Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
İbrahim Suresi, 35. Ayet:
Bir zaman İbrahim demişdi: “Ey Rəbbim! Bu şəhəri
(Məkkəni)
təhlükəsiz bir yer et! Məni və oğullarımı da bütlərə ibadət etməkdən uzaq tut!...
Nəhl Suresi, 112. Ayet:
Allah (əhalisi) əmin-amanlıq içində olan və ruzisi hər yerdən bol-bol gələn bir şəhəri
(Məkkəni)
misal çəkir. Ancaq (oranın əhalisi) Allahın nemətlərini inkar etdi. Allah da onlara, etdikləri əməllərə görə aclıq və qorxu sıxıntısını daddırdı. (Yuxarıdakı ayədə sözü gedən şəhər Məkkə şəhəridir. Çünki məkkəlilər Allahın Peyğəmbərini yalanlayaraq sahib olduqları rifaha nankorluq etdilər. Buna görə də yeddi il boyunca şiddətli bir qıtlıqla üzləşdilər.)...
İbrahim Suresi, 35. Ayet:
(Ya Rəsulum!) Xatırla ki, bir zaman İbrahim belə demişdi: “Ey Rəbbim! Bu diyarı
(Məkkəni)
əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq elə!...
Nəhl Suresi, 112. Ayet:
Allah bir şəhəri
(Məkkəni)
misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Lakin (əhalisi) Allahın nemətini inkar etdi, Allah da həmin şəhərə (sakinlərinin) etdikləri əməllərə görə (yeddi il) aclıq və qorxu bəlası daddırdı....
Ənkəbut Suresi, 67. Ayet:
Onun ətrafındakı insanlar zorla qaçırılıb əsir alınarkən, onu
(Məkkəni)
müqəddəs və əmin-amanlıq yeri etdiyimizi görmədilərmi? Hələ də batiləmi inanırlar və Allahın nemətini inkarmı edirlər?...
Ənkəbut Suresi, 67. Ayet:
Məgər onlar, ətraflarındakı insanlar yaxalandıqları halda,
(Məkkəni)
onlar üçün müqəddəs, təhlükəsiz bir yer etdiyimizi görmürlərmi? Onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər?...
Ənam Suresi, 92. Ayet:
Bu (Qur`an) da bərəkət qaynağı, özündən əvvəlkiləri (ilahi kitabları) təsdiq edən və şəhərlər anasını
(Məkkəni)
və bütün ətrafını (bütün insanları) xəbərdar edəsən deyə endirdiyimiz bir kitabdır. Axirətə iman edənlər ona da inanırlar. Onlar namazlarını vaxtı-vaxtında qılarlar....
Ənkəbut Suresi, 67. Ayet:
Məgər onlar öz ətraflarındakı [başqa yerlərdən] adamlann qaçırılıb (zülmə məruz edildikləri) halda Bizim
(Məkkəni)
təhlükəsiz müqəddəs bir yer düzəltdiyimizi görmürlərmi? Yəni onlar batilə inanır, Allahın nemətini isə inkar edirlər?...