Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Qəsəs Suresi, 10. Ayet:
Musanın anasının qəlbində
(Musanı
n həsrətindən başqa) bir şey qalmamışdı. Əgər möminlərdən olsun deyə onun qəlbinə təskinlik verməsəydik, az qala onu büruzə verəcəkdi....
Taha Suresi, 39. Ayet:
“Onu
(Musanı
) bir sandığa qoyub çaya (Nil çayına) at ki, qoy çay onu sahilə çıxartsın, beləliklə Mənim və onun düşməni olan (Firon) onu götürsün”. (Ey Musa!) gözümün qabağında (nəzarətimdə) boya-başa çatasan deyə səni (hər kəs tərəfindən) sevilən biri etdim. (Anası Musanın da digər yəhudi oğlan uşaqları kimi Firon tərəfindən öldürüləcəyindən qorxduğu üçün onu bir sandığa qoyub Nil çayına atdı. Fironun zövcəsi Asiyə çay kənarında ikən uşağı gördü və Allahın bir lütfü olaraq ona qarşı sevgi duydu....
Əhzab Suresi, 69. Ayet:
Ey iman gətirənlər! Musaya əziyyət verənlər kimi olmayın! Allah onu
(Musanı
) onların söylədiklərindən təmizə çıxartdı. O, Allah yanında şərəfli biri idi....
Naziat Suresi, 22. Ayet:
Sonra arxasını çevirib
(Musanı
haqsız göstərmək üçün) işə başladı....
Əraf Suresi, 111. Ayet:
Onlar dedilər: “Onu
(Musanı
) qardaşı (Harun) ilə birlikdə saxla və şəhərlərə (sehrbazları) yığan adamlar göndər ki,...
Bəqərə Suresi, 248. Ayet:
(İsrail övladının) peyğəmbəri onlara dedi: “(Talutun) padşahlıq əlaməti (Musaya verilən) sandığın sizə gəlməsidir. Onun içində (sizin üçün) Rəbbinizdən bir arxayınlıq, rahatlıq (mənəvi bir qüvvə, səbat), həmçinin Musa və Harun nəslindən qalan şeylər
(Musanı
n əsası, Tövratın bəzi lövhələri, bir az qüdrət halvası və s.) vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, onda sizin üçün (peyğəmbərin verdiyi xəbərin doğruluğunu təsbit edən) qəti dəlil vardır”....
Rum Suresi, 58. Ayet:
Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkdik. (Ya Rəsulum!) Həqiqətən, sən onlara
(Musanı
n yədi-beyzası, əsası kimi) hər hansı bir möcüzə gətirsən belə, onlar mütləq: “Siz (Peyğəmbər və ona iman gətirənlər) yalançısınız!” – deyəcəklər....
Məryəm Suresi, 52. Ayet:
Biz
(Musanı
) Tur dağının sağ tərəfindən çağırdıq və (Allahla danışmaq üçün yalvarıb) gizli dua edərkən özümüzə yaxınlaşdırdıq....
Şüəra Suresi, 25. Ayet:
(Firon) ətrafındakılara: “Eşitdinizmi?” – dedi.
(Musanı
n cavabı mənim sualıma uyğun gəlmir. Mən ondan aləmlərin Rəbbinin mahiyyəti, keyfiyyəti və cinsi barəsində soruşuram, o isə mənə Onun sifətləri, əməlləri haqqında cavab verir)....
Şüəra Suresi, 67. Ayet:
Şübhəsiz ki, bunda
(Musanı
n bu hekayətində) bir ibrət vardır. Lakin onların (Firon tayfasının, qədim Misir əhalisinin, yaxud Məkkə müşriklərinin) əksəriyyəti iman gətirmədi....
Mömin Suresi, 29. Ayet:
Ey qövmüm! Bu gün hökm sizindir. Yer üzündə (Misir torpağında İsrail oğullarına) qalib olanlar da sizsiniz. Əgər bizə Allahın əzabı gəlsə, ona qarşı kim bizə kömək edə bilər?!” Firon dedi: “Mən sizə ancaq münasib gördüyüm rəyimi bildirirəm, mən sizə ancaq doğru yolu göstərirəm
(Musanı
öldürməkdən başqa ayrı çarə yoxdur)!”...
Şura Suresi, 51. Ayet:
(Heç bir bəşər övladına Allahla danışmaq müyəssər olmaz, çünki bəşər övladı olan peyğəmbərlər maddi aləmdə, zaman və məkan daxilində olduqları halda, Allah qeyri-maddidir, zaman və məkan xaricindədir. Allahla onlar arasında minlərlə zülmət və nur pərdəsi vardır. Buna görə də Allahın peyğəmbərlərlə bir yerdə qarşı-qarşıya durub danışması qeyri-mümkündür). Allah bəşər övladı ilə
(Musanı
n anası ilə olduğu kimi) ancaq vəhylə (ilham və röya ilə), yaxud (Musa kimi) pərdə arxasından danışar (Allahın kə...
Qəsəs Suresi, 7. Ayet:
Biz Musanın anasına (ilham yolu ilə, yaxud röyada): “Onu
(Musanı
) əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya (Nil çayına) at. (Uşağın suda boğulacağından) qorxma və (ayrılığına da) kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də (şəriət sahibi olan) peyğəmbərlərdən edəcəyik!” – deyə bildirdik....
Qəsəs Suresi, 11. Ayet:
O,
(Musanı
n Məryəm, yaxud Gülsüm adlı) bacısına: “Onun dalınca get! (Əhvalatdan xəbər tut!)” – dedi. O da (saraya yol tapıb Fironun adamları onun kim olduğunu) hiss etmədən uzaqdan-uzağa
(Musanı
) gördü....
Qəsəs Suresi, 12. Ayet:
Bundan (anası saraya gəlməmişdən) qabaq Biz ona (Musaya) süd analarını (özgə qadınların döşünü əmməyi) qadağan etmişdik.
(Musanı
n bacısı Firon əhlinə) belə dedi: “Sizin üçün o uşağa süd verməyi (ona baxmağı) təmin edəcək, həm də ona qarşı xeyirxah olacaq (onunla yaxşı davranacaq) bir ailəni (ev əhlini) sizə nişan verimmi?”...
Qəsəs Suresi, 13. Ayet:
Beləliklə, gözü aydın olsun, (oğlunun ayrılığına) kədərlənməsin və Allahın vədinin haqq olduğunu bilsin deyə,
(Musanı
) anasına qaytardıq. Lakin onların (insanların, yaxud Firon əhlinin) əksəriyyəti (Allahın vədinin doğru olduğunu) bilməz!...
Qəsəs Suresi, 15. Ayet:
(Musa) şəhərə əhalisi xəbərsizkən (günorta istirahət vaxtı) girdi. Orada iki nəfərin vuruşduğunu gördü. Onlardan biri öz adamlarından (yəhudilərdən), digəri isə düşmənlərindən (qibtilərdən) idi.
(Musanı
n) adamlarından olan kəs düşməninə qarşı ondan imdad istədi. Musa onu (əli, yaxud əsası ilə) vurub öldürdü və dedi: “Bu, Şeytan əməlindəndir. Həqiqətən, o, açıq-aşkar bir düşməndir, (insanı haqq yoldan) azdırandır!”...
Qəsəs Suresi, 25. Ayet:
Sonra (o iki qadından, qızdan) biri utana-utana
(Musanı
n) yanına gəlib dedi: “Atam qoyunlarımızı sulamağının haqqını verməkdən ötrü səni çağırır!” (Musa gördüyü işin müqabilində heç bir muzd, mükafat almamaq üçün ürəyində and içdi). (Musa qocanın) yanına gəldikdə başına gələnləri (Fironla olan əhvalatı) ona söylədi. O kişi (Şüeyb peyğəmbər) dedi: “Qorxma, artıq zalım tayfanın əlindən qurtarmısan!”...
Qəsəs Suresi, 44. Ayet:
(Ya Rəsulum!) Biz Musaya vəhy etdiyimiz (peyğəmbərlik bəxş edib Firon əhlinin yanına getməsini buyurduğumuz) zaman sən (Tur dağının) qərb tərəfində
(Musanı
gözləyənlər arasında) deyildin. Sən (buna) şahid olanlardan da deyildin! (Sənin yəhudilərə və ərəb müşriklərinə bu xəbərləri doğru söyləməyin yalnız Allahdan nazil olan vəhylərdir!)...
Qəsəs Suresi, 76. Ayet:
Həqiqətən, Qarun Musa qövmündən
(Musanı
n əmisi oğlu) idi. Onlara (İsrail oğullarına) qarşı (zülm etməkdə, Musanın üzünə ağ olmaqda və özünü yuxarı tutmaqda) həddini aşmışdı. Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik. Qövmü ona belə dedi: “(Malına qürrələnib) sevinmə. Şübhəsiz ki, Allah (malına qürrələnib) sevinənləri sevməz!...
Qəsəs Suresi, 81. Ayet:
Nəhayət,
(Musanı
n duasını qəbul buyurub bir zəlzələ nəticəsində) onu (Qarunu) sarayı ilə birlikdə yerə gömdük. Allaha qarşı ona yardım edə biləcək (Allahın əzabından onu qurtaracaq) bir camaat da yox idi. O özü də özünə heç bir kömək edə bilmədi. (Bu qədər cah-calalın, dəbdəbənin müqabilində nə özü, nə də başqası Allahın əzabını ondan dəf etməyə qadir olmadı. Allahın əzab vermək istədiyi bir kimsəni Allahın Özündən başqa o əzabdan heç kəs qurtara bilməz!)...
Taha Suresi, 39. Ayet:
(O zaman ki, Mən anana buyurmuşdum: ) “
(Musanı
) bir sandığa qoyub çaya (Nilə) at. Qoy çay onu sahilə çıxartsın və Mənə də, ona düşmən olan birisi (Firon) onu (sudan tapıb) götürsün”. (Ya Musa!) Gözümün qabağında boya-başa çatdırılasan deyə, Öz tərəfimdən (insanların ürəklərində) sənə bir sevgi yaratdım. (Mərhəmət nəzərim heç vaxt üstündən əskik olmadı. Elə etdim ki, Firon özü, arvadı Asiyə və ətrafındakıların hamısı səni sevdi)....
Əhzab Suresi, 69. Ayet:
Ey iman gətirənlər! Musaya əziyyət verən kəslər kimi olmayın. Allah
(Musanı
) onların dediklərindən (böhtanlarından) təmizə çıxartdı. O, Allah yanında çox hörmətli (qədir-qiymətli) idi....
Qəsəs Suresi, 11. Ayet:
(Musânın) kız kardeşine dedi ki: «Onun izini ta'kıyb et». O da, berikiler farkında olmayarak, onu uzakdan gözetledi. ...
Hud Suresi, 97. Ayet:
Firon və onun qövmünün öndərlərinə
(Musanı
(ə.s) göndərdik (ayə-96). Lakin, onlar Fironun əmrinə tabe oldular. Fironun əmri (isə) irşad edici deyildi....
Şüəra Suresi, 45. Ayet:
Sonra Musa (ə.s) əsasını atdı. O zaman o
(Musanı
n (ə.s) əsası) onların uydurduqları şeyləri udurdu....
Qəsəs Suresi, 11. Ayet:
(Musanı
n (ə.s) anası) onun bacısına: ‘Onu izlə.’ dedi. Beləcə onlar hiss etmədən onu uzaqdan izləyirdi....
Qəsəs Suresi, 15. Ayet:
(Hz. Musa, özünə hikmət verilmədən əvvəl) şəhər xalqı xəbərsiz olduğu bir zamanda şəhərə daxil oldu. Orada döyüşən iki adam gördü. Biri öz tərəfindən, digəri Ona düşmən tərəfdən idi. O zaman onun
(Musanı
n (ə.s) tərəfindən olan düşməninə qarşı Ondan kömək istədi. Bunun üzərinə Musa (ə.s) onu vurub öldürdü. Beləcə (ölüm) hökmü yerinə yetirildi. Musa (ə.s): ‘Bu şeytanın əməlidir. Şübhəsiz ki o, açıq-aşkar dəlalətə düşürən bir düşməndir.’ dedi....
Məryəm Suresi, 52. Ayet:
Biz
(Musanı
) sağ tərəfindəki dağın yaxınlığından çağırdıq və (onunla) danışıb onu (özümüzə) yaxın etdik....
Mömin Suresi, 45. Ayet:
Allah
(Musanı
) onların qurduğu hiylələrin şərindən qorudu. Firon nəslini isə dəhşətli əzab bürüdü....
Qəsəs Suresi, 12. Ayet:
Daha öncə Biz ona (öz anasından başqa bütün) süd analarını (onların döşünü əmməyi) qadağan etmişdik.
(Musanı
n bacısı) dedi: “Sizin üçün onun qayğısına qalacaq və ona qarşı xeyirxah olacaq bir ailəni sizə göstərimmi?”...
Qəsəs Suresi, 46. Ayet:
Biz
(Musanı
) çağırdığımız zaman da sən dağın yanında deyildin. Lakin səndən əvvəl özlərinə xəbərdar edən (peyğəmbər) gəlməmiş bir tayfanı xəbərdar edəsən deyə, Rəbbindən bir mərhəmət olaraq (səni peyğəmbər göndərdik ki), bəlkə, düşünüb anlayalar....
Bəqərə Suresi, 74. Ayet:
Sonra, onun (möcüzələrin) ardınca sizin qəlbləriniz sərtləşdi, daş parçaları kimi və ya ondan da bərk oldu. Çünki
(Musanı
n daşı və bulaqların daşları kimi) bəzi daşlar var ki, onlardan çaylar qaynayır, bəziləri parçalanır və içindən su sızır və bəziləri Allahın (yaradarkən təbiətlərində qoyduğu) qorxusundan (dağlardan) tökülür. (Varlıqların Allahın iradəsindən təsirlənmələri onların fitri qorxu və itaətləridir. Məqsəd budur ki, daşlar təsirlənir, amma onların qəlblərində Allahın iradəsinə təslim...
Bəqərə Suresi, 248. Ayet:
Peyğəmbərləri onlara dedi: «Onun hökmranlığının nişanəsi, içərisində (sizin üçün) Rəbbiniz tərəfindən qəlb rahatlığı və Musa və Harun ailəsinin qoyub getdikləri şeylərin qalıqları
(Musanı
n əsası, zirehi və nə’leyni, Tövratın lövhələri və Harunun əmmaməsi) olan və mələklərin daşıdıqları tabutun
(Musanı
n içərisində suya atıldığı əhd sandığının) sizin yanınıza gəlməsidir. Əlbəttə, əgər iman əhli olsanız onda sizin üçün (Talutun hakimiyyətinin doğruluğu barəsində) nişanə vardır «....
Maidə Suresi, 44. Ayet:
Həqiqətən Biz onda hidayət və nur olan Tövratı nazil etdik.
(Musanı
n zamanından İsanın zamanına qədər Musanın dininə) təslim olan peyğəmbərlər onun əsasında yəhudilər üçün hökm çıxarırdılar. Həmçinin rəbbani (Allahpərəst) alimlər və (Tövratşünas) bilik sahibləri onlardan Allahın kitabının qorunması istənildiyi və onlar onun (qalması və toxunulmazlığına) şahid olduqları üçün (onun əsasında hökm çıxarırdılar). Odur ki, (ey yəhudi alimləri,) insanlardan qorxmayın, Məndən qorxun və Mənim ayələrim(i ...
Ənam Suresi, 37. Ayet:
(Kafirlər) dedilər: «Nə üçün ona
(Musanı
n əsası və Salehin dəvəsi kimi) bir nişanə və möcüzə nazil olmayıb?». De: «Allah (sizin istədiyiniz qəbildən olan) bir nişanə nazil etməyə qadirdir. Lakin onların çoxu bilmirlər (ki, əgər bu nişanələrdən nazil olsa, Allahın ənənəvi qanunlarına əsasən, kafirlər onu inkar edən kimi əzab nazil olacaqdır)....
Əraf Suresi, 127. Ayet:
Və Fironun qövmünün başçıları və böyükləri dedilər: «Musanı və onun qövmünü azad buraxırsan ki, yer üzündə fəsad törətsinlər və səni və tanrılarını boşlasınlar?» (Firon bütləri və ulduzları öz allahı, özünü isə camaatın allahı hesab edirdi. Yaxud da onları camaatın məbudu, özünü isə onların məbudu bilirdi.) Dedi: «Tezliklə, onların oğlanlarını
(Musanı
n gəlişindən qabaq olduğu kimi) dəhşətli şəkildə öldürəcək və qadınlarını diri saxlayacağıq və biz onlara hakimik»....
Əraf Suresi, 175. Ayet:
Və onlara ayələrimizi (səmavi kitabın maarifini, yaxud duanın qəbul olunması məqamını) verdiyimiz, lakin (etiqadda küfr və əməldə nankorluq nəticəsində) onlardan xaric olan, beləliklə şeytan təqibinə məruz qalan və nəhayət yolunu azanlardan olan şəxsin
(Musanı
n zamanında yaşamış alim Bəl’əm Bauranın) hekayətini oxu....
Yunus Suresi, 76. Ayet:
Beləliklə, elə ki, Bizim tərəfimizdən onlara haqq
(Musanı
n dəlilləri və möcüzələri) gəldi, dedilər: «Şübhəsiz bu, açıq-aydın bir cadudur»....
İsra Suresi, 101. Ayet:
Həqiqətən Musaya (tovhidin və onun peyğəmbərliyinin isbatı üçün) doqquz aydın nişanə və möcüzə verdik. Buna görə də İsrail övladlarından
(Musanı
n möcüzələrlə) onların yanına gəldiyi zamanı soruş. Firon (möcüzələri müşahidə edərək ona) dedi: «Ey Musa, şübhəsiz, mən səni ovsunlanmış zənn edirəm»....
Taha Suresi, 78. Ayet:
Beləliklə Firon qoşunu ilə birlikdə onları təqib etdi.
(Musanı
n qövmü keçdikdən sonra onlar da dənizin içindəki yollara daxil oldular.) Onları dənizdən (dənizin suyundan) bürüyən bürüdü (insan ağılının təsəvvür edə bilmədiyi nəhəng dalğalar bürüyüb batırdı)....
Taha Suresi, 80. Ayet:
Ey İsrail övladları, doğrudan da sizi düşmənlərinizin çəngindən qurtardıq, sizinlə
(Musanı
n vasitəsi ilə Tövratı nazil etmək və onun qəbulu ilə içindəkilərə əməl etmək üçün) Tur dağının sağ tərəfində vədələşdik və (o geniş səhrada avara-sərgərdan qaldığınız zaman) sizə «mənn» (bir növ ağac şirəsindən hazırlanmış yemək) və bildirçin nazil etdik....
Ənbiya Suresi, 105. Ayet:
Həqiqətən Biz (Lövhi-Məhfuzdan sonra bütün səma kitablarında), Zikrdən
(Musanı
n Tövratından) sonra (Davudun) Zəbur(un)da (və bu kitabların hamısından sonra Qur’anda) yazdıq və qərara aldıq ki, bu yerin varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar (və bunları qəsbkarların və zalım rəhbərlərin əlindən alıb ədalət imamları və onların canişinlərinə ötürəcəklər)....
Qəsəs Suresi, 14. Ayet:
(Musanı
n) cismi qüvvələri kamilləşəndə və əqli gücü möhkəmlənəndə (təqribən qırx yaşlarında) Biz ona hikmət (və əqli elmlər) və (keçmiş şəriətlər barəsində) elm verdik. (Biz) yaxşı əməl sahiblərini beləcə mükafatlandırırıq....
Qəsəs Suresi, 46. Ayet:
Biz
(Musanı
«Nur» ağacından nübuvvət məqamı üçün) çağıranda da, sən Turun (Tur dağının) yanında deyildin (ki, öz gördüklərindən xəbər verəsən). Lakin sənin Rəbbindən olan bir mərhəmətə xatir (səni onlardan xəbərdar etdik) ki, səndən öncə (İsanın, ya İsmailin zamanından sənin əsrinə qədər) heç bir qorxudan (Peyğəmbər) gəlməyən bir qövmü qorxudasan, bəlkə öyüd-nəsihət alsınlar....
Əhzab Suresi, 69. Ayet:
Ey iman gətirənlər, (Peyğəmbərin barəsində) Musanı (qeyri - şər’i əlaqədə və ya Harunu öldürməkdə ittiham etməklə) incidənlər kimi olmayın! Allah onu
(Musanı
) onların dediklərindən təmizə çıxartdı və o, Allahın yanında çox abırlı idi....
Mömin Suresi, 26. Ayet:
Firon
(Musanı
öldürməyi məsləhət bilməyən müşavirlərinə) dedi: «Qoyun Musanı öldürüm və o öz Rəbbini (köməyə) çağırsın (və Rəbbi onu qurtarsın). Çünki onun sizin (tanrının nəzarəti altındakı rəbb olan mənə və bütlərə ibadət etməkdən ibarət) dininizi dəyişdirəcəyindən və ya bu torpaqda (dövlət əleyhinə üsyan yaratmaqla) fəsad törədəcəyindən qorxuram.»...
Mömin Suresi, 29. Ayet:
Ey mənim qövmüm, bu gün mülkiyyət və hakimiyyət sizə məxsusdur və siz bu torpaqda qalib və üstünsünüz. Beləliklə əgər bizə bir əzab gəlsə, Allahın əzabından (qurtarmağa) bizə kim kömək edər?! Firon dedi: «Mən sizə öz rəyimdən
(Musanı
n öldürülməsinin məsləhət olmasından) başqa bir nəzər bildirmirəm və sizi yalnız doğru yola yönəldirəm.»...
Mömin Suresi, 36. Ayet:
(Musanı
n özü və möcüzələri qarşısında zəifləmiş və artıq, etinasızlıqla qətl fərmanı verə bilməyən) Firon dedi: «Ey Haman, mənim üçün çox uca bir bina tik, bəlkə (onun qülləsindən müşahidələr aparmaqla) müəyyən vasitələr əldə etdim.»...
Fəth Suresi, 29. Ayet:
Muhəmməd Allahın peyğəmbəridir. Onunla birgə olanlar kafirlərin qarşısında güclü və sərt, öz aralarında isə mehribandırlar. Onları həmişə rüku və səcdə halında daim Allahın lütf və bəxşişini və Onun razılığını diləyən görərsən. Onların (ibadət və itaətkarlıqlarının) nişanəsi səcdə nəticəsində üzlərində görünür. Bu onların
(Musanı
n) Tövrat(ın)dakı vəsfidir. Onların (İsanın) İncil(in)dəki vəsfi isə (Allahın,) pöhrələrini (kənarlarından) çıxardığı və gücləndirdiyi, nəhayət qalınlaşaraq möhkəmlənmiş...
Qəmər Suresi, 13. Ayet:
Və onu
(Musanı
) taxta və mismarları olana (gəmiyə) mindirdik....
Naziat Suresi, 22. Ayet:
Sonra arxa çevirdi,
(Musanı
n əleyhinə) çalışdı....
Taha Suresi, 70. Ayet:
(Musanı
n əsası sehrbazların iplərini və dəyənəklərini udduqda) sehrbazlar dərhal səcdəyə qapandılar və: “Harunun və Musanın Rəbbinə iman etdik”, – dedilər....