Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 137. Ayet:
Zəif qövmü (İsrail oğullarını) yerin bərəkət verdiyimiz şərq və qərb tərəflərinə varis (hakim) etdik. Səbir etdiklərinə görə Rəbbinin İsrail oğullarına verdiyi gözəl söz yerinə yetdi. Firon və qövmünün düzəltdikləri və ucaltdıqları (binaları) isə məhv etdik.
(Təfsirlərdə,
yuxarıdakı ayədə keçən şərq və qərb torpaqlarının Fələstin və Şam bölgəsi olduğu bildirilir. Çünki tarix kitablarında da qeyd edilir ki, bir zamanlar İsrail oğulları bu bölgələrə hakim olmuşdular.)...
Səba Suresi, 6. Ayet:
Elm verilmiş kimsələr Rəbbindən sənə nazil edilənin (Quranın) haqq olduğunu və onun yenilməz qüvvət sahibi, şükrə layiq olan Allahın yoluna yönəltdiyini görürlər.
(Təfsirlərdə,
elm verilmiş kimsələrin səhabələr, yaxud kitab əhlindən müsəlman olan kimsələr olduğu qeyd edilir.)...
Bürüc Suresi, 5. Ayet:
(O xəndək ki,) yanacaqla alovlandırılmışdı.
(Təfsirlərdə,
bu ayədə qeyd olunan “xəndək əhli” ifadəsi haqqında belə bir rəvayət nəql olunur; Yəməndə yəhudi əsilli Zünuvas adlı bir hökmdar və onun adamları yəhudiliyi qəbul etməyən Nəcran xristianlarını xəndəyin içində qalanmış oda atıb yandırmış və özləri də onların yanmasını seyr etmişdilər.)...