Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Nisa Suresi, 24. Ayet:
(Müharibədə
əsir alaraq) sahib olduğunuz cariyələr istisna olmaqla, ərli qadınlar da, Allahın yazısı (əmri) olaraq sizə (haram edilmişdir). Onlardan başqalarını isə namuslu olmaq və zina etməmək şərtilə mallarınızla (mehrini verib) istəməyiniz sizə halal edildi. Onlardan faydalanmağınız əvəzində vacib olan mehrlərini verin! (Mehr) müəyyən edildikdən sonra razılaşmanızda sizə günah yoxdur. Həqiqətən, Allah biləndir, hikmət sahibidir....
Nisa Suresi, 77. Ayet:
“
(Müharibədə
n) əllərinizi çəkin, namazı qılın və zəkatı verin!” - deyilən kimsələri görmədinmi?! Müharibə etmək onlara vacib olduqda isə onlardan bir qismi Allahdan qorxan kimi, yaxud daha da şiddətli bir şəkildə insanlardan qorxuya düşdülər və: “Ey Rəbbimiz! Müharibəni nə üçün bizə vacib etdin? Nə olardı ki, yaxın bir zamana qədər bizi təxirə salsaydın (bir müddət daha müharibəni vacib etməsəydin)”, - dedilər. (Onlara) de ki: “Dünya mənfəəti azdır (fanidir). Axirət isə müttəqilər üçün daha xey...
Nisa Suresi, 141. Ayet:
Allahdan sizə bir qələbə nəsib olarsa, sizi kənardan izləyənlər (münafiqlər) belə deyərlər: “Biz də sizinlə birlikdə deyildikmi?” Əgər kafirlərə (zəfər) nəsib olarsa, (bu dəfə onlara:) “Biz
(müharibədə
) üstünlüyünüzü təmin edib sizi möminlərdən qorumadıqmı?” - deyərlər. Qiyamət günü Allah sizin aranızda hökm verəcək və kafirlərə, möminlərin əleyhinə bir yol verməyəcəkdir....
Ənfal Suresi, 11. Ayet:
O zaman Allah Öz dərgahından arxayınlıq olsun deyə sizi mürgülətmişdi. O sizi təmizləmək, şeytanın vəsvəsəsini sizdən uzaqlaşdırmaq, qəlbinizi bir-birinə bağlamaq və
(müharibədə
) ayaqlarınızı möhkəmləndirmək üçün göydən üstünüzə yağış yağdırırdı. (Bədr döyüşündə Qüreyş ordusu Müsəlmanlardan əvvəl gəlib Bədrdəki su quyularının ətrafında yerləşmişdi. Buna görə də Allah-Təalanın yağış yağdırması ilə həm müsəlmanların qəlblərindəki vəsvəsələr getdi, həm də əhvali-ruhiyyələri yüksəldi.)...
Ənbiya Suresi, 80. Ayet:
Sizdən ötrü ona zireh düzəltmə sənətini öyrətdik ki, sizi
(müharibədə
ki) çətinliklərdən qorusun. Artıq şükür edəcəksinizmi?...
Nisa Suresi, 77. Ayet:
(Ya Rəsulum!) O şəxsləri görmürsənmi ki, onlara (vaxtilə): “
(Müharibədə
n) əl çəkin, namaz qılın, zəkat verin!” – deyilmişdi. Onlara cihad etmək vacib olduqda isə, içərilərindən bir qismi Allahdan qorxan kimi və ya daha artıq bir qorxu ilə insanlardan qorxuya düşərək: “Ey Rəbbimiz! Cihad etməyi nə üçün bizə vacib etdin, nə olardı ki, bizi yaxın zamana qədər (öz əcəlimiz çatana qədər) yubandıraydın! (Daha bir müddət cihadı bizə vacib buyurmayaydın!)” – dedilər. Onlara söylə: ”Dünyanın ləzzəti və f...
Ənfal Suresi, 1. Ayet:
(Ya Peyğəmbərim!) Səndən
(müharibədə
əldə edilmiş) qənimətlər (onların kimə çatması) haqqında soruşarlar. De: “Qənimətlər Allahın və Peyğəmbərinindir (onun bölünməsi Allaha və Peyğəmbərinə aiddir). Buna görə də əgər (həqiqi) möminsinizsə, Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha və Onun Peyğəmbərinə itaət edin!...
Nisa Suresi, 77. Ayet:
Məgər sən, özlərinə: “
(Müharibədə
n) əl çəkin, namaz qılın və zəkat verin!”– deyilən kəsləri görmədinmi? Onlara vuruşmaq vacib edildikdə, içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular və: “Ey Rəbbimiz! Vuruş-mağı nə üçün bizə vacib etdin? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!”– dedilər. De: “Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə axirət daha xeyirlidir. Sizə xurma çərdəyindəki tel qədər belə haqsızlıq edilməz”....
Məhəmməd Suresi, 4. Ayet:
Buna görə də kafirlərlə
(müharibədə
) qarşılaşan zaman onların boyunlarını vurun (ilk iş öldürməkdir). Nəhayət elə ki, onları möhkəm qırıb əldən saldınız, (onları əsir götürün və) bağlarını möhkəm bağlayın. Sonra onlara ya azad etməklə minnət qoyun və yaxud fidyə (onun əvəzində mal və əsir) alın ki, müharibə, silahını yerə qoysun və yatsın. Budur (Allahın əmri). Əgər Allah istəsəydi onlardan Özü intiqam alardı. Lakin sizin bəzinizi digər bəziniz ilə (möminləri kafirlərlə və kafirləri möminlərlə) ...