Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Yusif Suresi, 23. Ayet:
Yusifin qaldığı evdəki qadın
(Züleyxa)
onu tovlamaq istədi və qapıları bağlayıb: “Haydı gəl!” - dedi. Yusif isə: “Mən Allaha sığınıram! O (sənin ərin) mənim ağamdır. O mənə yaxşı davranır. Şübhəsiz ki, zülm edənlər (zinakarlar) nicat tapmazlar!” - dedi....
Yusif Suresi, 24. Ayet:
Həqiqətən,
(Züleyxa)
ona meyil salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona meyil salacaqdı. Biz pisliyi və əxlaqsızlığı ondan uzaqlaşdırmaq üçün belə etdik. Şübhəsiz ki, o, Bizim ixlaslı bəndələrimizdəndir....
Yusif Suresi, 25. Ayet:
İkisi də qapıya tərəf qaçdılar.
(Züleyxa)
onun köynəyini arxadan cırdı. Qapının ağzında (Züleyxanın) əri ilə rastlaşdılar.
(Züleyxa)
dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası yalnız zindana atılmaq, yaxud şiddətli bir işgəncədir!”...
Yusif Suresi, 26. Ayet:
Yusif dedi: “O məni tovlayıb yoldan çıxartmaq istədi!” (Züleyxanın) qohumlarından biri belə şahidlik etdi: “Əgər Yusifin köynəyi qabaqdan cırılmışsa, deməli,
(Züleyxa)
doğru deyir, o isə yalançılardandır....
Yusif Suresi, 27. Ayet:
Əgər onun köynəyi arxadan cırılıbsa,
(Züleyxa)
yalan deyir, Yusif isə doğru danışanlardandır”....
Yusif Suresi, 31. Ayet:
(Züleyxa)
onların hiyləsini (dedi-qodularını) eşitdiyi zaman onlara xəbər göndərdi (evində qonaqlığa dəvət etdi). Onlar üçün yastıqlar hazırladı və onlardan hər birinə bir bıçaq verdi. (Qadınlar meyvələri soyarkən Züleyxa Yusifə:) “Onların qarşısına çıx!” - dedi. Onlar Yusifi gördükləri zaman onu ucaltdılar (onun nə qədər yaraşıqlı olduğunu etiraf etdilər). (Çaşqınlıqla) öz əllərini kəsdilər və: “Aman Allah! Bu insan deyil. Bu ancaq uca bir mələkdir!” - dedilər....
Yusif Suresi, 32. Ayet:
(Züleyxa)
dedi: “Barəsində məni qınadığınız (cavan oğlan) budur. Onu tovlayıb yoldan çıxartmaq istədim, ancaq o imtina etdi. Əgər o mənim əmrimi yerinə yetirməzsə, mütləq, zindana atılacaq və zəlil olacaqdır”....
Yusif Suresi, 51. Ayet:
(Kral o qadınlara) dedi: “Yusifi yoldan çıxartmaq istəməkdə məqsədiniz nə idi?!” Onlar: “Allah eləməsin! Biz onun haqqında pis bir şey bilmirik!” - dedilər. Vəzirin zövcəsi
(Züleyxa)
dedi: “İndi həqiqət ortaya çıxdı. Mən onu tovlayıb yoldan çıxartmaq istəmişdim. O isə, həqiqətən, doğru danışanlardandır”....
Yusif Suresi, 25. Ayet:
(Yusif canını qurtarmaq, Züleyxa da onu yaxalayıb kamına çatmaq məqsədilə) hər ikisi qapıya tərəf cumdu.
(Züleyxa)
onun köynəyini arxadan cırdı. Onlar qapının ağzında (qadının) ağası (əri) ilə rastlaşdılar.
(Züleyxa)
dedi: “Sənin ailənə pislik (övrətinlə zina) etmək istəyənin cəzası yalnız zindana salınmaq, ya da şiddətli bir əzaba düçar edilməkdir!”...
Yusif Suresi, 51. Ayet:
(Padşah həmin qadınları çağırtdırıb) soruşdu: “Yusifi tovlayıb yoldan çıxartmaq istəməkdə məqsədiniz (qəsdiniz) nə idi? (Qadınlar: ) “Allah eləməsin! Biz onun barəsində pis bir şey bilmirik!” – deyə cavab verdilər. Vəzirin övrəti
(Züleyxa)
dedi: “Artıq indi həqiqət bəlli oldu. Yusifi tovlayıb yoldan çıxartmaq istəyən mən idim. O, şübhəsiz, doğrudanışanlardandır!”...