Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 85. Ayet:
Siz elə kəslərsiniz ki, (bu əhddən) sonra bir-birinizi öldürür, özünüzdən olan bir dəstəni yurdlarından çıxardıb onlara zülm və düşmənçilik etməkdə köməkləşirsiniz. Əgər onlar əsir düşüb sizə gəlsələr, fidyə verib onları azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Siz kitabın
(Tövratın)
bir hissəsinə inanıb, digər hissəsini inkarmı edirsiniz? Sizdən kim bu cür işlər görərsə, onun cəzası dünya həyatında rüsvay olmaqdır. Qiyamət günü isə onlar ən şiddətli əzaba...
Maidə Suresi, 13. Ayet:
Əhdlərini pozduqlarına görə onları lənətlədik və onların qəlblərini qatılaşdırdıq. Onlar sözlərin yerlərini dəyişdirirlər (Tövratın əslini pozurlar). Özlərinə öyrədilənlərin
(Tövratın)
bir hissəsini də unutdular. Onların az bir qismi istisna olmaqla, onlardan daim xəyanət görərsən. Yenə də, onları bağışla və onlara fikir vermə! Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər. (Vaxtilə Tövrat kitabı yalnız bir nüsxədən ibarət idi. Heç kim onun hamısını əzbərdən bilmirdi. Babillilər İsrail oğullarını ...
Ali-İmran Suresi, 73. Ayet:
Və sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!”(- dedilər). (Ey peyğəmbər!) De ki: “Əlbəttə, doğru yol Allahın yoludur”. (Yəhudilər yenə öz aralarında belə dedilər:) “Sizə verilənin
(Tövratın)
bənzərinin başqa birisinə (müsəlmanlara) veriləcəyinə, yaxud Rəbbiniz nəzdində sizinlə mübahisə edəcəklərinə (inanmayın)!” De: “Həqiqətən, lütf Allahın əlindədir. Onu, dilədiyi şəxsə bəxş edər. Allah (lütfü ilə) genişdir, (hər şeyi) biləndir”....
Bəqərə Suresi, 85. Ayet:
(Ey yəhudilər!) Siz elə adamlarsınız ki, (bu əhddən) sonra yenə bir-birinizi öldürür, özünüzdən olan bir dəstəyə (tayfaya) zülm və düşmənçilik etmək üçün köməkləşib, onları öz yurdlarından kənar edirsiniz. Onlar (özünüzdən olanlar başqalarına) əsir düşüb yanınıza gəlsələr, fidyə verib azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Məgər, siz kitabın
(Tövratın)
bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin cəzası dünyada y...
Hud Suresi, 17. Ayet:
Məgər Rəbbindən açıq-aydın bir dəlilə (Qurana) istinad edən, ardınca Allahdan bir şahid (Cəbrail) gələn, ondan da əvvəl Musanın (öz ümməti üçün) bir rəhbər və mərhəmət olan kitabının
(Tövratın)
təsdiq etdiyi kimsə (dünyaya meyl edənlər, ona bel bağlayanlar kimi ola bilərmi)?! Bunlar (bu dəlilləri təsdiq edən müsəlmanlar) Qurana inanırlar. (Ya Rəsulum!) Quranı inkar edən zümrənin (bütün müşriklərin və kafirlərin) vəd olunduğu yer Cəhənnəmdir. Artıq sən də onun barəsində şübhəyə düşmə. O sənin Rəb...
Fussilət Suresi, 45. Ayet:
Biz Musaya da kitab vermişdik və onun
(Tövratın)
barəsində də ixtilaf düşmüşdü. (Ya Peyğəmbər!) Əgər sənin Rəbbinin (cəzanın qiyamət gününə qədər təxirə salınması haqqındakı) öncə buyurduğu bir söz olmasaydı, dərhal işləri bitmiş olardı (dünyada ikən əzabı dadardılar). Həqiqətən, (müşriklər Quran) barəsində çox dərin (başqalarını da şübhəyə salan) bir şəkk içindədirlər!...
Nisa Suresi, 46. Ayet:
Yəhudilərdən bəziləri
(Tövratın)
kəlmələrin(in) yerini (dəyişib) təhrif edir və dillərini (ərəb ləhcəsində olduğu kimi) əyməklə və dinə tənə vurmaq məqsədilə deyirlər: «Eşitdik və (batində deyirlər) itaətsizlik etdik və eşit ki, eşitməyəsən». (Onların bu sözlərinin zahiri mənası budur ki, pis eşitməyəsən. Lakin onu deməkdən məqsədləri budur ki, kar olasan yaxud yaxşı söz eşitməyəsən.) Həmçinin «raina» deyirlər (ki, onun mənası ərəb dilində «bizi riayət et», ibrani dilində isə «ey bizim çobanımız...
Maidə Suresi, 41. Ayet:
Ey Peyğəmbər, küfrdə (ona meyl göstərməkdə və kömək etməkdə) tələsən kəslər – istər dilləri «iman gətirdik» deyib qəlbləri iman gətirməmiş kəslər (münafiqlər), istərsə də yəhudilər səni kədərləndirməsinlər. Onlar çox yalan eşidən və sənin yanına gəlməyən dəstənin (alimlərinin) əmrlərinə çox qulaq asan (tabe olan)lardır. (Onların alimləri) o kəslər(dir) ki,
(Tövratın)
kəlmələri (və hökmlərini) öz yerlərində qərar tutduqdan sonra təhrif edirlər (və avamlarına) «əgər bunu (bu hökmü) sizə versələr, ...
Əraf Suresi, 145. Ayet:
Və onun üçün
(Tövratın)
lövhələr(in)də hər bir mövzu barəsində nəsihət və (camaatın etiqad və əməlləri barəsində) hər bir şey üçün ətraflı şərh yazdıq (və dedik): «var gücünlə onu götür (öyrən) və öz qövmünə onun ən gözəlini götürmələrini (öyrənmələrini) əmr et (vacibləri götürsünlər və haramları tərk etsinlər). Tezliklə sizə günahkarların yurdunu (Ad və Səmud qövmlərinin, həmçinin fironçuların dünyada xaraba qalmış yurdlarını, axirətdə əbədi qalacaqları Cəhənnəmdəki yerlərini) göstərəcəyəm»....
Əraf Suresi, 150. Ayet:
Və Musa qəzəbli və təəssüflə öz qövmünün yanına qayıdanda, dedi: «Məndən sonra mənim üçün pis canişinlik etdiniz; məgər Rəbbinizin işində (görüşündə) tələsdiniz?» Və
(Tövratın)
lövhələri(ni) atdı və qardaşının başından tutub özünə tərəf çəkməyə başladı. O dedi: «Anam oğlu! Həqiqətən bu qövm məni (onları həmin işdən çəkindirməkdə) aciz qoydu və az qalmışdı məni öldürsünlər. Odur ki, düşmənləri məni məzəmmət etməyə qaldırma və məni zalım dəstə ilə bir tutma»....
Əraf Suresi, 154. Ayet:
Musanın qəzəbi yatdıqda(n sonra) o,
(Tövratın)
lövhələri(ni) götürdü. Onun yazılarında Rəbbindən qorxan kəslər üçün hidayət və rəhmət var idi....
Əraf Suresi, 169. Ayet:
Beləliklə, onlardan sonra kitabın
(Tövratın)
varisi olmuş (saleh olmayan) canişinlər(i) onların yerinə keçdilər. Onlar (rüşvət və ya kitabı təhrif etmək yolu ilə) bu alçaq dünyanın malını alır və «tezliklə (tövbə edəcək və) bağışlanacağıq» deyirlər. Əgər onlara elə bir mal yetişsə, yenə də götürərlər! Məgər onlardan kitabın möhkəm əhd-peymanı alınmadımı ki, Allaha haqdan başqa bir şey nisbət verməsinlər? Halbuki, onlar kitabda olanları oxuyublar (və onun hökmlərindən xəbərdardırlar). (Bilin ki,)...
Bəqərə Suresi, 85. Ayet:
Amma siz bir-birinizi öldürən, aranızdan bir dəstəyə qarşı yamanlıq və zülmdə köməkləşərək sizə haram olduğu halda onları yurdlarından çıxaran, sizə əsir olaraq gəldikləri zaman fidyə verib onları qurtaran kəslərsiniz. Yoxsa siz Kitabın
(Tövratın)
bir qisminə inanıb bir qismini inkar edirsiniz?1 Artıq sizdən bunu edənin cəzası dünya həyatında rüsvay olmaqdan başqa bir şey deyildir. Qiyamət günündə isə onlar əzabın ən şiddətlisinə düçar olarlar. Çünki Allah etdiklərinizdən xəbərsiz deyil....