Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 184. Ayet:
Düşünmürlərmi ki, yoldaşlarında
(Mühəmməd
peyğəmbərdə) heç bir dəlilik (əlaməti) yoxdur? O ancaq açıq bir şəkildə xəbərdar edəndir....
Bəqərə Suresi, 23. Ayet:
Əgər bəndəmizə
(Mühəmməd
ə) nazil etdiklərimiz barədə şübhəniz varsa, siz də onun kimi bir surə gətirin! Əgər (iddianızda) haqlısınızsa, onda Allahdan başqa bütün şahidlərinizi də çağırın!...
Bəqərə Suresi, 146. Ayet:
Kitab verdiyimiz kimsələr onu
(Mühəmməd
i) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Ancaq onların bir qismi həqiqəti bilə-bilə gizlədir. (Yəhudilər Tövratdan, xristianlar da İncildən axırzaman peyğəmbərin xüsusiyyətlərini öyrənmişdilər. Hər iki dinin mənsubları onun öz qövmlərindən çıxmasını gözləyirdilər. Ancaq son peyğəmbər bütpərəst ərəblərin arasından çıxdıqda qəbiləçilik təəssübkeşliyi ilə onun peyğəmbərliyini yalanladılar. Halbuki o xüsusiyyətləri Mühəmməd Peyğəmbərdə gördükdən sonra öz o...
Bəqərə Suresi, 174. Ayet:
Allahın kitabda (Tövratda) nazil etdiklərini
(Mühəmməd
Peyğəmbərin vəsflərini) bir az mənfəət müqabilində gizlədənlər qarınlarına oddan başqa bir şey doldurmurlar. Qiyamət günü Allah nə onlarla danışar, nə də onları təmizə çıxarar. Onlar üçün şiddətli bir əzab vardır....
Yunus Suresi, 20. Ayet:
Onlar: “Ona
(Mühəmməd
ə) Rəbbindən bir möcüzə nazil edilməli deyildimi?!” - deyirlər. De ki: “Qeyb yalnız Allaha məxsusdur. Ona görə də gözləyin! Şübhəsiz, mən də sizinlə birlikdə gözləyirəm”....
Yunus Suresi, 38. Ayet:
Yoxsa onlar: “
(Mühəmməd
) onu özündən uydurdu!” - deyirlər? De ki: “Əgər haqlısınızsa, Allahdan başqa bacardığınız kimsələri (köməyə) çağırın və siz də ona bənzər bir surə gətirin!”...
Ali-İmran Suresi, 68. Ayet:
Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı, onun ardınca gedənlər, bu Peyğəmbər
(Mühəmməd
əleyhissalam) və (ona) iman gətirənlərdir. Allah möminlərin dostudur....
Kəhf Suresi, 1. Ayet:
Kitabı (Quranı) bəndəsinə
(Mühəmməd
ə) nazil edən və onda heç bir əyriliyə (nöqsana, ziddiyyətə) yol verməyən Allaha həmd olsun!...
Furqan Suresi, 1. Ayet:
Aləmləri xəbərdar etsin deyə Fürqanı (Quranı) Öz quluna
(Mühəmməd
ə) nazil edən Allah çox ucadır!...
Furqan Suresi, 4. Ayet:
Kafirlər: “Bu (Quran), onun
(Mühəmməd
in) uydurduğu yalandan başqa bir şey deyildir. Ona bu işdə başqa bir tayfa (əhli-kitabdan bəziləri) kömək etmişdir!” - dedilər. Beləcə onlar haqsızlığa və yalana əl atdılar....
Səba Suresi, 46. Ayet:
(Ey Peyğəmbər!) De: “Mən sizə yalnız bir öyüd verəcəyəm. Allah üçün iki-iki, bir-bir ayağa qalxın, sonra da düşünün! Sizin yoldaşınızda
(Mühəmməd
də) heç bir dəlilik yoxdur. O, yalnız şiddətli bir əzab gəlmədən əvvəl sizi xəbərdar edən bir peyğəmbərdir”....
Sad Suresi, 8. Ayet:
Quran aramızdan məhz onamı
(Mühəmməd
əmi) nazil oldu?” Xeyr! Onlar nazil etdiyim Quran barədə şübhə içindədirlər. Xeyr! Onlar hələ əzabımı dadmayıblar. (Yuxarıdakı ayələrdə Həzrət Peyğəmbərin də dəvət edildiyi Əbu Talibin evindəki yığıncağa işarə edilir.)...
Məhəmməd Suresi, 16. Ayet:
Onların arasında səni dinləyənlər də var. Nəhayət, sənin yanından çıxdıqları zaman elm verilmiş kimsələrdən: “O
(Mühəmməd
) bir az əvvəl nə deyirdi?” - deyə soruşurlar. Onlar Allahın qəlblərinə möhür vurduğu və öz nəfslərinin arzularına uyan kimsələrdir. (Münafiqlər Həzrət Peyğəmbərin hüzurunda olanda, yaxud xütbə verilərkən ona qulaq asır, sonra da ələ salmaq məqsədilə İbn Məsud və İbn Abbas kimi səhabələrə yaxınlaşaraq bir az əvvəl Peyğəmbərin nə dediyini onlardan soruşurdular. Yuxarıdakı ayə o...
Nəcm Suresi, 2. Ayet:
Yoldaşınız
(Mühəmməd
) nə haqq yoldan çıxmış, nə də azmışdır!...
Nəcm Suresi, 8. Ayet:
Sonra
(Mühəmməd
ə) yaxınlaşıb aşağı endi....
Nəcm Suresi, 56. Ayet:
Bu
(Mühəmməd
də) əvvəlki peyğəmbərlər kimi bir peyğəmbərdir....
Taha Suresi, 133. Ayet:
Onlar: “
(Mühəmməd
) Rəbbindən bizə bir möcüzə gətirməli deyildimi?” - dedilər. Əvvəlki kitablardakıların açıq-aşkar dəlili (Quran) onlara gəlmədimi?! (Yəni, Qurani-Kərim həm özünün, həm də əvvəlki kitabların haqq olduğuna dəlil təşkil edən ilahi bir möcüzədir.)...
Ənbiya Suresi, 3. Ayet:
Onların qəlbləri əyləncədədir (qəflətdədir). Zülm edənlər (öz aralarında) gizli-gizli pıçıldaşdılar ki: “Bu
(Mühəmməd
) da sizin kimi bir insandır. Elə isə gözünüz görə-görə sehrəmi tabe olursunuz?”...
Təkvir Suresi, 22. Ayet:
Sizin yoldaşınız
(Mühəmməd
) divanə deyildir....
Cin Suresi, 19. Ayet:
Allahın qulu
(Mühəmməd
) dua etmək üçün qalxdığı zaman az qala onlar (cinlər) onun ətrafında keçə kimi bir-birinə yapışırdılar....
Bəqərə Suresi, 23. Ayet:
Əgər bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər (“bu, bəşər kəlamıdır” sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi bu işdə köməyə) çağırın!...
Bəqərə Suresi, 89. Ayet:
Onlara Allah tərəfindən əllərindəkini (Tövratı) təsdiq edən bir kitab (Quran) göndərildiyi zaman (onu qəbul etmədilər). Halbuki əvvəlcə (Muhəmməddən qabaq) kafirlərə (ərəb müşriklərinə) qələbə çalmaq üçün (“Tövratda adı çəkilən axirüzzəman peyğəmbər gəlib bizə yardım edəydi!” - deyə Allaha) yalvarırdılar. Bildikləri (peyğəmbər) gəldikdə isə, (paxıllıq edib) ona inanmadılar. Allah kafirlərə lənət eləsin!...
Bəqərə Suresi, 108. Ayet:
(Ey Məkkə əhli!) Yoxsa siz də bundan əvvəl Musa sorğu-suala çəkildiyi kimi Peyğəmbərinizi (Muhəmmədi) sorğu-suala çəkmək istəyirsiniz? İmanı küfrə dəyişən kəs, həqiqətən, doğru yoldan azmışdır....
Bəqərə Suresi, 143. Ayet:
(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də (Muhəmməd əleyhisəllam da) sizə şahid olsun. (Ya Rəsulum!) İndi yönəldiyin qibləni (Kəbəni) yalnız Peyğəmbərə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayırd etmək üçün (qiblə) təyin etdik. Bu, (qibləni Beytülmüqəddəsdən Kəbəyə tərəf çevirmək) ağır görünsə də, ancaq Allahın doğru yola yönəltdiyi şəxslər üçün ağır deyildir. Allah sizin imanınızı (bu...
Bəqərə Suresi, 146. Ayet:
Kitab (Tövrat və İncil) verdiyimiz şəxslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) onların bir qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir....
Hud Suresi, 35. Ayet:
Yoxsa (Məkkə müşrikləri): “O (Muhəmməd) onu (Quranı və ya Nuha dair xəbərləri) özündən uydurdu!” – deyirlər. Onlara belə cavab ver: “Əgər mən onu özümdən uydururamsa, günahı mənim boynumadır. Mən isə sizin törətdiyiniz günahlardan uzağam!”...
Maidə Suresi, 13. Ayet:
Sonra əhdlərini pozduqları üçün onları lənətlədik və ürəklərini sərtləşdirdik. Onlar sözlərin (Tövratda peyğəmbərin vəsfinə dair kəlmələrin və bəzi başqa ayələrin) yerlərini dəyişib təhrif edir və xəbərdar edildikləri şeylərin bir hissəsini (Muhəmməd peyğəmbərə iman gətirməyi) unudurlar. Onların az bir qismi müstəsna olmaqla, sən onlardan həmişə xəyanət görəcəksən. Bununla belə, onları bağışla, günahlarından keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər!...
Maidə Suresi, 14. Ayet:
“Biz xaçpərəstik”, - deyənlərdən də əhd almışdıq. Sonra onlar xəbərdar olunduqları şeylərin bir hissəsini (Muhəmməd peyğəmbərə iman gətirməyi) unutdular. Biz də aralarına qiyamət gününə qədər davam edəcək ədavət və kin saldıq. Allah onlara gördükləri işlər barəsində xəbər verəcəkdir!...
Maidə Suresi, 19. Ayet:
Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə nə bir (Cənnətlə) müjdə verən, nə də bir (cəhənnəm əzabı ilə) qorxudan kimsə gəldi”, - deməməyiniz üçün sizə Peyğəmbərimiz (Muhəmməd) gəldi. Artıq sizə müjdə verən və qorxudan (xəbərdarlıq edən) şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!...
Maidə Suresi, 65. Ayet:
Əgər kitab əhli (Muhəmməd peyğəmbərə və Qurana) iman gətirsə və Allahdan qorxaraq pis əməllərdən çəkinsə, Biz, sözsüz ki, onların günahlarının üstünü örtər və özlərini də (neməti bol olan) Nəim cənnətlərinə daxil edərik....
Ali-İmran Suresi, 68. Ayet:
Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər (Muhəmməd) və ona iman gətirənlərdir. Allah möminlərin dostudur!...
Ali-İmran Suresi, 86. Ayet:
İman gətirdikdən, Rəsulun (Muhəmməd əleyhis-səlatu vəs-səlamın) haqq olduğuna (Allah tərəfindən göndərildiyinə) şəhadət verdikdən və özlərinə aşkar dəlillər gəldikdən sonra kafir olan tayfanı Allah necə doğru yola yönəldər? Allah zalımlar dəstəsini haqq yola yönəltməz!...
Ənfal Suresi, 41. Ayet:
(Ey möminlər!) Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin bir-birilə qarşılaşdığı gün (Bədr günü) bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (ayələrə) iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə qadirdir!...
Əhqaf Suresi, 8. Ayet:
Yoxsa onlar: “(Muhəmməd) onu (özündən) uydurmuşdur!” – deyirlər. (Ya Peyğəmbər!) De: “Əgər mən onu (özümdən) uydurmuşamsa, siz məni Allahdan (Allahın əzabından) qurtara bilməzsiniz. O sizin (Quran) barəsindəki dedi-qodularınızı daha yaxşı bilir. Mənimlə sizin aranızda Onun şahid olması kifayətdir. O, bağışlayandır, rəhm edəndir!”...
Əhqaf Suresi, 31. Ayet:
Ey qövmümüz! Allahın carçısını (Muhəmməd əleyhissəlamı) qəbul edin və ona iman gətirin. Allah (qiyamət günü) günahlarınızdan keçər və sizi şiddətli əzabdan xilas edər!...
Hicr Suresi, 15. Ayet:
“Gözümüz bağlanmış (xumarlanmış), biz sehrlənmişik (Muhəmməd bizi ovsunlayıb gözümüzü bağlamışdır)”, - deyərlər....
Nəhl Suresi, 24. Ayet:
(Müşriklərdən: ) “Rəbbiniz (Muhəmmədə) nə nazil etmişdir?” – deyə soruşduqda, onlar: “Qədimlərin əfsanələrini!” – deyə cavab verərlər ki,...
Nəhl Suresi, 83. Ayet:
Onlar Allahın nemətini (Muhəmməd əleyhissəlamı peyğəmbər göndərməklə onlara etdiyi lütfü) bilir, lakin sonra onu (Muhəmməd əleyhissəlamın peyğəmbərliyini) danırlar. Onların əksəriyyəti kafirdir....
Nəhl Suresi, 103. Ayet:
Biz (müşriklərin): “(Quranı) ona (Muhəmmədə) bir insan (ara-sıra görüb danışdığı Cəbr ər-Rumi adlı xaçpərəst bir gənc və ya Səlmani–Farsi) öyrədir!” – dediklərini də bilirik . Onların nəzərdə tutduqları adamın dili başqa dildir. Bu (Quranın dili) isə açıq-aşkar (bəlağətli, fəsahətli) ərəb dilidir! (Ərəblər özləri Quranın dil, üslub gözəlliyi qarşısında heyranlıqlarını, acizliklərini gizlədə bilmədikləri halda, əcəmlər bu cür fəsahətli ərəb dilini haradan bilə bilərlər?!)...
Kəhf Suresi, 1. Ayet:
Həmd olsun O Allaha ki, Kitabı (Quranı mənasında və sözlərində) heç bir əyriliyə (yanlışlığa və ziddiyyətə) yol vermədən Öz bəndəsinə (Muhəmmədə) nazil etdi!...
Furqan Suresi, 1. Ayet:
Aləmləri (insanları və cinləri Allahın əzabı ilə) qorxutmaq üçün (haqqı batildən ayıran) Quranı Öz bəndəsinə (Muhəmmədə) nazil edən Allah nə qədər (uca, nə qədər) uludur! (Ucalardan ucadır; əzəli və əbədidir, xeyir-bərəkəti bol və daimidir!)...
Furqan Suresi, 4. Ayet:
Kafir olanlar: “Bu (Quran) onun (Muhəmmədin) uydurmasından başqa bir şey deyildir. Ona bu işdə başqa bir tayfa (yəhudilər) kömək etmişdir!” – deyərək (özləri bu batil iddiaları ilə) zülmə (küfrə) və böhtana yuvarlandılar....
Furqan Suresi, 5. Ayet:
Onlar həmçinin: “Bu, qədimlərin əfsanələridir (yalan sözlərdir). O (Muhəmməd) onları (yəhudilərə) yazdırtmışdır; (əzbərlənməsi üçün) səhər-axşam (Muhəmmədin) özünə oxunur”, - dedilər....
Furqan Suresi, 21. Ayet:
Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər (qiyamət günü dirilib haqq-hesab üçün hüzurumuzda duracaqlarında qorxmayanlar): “Bizə (Muhəmmədin həqiqi peyğəmbər olduğunu təsdiq edən) mələklər endirilməli, yaxud biz (onun doğru danışıb-danışmadığını bilmək üçün) Rəbbimizi görməli idi!” – dedilər. Həqiqətən, onlar özləri barəsində təkəbbürə qapıldılar və (Allahı bilavasitə görmək, onunla danışmaq istəməyə cürət etməklə) azğınlaşıb həddi çox aşdılar....
Furqan Suresi, 32. Ayet:
Kafirlər: “Quran ona (Muhəmmədə) bütöv (birdəfəlik) endirilməli idi!” – dedilər. (Ya Rəsulum!) Sənin ürəyinə səbat (qətiyyət) vermək üçün Biz onu ayə-ayə (tədricə) nazil etdik. (Quranın az-az endirilib, ağır-ağır oxunması onun əzbərlənməsini və mənalarının anlaşılmasını asanlaşdırır)....
Səcdə Suresi, 3. Ayet:
Yoxsa (müşriklər): “(Muhəmməd) onu özündən uydurmuşdur!” – deyirlər. Xeyr, o səndən əvvəl peyğəmbər göndərilməmiş bir qövmü (Allahın əzabı ilə) qorxutmağın üçün Rəbbindən (nazil) olan bir haqdır. Bəlkə, doğru yola yönələlər!...
Səba Suresi, 46. Ayet:
(Ya Peyğəmbər! Bu müşriklərə) de: “Mən sizə ancaq bir öyüd verəcəyəm. Allah xatirinə (məni dinlədikdən sonra məclisimdən) iki-iki, bir-bir durun (durub gedin), sonra da bir dərindən düşünün, (görəcəksiniz ki) sizin yoldaşınızda (Muhəmməd əleyhissəlamda) heç bir divanəlik əsəri yoxdur. O yalnız qarşıdakı şiddətli əzabla (düçar olacağınız axirət əzabı ilə) sizi qorxudan (xəbərdar edən) bir peyğəmbərdir!”...
Fatir Suresi, 32. Ayet:
Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə (Muhəmməd ümmətinə) miras verdik. Onlardan kimisi özünə zülm edər (pis əməlləri yaxşı əməllərdən çox olar), kimisi mötədil (pis əməlləri ilə yaxşı əməlləri bərabər) olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə (başqalarını ötüb) irəli keçər (yaxşı əməlləri pis əməllərindən çox olar). Bu (Kitaba varis olmaq) böyük lütfdür!...
Fatir Suresi, 42. Ayet:
(Məkkə müşrikləri) özlərinə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gələcəyi təqdirdə (yəhudi, xaçpərəst və başqaları kimi) hər hansı ümmətdən daha artıq doğru yolda olacaqları barədə Allaha çox möhkəm and içmişdilər. Amma onlara belə bir peyğəmbər (Muhəmməd əleyhissəlam) gəldikdə bu ancaq onların nifrətini artırdı (haqq yoldan daha da uzaqlaşdılar)....
Sad Suresi, 7. Ayet:
Biz bunu (Muhəmmədin dediklərini) sonuncu dində (xaçpərəstlikdə) də eşitməmişik. Bu ancaq bir uydurmadır....
Şura Suresi, 24. Ayet:
Yoxsa onlar: “(Muhəmməd) Allaha qarşı yalan uydurdu!” – deyirlər. (Ya Peyğəmbər!) Əgər Allah istəsə, sənin qəlbini möhürləyər (Allahın adından yalan danışacağın təqdirdə Quranı sənə büsbütün unutdurar). Allah batili məhv edər və haqqı Öz sözləri ilə gerçəkləşdirər. Şübhəsiz ki, O, ürəklərdə olanları biləndir....
Zuxruf Suresi, 88. Ayet:
Onun (Muhəmməd əleyhissəlamın): “Ey Rəbbim! Bunlar iman gətirməyən bir qövmdür!” – deməsi də (dərgahımızda məlumdur)!...
Məhəmməd Suresi, 16. Ayet:
(Ya Peyğəmbər!) Onların (kafirlərin) içərisində elələri də vardır ki, səni dinləyər, sənin yanından çıxıb gedən kimi elm verilmiş kimsələrdən (səhabədən istehza ilə): “(Muhəmməd) bu saat nə dedi?!” – deyə soruşarlar. Onlar Allahın ürəklərinə möhür vurduğu və öz nəfslərinə uymuş kimsələrdir!...
Məhəmməd Suresi, 22. Ayet:
Əgər (Muhəmməd əleyhissəlamdan) üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və (Cahiliyyət dövründə olduğu kimi) qohumluq tellərini qırmaq gözlənilməzmi?!...
Fəth Suresi, 6. Ayet:
(Cihad əmri həm də ona görədir ki) Allah (Muhəmmədin Rəbbi nə Muhəmmədin özünə, nə də möminlərə kömək edəcəkdir -deyə) Onun barəsində bədgüman (bədniyyət) olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları əzaba düçar etsin. Onların bədniyyətliyi öz başlarında çatlasın! Allahın onlara qəzəbi tutmuş və (Allah) onlara lənət etmişdir. (Allah) Cəhənnəmi onlar üçün hazırlamışdır. Ora necə də pis məskəndir!...
Nəcm Suresi, 2. Ayet:
Sizin yoldaşınız (Muhəmməd əleyhissəlam) nə haqq yoldan sapmış, nə də azmışdır!...
Nəcm Suresi, 5. Ayet:
Onu (Muhəmməd əleyhissəlama) çox qüvvətli olan (Cəbrail) öyrətdi....
Nəcm Suresi, 10. Ayet:
Sonra (Cəbrail Allahın Öz) bəndəsinə
(Mühəmməd
ə) vəhy buyurduğunu vəhy etdi....
Nəcm Suresi, 11. Ayet:
Qəlb (Peyğəmbərin qəlbi) gördüyünü yalan saymadı. (Muhəmməd əleyhissəlam gözü ilə gördüyünün Cəbrail olduğuna qəlbdən inandı)....
Nəcm Suresi, 13. Ayet:
And olsun ki, (Muhəmməd əleyhissəlam Cəbraili öz həqiqi surətində) başqa bir dəfə də (merac vaxtı) görmüşdü;...
Nəcm Suresi, 56. Ayet:
Bu (Muhəmməd əleyhissəlam) da əvvəlki peyğəmbərlər kimi (insanları Allahın əzabı ilə) qorxudan bir peyğəmbərdir!...
Qəmər Suresi, 2. Ayet:
Əgər müşriklər (Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyini təsdiq edən) bir möcüzə görsələr, (imandan) üz döndərib: “(Bu, uzun müddət) davam edən bir sehrdir!” – deyərlər....
Qəmər Suresi, 44. Ayet:
Yoxsa onlar: “Biz (Muhəmməd və möminlərdən) intiqam ala biləcək bir zümrəyik!” – deyirlər?...
Vaqiə Suresi, 14. Ayet:
Bir azı da axırıncılardandır (Muhəmməd əleyhissəlamın ümmətindəndir)....
Hədid Suresi, 9. Ayet:
Sizi zülmətlərdən nura (küfrdən imana) çıxartmaq üçün Öz bəndəsinə (Muhəmməd əleyhissəlama) açıq-aşkar ayələr nazil edən Odur. Allah sizə şəfqətlidir, mərhəmətlidir!...
Hədid Suresi, 29. Ayet:
(Muhəmməd əleyhissəlama iman gətirməyən) kitab əhli bilsin ki, onlar Allahın lütfünə (mərhəmətinə, dilədiyi kimsəyə peyğəmbərlik əta etməsinə) heç bir vəchlə mane ola bilməzlər. Şübhəsiz ki, lütf (mərhəmət, nemət) Allahın əlindədir, onu istədiyinə bəxş edər. Allah çox böyük lütf (kərəm) sahibidir! [Və ya: kitab əhli Allahın lütfündən heç bir şeyə nail olmayacaqlarını, həqiqətən, lütfün (mərhəmətin) Allahın əlində olduğunu, Allahın da onu istədiyi kimsəyə bəxş etdiyini bilmədikləri üçünmü küfrdə ...
Mücadilə Suresi, 5. Ayet:
Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlar, özlərindən əvvəlkilər nə cür rüsvay olmuşlarsa, o cür rüsvay olacaqlar. Biz artıq (Muhəmməd əleyhissəlamın haqlı olmasını sübut edən) açıq-aşkar ayələr nazil etdik. Kafirləri alçaldıcı bir əzab gözləyir!...
Həşr Suresi, 7. Ayet:
Allah Öz Peyğəmbərinə (fəth olunmuş) məmləkətlərin əhalisindən (dinc yolla) verdiyi qənimət Allaha, Peyğəmbərə, (Muhəmməd əleyhissəlama yaxın olan) qohum-əqrəbaya, yetimlərə, yoxsullara və (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara) məxsusdur. Bu ona görədir ki, (həmin mal-dövlət) içərinizdəki zənginlər arasında əldən-ələ dolaşan bir sərvət olmasın (ondan yoxsullar da faydalansın). Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allah...
Həşr Suresi, 9. Ayet:
Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Muhəmməd əleyhissəlama qəlbən) iman gətirirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!...
Cümə Suresi, 5. Ayet:
Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər (Tövrata yükləndikdən sonra onu daşımayanlar, Tövrata iman gətirdikdən, onu oxuyub öyrəndikdən sonra hökmlərini lazımınca yerinə yetirməyənlər) belində çoxlu kitab daşıyan (lakin onların içində nə yazıldığını bilməyən, onlardan faydalanmağı bacarmayan) ulağa bənzərlər. (Muhəmməd əleyhissəlamın həqiqi peyğəmbər olmasına dair) Allahın ayələrini yalan sayanlar barədə çəkilən məsəl necə də pisdir! Allah zalım (kafir) qövmü doğru yola yö...
Taha Suresi, 133. Ayet:
(Kafirlər) dedilər: “Nə üçün o (Muhəmməd) Rəbbindən bizə (həqiqi peyğəmbər olmasına dəlalət edən) bir möcüzə gətirmir?” Məgər (Quranda) onlara əvvəlki (ilahi) kitablarda (keçmiş ümmətlərin həyatına, küfrləri üzündən düçar olduqları müsibətlərə dair) olanların bəyanı (yaxud açıq-aşkar dəlili) gəlmədimi?!...
Əhzab Suresi, 18. Ayet:
Şübhəsiz ki, Allah içərinizdən (cihada getməyinizə) mane olanları da, qardaşlarına: “Bizə tərəf gəlin! (Muhəmmədə qoşulub əbəs yerə özünüzü həlak etməyin!)” – deyənləri də tanıyır. Döyüşə onların ancaq azı gələr,...
Ənbiya Suresi, 3. Ayet:
Qəlbləri qəflət içində olaraq (ona qulaq asmasınlar). Zalımlar öz aralarında gizli pıçıldaşıb (bir-birinə): “Bu (Muhəmməd) sizin kimi ancaq adi bir insandır. (Onun gətirdiyi Quran sehrdən, cadudan başqa bir şey deyildir). Gözünüz görə-görə sehrəmi uyursunuz?” – dedilər....
Yasin Suresi, 69. Ayet:
Biz ona (Muhəmməd əleyhissəlama) şer öyrətmədik və bu ona heç yaraşmaz da (lazım da deyildir). Ona vəhy olunan ancaq öyüd-nəsihət və (haqla batili ayırd edən) açıq-aşkar Qurandır ki,...
Ənam Suresi, 20. Ayet:
Kitab verilmiş şəxslər onu (Muhəmməd peyğəmbəri) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Özlərinə zərər edənlər, əlbəttə, iman gətirməzlər!...
Beyyinə Suresi, 2. Ayet:
(Bu açıq-aşkar dəlil isə) pak səhifələri onlara oxuyan, Allah tərəfindən göndərilmiş peyğəmbərdir (Muhəmməd əleyhissəlamdır)....
Cin Suresi, 9. Ayet:
Biz (Muhəmməd əleyhissəlamın peyğəmbər göndərilməsindən əvvəl mələklərin söhbətinə) qulaq asmaq üçün (göyün) bəzi yerlərində otururduq. Lakin indi kim (onların söhbətinə) qulaq asmış olsa, yandırıb-yaxan bir ulduzun onu gözlədiyini görər....
Cin Suresi, 19. Ayet:
Allahın bəndəsi (Muhəmməd əleyhissəlam) Ona ibadət etmək (namaz qılmaq) üçün qalxdıqda (cinlər) az qalmışdı ki, onun ətrafında keçə kimi bir-birinə keçsinlər (izdihamın çoxluğundan bir-birinin üstünə minsinlər)....
Yunus Suresi, 38. Ayet:
Yoxsa: “(Muhəmməd) onu özündən uydurdu!”– deyirlər. De: “Əgər doğru danışırsınızsa, ona bənzər bir surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, (köməyə) çağırın!”...
Hud Suresi, 13. Ayet:
Yoxsa onlar: “(Muhəmməd)onu özündən uydurdu!”– deyirlər. De: “Əgər doğru danışırsınızsa, Ona bənzər uydurulmuş on surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, (köməyə) çağırın!”...
Hud Suresi, 35. Ayet:
Yoxsa onlar: “(Muhəmməd) onu özündən uydurdu!”– deyirlər. De: “Əgər mən onu özümdən uydurmuşamsa, günahım özümə aiddir. Lakin mən sizin etdiyiniz günahlardan uzağam”....
Maidə Suresi, 15. Ayet:
Ey Kitab əhli! Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allahdan bir nur (Muhəmməd) və açıq-aydın bir Kitab gəldi....
Nisa Suresi, 55. Ayet:
Onlardan kimi (Muhəmmədə) iman gətirdi, kimi də ondan üz çevirdi. Yandırıb-yaxan od kimi Cəhənnəm onlara bəsdir....
Furqan Suresi, 4. Ayet:
Kafirlər: “Bu, (Muhəmmədin) uydurduğu yalandan başqa bir şey deyildir. Ona bu işdə başqa adamlar da kömək etmişlər”– dedilər. Beləcə, onlar haqsızlığa və iftiraya yol verdilər....
Nəcm Suresi, 8. Ayet:
Sonra (Muhəmmədə) yaxınlaşıb aşağı endi....
Taha Suresi, 134. Ayet:
Əgər Biz onları bundan əvvəl (Muhəmməd peyğəmbər və Quran gəlməzdən öncə) əzabla məhv etsəydik, deyərdilər: “Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər göndərmədin ki, biz də zəlil və rüsvay olmazdan əvvəl Sənin ayələrinə tabe olaq?”...
Yasin Suresi, 69. Ayet:
Biz ona (Muhəmmədə) şer öyrətmədik, bu ona heç yaraşmaz da. Bu ancaq öyüd-nəsihət və aydın Qurandır ki,...
Ənam Suresi, 20. Ayet:
Özlərinə Kitab verdiyimiz kəslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Özlərini ziyana uğradanlar iman gətirməzlər....
Təkvir Suresi, 22. Ayet:
Sizin dostunuz (Muhəmməd) divanə deyildir....
Haqqə Suresi, 44. Ayet:
Əgər (Muhəmməd) bəzi sözləri özündən uydurub Bizə aid etsəydi,...
Bəqərə Suresi, 1. Ayet:
Əlif, Lam, Mim. (Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitab «Əlif» (Allah) tərəfindən «Lam»ın (Cəbrailin) vasitəsi ilə «Mim»ə (Muhəmmədə - səlləllahu əleyhi və alih) nazil edilmişdir. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır.)...
Bəqərə Suresi, 146. Ayet:
(Səma) kitab(ı) verdiyimiz şəxslər onu (Muhəmmədi-səlləllahu əleyhi və alihi və səlləm-Tövrat və İncilin onu kamil tanıtdırması əsasında) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən onların bir dəstəsi haqqı bilərəkdən israrla gizlədir....
Bəqərə Suresi, 159. Ayet:
Həqiqətən (Muhəmmədin-səlləllahu əleyhi və alihi və səlləm-peyğəmbərliyi və kitabı barəsində) nazil etdiyimiz aydın dəlillər və hidayətləri kitabda (Tövrat və İncildə) insanlara bəyan etməyimizdən sonra, (onları) gizlədən kəslər, məhz onlardır Allahın lənətlədiyi və həmçinin (bütün) lənət oxuyanların lənətlədiyi kəslər!...
Nisa Suresi, 55. Ayet:
Beləliklə onların (kitab əhlinin) bəzisi ona (Muhəmmədə-səlləllahu əleyhi və alihi və səlləm) iman gətirdi, bəzisi ondan üz döndərdi və başqalarını da ona iman gətirməkdən saxladı. Alovlanmış od olan Cəhənnəm onlara kifayətdir....
Əraf Suresi, 184. Ayet:
Məgər fikirləş(ib gör)mədilərmi ki, onların yoldaş və yurddaşlarında (Muhəmməddə - səllallahu əleyhi və alihi və səlləm) heç bir dəlilik yoxdur? O yalnız aşkar bir qorxudandır....
Tövbə Suresi, 29. Ayet:
(Yəhudilər və xristianlar kimi səmavi) kitab verilmiş kəslərin Allaha və axirət gününə iman gətirməyən (çünki, onların etiqad bəslədikləri Allah və məad, həqiqi Allah və məad deyildir), Allahın və Onun Peyğəmbərinin (Muhəmmədin – səllallahu əleyhi və alihi və səlləm – Qur’anda, Musa və İsanın da «Əhdi-ətiq» və «Əhdi-cədid»də şərab, donuz əti, rüşvət və sələm kimi) haram buyurduğunu haram hesab etməyən və haqq dinə (İslama) tabe olmayanları ilə onlar tam təslim və zillətlə öz əlləri ilə (İslam hö...
Nəhl Suresi, 103. Ayet:
Əlbəttə, Biz onların «əslində bunu (Qur’anı) ona (Muhəmmədə – səllallahu əleyhi və alihi və səlləm) bir bəşər (yəhudi, xaçpərəst və farsların bəzi alimləri) öyrədir» demələrini bilirik. (Lakin belə deyildir,) səhv edib nisbət verdikləri şəxsin dili qeyri-ərəbdir, bu (Qur’an) isə açıq-aydın ərəb dilindədir!...
İsra Suresi, 1. Ayet:
Öz bəndəsini (MuhəmmədiÖsəlləllahu əleyhi və alihi və səlləm) Özümüzün (tovhid, qüdrət və hikmətimizin) bəzi nişanələrimizi ona göstərmək üçün bir gecə Məscidül-Həramdan ətrafını (nazil olmuş mələklərin və oradan çıxmış peyğəmbərlərin mənəviyyatı, çoxlu ağacların yaşıllığı və çaylar ilə) mübarək (bərəkətli) etdiyimiz Məscidül-Əqsaya aparan Allah (hər bir eybdən) pak və nöqsansızdır. Əlbəttə (Öz bəndəsinin və yuxarı aləmin sakinlərinin danışığını) eşidən və (onların hamısının halını) görən Odur (...
Taha Suresi, 133. Ayet:
(Kafirlər Qur’anı qəbul etməyib Salehin dəvəsi və Musanın əsası kimi başqa bir möcüzə istəyərək) dedilər: «Nə üçün (Muhəmməd) bizə öz Rəbbi tərəfindən bir ayə və möcüzə gətirmir?» Məgər əvvəlki kitablardakıların aydın açıqlaması (olan bu Qur’an) onlara çatmayıb?!...
Taha Suresi, 134. Ayet:
Əgər Biz onları bundan (Muhəmmədin (s) peyğəmbərliyə göndərilməsindən və ya Qur’anın nazil olmasından) qabaq həlak etsəydik, mütləq «ey Rəbbimiz, nə üçün bizə bir peyğəmbər göndərmədin ki, zəlil və xar olmamışdan qabaq Sənin ayələrinə tabe olaq» deyərdilər....
Ənbiya Suresi, 3. Ayet:
(Vəhy və Qur’ana) qəlbləri (puç və batil işlərə) məşğul olan halda (qulaq asarlar). Zalımlar öz sirli danışıqlarını gizlədərək «məgər bu (Muhəmməd) sizin kimi bir bəşər deyil?! Özünüz görə-görə caduya tərəf gedirsiniz!» (deyərlər)....
Həcc Suresi, 15. Ayet:
(Məkkə müşriklərindən) kim Allahın ona (Muhəmmədə) dünya və axirətə əsla kömək etməyəcəyini güman edirdisə (amma indi Allahın ona yardım etməsini görürsə) [yaxud: kim özü barəsində Allahın dünya və axirətdə ona kömək etməyəcəyini güman etsə və haqqın mərhəmətinə naümid olsa] tavana bir kəndir uzatsın, sonra (özünü) boğazdan assın. O zaman baxsın ki, bu hiylə onun qəzəb və qeyzini aradan qaldırır?...
Həcc Suresi, 17. Ayet:
Şübhəsiz, Allah Qiyamət günü (Muhəmmədə və onun kitabına) iman gətirənləri, yəhudiləri, sabiiləri, xaçpərəstləri, zərdüştiləri və müşrikləri (dinlərinin doğruluğu və ya səhvliyi və kimin mükafata, kimin cəzaya layiq olması baxımından) şübhəsiz bir-birindən ayıracaqdır. Həqiqətən Allah hər şeyə şahiddir....
Furqan Suresi, 4. Ayet:
Kafirlər dedilər: «Bu (Qur’an), onun (Muhəmmədin (s) ) özündən uydurduğu və digər bir dəstənin (yəhudilərin) bunda ona kömək etdikləri yalandan başqa bir şey deyildir.» Beləliklə onlar doğrudan da (Peyğəmbərə belə bir nisbət verməklə böyük) bir zülmə və yalana batdılar....
Ənkəbut Suresi, 1. Ayet:
Əlif, Lam, Mim. (Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bizim kitabımız həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun bənzərini gətirməyə qüdrəti yoxdur. Bu kitab Əlifdən (Allahdan) Lamın (Cəbrailin) vasitəsilə Mimə (Muhəmməd-səlləllahu ələyhi və Alihi və səlləmə) vəhy olunmuşdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır.)...
Rum Suresi, 1. Ayet:
Əlif, Lam, Mim. (Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bizim kitabımız həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun bənzərini gətirmək qüdrəti yoxdur. Bu kitab Əlif (Allah) tərəfindən Lam (Cəbrail) vasitəsilə Mimə (Muhəmməd – səlləllahu ələyhi və Alihi və səlləmə) nazil olunmuşdur. Bu kitabın möhkəm və bu cür mütəşabih ayələri vardır.)...
Loğman Suresi, 1. Ayet:
Əlif, Lam, Mim. (Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Eyni zamanda bir möcüzədir. Bu kitab Əlif (Allah) tərəfindən Lamın (Cəbrail) vasitəsilə Mimə (Muhəmməd – səlləllahu ələyhi və Alihi və səlləmə) nazil olunmuşdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır.)...
Səcdə Suresi, 1. Ayet:
Əlif, Lam, Mim. (Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur və eyni zamanda möcüzədir. Bu kitab Əlif (Allah) tərəfindən Lamın (Cəbrail) vasitəsilə Mimə (Muhəmməd – səlləllahu ələyhi və Alihi və səlləmə) nazil olunmuşdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır.)...
Səcdə Suresi, 3. Ayet:
Yoxsa (Məkkə müşrikləri): (Muhəmməd) Bunu (bu kitabı) özündən uydurmuşdur»- deyirlər. (Belə deyildir) əksinə, bu səndən öncə (İbrahim (ələyhissalam)ın, yaxud İsa (ələyhissalam)ın zamanından sonra) onlara bir qorxudan (peyğəmbər) gəlməyən bir qövmü qorxutmağın üçün sənin Rəbbin tərəfindən (nazil) olan həmin haqdır və (O) sabitdir. Bəlkə doğru yola yönəlsinlər....
Sad Suresi, 6. Ayet:
Onların böyükləri və başçıları (Qüreyş və müşriklər Peyğəmbərə qarşı yönəldilmiş toplantılarından) çıxdılar (və bir-birlərinə dedilər): «Gedin öz məbudlarınız üzərində möhkəm dayanın. Həqiqətən bu (iddia), planlaşdırılmış (Muhəmmədin istədiyi) bir şeydir (başçılıq arzusudur)....
Şura Suresi, 24. Ayet:
Yoxsa onlar «(Muhəmməd peyğəmbərlik və Qur’anın Allah tərəfindən olması barəsində) Allaha iftira yaxmışdır» deyirlər? (Belə deyil! Çünki iş Allahın əlindədir.) Buna görə də əgər istəsəydi sənin qəlbini möhürləyərdi (və səndən ayələri bəyan etmək qüdrətini alardı). Allah (həmişə Öz ənənəvi qanunlarına əsasən) özünün (peyğəmbərlərə vəhy etdiyi) kəlmələri vasitəsi ilə batili məhv edir və haqqı gerçəkləşdirir. Həqiqətən O, ürəklərdə olanları bilir....
Nəcm Suresi, 2. Ayet:
Sizin yoldaşınız və dostunuz (Muhəmməd (s) ) nə (əməldə səadət) yolundan çıxıb və nə də (əqidəsində haqdan) azıb....
Nəcm Suresi, 10. Ayet:
Beləliklə də Allahın bəndəsinə (Muhəmmədə (s) həqiqət və sirlərdən) vəhy etdiyini vəhy etdi....
Hədid Suresi, 9. Ayet:
Sizi (şirk, küfr və itaətsizlik) qaranlıqlar(ın)dan (hidayət) nur(un)a tərəf çıxarmaq üçün həmişə Öz bəndəsinə (Muhəmmədə (s) ) ayə və aydın dəlillər nazil edən Odur. Həqiqətən Allah sizə şəfqətli və mehribandır....
Hədid Suresi, 28. Ayet:
Ey (Allaha və keçmiş peyğəmbərlərə) iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə (Muhəmmədə (s) ) iman gətirin ki, sizə Öz mərhəmətindən iki pay (bir pay ona iman gətirməyə görə, bir pay isə keçmiş peyğəmbərlərə iman gətirdiyiniz üçün) əta etsin, vasitəsi ilə yol (dünyada ictimai həyat yolunu, məhşərdə isə Cənnət yolunu) getməyiniz üçün bir nur versin və sizi bağışlasın. Allah bağışlayan və mehribandır....