Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Yusif Suresi, 8. Ayet:
O zaman
(Yusifin
qardaşları) belə demişdilər: “Biz çox olduğumuz halda Yusif və qardaşı (Bünyamin) atamıza bizdən daha əzizdir. Həqiqətən, atamız açıq-aşkar səhv edir. (Yusif və Bünyamin bir ananın uşaqları, digər qardaşları isə başqa bir ananın uşaqlarıydı. Yəni, onlar atabir qardaşdılar.)...
Yusif Suresi, 18. Ayet:
Onlar
(Yusifin
) saxta qana bulanmış köynəyini də gətirdilər. (Yaqub peyğəmbər) dedi: “Əksinə, nəfsiniz sizə bu (pis) işi gözəl göstərdi. Ona görə də, mənə düşən gözəl bir şəkildə səbir etməkdir. Söylədiklərinizin qarşısında (mənə) yalnız Allah kömək edə bilər”. (Rəvayətə görə, qardaşları Yusifin köynəyini qana bulayıb atalarına gətirdikləri zaman bu acı xəbəri eşidən Yaqub peyğəmbər fəryad etməyə başladı və onun köynəyini istədi. Köynəyi üzünə sürtüb ağladı və belə dedi: “Bu günə qədər belə yumş...
Yusif Suresi, 45. Ayet:
(Yusiflə birlikdə zindana düşən) o ikisindən xilas olanı bir müddət sonra (Yusifi) xatırlayıb dedi: “Mən sizə onun yozumunu xəbər verərəm. Dərhal məni
(Yusifin
olduğu zindana) göndərin!”...
Yusif Suresi, 50. Ayet:
Kral dedi: “Onu mənə gətirin!” Elçi
(Yusifin
) yanına gəldiyi zaman (Yusif) dedi: “Ağanın yanına qayıdıb ondan soruş ki, əllərini kəsən qadınlara nə olmuşdu?! Şübhəsiz ki, mənim Rəbbim onların hiyləsini yaxşı bilir”....
Yusif Suresi, 71. Ayet:
(Yusifin
qardaşları) onlara dönüb: “Nə itirmisiniz?” - dedilər....
Yusif Suresi, 75. Ayet:
(Yusifin
qardaşları:) “Onun cəzası (oğurlanan əşya) yükündə tapılan şəxsin özünün (kölə edilərək) cəzalandırılmasıdır. Biz zalımları belə cəzalandırırıq”, – deyə cavab verdilər. (Yaqub peyğəmbərin şəriətinə görə, oğurluq edən şəxs tutulduğu zaman ona, əşyasını oğurladığı kimsə üçün bir il müddətində qul kimi xidmət etmə cəzası verilirdi.)...
Yusif Suresi, 88. Ayet:
Onlar
(Yusifin
) hüzuruna daxil olduqları zaman dedilər: “Ey vəzir! Bizə və ailəmizə qıtlıq üz verib və biz dəyərsiz bir malla gəlmişik. Bizim haqqımızı tam ölçərək ver, bizə sədəqən olsun! Həqiqətən, Allah sədəqə verənləri mükafatlandırar”....
Yusif Suresi, 102. Ayet:
(Ey Rəsulum!) Bu
(Yusifin
qissəsi), sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Onlar hiylə qurub işlərinə qərar verdikləri zaman sən onların yanında deyildin....
Yusif Suresi, 8. Ayet:
Bir zaman
(Yusifin
qardaşları öz aralarında) belə demişdilər: “Biz (bir-birimizə bağlı, sayca çox, güclü) bir dəstə olduğumuz halda, Yusif və onun (atabir-anabir) qardaşı (Bin Yamin) atamıza daha əzizdirlər. Həqiqətən, atamız açıq-aşkar səhv edir!”...
Yusif Suresi, 18. Ayet:
Onlar
(Yusifin
) köynəyinin üstünə yalandan bir qan (ləkəsi yaxıb) gətirmişdilər. (Yəqub) dedi: “Xeyr (heç də dediyiniz kimi deyildir), sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir (çirkin əməlinizi sizə gözəl göstərmişdir). Mənə yalnız gözəl (tükənməz, dözümlü) səbr gərəkdir. Dediklərinizdən (Yusif barəsində dediklərinizin yalan olduğunu sübut etməkdən) ötrü ancaq Allahdan kömək diləmək lazımdır!”...
Yusif Suresi, 19. Ayet:
Nəhayət, (Mədyəndən Misirə gedən) bir dəstə müsafir (karvan əhli bu yerə) gəlib suçularını (su dalınca) göndərdilər. (Suçu) qabını suya salan kimi: “Müjdə! Bu bir oğlandır! – dedi. Onlar (müsafirlər və ya qardaşları Yusifi) satdıq bir şey (ticarət malı) kimi gizlədib saxladılar. Allah onların nələr etdiyini
(Yusifin
başına nə oyunlar açdığını) biləndir!...
Yusif Suresi, 26. Ayet:
(Yusif) dedi: “O məni tovlayıb yoldan çıxartmaq (mənimlə yaxınlıq etmək) istədi!” Bir şahid (Züleyxanın beşikdə olan körpə əmisi oğlu) belə şəhadət verdi: “Əgər
(Yusifin
) köynəyi öndən cırılmışsa, (qadın) doğru deyir, o isə yalançılardandır....
Yusif Suresi, 30. Ayet:
Şəhərdəki qadınlar dedilər: “Vəzirin övrəti cavanı (cavan qulunu) tovlayıb yoldan çıxartmaq (onunla yaxınlıq etmək) istəyir.
(Yusifin
) məhəbbəti onun bağrını qan etmişdir. Biz onun açıq-aşkar (doğru) yoldan çıxdığını görürük....
Yusif Suresi, 34. Ayet:
Rəbbi
(Yusifin
) duasını qəbul buyurub (qadınların) məkrindən qurtardı. Həqiqətən, O, (hər şeyi) eşidəndir, biləndir!...
Yusif Suresi, 35. Ayet:
(Vəzir və ailəsi Yusifin günahsız olduğunu sübut edən) dəlilləri
(Yusifin
köynəyinin arxadan cırılmasını, üzünün cırmaqlanmasını, qadınların turunc əvəzinə əllərini kəsməsini və i. a.) gördükləri halda, yenə də onu bir müddət (dedi-qodu kəsilənədək) zindana salmaq qərarına gəldilər. (Beləliklə, Yusif zindana atıldı)....
Yusif Suresi, 50. Ayet:
(Bunları eşidən) hökmdar: “Onu mənim yanıma gətirin!” – dedi. (Onun göndərdiyi) elçi
(Yusifin
) yanına gəldikdə o: “Ağanın yanına qayıdıb soruş ki, (Züleyxanın məclisində) əllərini kəsən o qadınların məqsədi nə idi? Həqiqətən, Rəbbim onların məkrini biləndir!”...
Yusif Suresi, 61. Ayet:
(Yusifin
qardaşları) dedilər: “Ondan ötrü atasını yola gətirməyə çalışarıq və sözsüz ki, (bunu) edərik”....
Yusif Suresi, 63. Ayet:
(Yusifin
) qardaşları atalarının yanına döndükdə dedilər: “Ata! Bizə ərzaq (taxıl ölçülüb) verilməsi qadağan edildi. (Əgər Bin Yamini bizimlə Misirə göndərməsən, bizə daha heç bir şey verilməyəcək). Yenidən ərzaq (taxıl ölçüb) almaq üçün qardaşımızı bizimlə birlikdə (Misirə) göndər. Biz, əlbəttə, onu qoruyacağıq!”...
Yusif Suresi, 86. Ayet:
(Yəqub) belə cavab verdi: “Mən dərd-sərimi yalnız Allaha ərz edirəm və Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi
(Yusifin
vaxtilə gördüyü yuxunun çin çıxacağını, sizin və mənim ona təzim edəcəyimizi) bilirəm!...
Yusif Suresi, 102. Ayet:
(Ya Rəsulum!) Bu, sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Onlar
(Yusifin
qardaşları) hiylə quraraq əlbir iş gördükləri (Yusifi quyuya atdıqları) zaman sən ki onların yanında deyildin!...
Yusif Suresi, 23. Ayet:
(Yusifin
) evində qaldığı qadın onunla yaxınlıq etmək istədi. Qapıları möhkəm bağlayıb: ‘Haydı gəl, səninəm.’ dedi. O (Yusif də) belə dedi: ‘Allaha sığınıram. O mənim Rəbbimdir. Məni ən gözəl məskəndə yerləşdirdi. Şübhəsiz ki, zalımlar fəlaha (qurtuluşa) ərməzlər.’...
Yusif Suresi, 96. Ayet:
Beləcə müjdəçi gəldiyi zaman onu
(Yusifin
köynəyini), onun (atasının) üzünə sürtdü. Gözləri açıldı. Yaqub (ə.s): ‘Mən sizə demədimmi? Həqiqətən, mən sizin bilmədiyiniz şeyləri Allahdan (vəhy alaraq) bilirəm.’ dedi....