Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 162. Ayet:
Ancaq onlardan zalım olanlar, özlərinə deyilən sözü başqası ilə dəyişdirdilər. Zülm etdiklərinə görə Biz də onlara göydən bir əzab göndərdik.
(Rəvayətə
görə, bu əzab vəba xəstəliyi idi və bu xəstəlik qısa müddət ərzində kütləvi ölümlərə səbəb olmuşdu.)...
Bəqərə Suresi, 186. Ayet:
Qullarım Məni səndən soruşsalar, (de ki:) “Mən (onlara) yaxınam. Mənə dua etdiyi vaxt dua edənin duasını qəbul edərəm. Ona görə də dəvətimi qəbul edib Mənə iman gətirsinlər. Ola bilsin ki, onlar doğru yola yönələrlər”.
(Rəvayətə
görə, bədəvi bir ərəb Həzrət Peyğəmbərdən (s.ə.s.): “Rəbbimiz yaxındır yoxsa uzaq? Yaxındırsa, pıçıldayaraq Ona dua edək, yox əgər uzaqdırsa bağıraq!” – deyə soruşmuş, bundan sonra yuxarıdakı ayə nazil olmuşdur. Bu ayədə Allah iman gətirib ixlasla itaət edənlərin duaları...
Bəqərə Suresi, 248. Ayet:
Peyğəmbərləri onlara belə dedi: “Onun hökmdarlığının əlaməti (Musaya verilən) sandığın sizə gəlməsidir. Onun içində Rəbbinizdən bir təskinlik, həmçinin Musa və Harun nəslinin arxada qoyduğu qalıntılar vardır. Onu mələklər gətirəcək. Əgər inanırsınızsa, bunda sizin üçün bir dəlil vardır”.
(Rəvayətə
görə, bu ayədə bəhs olunan sandığı Həzrət Musa müharibə vaxtı ordunun önündə aparar və beləcə, əsgərlərin əhval-ruhiyyəsi yüksələrdi. Ordu zəiflədikdən sonra bu sandıq düşmənləri olan Calutun əlinə ke...
Tövbə Suresi, 66. Ayet:
Üzr istəməyin! Siz iman gətirdikdən sonra (təkrar) kafir oldunuz. Sizdən (tövbə edən) bir qrupu bağışlasaq belə, bir qrupu da günahkar olduqlarına görə cəzalandıracağıq”.
(Rəvayətə
görə, Həzrət Peyğəmbər Təbük səfərinə çıxarkən bir qrup münafiq Peyğəmbəri ələ salmaq üçün belə dedilər: “Buna baxın! Şam saraylarını fəth etmək istəyir. O hara, Şam saraylarını fəth etmək hara!” Onların bu hərəkətləri vəhy yolu ilə Həzrət Peyğəmbərə bildirildi. Münafiqlər çağırılıb onların nə üçün belə etdikləri soru...
Tövbə Suresi, 113. Ayet:
Müşriklərin cəhənnəmlik olduqları bəlli olduqdan sonra, qohum olsalar belə, onlar üçün bağışlanma diləmək Peyğəmbərə və möminlərə yaraşmaz.
(Rəvayətə
görə, Həzrət Peyğəmbər əmisi Əbu Talibin bağışlanması üçün Allaha dua etmiş, buna görə də yuxarıdakı ayə nazil olmuşdur.)...
Hud Suresi, 64. Ayet:
Ey qövmüm! Bu, sizin üçün möcüzə olan Allahın dişi dəvəsidir. Buraxın Allahın torpağında otlasın. Ona zərər verməyin! Yoxsa yaxın bir əzab sizi yaxalayar”.
(Rəvayətə
görə, Saleh peyğəmbərin qövmü ondan möcüzə göstərməsini və möcüzə olaraq qayanın içindən bir dəvə çıxartmasını tələb etmişdi. Saleh peyğəmbər də iman gətirəcəklərinə dair onlardan söz aldı və namaz qılıb bunun üçün Allaha dua etdi. Allah onun duasını qəbul etmiş, möcüzə olaraq qayadan bir dəvə çıxartmış və ona heç kimin zərər verməm...
Ənfal Suresi, 35. Ayet:
Onların, Kəbənin yanındakı duası fit vermək və əl çalmaqdan başqa bir şey deyildir. Elə isə inkar etdiyinizə görə dadın əzabı!
(Rəvayətə
görə, cahiliyyə dövründə müşrik kişi və qadınlar Kəbəni çılpaq təvaf edirdilər. Təvaf əsnasında onlar fit çalır və əlləri ilə alqış tuturdular. Bu, onlara görə dua sayılırdı. Yuxarıdakı ayədə onların bu batil əməllərinə işarə edilmişdir.)...
Yusif Suresi, 18. Ayet:
Onlar (Yusifin) saxta qana bulanmış köynəyini də gətirdilər. (Yaqub peyğəmbər) dedi: “Əksinə, nəfsiniz sizə bu (pis) işi gözəl göstərdi. Ona görə də, mənə düşən gözəl bir şəkildə səbir etməkdir. Söylədiklərinizin qarşısında (mənə) yalnız Allah kömək edə bilər”.
(Rəvayətə
görə, qardaşları Yusifin köynəyini qana bulayıb atalarına gətirdikləri zaman bu acı xəbəri eşidən Yaqub peyğəmbər fəryad etməyə başladı və onun köynəyini istədi. Köynəyi üzünə sürtüb ağladı və belə dedi: “Bu günə qədər belə yumş...
Yusif Suresi, 77. Ayet:
Onlar dedilər: “Əgər o oğurlayıbsa, daha əvvəl onun bir qardaşı da oğurluq etmişdi”. Yusif bunu ürəyində saxladı və onlara bildirmədi. O dedi: “Siz daha pis bir vəziyyətdəsiniz. Allah sizin söylədiklərinizi (o işin əslini) daha yaxşı bilir”.
(Rəvayətə
görə, Həzrət Yusifin xalası onu çox sevirdi. Yusif böyüdüyü zaman xalası onu öz yanında saxlamaq istəyirdi. Bunun üçün də Həzrət İbrahimdən miras qalan kəməri Yusifin belinə bağlayıb sonra da kəmərin itdiyini söylədi. Kəməri axtardılar və Yusifin ü...
İsra Suresi, 28. Ayet:
Əgər Rəbbindən umduğun bir mərhəmət (ruzi) üçün onların üzünə baxa bilmirsənsə, heç olmasa onlara yumşaq bir söz söylə!
(Rəvayətə
görə, Bilal, Süheyl, Məhca və Həbbab kimi yoxsul səhabələr Həzrət Peyğəmbərin yardımı ilə dolanırdılar. Həzrət Peyğəmbər, onlara veriləcək bir şeyi olmadığı zaman xəcalətindən onlara deyəcək bir söz tapmırdı və üzünü başqa tərəfə çevirirdi. Yuxarıdakı ayə, belə hallarda heç olmasa xoş və ümid verən sözlərlə onları razı salmağı tövsiyə edir.)...
Kəhf Suresi, 61. Ayet:
Onlar iki dənizin qovuşduğu yerə çatdıqları zaman balığı unutmuşdular. Həmin balıq isə dənizə girib gözdən itmişdi.
(Rəvayətə
görə, Həzrət Musa özündən daha elmli olan Xızır ilə görüşmək üçün Yuşa ibn Nun ilə səfərə çıxmışdı. Yanlarında da ölü bir balıq vardı. Musa peyğəmbərə bildirilmişdi ki, bu balığın canlanıb dənizə girəcəyi yer, məhz Xızır ilə görüşməli olduğu yerdir.)...
Sad Suresi, 44. Ayet:
(Biz ona belə dedik:) “Əlinə bir dəstə çubuq götür və (zövcəni) onunla vur. Andını da pozma!” Biz onu səbir edən gördük. O nə gözəl bəndədir! Həqiqətən, o, daim Allaha yönəlirdi.
(Rəvayətə
görə, zövcəsi xətalı bir iş gördüyü üçün Həzrət Əyyub and içmişdi ki, sağalandan sonra ona yüz çubuq vuracaq. Buna görə də Allah-Təala ona yüz çubuqdan ibarət bir dəstə ilə zövcəsinə bir dəfə vurmasını əmr etmişdi. Beləliklə, Həzrət Əyyub andını da pozmamış olacaqdı.)...
Məhəmməd Suresi, 30. Ayet:
Əgər istəsəydik, onları, əlbəttə, sənə göstərərdik. Beləcə, sən də onları üzlərindən tanıyardın. Həqiqətən, sən onları danışıq tərzlərindən tanıyarsan. Allah sizin əməllərinizi bilir.
(Rəvayətə
görə, bu ayə nazil olduqdan sonra bütün münafiqlər Həzrət Peyğəmbərə bəlli olmuşdu. Münafiqlərin digər bir xüsusiyyəti də o idi ki, danışdıqları zaman üstüörtülü sözlərdən istifadə edərək müsəlmanları incidirdilər.)...
Ənkəbut Suresi, 60. Ayet:
Elə canlılar var ki, ruzisini yanında daşımaz. Allah onlara da, sizə də ruzi verir. O hər şeyi eşidəndir, biləndir.
(Rəvayətə
görə, Həzrət Peyğəmbər Məkkədə müşriklərin əziyyət və işgəncələrinə məruz qalan zəif müsəlmanlara hicrət etmələrini söylədiyi zaman onlar: “Biz ora necə gedək? Orada nə yerimiz, nə də mal-mülkümüz var. Bizi kim yedirib-içirdəcək?” - demişdilər. Bundan sonra yuxarıdakı ayə nazil olmuşdur.)...
Taha Suresi, 85. Ayet:
Allah dedi: “Biz səndən sonra qövmünü sınağa çəkdik. Samiri onları doğru yoldan çıxartdı.
(Rəvayətə
görə, Samiri İsrail oğullarının Samirə qəbiləsinə mənsub idi. O, bir buzov heykəli düzəltmiş və camaata onun ilah olduğunu söyləyərək onları Həzrət Musanın dinindən uzaqlaşdırmağa çalışmışdı.)...
Əbəsə Suresi, 10. Ayet:
Sən onunla maraqlanmırsan.
(Rəvayətə
görə, Həzrət Peyğəmbər Qüreyş başçılarına İslamı təbliğ edən zaman Abdullah ibn Ümmü Məktum adında kor bir səhabə onun yanına gəlib: “Ey Allahın Rəsulu! Allahın sənə öyrətdiklərindən mənə də öyrət!” - deyir. Ancaq Həzrət Peyğəmbər ona cavab vermir. Çünki Qüreyşin başçıları Həzrət Peyğəmbərin özləri ilə xüsusi olaraq maraqlanmasını istəyirdilər. Abdullah ibn Ümmü Məktum təkrar səsləndikdən sonra Həzrət Peyğəmbər ona yönələrək qaşqabağını tökmüş və üzünü turş...
Fəcr Suresi, 10. Ayet:
Dirəklər sahibi Firona da!
(Rəvayətə
görə, Firon işgəncə vermək istədiyi kimsələr üçün yerə dört dirək basdırdar, onları əllərindən və ayaqlarından bu dirəklərə bağlayıb işgəncə verərmiş.)...