Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 137. Ayet:
Zəif qövmü (İsrail oğullarını) yerin bərəkət verdiyimiz şərq və qərb tərəflərinə varis (hakim) etdik. Səbir etdiklərinə görə Rəbbinin İsrail oğullarına verdiyi gözəl söz yerinə yetdi. Firon və qövmünün düzəltdikləri və ucaltdıqları (binaları) isə məhv etdik.
(Təfsir
lərdə, yuxarıdakı ayədə keçən şərq və qərb torpaqlarının Fələstin və Şam bölgəsi olduğu bildirilir. Çünki tarix kitablarında da qeyd edilir ki, bir zamanlar İsrail oğulları bu bölgələrə hakim olmuşdular.)...
Əraf Suresi, 175. Ayet:
Onlara, ayələrimizi verdiyimiz halda onlardan imtina edən kimsənin xəbərini də oxu. Beləliklə şeytan onu özünə tabe etmiş və o da haqq yoldan azanlardan olmuşdu.
(Təfsir
alimlərinin əksəriyyətinə görə, bu adam İsrail oğullarından Bələm ibn Bauradır. O, əvvəllər Həzrət Musanın dinini qəbul etmiş mömin bir kişi idi. Ancaq Bələmin Həzrət Musa tərəfindən elçi olaraq göndərildiyi qövm Həzrət Musanın onları məğlub edəcəyindən qorxaraq ona təzyiq göstərmişdi. Bələm də Həzrət Musaya bəd dua etmiş və ona...
Bəqərə Suresi, 243. Ayet:
Sayları minlərlə olduğu halda ölüm qorxusu ilə öz yurdlarından çıxıb gedənləri görmədinmi?! Allah onlara: “Ölün!” - dedi. Sonra onları diriltdi. Həqiqətən, Allah insanlara qarşı lütüfkardır, lakin insanların çoxu şükür etməz.
(Təfsir
lərdə qeyd edilən bir rəvayətə görə, keçmişdə yəhudi qövmündən olan bir qrup insan məmləkətlərində Taun xəstəliyi yayıldığı üçün ölüm qorxusu ilə öz məmləkətlərini tərk etmişdilər. Allah-Təala da onları qaçıb getdikləri yerdə öldürmüş və insanlara ibrət olsun deyə t...
Tövbə Suresi, 19. Ayet:
Hacılara su verənləri və Məscidi-haramı təmir edənləri, Allaha və axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Onlar Allah dərgahında eyni deyillər. Allah zalımlar qövmünü doğru yola yönəltməz!
(Təfsir
kitablarında yer alan bir rəvayətə görə, yuxarıdakı ayə Həzrət Əli, Həzrət Abbas və Talha ibn Şeybənin bir-birlərinə qarşı öyünmələri səbəbi ilə nazil olmuşdur. Talha Kəbənin açarının özündə olması, Həzrət Abbas hacılara su paylaması, Həzrət Əli də altı ay əvvəl namaz ...
Hud Suresi, 114. Ayet:
Gündüzün iki başında və gecənin ilk vaxtlarında namaz qıl! Həqiqətən, yaxşı əməllər pis əməlləri yox edər. Bu, öyüd almaq istəyənlər üçün bir nəsihətdir.
(Təfsir
çilərə görə, gündüzün iki başındakı namazlar sübh, günorta və ilkindi namazı, gecənin yaxın vaxtlarındakı namazlar isə axşam və yatsı namazlarıdır.)...
Maidə Suresi, 82. Ayet:
İman gətirənlərə düşmənçilik cəhətdən insanların ən şiddətlisi olaraq yəhudiləri və müşrikləri görərsən. Onların içində iman gətirənlərə sevgi cəhətdən ən yaxın olanların isə: “Biz xristianıq”, - deyənlər olduğunu görərsən. Çünki, onların içində keşiş və rahiblər vardır və onlar təkəbbürlənmirlər.
(Təfsir
lərdə yuxarıdakı ayədə bildirilən kimsələrin Həbəşistana hicrət edən müsəlmanları gözəl qarşılayıb onlara sığınacaq verən xristianlar olduğu, yaxud Həzrət Peyğəmbərlə (s.ə.s) müqavilə bağlayan N...
Ali-İmran Suresi, 104. Ayet:
Aranızda, xeyrə çağıran, yaxşılığı əmr edən və pis əməllərdən çəkindirən bir camaat olsun. Onlar əsil nicat tapanlardır.
(Təfsir
çilər bu ayəni əsas alaraq müsəlmanların içində yaxşılığı əmr edib pis işləri qadağan edən ictimai bir təşkilatın olmasının fərzi-kifayə olduğunu bildirmişlər.)...
Ali-İmran Suresi, 179. Ayet:
Allah pisi yaxşıdan ayırana qədər, möminləri, (indi) olduğunuz vəziyyətdə qoyası deyil. Allah sizə qeybi də bildirən deyildir. Lakin Allah, Öz peyğəmbərlərindən dilədiyi kimsəni seçər. Elə isə Allaha və Onun peyğəmbərlərinə iman gətirin! Əgər iman gətirib müttəqi olsanız, sizin üçün böyük bir mükafat vardır.
(Təfsir
lərdə qeyd edildiyinə görə, bu ayənin nazil olma səbəbi, kafirlərin Həzrət Peyğəmbərə (s.ə.s.): “Ey Mühəmməd! Bizdən kimin iman gətirib-gətirmədiyini bizə xəbər ver!” - demələridir.)...
Ali-İmran Suresi, 183. Ayet:
“Həqiqətən, Allah bizə əmr etdi ki, (göydən enən) alovun yeyəcəyi (yandırıb yox edəcəyi) bir qurban gətirməyincə heç bir peyğəmbərə inanmayaq!” – deyənlərə de ki: “Məndən əvvəl sizə peyğəmbərlər açıq-aşkar möcüzələr və (xüsusilə) sizin dediyinizi (möcüzəni) gətirmişdilər. Əgər doğru kimsələrsinizsə, bəs nə üçün onları öldürdünüz?”
(Təfsir
lərdə nəql edilən rəvayətlərə görə, Mədinədəki yəhudilərin müsəlman olmamaq üçün bəhanə etdikləri xüsusi möcüzə, Həzrət İsa peyğəmbərin göndərilməsidir. Bu möcü...
Əhqaf Suresi, 10. Ayet:
De: “Deyin görüm, əgər (bu Quran) Allah tərəfindən nazil olduğu halda siz onu inkar etsəniz, İsrail oğullarından da bir şahid onun bənzərini (Tövratı) görüb iman gətirdiyi halda siz təkəbbürlənsəniz, zülm etmiş olmazsınızmı? Şübhəsiz ki, Allah zalımları doğru yola yönəltməz”.
(Təfsir
lərdə qeyd edilən bir rəvayətə görə, bu ayədə keçən “İsrail oğullarından olan şahid” Musa peyğəmbərdir. Digər bir rəvayətə görə isə, Həzrət Peyğəmbərin dövründə İslam dinini qəbul edən yəhudi əsilli Abdullah ibn Sala...
Əhqaf Suresi, 29. Ayet:
Bir zaman cinlərdən bir dəstəni Quranı dinləmələri üçün sənin yanına göndərmişdik. Onlar Qurana qulaq asmaq üçün gəldikləri zaman (bir-birinə): “Qulaq asın!” - demişdilər. Quran tilavəti qurtardıqda onlar öz tayfalarını bundan xəbərdar etmək üçün geri qayıtmışdılar.
(Təfsir
lərdə qeyd edilən bir rəvayətə görə, Həzrət Peyğəmbər Taif səfərində ikən Nəhl vadisində sübh namazını qıldırmışdı. Bu əsnada yeddi, yaxud doqquz nəfərdən ibarət cin dəstəsi Həzrət Peyğəmbərin oxuduğu Quranı dinləmək üçün gəl...
Nəml Suresi, 82. Ayet:
Onlara deyilən söz (əzab) gerçəkləşdiyi zaman yerdən onlar üçün bir məxluq (Dabbətülərz) çıxardacağıq. O, onlara insanların Bizim ayələrimizə iman gətirmədiyini söyləyəcək.
(Təfsir
lərdə “Dabbətülərz” adı verilən bu məxluqun canlı bir varlıq olduğu qeyd edilir. Dini mənbələrdə Dabbətülərzin bir tək canlı, yoxsa yer üzünə yayılmış müxtəlif canlılar olduğu barəsində fərqli-fərqli izahlar gətirilmişdir.)...
Yusif Suresi, 15. Ayet:
(Qardaşları) onu aparıb quyunun dibinə atmaq üçün sözləşdikləri zaman Biz Yusifə belə vəhy etdik: “Həqiqətən, etdikləri bu işi gözləmədikləri bir vaxtda sən onlara xəbər verəcəksən!”
(Təfsir
çilərin əksəriyyəti yuxarıdakı ayədə keçən “Yusifə vəhy etdik” ifadəsinə əsaslanaraq Həzrət Yusifə peyğəmbərliyin həmin vaxt verildiyi fikrindədirlər. Çünki, həqiqətən də, Allahın bu vədi daha sonra gerçəkləşmiş, Yusif peyğəmbər buradan xilas olmuş və bütün bunları qardaşlarına bildirmişdi.)...
Yusif Suresi, 21. Ayet:
Yusifi Misirdə satın alan şəxs zövcəsinə dedi: “Ona yaxşı bax! Ola bilsin ki, bizə faydası olar, yaxud onu oğulluğa götürərik”. Beləcə, Yusifi o yerdə (Misirdə) yerləşdirdik və ona yuxuların yozumunu öyrətdik. Allah Öz işini gerçəkləşdirməyə qadirdir, lakin insanların çoxu (bunu) bilməz.
(Təfsir
lərdə qeyd edilən rəvayətlərə görə, Həzrət Yusifi öz himayəsinə götürən şəxs Misirin maliyyə naziri idi. O, Yusifin zəkasını və qabiliyyətini sezmiş və buna görə də gələcəkdə ondan istifadə edə biləcəyini...
Yusif Suresi, 42. Ayet:
Yusif o ikisindən xilas olacağını bildiyi kimsəyə dedi: “Ağanın yanında məni də yad et!” Ancaq şeytan ona ağasının yadına salmağı unutdurdu və Yusif bir neçə il daha zindanda qaldı.
(Təfsir
çilərə görə, Yusif peyğəmbər Allahı qoyub başqasından yardım istədiyi üçün beş illik həbsdən sonra yeddi il daha həbsdə qalmışdır. Beləcə, cəmi on iki il zindan həyatı yaşamışdır. Çünki peyğəmbərlərə yaraşan ən gözəl davranış yalnız Allahdan yardım istəmək və başqasına əl açmamaqdır.)...
Yusif Suresi, 69. Ayet:
Onlar Yusifin hüzuruna daxil olduqları zaman Yusif qardaşını (Bünyamini) qucaqlayaraq belə dedi: “Həqiqətən, mən sənin qardaşınam. Onların etdiklərinə görə kədərlənmə!”
(Təfsir
lərdə qeyd olunan rəvayətlərə görə, Həzrət Yusif qardaşlarına qonaqlıq vermiş və onları iki-iki oturtmuşdu. Bünyamin tək qalınca ağlayaraq: “Əgər qardaşım Yusif sağ olsaydı, o da mənimlə oturardı”, - demişdi. Həzrət Yusif də onu öz yanına oturtmuş, yeməkdən sonra isə qardaşlarını iki-iki otaqlarda qonaq etmişdi. Yenə Bünya...
Nəhl Suresi, 101. Ayet:
Biz bir ayənin yerinə başqa bir ayə gətirdiyimiz zaman - Allah nə nazil etdiyini yaxşı bilir - onlar: “Sən ancaq bir iftiraçısan”, – dedilər. Xeyr! Onların çoxu (həqiqəti) bilmir.
(Təfsir
lərdə qeyd edilən bir rəvayətə görə, sərt davranmaqla bağlı bir ayə nazil olduğu zaman kafirlər: “Mühəmməd bu gün əmr etdiyini sabahısı gün qadağan edərək öz səhabələrini ələ salır”, - dedilər. Yuxarıdakı ayə onların bu iradlarına cavab olaraq nazil olmuşdur. Bu ayənin də işarə etdiyi kimi Quranda bir ayənin dig...
Nəhl Suresi, 126. Ayet:
Cəza verəcəyiniz təqdirdə, sizə verilən cəzanın misli ilə cəza verin! Əgər səbir etsəniz, əlbəttə, bu, səbir edənlər üçün daha xeyirlidir.
(Təfsir
lərdə qeyd olunan rəvayətə görə, Həzrət Peyğəmbər Ühüd döyüşündə müşriklər tərəfindən əmisi Həzrət Həmzənin burnu və qulaqlarının kəsilmiş, ciyərinin çıxarılmış olduğunu görən zaman: “Allaha and olsun ki, əgər Allah mənə zəfər bəxş edərsə, sənin yerinə yetmiş nəfəri belə edəcəyəm!” - deyə and içmişdi. Buna görə də yuxarıdakı ayə nazil oldu. Həzrət Pey...
İsra Suresi, 5. Ayet:
Bu ikisindən birincisinin vaxtı gəldiyi zaman üstünüzə güclü bəndələrimizi göndərdik. Onlar evlərin arasında gəzib (sizi) axtarırdılar. Bu, yerinə yetirilməli olan bir vəd idi.
(Təfsir
lərdə sözü gedən güclü bəndələrin Ninevalı Səncarib, Babilli Büxtünnəsr və ya Calutun orduları olduğu və onların, Tövratı və Məscidi-əqsanı yandırdıqları, həmçinin İsrail oğullarının alimlərini öldürüb yetmiş min yəhudini əsir götürdükləri qeyd olunur. Yəhudilərin belə cəzalandırılmalarına səbəb kimi, onların Zəkər...
İsra Suresi, 7. Ayet:
Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş olarsınız, pislik etsəniz də, özünüzə pislik etmiş olarsınız.İkinci fitnənin vaxtı gəldiyi zaman üzünüzü qara etmələri, daha əvvəl girdikləri kimi Məscidə (Süleyman məbədinə) girmələri və ələ keçirdikləri hər şeyi büsbütün məhv etmələri üçün (üstünüzə düşmən göndərdik).
(Təfsir
lərdə İsrail oğullarının ikinci müsibətə məruz qalmalarının səbəbi olaraq Yəhya peyğəmbəri öldürmələri və yaxud İsa peyğəmbəri öldürməyə cəhd etmələri göstərilir.)...
İsra Suresi, 57. Ayet:
Onların sitayiş etdikləri (mələklər) də Rəbbinə, hansı daha yaxın olacaq deyə vəsilə axtarır, Onun rəhmətini umur və əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından həzər etmək lazımdır.
(Təfsir
çilərin əksəriyyəti yuxarıdakı ayədə qeyd olunan “Allahdan başqa ilahlaşdırdıqları” ifadəsi ilə “mələklər”in qəsd olunduğunu bildirmişlər. Çünki müşriklər sitayiş etdikləri bütləri və heykəlləri mələklərin simvolları qəbul edirdilər. Bu ayədə mələklər də daxil olmaqla Allahdan başqa heç bir varlığın zə...
İsra Suresi, 60. Ayet:
Bir zaman sənə: “Həqiqətən, sənin Rəbbin (elmi və qüdrəti ilə) insanları əhatə etmişdir”, - demişdik. Sənə göstərdiyimiz o mənzərəni və Quranda lənətlənmiş ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, ancaq bu onların azğınlığını daha da artırır.
(Təfsir
çilərin əksəriyyətinə görə, bu ayədəki “mənzərə” deyə tərcümə edilən “الرؤيا / rüya” kəlməsi Həzrət Peyğəmbərin Merac gecəsi gördüyü mənzərələrdir. “Lənətlənən ağac” isə, cəhənnəmdəki Zəqqum ağacıdır.)...
İsra Suresi, 78. Ayet:
Günorta vaxtından gecənin qaranlığına qədər (müəyyən vaxtlarda) namaz qıl! Bir də sübh namazını (qıl)! Şübhəsiz ki, sübh namazı (mələklər tərəfindən) müşahidə olunur.
(Təfsir
çilərə görə, bu ayə beş vaxt namaza işarə edir. Belə ki, günortadan sonrakı namazlar günorta və ilkindi namazları, günəşin batmasından sonrakı namazlar da axşam və yatsı namazlarıdır. Sübh namazı isə xüsusi olaraq qeyd edilmişdir.)...
Kəhf Suresi, 9. Ayet:
Yoxsa Kəhf və Rəqim əhlini möcüzələrimizin ən qəribəsimi zənn etdin?!
(Təfsir
çilərə görə, “Kəhf” dağda yerləşən geniş bir mağara deməkdir. Kafir hökmdarın zülmündən qaçıb bu mağaraya sığınan möminlərə də Əshabi-kəhf deyilmişdir. “Rəqim” kəlməsinə gəldikdə, ona bu mağaranın yerləşdiyi dərə, yaxud bu mağaraya sığınan möminlərin adlarının yazıldığı kitabə kimi mənalar verilmişdir. Ancaq Səhihi-Buxaridə keçən və İbn Abbasdan nəql olunan rəvayətə görə, Rəqim Əshabi-kəhfdən başqa üç nəfərlik bir qrup...
Kəhf Suresi, 20. Ayet:
Əgər onlar sizi ələ keçirsələr, ya sizi daşqalaq edib öldürəcək, ya da dinlərinə geri qaytaracaqlar. O zaman əsla nicat tapa bilməyəcəksiniz!”
(Təfsir
çilərə görə, şəhərə göndərilən şəxs əlindəki pulu xərcləmək üçün çıxardığı zaman şəhər əhalisi pulun üstündə qədim hökmdar Dekyanosun şəklini gürüb onun bir xəzinə tapdığını zənn etmiş və onu hökmdarın hüzuruna aparmışdılar. Mağaradakı adamlar yuxuda ikən aradan uzun illər keçmiş və yeni hökmdar da tövhid dinini mənimsəmişdi. Həmin şəxs hökmdara ba...
Kəhf Suresi, 60. Ayet:
Bir zaman Musa gənc yoldaşına belə demişdi: “İki dənizin qovuşduğu yerə çatana qədər yol gedəcəyəm, yaxud uzun müddət yoluma davam edəcəyəm”.
(Təfsir
lərdə Musa peyğəmbərin yanıdakı gənc oğlanın Yuşa ibn Nun olduğu və Musa peyğəmbərə xidmət edib ondan elm öyrəndiyi rəvayət olunur. Bu iki dənizin hansı dənizlər olduğu dəqiq bilinmir. Bəzi təfsirçilərə görə, bu iki dənizdən biri zahiri elmlərin dənizi olan Həzrət Musa, digəri isə batini elmlərin dənizi olan Xızır əleyhissalamdır.)...
Kəhf Suresi, 86. Ayet:
Nəhayət, günəşin batdığı yerə gəlib çatanda onu palçıqlı bir gölməçədə batan gördü. Gölməçənin yanında da bir qövm gördü. Biz: “Ey Zülqərneyn! Ya (onlara) əzab verməli, ya da onlar barəsində yaxşılıq yolunu tutmalısan!” – dedik.
(Təfsir
lərdə qeyd olunduğuna görə, Zülqərneyn qərbdə Sakit okeanına, yaxud Qara dənizə qədər getmiş və orada günəşin dəniz üfqündə batmasını seyr etmişdi. Bu zaman günəş dumanla örtülü dəniz üfqündə, sanki palçıqlı bir su gölməçəsinə batırmış kimi görünürdü. Sahildə qarş...
Kəhf Suresi, 90. Ayet:
Nəhayət, günəşin doğduğu yerə çatanda onu bir qövmün üzərində doğarkən gördü. Biz onlar üçün günəşə qarşı heç bir örtük yaratmamışdıq.
(Təfsir
mənbələrində qeyd olunduğuna görə, Zülqərneyn qərbdəki işlərini həll etdikdən sonra şərqə yönəldi və nəhayət, Hind okeanı sahillərinə gəlib çıxdı. Burada qarşılaşdığı insanlar günəşin şüasına qarşı qorunacaqları paltar və evlər düzəltməyi bilmirdilər.)...
Məryəm Suresi, 16. Ayet:
Kitabda (Quranda) Məryəmi də yad et! Bir zaman o, ailəsindən ayrılaraq şərq tərəfdə bir yerə çəkilmişdi.
(Təfsir
çilərə görə, Həzrət Məryəm Məscidi-Əqsanın, yaxud evinin şərq tərəfində inzivaya çəkilmişdi.)...
Məryəm Suresi, 34. Ayet:
O, barəsində şübhə etdikləri haqq söz olan Məryəm oğlu İsadır.
(Təfsir
çilərə görə, yuxarıdakı ayədə ifadə edilən Həzrət İsanın “haqq söz” olması Allahın “Kun (ol)!” sözü ilə yaranması deməkdir.)...
Məryəm Suresi, 37. Ayet:
Sonra firqələr öz aralarında ixtilafa düşdülər. Şahid olunacaq o böyük gün kafirlərin vay halına!
(Təfsir
çilər ixtilafa düşən firqələrin yəhudilər və xristianlar, yaxud öz aralarında ayrılığa düşən xristian məzhəbləri olduğunu qeyd etmişlər.)...
Furqan Suresi, 40. Ayet:
Həqiqətən, (Məkkəli müşriklər) fəlakət yağışına tutulmuş şəhərə gəlmişdilər. Bəs oranı görmədilərmi? Xeyr, onlar yenidən dirilməyi ümid etmirlər.
(Təfsir
lərdə qeyd edildiyinə görə, bu ayədə Məkkəli müşriklərin ticarət məqsədilə getdikləri Şam səfərləri əsnasında küfrləri səbəbilə daş yağmuruna məruz qalaraq məhv edilmiş Lut qövmünün xarabalıqlarını gördükləri halda bundan ibrət götürmədiklərinə işarə edilir.)...
Şüəra Suresi, 196. Ayet:
Şübhəsiz ki, o, əvvəlkilərin kitablarında da vardır.
(Təfsir
çilərə görə, Qurani-Kərimin Həzrət Peyğəmbərə (s.ə.s.) endiriləcəyinə dair işarələr, yaxud Quranın əsas prinsiplərindən bir qismi əvvəlki ilahi kitablarda da mövcud idi. Yuxarıdakı ayədən bunların hər ikisi də başa düşülə bilər.)...
Səba Suresi, 6. Ayet:
Elm verilmiş kimsələr Rəbbindən sənə nazil edilənin (Quranın) haqq olduğunu və onun yenilməz qüvvət sahibi, şükrə layiq olan Allahın yoluna yönəltdiyini görürlər.
(Təfsir
lərdə, elm verilmiş kimsələrin səhabələr, yaxud kitab əhlindən müsəlman olan kimsələr olduğu qeyd edilir.)...
Səba Suresi, 51. Ayet:
Kaş onları qorxduqları zaman görəydin! Artıq (Bizdən) qurtuluş yoxdur. Onlar yaxın bir yerdə yaxalandılar.
(Təfsir
lərdə kafirlərin qorxduqları zaman “ölüm anı”, “qəbirdən dirilib qalxma zamanı” və ya “Bədr döyüşünün olduğu vaxt” kimi izah edilmişdir. Yaxın bir yerdə yaxalanmaları da, “torpaqdan məzara”, “məhşər yerindən cəhənnəmə”, yaxud “Bədr döyüşündən sonra Bədr quyularının yanına aparılmaları” kimi izah edilmişdir.)...
Saffat Suresi, 141. Ayet:
(Gəmidəkilərlə) püşk atmışdı və uduzmuşdu.
(Təfsir
lərdə qeyd olunan rəvayətə görə, Yunis peyğəmbərin mindiyi gəminin yükü həddindən çox olduğu üçün gəmidəkilər öz aralarından bir nəfəri dənizə atmaq qərarına gəlmişdilər. Buna görə də aralarında püşk atmış və püşk Yunis peyğəmbərə çıxdığı üçün onu dənizə atmışdılar.)...
Saffat Suresi, 147. Ayet:
Biz onu yüz min və daha çox kimsəyə peyğəmbər göndərdik.
(Təfsir
lərdə Həzrət Yunisin Mosuldakı Ninova şəhərinin xalqına peyğəmbər göndərildiyi qeyd olunur.)...
Zümər Suresi, 40. Ayet:
Rüsvayedici əzab kimə gələcək və daimi əzab kimə nazil olacaq”.
(Təfsir
çilərə görə, müşriklərin rüsvayedici əzaba düçar olmaları Bədr döyüşündəki məğlubiyyətləridir. Daimi əzab isə cəhənnəm əzabıdır.)...
Mömin Suresi, 11. Ayet:
Onlar: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürdün, iki dəfə də diriltdin. Biz də öz günahlarımızı etiraf etdik. Elə isə (cəhənnəmdən) çıxmaq üçün bir yol varmı?” - deyəcəklər.
(Təfsir
çilər bu ayədə qeyd edilən iki dəfə öldürmə və iki dəfə diriltməni belə izah etmişlər: “Birinci ölüm insanın dünyaya gəlməmişdən əvvəlki halı, ikinci ölüm isə dünyadan köçməsidir. Birinci diriltmə insanın dünyaya gəlməsi, ikinci diriltmə isə axirətdə yenidən dirilməsidir”.)...
Mömin Suresi, 15. Ayet:
Dərəcələri yüksəldən və ərşin sahibi olan Allah (insanları) qovuşma (axirət) günü ilə qorxutmaq üçün Öz əmrindən olan vəhyi bəndələrindən istədiyinə nazil edir.
(Təfsir
lərdə “dərəcələri yüksəldən” ifadəsinə “göyləri bir-birinin üstünə qurub ucaldan”, “dünyada qullarına uca məqamlar verən”, “cənnətdəki məqamlarını yüksəldən”, “möminlərin savab dərəcələrini ucaldan” kimi mənalar verilmişdir.)...
Zuxruf Suresi, 57. Ayet:
Məryəm oğlu İsa misal çəkildiyi zaman sənin qövmün buna sevinərək gülmüşdü.
(Təfsir
lərdə qeyd edilən bir rəvayətə görə, Həzrət İsa və anası Həzrət Məryəmlə bağlı məsələnin müzakirə edildiyi bir məclisdə müşriklərdən biri: “Əgər sitayiş edilən İsa, Məryəm, Üzeyir və mələklər cəhənnəmdədirsə, biz onlarla birlikdə olmağa razıyıq”, - demişdi. Oradakı müşriklər də onun bu sözlərinə gülmüş və beləcə, Həzrət Peyğəmbərə istehza etmişdilər. Yuxarıdakı ayə onların bu təkəbbürlü hallarına işarə edir.)...
Zuxruf Suresi, 74. Ayet:
Şübhəsiz, günahkarlar cəhənnəm əzabında əbədi qalacaqlar.
(Təfsir
çilərin əksəriyyətinə görə, bu ayədəki “günahkarlar” Allahı inkar edən, yaxud Ona şərik qoşan kimsələrdir.)...
Hucurat Suresi, 4. Ayet:
(Ey Peyğəmbər!) Şübhəsiz ki, otaqların arxa tərəfindən səni çağıranların çoxu bunu dərk etmir.
(Təfsir
lərdə qeyd olunan bir rəvayətə görə, Üveynə ibn Hisn və Əqrə ibn Habis Təmim oğullarından yetmiş nəfərlik bir heyətlə günorta vaxtı Həzrət Peyğəmbərin yanına gəlmişdilər. Həzrət Peyğəmbər öz evində yatdığı bir əsnada onlar: “Ey Mühəmməd, çölə çıx, yanımıza gəl!” - deyə qışqırmışdılar. Yuxarıdakı ayə belə davranışların doğru olmadığını bildirir.)...
Tur Suresi, 1. Ayet:
And olsun dağa!
(Təfsir
lərdə qeyd olunduğuna görə, bu dağ Həzrət Musanın Allahla danışdığı Mədyəndəki dağdır.)...
Mücadilə Suresi, 13. Ayet:
(Peyğəmbərlə) gizli bir şey danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuzmu? Çünki bunu etmədiniz, Allah da sizi bağışladı. Ona görə də namazı qılın, zəkatı verin, Allaha və Onun Peyğəmbərinə itaət edin! Allah sizin etdiklərinizdən xəbərdardır.
(Təfsir
çilərə görə, bu ayə özündən əvvəlki ayənin hökmünü nəsx etmiş və beləliklə, qeyd edilən sədəqəni vermək məcburiyyəti aradan qaldırılmışdır.)...
Qəsəs Suresi, 76. Ayet:
Qarun Musanın qövmündən idi və onlara qarşı azğınlıq etmişdi. Biz ona elə xəzinələr vermişdik ki, onun açarlarını daşımaq güclü adamlardan ibarət bir dəstəyə belə ağır gəlirdi. O zaman qövmü ona belə demişdi: “Qürrələnmə! Şübhəsiz ki, Allah qürrələnənləri sevməz.
(Təfsir
lərdə qeyd olunduğuna görə, Həzrət Musanın əmisi oğlu olan Qarun İsrail oğulları arasında Tövratı ən yaxşı bilənlərdən biri hesab olunurdu və ticarətdə də çox mahir idi. O, elmi və sərvəti ilə qürrələnirdi. Əvvəlcə Həzrət Musaya ...
Ənkəbut Suresi, 35. Ayet:
Şübhəsiz, düşünənlər üçün o məmləkətdən açıq-aydın ibrət nişanəsi saxlamışıq.
(Təfsir
çilər bu ibrət nişanəsini məhv edilən qövmün başına gələnlərlə bağlı hekayətlər, xarabaya çevrilmiş yurdlarından qalan izlər, göydən yağdırılmış daşlar və s. kimi izah etmişlər.)...
Cümə Suresi, 11. Ayet:
Onlar bir alış-veriş, yaxud əyləncə gördükləri zaman ona tərəf qaçar və səni ayaq üstə qoyub gedərlər. De: “Allah dərgahındakılar əyləncədən və alış-verişdən daha yaxşıdır. Allah ruzi verənlərin ən yaxşısıdır!”
(Təfsir
lərdə qeyd edilən bir rəvayətə görə, Mədinədə qıtlıq yaşanan bir dövrdə Həzrət Peyğəmbər cümə xütbəsi verərkən oranın yaxınlığından ərzaq yüklü bir karvan keçirdi. Karvanın gəldiyini xəbər vermək məqsədilə çalınan dəf səsi eşidiləndə hamı karvana tərəf qaçmağa başladı. Yalnız on ik...
Taha Suresi, 130. Ayet:
Onların söylədiklərinə səbir et! Günəş doğmadan və batmadan əvvəl Rəbbini həmd ilə təsbeh et (şəninə təriflər de)! Gecənin bir vaxtında və gündüzün iki tərəfində (Rəbbini) təsbeh et ki, razı qalasan!
(Təfsir
çilər bu ayədəki “həmd ilə təsbeh et” ifadəsindən məqsədin “namaz” olduğunu ifadə etmişlər. Çünki namaz ən böyük və ən kamil zikrdir. Günəşin doğmasından əvvəlki təsbeh sübh namazı, gecənin bir vaxtındakı təsbeh də axşam və yatsı namazlarıdır. Gündüzün iki tərəfindəki namazlar isə günorta və...
Əhzab Suresi, 56. Ayet:
Həqiqətən, Allah və mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, siz də ona salavat göndərin və onu səmimi-qəlbdən salamlayın!
(Təfsir
çilərə görə, Allahın salavat göndərməsi mərhəmət etməsi və Rəsulunun şanını ucaltmasıdır. Mələklərin salavat göndərməsi Həzrət Peyğəmbərin şanını ucaltmaları və möminlər üçün istiğfar etmələridir. Möminlərin salavat göndərməsi isə Həzrət Peyğəmbər üçün dua etmələri mənasına gəlir.)...
Ənbiya Suresi, 7. Ayet:
(Ey Peyğəmbər!) Biz səndən əvvəl də məhz özlərinə vəhy etdiyimiz kişiləri peyğəmbər göndərdik. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun!
(Təfsir
çilərə görə, bu ayədəki “zikr əhli” ifadəsi ilə Tövrat və İncil haqqında doğru və kifayət qədər biliyə sahib olan əhli-kitab alimləri nəzərdə tutulur.)...
Ənbiya Suresi, 58. Ayet:
Beləcə, (bütlərdən) böyük olanı istisna olmaqla, digərlərini parça-parça etdi ki, bəlkə, ona müraciət edələr.
(Təfsir
lərdə qeyd edilən rəvayətə görə, bir bayram günü Həzrət İbrahim bütləri balta ilə qırıb tökdükdən sonra baltanı qırmadığı böyük bütün boynuna asdı. Bayram şənliyindən qayıdan xalq bütlərin qırıldığını gördü.)...
Ənbiya Suresi, 78. Ayet:
Davudu və Süleymanı da (yad et)! Bir zaman onlar bir əkin sahəsi barəsində hökm verirdilər. Belə ki, bəzi adamların qoyunları gecə vaxtı başıboş bir halda ora girib ziyan vermişdi. Biz onların hökmünə şahid idik.
(Təfsir
lərdə qeyd edilən bir rəvayətə görə, əkin sahəsinin sahibi ilə qoyun sürüsünün sahibləri arasındakı mübahisədə Həzrət Davud və Həzrət Süleyman bir-birindən fərqli hökm vermişdilər. Həzrət Davud ziyan vurulmuş əkin sahəsinin dəyərinin, qoyunların qiymətinə bərabər olduğunu bildirə...
Ənbiya Suresi, 83. Ayet:
Əyyubu da (yada sal)! Bir zaman o, Rəbbinə: “Mənə zərər dəydi (başıma bəla gəldi). Sən mərhəmətlilərin ən mərhəmətlisisən!” - deyərək səslənmişdi.
(Təfsir
çilərin qeyd etdiyinə görə, Həzrət Əyyub zəngin və geniş ailəsi olan biri idi. Ancaq evinin dağılması nəticəsində ailə üzvlərindən bir çoxu vəfat etmişdi, mal-mülkü də əlindən çıxmışdı. Özü də on ildən çox davam edən ağır bir xəstəliyə tutulmuşdu. Bütün bunlara baxmayaraq o, halından narazıçılıq etmir, Rəbbinə şikayət etməkdən və sağalması üçün...
Ənbiya Suresi, 105. Ayet:
Şübhəsiz ki, Zikrdən sonra Zəburda da: “Yer üzünə saleh qullarım varis olacaqdır!” - deyə yazmışdıq.
(Təfsir
çilərin bir qismi yuxarıdakı ayədə qeyd edilən “Zikr” kəlməsi ilə “Tövrat”ın, bir qismi isə “Lövhi-məhfuz”un nəzərdə tutulduğunu ifadə etmişlər.)...
Yasin Suresi, 13. Ayet:
Sən onlara şəhər xalqını misal çək! Bir vaxtlar ora elçilər gəlmişdi.
(Təfsir
mənbələrində bu şəhərin bugünkü Türkiyə ərazisindəki Antakya şəhəri olduğu qeyd olunur.)...
Mutəffifin Suresi, 8. Ayet:
Sən haradan biləsən ki, Siccin nədir?
(Təfsir
lərdə “Siccin” haqqında “kafirlərin əməllərinin yazıldığı kitab”, “çox dar bir zindan”, “cəhənnəmdəki bir quyu”, “insanların və cinlərin əməllərinin yazıldığı əməl dəftəri” kimi müxtəlif izahlar verilmişdir.)...
Bürüc Suresi, 5. Ayet:
(O xəndək ki,) yanacaqla alovlandırılmışdı.
(Təfsir
lərdə, bu ayədə qeyd olunan “xəndək əhli” ifadəsi haqqında belə bir rəvayət nəql olunur; Yəməndə yəhudi əsilli Zünuvas adlı bir hökmdar və onun adamları yəhudiliyi qəbul etməyən Nəcran xristianlarını xəndəyin içində qalanmış oda atıb yandırmış və özləri də onların yanmasını seyr etmişdilər.)...
Ələq Suresi, 19. Ayet:
Xeyr, ona boyun əymə! Səcdə et və (Rəbbinə) yaxınlaş!
(Təfsir
lərdə qeyd olunduğuna görə, bu ayələr Həzrət Peyğəmbər namaz qılarkən ona əziyyət verən Əbu Cəhl haqqında nazil olmuşdur.)...
Təkəsur Suresi, 2. Ayet:
Hətta qəbirləri də ziyarət etdiniz.
(Təfsir
lərdə qeyd edilən rəvayətə görə, müşriklər oğullarının, qohumlarının və mal-mülklərinin çoxluğu ilə qürrələnir və bu xüsusda bir-birləri ilə yarışırdılar. Hətta bu mübahisələr o həddə çatmışdı ki, onlar diriləri ilə kifayətlənməyib ölülərinin çoxluğu ilə öyünməyə başlamış və bu məqsədlə qəbiristanlığın yolunu tutmuşdular.)...
Cin Suresi, 15. Ayet:
Haqq yoldan azanlar isə cəhənnəmin odunlarıdır”.
(Təfsir
lərdə qeyd edilən bir rəvayətə görə, Həzrət Peyğəmbər Taif səfərindən qayıdarkən Bətni-nəhlə deyilən bir yerdə sübh namazını qıldırdığı əsnada cinlərdən bir dəstə onun oxuduğu Quranı eşidib qulaq asmışdılar. Həzrət Peyğəmbər o anda onları görməmiş, daha sonra bu ona yuxarıdakı ayələrlə bildirilmişdir.)...