadır, hikmətlidir....
Mücadilə Suresi, 21. Ayet:
Allah
(lövhi-məhfuzda)
: “Mən və peyğəmbərlərim mütləq qalib gələcəyik!” - deyə yazmışdır. Allah güclüdür, qüdrətlidir....
Əhzab Suresi, 6. Ayet:
Peyğəmbər möminlərə özlərindən daha yaxındır. Peyğəmbərin zövcələri də onların analarıdır. Qohum olanlar Allahın Kitabına görə (vərəsəlik baxımından) bir-birlərinə digər möminlərdən və mühacirlərdən daha yaxındırlar. Ancaq dostlarınıza vəsiyyət edə bilərsiniz. Bu, kitabda
(lövhi-məhfuzda)
yazılmışdır. (Daha əvvəl möminlər bir ailə kimi bir-birlərinin varisi olduqları halda bu ayə ilə vərəsəlikdə qohumlara üstünlük verilmişdir.)...
Yasin Suresi, 12. Ayet:
Həqiqətən, ölüləri Biz dirildirik. Onların etdikləri əməlləri və qoyduqları izləri yazırıq. Biz hər şeyi açıq-aydın kitabda
(lövhi-məhfuzda)
sayıb yazmışıq....
Nəbə Suresi, 29. Ayet:
Biz hər şeyi
(lövhi-məhfuzda)
bir-bir yazmışıq....
Əraf Suresi, 37. Ayet:
Allaha iftira yaxan, Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Kitabda
(lövhi-məhfuzda)
yazılmış qismətləri onlara çatacaqdır. Nəhayət, elçilərimiz (göndərdiyimiz mələklər) canlarını almaq üçün yanlarına gəldikdə: “Allahdan başqa ibadət etdiyiniz bütləriniz haradadır?” – deyincə: “Onlar bizi qoyub qaçdılar!” – deyə cavab verəcək və öz əleyhlərinə, kafir olduqlarına şahidlik edəcəklər....
Tövbə Suresi, 51. Ayet:
De: “Allahın bizim üçün
(lövhi-məhfuzda)
yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!”...
Yunus Suresi, 61. Ayet:
(Ya Peyğəmbərim!) Sən nə iş görsən, Qurandan nə oxusan, (ümmətinlə birlikdə) nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda
(lövhi-məhfuzda)
olmasın!...
Ali-İmran Suresi, 145. Ayet:
Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O,
(lövhi-məhfuzda)
vaxtı müəyyən edilmiş bir yazıdır. (Cihadda) dünya mənfəəti istəyən şəxsə dünya mənfəətindən, axirət savabı istəyən şəxsə isə axirət savabından verəcək. Şükür edənləri də, əlbəttə, mükafatlandıracağıq!...
Nəml Suresi, 75. Ayet:
Göylərdə və yerdə (heç kəsin bilmədiyi) elə bir gizli şey yoxdur ki, açıq-aydın Kitabda
(lövhi-məhfuzda)
olmasın!...
İsra Suresi, 58. Ayet:
Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl Biz onun əhalisini məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, kitabda
(lövhi-məhfuzda)
yazılmışdır!...
Səba Suresi, 3. Ayet:
(Ayələrimizi) inkar edənlər: “Qiyamət bizə gəlməyəcəkdir!” – dedilər. (Ya Peyğəmbər! Sən onlara) de: “Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, qiyamət sizə gələcəkdir. Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda
(lövhi-məhfuzda)
olmasın!”...
Fatir Suresi, 11. Ayet:
Allah sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən xəlq etmiş, sonra da sizi (kişi və qadın olmaqla) cüt-cüt yaratmışdır. O bilmədən heç bir qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz. Ömür sahibi olan birinin uzun ömür sürməsi də, onun (yaxud başqa birinin) ömrünün qısaldılması da ancaq kitabda
(lövhi-məhfuzda)
yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır....
Saffat Suresi, 171. Ayet:
And olsun ki, peyğəmbər bəndələrimiz haqqında əvvəlcədən
(lövhi-məhfuzda)
bu sözümüz deyilmişdi:...
Zümər Suresi, 19. Ayet:
(Ya Peyğəmbər!) Məgər sən haqqında
(lövhi-məhfuzda)
əzab sözü (hökmü) vacib olmuş kimsəni (qoruya bilərsənmi)?! Məgər sən Cəhənnəmdə olanı qurtara bilərsənmi?!...
Zuxruf Suresi, 4. Ayet:
Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda
(lövhi-məhfuzda)
mövcuddur. O, çox ucadır, çox hikmətlidir (yaxud ayələri baxımından çox möhkəmdir)....
Qəmər Suresi, 12. Ayet:
Yeri yarıb (oradan) bulaqlar qaynatdıq. Nəhayət, (göydən axan və yerdən qaynayan) sular
(lövhi-məhfuzda)
əzəldən müəyyən edilmiş bir iş üçün (tufan məqsədilə) bir-birinə qovuşdu....
Hədid Suresi, 22. Ayet:
Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda
(lövhi-məhfuzda)
yazılmamış olsun. Bu, Allah üçün çox asandır!...
Mücadilə Suresi, 21. Ayet:
Allah
(lövhi-məhfuzda)
: “And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!” – deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!...
Əhzab Suresi, 6. Ayet:
Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. (Möminlər peyğəmbəri özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər). Onun övrətləri (möminlərin) analarıdır (heç kəs onlarla evlənə bilməz). Qohumlar (bir-birinə vərəsə olmaq baxımından) Allahın Kitabında möminlərdən və mühacirlərdən daha yaxındırlar. Amma (qohum olmayan) dostlarınıza (vəsiyyətlə) bir yaxşılıq edə (bir irs qoya) bilərsiniz. Bu (hökm) kitabda
(lövhi-məhfuzda)
yazılmışdır. (İslamın ilk dövrlərində si...
Yasin Suresi, 12. Ayet:
Həqiqətən, ölüləri dirildən, onların (dünyada) nə etmiş olduqlarını və qoyub getdiklərini yazan Bizik. Biz hər şeyi hesaba alıb açıq-aydın Kitabda
(lövhi-məhfuzda)
təsbit etmişik....
Ənam Suresi, 59. Ayet:
Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda
(lövhi-məhfuzda)
olmasın!...
Nəbə Suresi, 29. Ayet:
Biz hər şeyi (bir-bir) sayıb
(lövhi-məhfuzda)
yazmışıq (və ya: əməl dəftərində yazıb təsbit etmişik)....
Yunus Suresi, 61. Ayet:
Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda
(Lövhi-Məhfuzda)
olmasın....
Nəml Suresi, 75. Ayet:
Göydə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Yazıda
(Lövhi-məhfuzda)
olmasın....
Həcc Suresi, 70. Ayet:
Məgər bilmirsən ki, Allah göydə və yerdə olanları bilir? Həqiqətən, bu, Yazıda
(Lövhi-məhfuzda)
mövcuddur. Şübhəsiz ki, bu, Allah üçün asandır....
Səba Suresi, 3. Ayet:
Kafirlər: “O Saat bizə gəlməyəcəkdir!”– dedilər. De: “Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, o, mütləq sizi haqlayacaqdır. Göylərdə və yerdə zərrə qədər olan bir şey də Ondan gizli qalmaz. Bundan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın Yazıda
(Lövhi-məhfuzda)
olmasın”....
Fatir Suresi, 11. Ayet:
Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cütləşdirmişdir. Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoya bilər. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq Yazıda
(Lövhi-məhfuzda)
yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır....
Yasin Suresi, 12. Ayet:
Həqiqətən, ölüləri dirildən, onların (bu dünyada) törətdiklərini və tərk etdiklərini yazan Bizik. Biz hər şeyi açıq-aydın Yazıda
(Lövhi-məhfuzda)
qeydə almışıq....
Ənam Suresi, 59. Ayet:
Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda
(Lövhi-Məhfuzda)
olmasın....
Tövbə Suresi, 51. Ayet:
De: «Bizə Allahın
(Lövhi-Məhfuzda)
bizim üçün yazdığından və qərara aldığından (zəfər, məğlubiyyət və sairədən) başqa əsla bir şey yetişməyəcəkdir. O bizim başçı və yardımçımızdır və bütün möminlər Allaha təvəkkül etməlidirlər.»...
Hicr Suresi, 4. Ayet:
Biz heç bir insan cəmiyyətini
(Lövhi-Məhfuzda)
onun üçün (ömür müddəti barəsində) məlum yazı olmadan həlak etmədik....
Fatir Suresi, 11. Ayet:
Allah sizi(n ilk baba və nənənizi vasitəsiz olaraq və möcüzəli bir tərzdə) torpaqdan yaratdı, sonra (onların nəsli olan sizləri) nütfədən (yaratdı). Allah sizi (Adəmin nəslini əvvəlcə) torpaqdan, sonra nütfədən yaratdı, bu zaman sizi (erkək və dişi) cütlər etdi. Heç bir dişi Onun izni olmadan hamilə olmaz və bari-həmlini yerə qoymaz. Kitabda
(Lövhi-Məhfuzda)
yazılmadan heç bir yaşlı kəsə uzun ömür verilməz və heç bir kəsin ömründən azaldılmaz. Həqiqətən, bunlar Allah üçün asandır....
Yasin Suresi, 12. Ayet:
Əlbəttə, ölüləri dirildən və onların əvvəlcədən göndərdiklərini (həyatda olarkən etdikləri əməlləri) və izlərini (qoyub getdiklərini) yazan Bizik. Biz hər bir şeyi (insanların əməllərini, dünyada baş verən hadisələri) açıq aşkar nüsxələrdə
(Lövhi-Məhfuzda)
ətraflı surətdə sayıb hesablamışıq....
Zuxruf Suresi, 4. Ayet:
Həqiqətən bu (Qur’an) Bizim yanımızda ana kitabda
(Lövhi-Məhfuzda)
uca məqam və möhkəm quruluş, dəqiq məzmun və mətin bəyan sahibidir....
Hədid Suresi, 22. Ayet:
Həm yer (üzün)də (zəlzələ, qıtlıq və hərc-mərclik kimi), həm də sizin özünüzdə (yaralanmaq, xəstəlik və ölüm kimi) nə müsibət üz verirsə, Biz onu (yeri və ya sizi və yaxud həmin müsibəti) yaratmamışdan qabaq kitabda
(Lövhi-Məhfuzda)
qeyd edilmişdir. Həqiqətən bu (iş), Allah üçün asandır....
İsra Suresi, 58. Ayet:
Nə qədər məmləkət varsa, hamısını qiyamət günündən əvvəl ya həlak edəcəyik ya da şiddətli bir əzabla cəzalandıracağıq. Bu, Kitabda
(Lövhi-məhfuzda)
yazılıdır....
Həcc Suresi, 70. Ayet:
Bilmirsənmi ki, Allah göydə və yerdə nə varsa hamısını bilir. Şübhəsiz, bunların hamısı bir kitabda
(Lövhi-məhfuzda)
dır. Həqiqətən, bu, Allah üçün çox asandır....
Nəml Suresi, 75. Ayet:
Göydə və yerdə gizli heç bir şey yoxdur ki, açıq-aydın kitabda
(Lövhi-məhfuzda)
olmasın....
Yasin Suresi, 13. Ayet:
Şübhəsiz, Biz ölüləri mütləq dirildərik. Onların etdiklərini və qoyub getdikləri əsərlərini yazarıq. Biz hər şeyi açıq-aydın bir kitabda
(Lövhi-məhfuzda)
bir-bir qeyd etmişik....
Zuxruf Suresi, 4. Ayet:
Şübhəsiz, o qatımızdakı ana kitabda
(Lövhi-məhfuzda)
mövcuddur, çox ucadır, hikmətlərlə doludur....
Hədid Suresi, 22. Ayet:
Yer üzündə və öz nəfslərinizdə başınıza gələn elə bir müsibət yoxdur ki, biz onu yaratmadan əvvəl bir kitabda
(Lövhi-məhfuzda)
yazılmasın. Şübhəsiz, bu, Allah üçün asandır....
Nəbə Suresi, 29. Ayet:
Biz isə hər şeyi bir kitabda
(Lövhi-məhfuzda)
tamamilə sayıb qeyd etdik....