Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ali-İmran Suresi, 37. Ayet:
Və Rəbbi onu
(Məryəmi)
gözəl şəkildə qəbul etdi. Onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə onun yanına məbədə girəndə, onun yanında bir ruzi görür və: “Ey Məryəm, bu sənə haradan oldu?” - deyirdi. O da: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah dilədiyi kimsəyə saysız-hesabsız ruzi verir!” - deyirdi. (Zəkəriyya peyğəmbər, Həzrət Məryəmin xalasının əri idi. O, Beyti-məqdisdə Məryəmin yetişməsini öz üzərinə götürmüşdü. Zəkəriyya peyğəmbər hər dəfə Məryəmin məbəd...
Ali-İmran Suresi, 37. Ayet:
Belə olduqda, Rəbbi
(Məryəmi)
yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. (Zəkəriyya:) “Ya Məryəm, bunlar sənin üçün haradandır?” - dedikdə, o: “Allah tərəfindəndir!” - deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!...