Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ənfal Suresi, 19. Ayet:
(Ey kafirlər!) Əgər siz qələbə (hökm) istəyirsinizsə, artıq sizə qələbə (hökm) gəlmişdir. Əgər (küfrdən) əl çəksəniz, bu sizin üçün daha xeyirli olar. Əgər təkrar (peyğəmbərə qarşı düşmənçiliyə) qayıtsanız, Biz də (ona yardım etmək üçün) qayıdarıq. Dəstəniz nə qədər çox olsa da, sizi heç cür müdafiə edə bilməz. Çünki Allah möminlərlə bərabərdir.
(Məkkəli
müşriklər Bədr döyüşündə müsəlmanlardan sayca üstün olduqlarına arxalanaraq qalib gələcəklərini və Mədinəyə girərək müsəlmanları məhv edəcəklər...
Rəd Suresi, 6. Ayet:
(Müşriklər) səni tələsdirib yaxşılıqdan əvvəl pisliyi (əzabın gəlməsini) istəyirlər. Halbuki onlardan öncə də bunun bənzərləri baş vermişdi. Həqiqətən, Rəbbin, zülm etmələrinə rəğmən insanlara qarşı məğfirət sahibidir. Şübhəsiz ki, Rəbbinin cəzası şiddətlidir.
(Məkkəli
müşriklər belə demişdilər: “Ey Allah! Əgər bu Quran həqiqətən sənin tərəfindən göndərilibsə, dərhal üzərimizə daş yağdır, yaxud bizə başqa bir əzab ver!” Yuxarıdakı ayə bu hadisəyə işarə edir. Əslində onlar əzabın gəlməsini istəm...
Həcc Suresi, 39. Ayet:
Düşmən hücumuna məruz qalanlara (möminlərə) zülmə uğradıqları üçün (döyüşməyə) izin verilmişdir. Şübhəsiz ki, Allah onlara yardım etməyə qadirdir.
(Məkkəli
müşriklər Həzrət Peyğəmbərə və əshabına, xüsusilə də fağır və aciz kimsələrə müxtəlif cür işgəncələr verir və onlara basqınlar edirdilər. Möminlər də Həzrət Peyğəmbərin yanına gələrək bundan şikayət edir və döyüşmək üçün icazə istəyirdilər. Ancaq Allah tərəfindən izin verilmədiyi üçün Həzrət Peyğəmbər onlara səbirli və mətin olmalarını tövsiy...
Furqan Suresi, 40. Ayet:
Həqiqətən,
(Məkkəli
müşriklər) fəlakət yağışına tutulmuş şəhərə gəlmişdilər. Bəs oranı görmədilərmi? Xeyr, onlar yenidən dirilməyi ümid etmirlər. (Təfsirlərdə qeyd edildiyinə görə, bu ayədə Məkkəli müşriklərin ticarət məqsədilə getdikləri Şam səfərləri əsnasında küfrləri səbəbilə daş yağmuruna məruz qalaraq məhv edilmiş Lut qövmünün xarabalıqlarını gördükləri halda bundan ibrət götürmədiklərinə işarə edilir.)...
Ənam Suresi, 19. Ayet:
De: “Şahidlik baxımından hansı daha böyükdür?” De ki: “(Həqiqətən, peyğəmbər olduğuma dair) mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə, sizi və (Quranın) çatdığı hər kəsi onunla xəbərdar etməyim üçün vəhy olundu. Yoxsa siz Allahla yanaşı başqa ilahların olduğunamı şahidlik edirsiniz?” De: “Mən şahidlik etmərəm!” De ki: “O, yalnız tək bir ilahdır. Həqiqətən, mən sizin şərik qoşduqlarınızdan uzağam!”
(Məkkəli
müşriklər Həzrət Peyğəmbərə: “Sənin peyğəmbər olduğuna dair heç bir şahid yoxdu...
Rəd Suresi, 26. Ayet:
Allah istədiyi bəndənin ruzisi bol da edər, azaldar da.
(Məkkəli
lər) dünya həyatı (bol ruzi) ilə sevindilər. Halbuki dünya həyatı (neməti) axirət həyatı (neməti) ilə müqayisədə çox cüzi (əhəmiyyətsiz) bir şeydir (dünya neməti müvəqqəti, axirət neməti isə əbədidir)....
Ənam Suresi, 6. Ayet:
Məgər özlərindən əvvəl neçə-neçə nəsilləri (ümmətləri) məhv etdiyimizi görmədilərmi? Onlara yer üzündə sizə
(məkkəli
lərə) vermədiyimiz imkanlar (qüvvət və sərvət) vermişdik. Göydən onlara bol yağış göndərmiş, (evlərin, saraylarının və bağçalarının) altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə məhv etdik və onlardan sonra başqa yeni bir nəsil (ümmətlər) yaratdıq....
Zuxruf Suresi, 8. Ayet:
Bu səbəblə
(Məkkəli
lərdən) daha güclü olanları da şiddətlə yaxalayaraq həlak etdik. Əvvəlkilərə aid misallar (daha əvvəl) keçmişdi....
Həşr Suresi, 15. Ayet:
Onların halı özlərindən əvvəlkilərin
(məkkəli
müşriklərin) halı kimidir. Onlar (Bədrdə) etdiklərinin cəzasını dadıblar. Onlara (axirətdə də) ağrılı-acılı bir əzab var....
Qələm Suresi, 17. Ayet:
Şübhəsiz, biz vaxtilə bağça sahiblərinə bəla verdiyimiz kimi onlara
(məkkəli
kafirlərə) da bəla verdik. O bağça sahibləri sübh tezdən (yoxsullar gəlmədən) bağçanın məhsullarını toplamağa and içmişdilər....