Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Kəhf Suresi, 28. Ayet:
Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə (çətinliklərə qarşı) səbir et! Dünya həyatının zinətini istəyərək gözlərini onlardan çevirmə! Qəlbini Bizi anmaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan kimsəyə boyun əymə!
(Qüreyş
qəbiləsinin başçılarından bəziləri Həzrət Peyğəmbərdən (s.ə.s.), Allaha və Peyğəmbərə səmimi-qəlbdən bağlı olan yoxsul möminləri qovmasını istəmiş və bu təqdirdə onunla görüşə biləcəklərini bildirmişdilər. Buna görə də yu...
Ənam Suresi, 52. Ayet:
Rəbbinin rizasını diləyərək səhər-axşam Ona dua edənləri də qovma! Onların verəcəyi hesabın sənə, sənin verəcəyin hesabın da onlara heç bir aidiyyəti yoxdur ki, onları qovub zalımlardan olasan.
(Qüreyş
qəbiləsindən olan müşriklər Həzrət Peyğəmbərin (s.ə.s) yanına gəldikləri zaman kasıb möminlərin orada olmasını istəmirdilər. Peyğəmbər (s.ə.s) də onların bu istəklərini yerinə yetirmək üçün həmin möminləri oradan uzaqlaşdırmaq istədi. Buna görə də Cəbrail (ə.s) Peyğəmbərə (s.ə.s) yuxarıdakı ayəni ...
Qureyş Suresi, 1. Ayet:
Qüreyşə asanlaşdırıldığı üçün,
(Qüreyş
qəbiləsi Kəbənin idarəçiliyinə və təmizliyinə nəzarət etdikləri üçün bütün ərəb qəbilələri tərəfindən böyük hörmət görürdülər. Buna görə də onlar rahat, təhlükəsiz və sərbəst bir şəkildə Taifə, Yəmənə və Şama ticarət səfərləri edə bilirdilər. Burada Allah-Təala, onlara verdiyi bu neməti xatırlatmaqdadır.)...
İsra Suresi, 94. Ayet:
(Qüreyş
müşrikləri kimi) insanlara doğru yolu göstərən bir rəhbər gəldiyi zaman ona iman gətirməyə mane olan şey yalnız onların: “Allah bir insanımı peyğəmbər göndərdi?” – demələridir. (Müşriklərin fikrincə, peyğəmbər bəşərdən deyil, mələklərdən göndərilməlidir)....
Furqan Suresi, 40. Ayet:
(Qüreyş
müşrikləri ticarət üçün Şama gedərkən) fəlakət yağışı yağmış şəhərə (vaxtilə Lut tayfasının yaşadığı Sədum şəhərinə) gəlib çatmışdılar. Məgər onu (o şəhərin başına nələr gəldiyini) görmədilərmi? Xeyr, onlar öldükdən sonra yenidən dirilməyə inanmırlar. (Özlərindən əvvəlki kafirlərin başlarına gətirdiyimiz müsibətlərdən ibrət almayan Məkkə müşrikləri hələ də qiyamət barəsində şəkk-şübhə içindədirlər)....
Qəsəs Suresi, 57. Ayet:
(Qüreyş
lilər) dedilər: “Əgər biz səninlə bilikdə haqq yolu (islam dinini) tutub getsək, (əksəriyyəti təşkil edən müşriklərin əli ilə) yurdumuzdan tezliklə didərgin salınarıq”. Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər yerin meyvəsinin (hər cür meyvənin) daşınıb gətirildiyi, (daxilində Kəbə yerləşən) qorxusuz-xətərsiz (müqəddəs) bir yerdə (Məkkədə) sakin etmədikmi? Lakin onların əksəriyyəti (Allahın onlara bəxş etdiyi bu nemətin qədrini) bilməz!...
Ənbiya Suresi, 10. Ayet:
Həqiqətən, sizə
(Qüreyş
əhlinə) elə bir Kitab nazil etdik ki, o sizdən ötrü bir şərəfdir. (O sizin qədir-qiymətinizi yüksəldər, dini və dünyəvi ehtiyaclarınızı aradan qaldırar, ürəkdən inananlara behişt yolunu göstərər. Halal-haramı daim möminlərin yadına salar). Məgər dərk etmirsinizmi?...
Ənam Suresi, 89. Ayet:
Onlar Bizim kitab, hökm və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər (indi) bunlar
(Qüreyş
müşrikləri və başqa kafirlər) bu dəlilləri dansalar, Biz onlara həmin dəlilləri inkar etməyən bir tayfanı müvəkkil edərik (onların yerinə dəlillərimizi inkar etməyəcək bir zümrə gətirərik)....
Ali-İmran Suresi, 172. Ayet:
(Uhud doyusund?n v?) yaraland?qdan sonra (Qureys qosununu t?qib etm?k ucun) Allah?n v? Onun peyg?mb?rinin cag?r?s?n? q?bul etmis k?sl?r-onlar?n yaxs?l?q edib t?qval? olanlar? ucun boyuk bir mukafat vard?r....
Ənam Suresi, 89. Ayet:
Onlar kitab (şəriət), hökm (rəhbərlik və hakimlik) və peyğəmbərlik verdiyimiz kəslərdi. Beləliklə, əgər bunlar
(Qüreyş
kafirləri, səma dinlərinin əsası olan) bu işlərə kafir olsalar, şübhəsiz, Biz (Öz qəti təqdirimizdə gələcək zamanlarda olacaq nəsillərdən onu yerinə yetirən və) ona əsla kafir olmayan bir dəstəni təyin edərik....
Ənam Suresi, 124. Ayet:
Onlara
(Qüreyş
kafirlərinə) bir ayə və möcüzə gələn zaman «Allahın peyğəmbərlərinə verilmiş şey (peyğəmbərlik, kitab və möcüzə) bizə də verilməyincə əsla iman gətirmərik!» deyirlər. Allah Öz peyğəmbərliyini hara qoymağı daha yaxşı bilir. Tezliklə günah etmiş kəslərə işlətdikləri hiylənin cəzası olaraq Allahın yanında zillət, xarlıq və şiddətli əzab yetişəcəkdir....
Ənfal Suresi, 26. Ayet:
Və (yada salın) o zaman(ı) ki, siz yer üzündə az idiniz və zəif sayılırdınız. Həmişə insanların
(Qüreyş
in və digər kafirlərin) sizi (bu torpaqda) aradan götürmələrindən qorxurdunuz. Allah, bəlkə şükr edəsiniz deyə sizə yer verdi, sizi Öz köməyi ilə gücləndirdi və (dünya nemətlərinin) paklar(ın)dan sizə ruzi verdi....
Ənfal Suresi, 42. Ayet:
(Ayrılıq günü) o zaman (idi) ki, siz vadinin (Mədinəyə) yaxın tərəfində (əlverişli olmayan bir mövqedə) idiniz, onlar (Mədinədən) uzaq tərəfdə (Məkkəyə yaxın olan və əlverişli olan bir mövqedə),
(Qüreyş
in ticarət) karvan(ı) isə sizdən aşağı hissədə idi (ki, onlar qaça bildilər). Əgər bir-birinizlə vədələşsəydiniz, həmin vədələşmənizdə fikir ayrılığına düçar olar, yaxud orada olmaqdan yayınardınız. Lakin Allahın, olmalı işi gerçəkləşdirməsi üçün (belə oldu və belə bir məcburi qarşıdurma yarandı v...
İsra Suresi, 59. Ayet:
Möcüzələri
(Qüreyş
in istədikləri möcüzələri) göndərməyə Bizə yalnız keçmişdəkilərin onları təkzib etmələri (və əzaba layiq olmaları) mane oldu (və bunlar da təbiətcə onlara oxşar olduqları üçün Biz bunlara möhlət vermək istəyirik). Və Səmud qövmünə aşkarcasına dəvə (möcüzəsi)ni verdik. Beləliklə onlar onunla (dəvəni öldürməklə ona və özlərinə) zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk....
Həcc Suresi, 55. Ayet:
(Qüreyş
kafirlərindən) küfr edənlər həmişə (ölüm) saatı qəfil onlara çatana və ya qısır günün (heç bir şeyin yenidən yerinə yetirilməsi mümkün olmayan Qiyamət gününün) əzabı onların arxasınca gələnə kimi bunun (Qur’anın və ya sənin peyğəmbərliyinin) barəsində şübhə və tərəddüddə olarlar....
Sad Suresi, 6. Ayet:
Onların böyükləri və başçıları
(Qüreyş
və müşriklər Peyğəmbərə qarşı yönəldilmiş toplantılarından) çıxdılar (və bir-birlərinə dedilər): «Gedin öz məbudlarınız üzərində möhkəm dayanın. Həqiqətən bu (iddia), planlaşdırılmış (Muhəmmədin istədiyi) bir şeydir (başçılıq arzusudur)....
Duxan Suresi, 34. Ayet:
Əlbəttə bunlar
(Qüreyş
kafirləri) deyirlər:...
Məhəmməd Suresi, 26. Ayet:
Bunun səbəbi onların Allahın nazil etdiyini bəyənməyənlərə
(Qüreyş
kafirləri kimilərinə) «biz bəzi işlərdə (sizin müsəlmanlara qarşı gizli planlarınızda) sizə tabe olacağıq» demələridir. Allah onların gizli işlərini bilir....
İsra Suresi, 59. Ayet:
Bizə
(Qüreyş
in istədiyi) möcüzələri göndərməyə mane olan şey, ancaq əvvəlkilərin onları inkar etməsidir. (Belə ki,) Səmud qövmünə o dişi dəvəni açıq bir möcüzə olaraq verdik, onlar bu üzdən zalım oldular. Halbuki biz möcüzələri sadəcə qorxutmaq üçün göndəririk....