Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Maidə Suresi, 41. Ayet:
Ey Peyğəmbər! Qəlbləri inanmadığı halda ağızları ilə: “İnandıq”, - deyənlərdən küfrdə bir-birləri ilə yarışanlar səni kədərləndirməsin! Yəhudilərdən də elələri var ki, yalan sözlərə və sənin yanına gəlməyən başqa kimsələrə qulaq asırlar. Onlar
(Tövratdakı)
sözlərin yerini sonradan dəyişdirirlər. Onlar: “Əgər bu sizə verilsə, onu alın. Əgər o sizə verilməsə, (ondan) uzaq durun!” - deyirlər. Allah bir kimsənin fitnəyə (zəlalətə) düşməsini istəyərsə, sən Allaha qarşı onun üçün heç bir şey edə bilmə...
Maidə Suresi, 41. Ayet:
Ya Peyğəmbər (Ya Rəsulum!) ürəklərində inanmadıqları halda, dildə (ağızları ilə): “İnandıq”, deyənlərin (münafiqlərin), yəhudilərdən yalana qulaq asanların, sənin hüzuruna gəlməyən başqa bir camaata qulaq asanların (onlara casusluq edənlərin) küfr içində vurnuxanları səni kədərləndirməsin. Onlar
(Tövratdakı)
sözlərin yerini sonradan dəyişib təhrif edir və deyirlər: “Əgər sizə bu (təhrif olunmuş dini hökm) verilsə, onu qəbul edin. Əgər verilməsə, ondan qaçının”. Allahın fitnəyə (azğınlığa) düşməs...
Nisa Suresi, 46. Ayet:
Yəhudilərin bir qismi
(Tövratdakı)
sözlərin yerini dəyişib təhrif edir və dillərini əyərək dinə (islama) tənə vurmaq məqsədilə (sənə qarşı): “Eşitdik və qəbul etmədik; eşit, eşitməz olasan (kar olasan) və raina”, - deyirlər. Əgər onlar: “Eşitdik və itaət etdik; eşit və bizə tərəf bax!”,- desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah onları öz küfrləri ucundan lənətə düçar etmişdi. Onların yalnız az bir hissəsi iman gətirmişdir....
Nisa Suresi, 46. Ayet:
Yəhudilərdən
(Tövratdakı)
kəlmələrin yerlərini dəyişdirib təhrif edənlər (mənalarını pozanlar) və dillərini əyib bükərək və dini tənqid edərək: ‘Eşitdik və üsyan etdik. Eşit, eşitməz olasan və ‘raina’ (raina-ərəbcə bizə bax, nəzər yetir, yəhudi dilində axmaq)’ deyirlər. Əgər onlar ‘Eşitdik və itaət etdik, eşit və bizə bax.’ desəydilər, əlbəttə özləri üçün daha xeyirli və daha yaxşı olardı. Küfrləri səbəbiylə onları lənətlədi. Artıq onların çox azı istisna olmaqla, iman etməzlər....