Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əhzab Suresi, 13. Ayet:
Bu vaxt onlardan bir dəstə: “Ey Yəsrib
(Mədinə)
xalqı, sizin üçün burada qalacaq yer yoxdur, geri qayıdın!” – demişdi. Onlardan bir dəstə də Peyğəmbərdən izin istəyərək: “Həqiqətən, evlərimiz açıqdır (təhlükə altındadır)”, - deyirdilər. Halbuki, evləri açıq deyildi. Onlar sadəcə olaraq (döyüşdən) qaçmaq istəyirdilər....
Əhzab Suresi, 13. Ayet:
O zaman onlardan bir tayfa: “Ey Yəsrib
(Mədinə)
əhli. (Burada) sizin üçün duracaq bir yer yoxdur, (evinizə) qayıdın!” – demişdi. Başqa bir dəstə isə: “Evlərimiz açıqdır (kimsəsizdir, oğru girməsindən qorxuruq)” – deyə (geri qayıtmaq üçün) Peyğəmbərdən izin istəyirdi. Həqiqətdə evləri açıq (kimsəsiz) deyildi. Onlar ancaq (döyüşdən) qaçmaq istəyirdilər....
Əhzab Suresi, 13. Ayet:
Onlardan bir dəstə: ‘Ey Yəsrib
(Mədinə)
xalqı, sizin üçün burada dayanacaq yer yox! Artıq qayıdın.’ dedi. Onlardan digər bir qrup peyğəmbərdən: ‘Şübhəsiz ki, evlərimiz mühafizəsizdir (nəzarətsizdir).’ deyərək izn istəyirdilər. Evləri mühafizəsiz deyildi, sadəcə (savaşdan) qaçmaq istəyirdilər....
Əhzab Suresi, 13. Ayet:
O zaman onlardan bir dəstə: “Ey Yəsrib
(Mədinə)
əhli! Sizin burada durmaq imkanınız yoxdur. Geri qayıdın”, – demişdi. Onlardan başqa bir dəstə isə: “Evlərimiz açıqdır (mühafizə olunmur)”, – deyərək peyğəmbərdən izin istəyirdilər. Halbuki evləri açıq (mühafizəsiz) deyildi. Onlar sadəcə qaçmaq istəyirdilər....