Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Qəsəs Suresi, 10. Ayet:
Musanın anasının qəlbində
(Musanın
həsrətindən başqa) bir şey qalmamışdı. Əgər möminlərdən olsun deyə onun qəlbinə təskinlik verməsəydik, az qala onu büruzə verəcəkdi....
Bəqərə Suresi, 248. Ayet:
(İsrail övladının) peyğəmbəri onlara dedi: “(Talutun) padşahlıq əlaməti (Musaya verilən) sandığın sizə gəlməsidir. Onun içində (sizin üçün) Rəbbinizdən bir arxayınlıq, rahatlıq (mənəvi bir qüvvə, səbat), həmçinin Musa və Harun nəslindən qalan şeylər
(Musanın
əsası, Tövratın bəzi lövhələri, bir az qüdrət halvası və s.) vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, onda sizin üçün (peyğəmbərin verdiyi xəbərin doğruluğunu təsbit edən) qəti dəlil vardır”....
Rum Suresi, 58. Ayet:
Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkdik. (Ya Rəsulum!) Həqiqətən, sən onlara
(Musanın
yədi-beyzası, əsası kimi) hər hansı bir möcüzə gətirsən belə, onlar mütləq: “Siz (Peyğəmbər və ona iman gətirənlər) yalançısınız!” – deyəcəklər....
Şüəra Suresi, 25. Ayet:
(Firon) ətrafındakılara: “Eşitdinizmi?” – dedi.
(Musanın
cavabı mənim sualıma uyğun gəlmir. Mən ondan aləmlərin Rəbbinin mahiyyəti, keyfiyyəti və cinsi barəsində soruşuram, o isə mənə Onun sifətləri, əməlləri haqqında cavab verir)....
Şüəra Suresi, 67. Ayet:
Şübhəsiz ki, bunda
(Musanın
bu hekayətində) bir ibrət vardır. Lakin onların (Firon tayfasının, qədim Misir əhalisinin, yaxud Məkkə müşriklərinin) əksəriyyəti iman gətirmədi....
Şura Suresi, 51. Ayet:
(Heç bir bəşər övladına Allahla danışmaq müyəssər olmaz, çünki bəşər övladı olan peyğəmbərlər maddi aləmdə, zaman və məkan daxilində olduqları halda, Allah qeyri-maddidir, zaman və məkan xaricindədir. Allahla onlar arasında minlərlə zülmət və nur pərdəsi vardır. Buna görə də Allahın peyğəmbərlərlə bir yerdə qarşı-qarşıya durub danışması qeyri-mümkündür). Allah bəşər övladı ilə
(Musanın
anası ilə olduğu kimi) ancaq vəhylə (ilham və röya ilə), yaxud (Musa kimi) pərdə arxasından danışar (Allahın kə...
Qəsəs Suresi, 11. Ayet:
O,
(Musanın
Məryəm, yaxud Gülsüm adlı) bacısına: “Onun dalınca get! (Əhvalatdan xəbər tut!)” – dedi. O da (saraya yol tapıb Fironun adamları onun kim olduğunu) hiss etmədən uzaqdan-uzağa (Musanı) gördü....
Qəsəs Suresi, 12. Ayet:
Bundan (anası saraya gəlməmişdən) qabaq Biz ona (Musaya) süd analarını (özgə qadınların döşünü əmməyi) qadağan etmişdik.
(Musanın
bacısı Firon əhlinə) belə dedi: “Sizin üçün o uşağa süd verməyi (ona baxmağı) təmin edəcək, həm də ona qarşı xeyirxah olacaq (onunla yaxşı davranacaq) bir ailəni (ev əhlini) sizə nişan verimmi?”...
Qəsəs Suresi, 15. Ayet:
(Musa) şəhərə əhalisi xəbərsizkən (günorta istirahət vaxtı) girdi. Orada iki nəfərin vuruşduğunu gördü. Onlardan biri öz adamlarından (yəhudilərdən), digəri isə düşmənlərindən (qibtilərdən) idi.
(Musanın
) adamlarından olan kəs düşməninə qarşı ondan imdad istədi. Musa onu (əli, yaxud əsası ilə) vurub öldürdü və dedi: “Bu, Şeytan əməlindəndir. Həqiqətən, o, açıq-aşkar bir düşməndir, (insanı haqq yoldan) azdırandır!”...
Qəsəs Suresi, 25. Ayet:
Sonra (o iki qadından, qızdan) biri utana-utana
(Musanın
) yanına gəlib dedi: “Atam qoyunlarımızı sulamağının haqqını verməkdən ötrü səni çağırır!” (Musa gördüyü işin müqabilində heç bir muzd, mükafat almamaq üçün ürəyində and içdi). (Musa qocanın) yanına gəldikdə başına gələnləri (Fironla olan əhvalatı) ona söylədi. O kişi (Şüeyb peyğəmbər) dedi: “Qorxma, artıq zalım tayfanın əlindən qurtarmısan!”...
Qəsəs Suresi, 76. Ayet:
Həqiqətən, Qarun Musa qövmündən
(Musanın
əmisi oğlu) idi. Onlara (İsrail oğullarına) qarşı (zülm etməkdə, Musanın üzünə ağ olmaqda və özünü yuxarı tutmaqda) həddini aşmışdı. Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik. Qövmü ona belə dedi: “(Malına qürrələnib) sevinmə. Şübhəsiz ki, Allah (malına qürrələnib) sevinənləri sevməz!...
Qəsəs Suresi, 81. Ayet:
Nəhayət,
(Musanın
duasını qəbul buyurub bir zəlzələ nəticəsində) onu (Qarunu) sarayı ilə birlikdə yerə gömdük. Allaha qarşı ona yardım edə biləcək (Allahın əzabından onu qurtaracaq) bir camaat da yox idi. O özü də özünə heç bir kömək edə bilmədi. (Bu qədər cah-calalın, dəbdəbənin müqabilində nə özü, nə də başqası Allahın əzabını ondan dəf etməyə qadir olmadı. Allahın əzab vermək istədiyi bir kimsəni Allahın Özündən başqa o əzabdan heç kəs qurtara bilməz!)...
Qəsəs Suresi, 11. Ayet:
(Musânın) kız kardeşine dedi ki: «Onun izini ta'kıyb et». O da, berikiler farkında olmayarak, onu uzakdan gözetledi. ...
Şüəra Suresi, 45. Ayet:
Sonra Musa (ə.s) əsasını atdı. O zaman o
(Musanın
(ə.s) əsası) onların uydurduqları şeyləri udurdu....
Qəsəs Suresi, 11. Ayet:
(Musanın
(ə.s) anası) onun bacısına: ‘Onu izlə.’ dedi. Beləcə onlar hiss etmədən onu uzaqdan izləyirdi....
Qəsəs Suresi, 15. Ayet:
(Hz. Musa, özünə hikmət verilmədən əvvəl) şəhər xalqı xəbərsiz olduğu bir zamanda şəhərə daxil oldu. Orada döyüşən iki adam gördü. Biri öz tərəfindən, digəri Ona düşmən tərəfdən idi. O zaman onun
(Musanın
(ə.s) tərəfindən olan düşməninə qarşı Ondan kömək istədi. Bunun üzərinə Musa (ə.s) onu vurub öldürdü. Beləcə (ölüm) hökmü yerinə yetirildi. Musa (ə.s): ‘Bu şeytanın əməlidir. Şübhəsiz ki o, açıq-aşkar dəlalətə düşürən bir düşməndir.’ dedi....
Qəsəs Suresi, 12. Ayet:
Daha öncə Biz ona (öz anasından başqa bütün) süd analarını (onların döşünü əmməyi) qadağan etmişdik.
(Musanın
bacısı) dedi: “Sizin üçün onun qayğısına qalacaq və ona qarşı xeyirxah olacaq bir ailəni sizə göstərimmi?”...
Bəqərə Suresi, 74. Ayet:
Sonra, onun (möcüzələrin) ardınca sizin qəlbləriniz sərtləşdi, daş parçaları kimi və ya ondan da bərk oldu. Çünki
(Musanın
daşı və bulaqların daşları kimi) bəzi daşlar var ki, onlardan çaylar qaynayır, bəziləri parçalanır və içindən su sızır və bəziləri Allahın (yaradarkən təbiətlərində qoyduğu) qorxusundan (dağlardan) tökülür. (Varlıqların Allahın iradəsindən təsirlənmələri onların fitri qorxu və itaətləridir. Məqsəd budur ki, daşlar təsirlənir, amma onların qəlblərində Allahın iradəsinə təslim...
Bəqərə Suresi, 248. Ayet:
Peyğəmbərləri onlara dedi: «Onun hökmranlığının nişanəsi, içərisində (sizin üçün) Rəbbiniz tərəfindən qəlb rahatlığı və Musa və Harun ailəsinin qoyub getdikləri şeylərin qalıqları
(Musanın
əsası, zirehi və nə’leyni, Tövratın lövhələri və Harunun əmmaməsi) olan və mələklərin daşıdıqları tabutun
(Musanın
içərisində suya atıldığı əhd sandığının) sizin yanınıza gəlməsidir. Əlbəttə, əgər iman əhli olsanız onda sizin üçün (Talutun hakimiyyətinin doğruluğu barəsində) nişanə vardır «....
Maidə Suresi, 44. Ayet:
Həqiqətən Biz onda hidayət və nur olan Tövratı nazil etdik.
(Musanın
zamanından İsanın zamanına qədər Musanın dininə) təslim olan peyğəmbərlər onun əsasında yəhudilər üçün hökm çıxarırdılar. Həmçinin rəbbani (Allahpərəst) alimlər və (Tövratşünas) bilik sahibləri onlardan Allahın kitabının qorunması istənildiyi və onlar onun (qalması və toxunulmazlığına) şahid olduqları üçün (onun əsasında hökm çıxarırdılar). Odur ki, (ey yəhudi alimləri,) insanlardan qorxmayın, Məndən qorxun və Mənim ayələrim(i ...
Ənam Suresi, 37. Ayet:
(Kafirlər) dedilər: «Nə üçün ona
(Musanın
əsası və Salehin dəvəsi kimi) bir nişanə və möcüzə nazil olmayıb?». De: «Allah (sizin istədiyiniz qəbildən olan) bir nişanə nazil etməyə qadirdir. Lakin onların çoxu bilmirlər (ki, əgər bu nişanələrdən nazil olsa, Allahın ənənəvi qanunlarına əsasən, kafirlər onu inkar edən kimi əzab nazil olacaqdır)....
Əraf Suresi, 127. Ayet:
Və Fironun qövmünün başçıları və böyükləri dedilər: «Musanı və onun qövmünü azad buraxırsan ki, yer üzündə fəsad törətsinlər və səni və tanrılarını boşlasınlar?» (Firon bütləri və ulduzları öz allahı, özünü isə camaatın allahı hesab edirdi. Yaxud da onları camaatın məbudu, özünü isə onların məbudu bilirdi.) Dedi: «Tezliklə, onların oğlanlarını
(Musanın
gəlişindən qabaq olduğu kimi) dəhşətli şəkildə öldürəcək və qadınlarını diri saxlayacağıq və biz onlara hakimik»....
Əraf Suresi, 175. Ayet:
Və onlara ayələrimizi (səmavi kitabın maarifini, yaxud duanın qəbul olunması məqamını) verdiyimiz, lakin (etiqadda küfr və əməldə nankorluq nəticəsində) onlardan xaric olan, beləliklə şeytan təqibinə məruz qalan və nəhayət yolunu azanlardan olan şəxsin
(Musanın
zamanında yaşamış alim Bəl’əm Bauranın) hekayətini oxu....
Yunus Suresi, 76. Ayet:
Beləliklə, elə ki, Bizim tərəfimizdən onlara haqq
(Musanın
dəlilləri və möcüzələri) gəldi, dedilər: «Şübhəsiz bu, açıq-aydın bir cadudur»....
İsra Suresi, 101. Ayet:
Həqiqətən Musaya (tovhidin və onun peyğəmbərliyinin isbatı üçün) doqquz aydın nişanə və möcüzə verdik. Buna görə də İsrail övladlarından
(Musanın
möcüzələrlə) onların yanına gəldiyi zamanı soruş. Firon (möcüzələri müşahidə edərək ona) dedi: «Ey Musa, şübhəsiz, mən səni ovsunlanmış zənn edirəm»....
Taha Suresi, 78. Ayet:
Beləliklə Firon qoşunu ilə birlikdə onları təqib etdi.
(Musanın
qövmü keçdikdən sonra onlar da dənizin içindəki yollara daxil oldular.) Onları dənizdən (dənizin suyundan) bürüyən bürüdü (insan ağılının təsəvvür edə bilmədiyi nəhəng dalğalar bürüyüb batırdı)....
Taha Suresi, 80. Ayet:
Ey İsrail övladları, doğrudan da sizi düşmənlərinizin çəngindən qurtardıq, sizinlə
(Musanın
vasitəsi ilə Tövratı nazil etmək və onun qəbulu ilə içindəkilərə əməl etmək üçün) Tur dağının sağ tərəfində vədələşdik və (o geniş səhrada avara-sərgərdan qaldığınız zaman) sizə «mənn» (bir növ ağac şirəsindən hazırlanmış yemək) və bildirçin nazil etdik....
Ənbiya Suresi, 105. Ayet:
Həqiqətən Biz (Lövhi-Məhfuzdan sonra bütün səma kitablarında), Zikrdən
(Musanın
Tövratından) sonra (Davudun) Zəbur(un)da (və bu kitabların hamısından sonra Qur’anda) yazdıq və qərara aldıq ki, bu yerin varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar (və bunları qəsbkarların və zalım rəhbərlərin əlindən alıb ədalət imamları və onların canişinlərinə ötürəcəklər)....
Qəsəs Suresi, 14. Ayet:
(Musanın
) cismi qüvvələri kamilləşəndə və əqli gücü möhkəmlənəndə (təqribən qırx yaşlarında) Biz ona hikmət (və əqli elmlər) və (keçmiş şəriətlər barəsində) elm verdik. (Biz) yaxşı əməl sahiblərini beləcə mükafatlandırırıq....
Mömin Suresi, 29. Ayet:
Ey mənim qövmüm, bu gün mülkiyyət və hakimiyyət sizə məxsusdur və siz bu torpaqda qalib və üstünsünüz. Beləliklə əgər bizə bir əzab gəlsə, Allahın əzabından (qurtarmağa) bizə kim kömək edər?! Firon dedi: «Mən sizə öz rəyimdən
(Musanın
öldürülməsinin məsləhət olmasından) başqa bir nəzər bildirmirəm və sizi yalnız doğru yola yönəldirəm.»...
Mömin Suresi, 36. Ayet:
(Musanın
özü və möcüzələri qarşısında zəifləmiş və artıq, etinasızlıqla qətl fərmanı verə bilməyən) Firon dedi: «Ey Haman, mənim üçün çox uca bir bina tik, bəlkə (onun qülləsindən müşahidələr aparmaqla) müəyyən vasitələr əldə etdim.»...
Fəth Suresi, 29. Ayet:
Muhəmməd Allahın peyğəmbəridir. Onunla birgə olanlar kafirlərin qarşısında güclü və sərt, öz aralarında isə mehribandırlar. Onları həmişə rüku və səcdə halında daim Allahın lütf və bəxşişini və Onun razılığını diləyən görərsən. Onların (ibadət və itaətkarlıqlarının) nişanəsi səcdə nəticəsində üzlərində görünür. Bu onların
(Musanın
) Tövrat(ın)dakı vəsfidir. Onların (İsanın) İncil(in)dəki vəsfi isə (Allahın,) pöhrələrini (kənarlarından) çıxardığı və gücləndirdiyi, nəhayət qalınlaşaraq möhkəmlənmiş...
Naziat Suresi, 22. Ayet:
Sonra arxa çevirdi,
(Musanın
əleyhinə) çalışdı....
Taha Suresi, 70. Ayet:
(Musanın
əsası sehrbazların iplərini və dəyənəklərini udduqda) sehrbazlar dərhal səcdəyə qapandılar və: “Harunun və Musanın Rəbbinə iman etdik”, – dedilər....