Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ali-İmran Suresi, 37. Ayet:
Və Rəbbi onu (Məryəmi) gözəl şəkildə qəbul etdi. Onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə onun yanına məbədə girəndə, onun yanında bir ruzi görür və: “Ey Məryəm, bu sənə haradan oldu?” - deyirdi. O da: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah dilədiyi kimsəyə saysız-hesabsız ruzi verir!” - deyirdi.
(Zəkəriyya
peyğəmbər, Həzrət Məryəmin xalasının əri idi. O, Beyti-məqdisdə Məryəmin yetişməsini öz üzərinə götürmüşdü. Zəkəriyya peyğəmbər hər dəfə Məryəmin məbəd...
Bəqərə Suresi, 61. Ayet:
Xatırlayın ki, siz (müəyyən müddət səhrada qalmalı olduğunuz zaman): “Ya Musa! Biz (hər gün yediyimiz) eyni təama (qüdrət halvasından və bildirçin ətindən ibarət olan yeməyə) heç vaxt dözməyəcəyik! Rəbbinə dua et ki, bizim üçün torpağın bitirdiyi şeylərdən tərəvəzindən, sarımsağından, mərciməyindən və soğanından yetirsin! – dediniz. (Musa da cavabında : ) “Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək istəyirsiniz? (O halda) şəhərlərdən birinə gedin, istədiyinizi orada taparsınız!” ...
Bəqərə Suresi, 87. Ayet:
(Ey İsrail övladı!) Biz Musaya kitab (Tövrat) verdik, ondan sonra da bir-birinin ardınca peyğəmbərlər göndərdik. Məryəm oğlu İsaya aşkar möcüzələr (dəlillər) bəxş etdik və onu müqəddəs ruhla (Cəbraillə və ya ismi-əzəmlə) qüvvətləndirdik. Hər dəfə sizə ürəyinizə yatmayan bir şey (əmr, buyuruq) gətirən peyğəmbərə təkəbbür göstərmirdinizmi? Məhz buna görə də onların bir qismini təkzib etdiniz, bir qismini isə öldürdünüz
(Zəkəriyya
və ya Yəhya kimi)....
Ali-İmran Suresi, 37. Ayet:
Belə olduqda, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi.
(Zəkəriyya
:) “Ya Məryəm, bunlar sənin üçün haradandır?” - dedikdə, o: “Allah tərəfindəndir!” - deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!...
Ali-İmran Suresi, 39. Ayet:
(Zəkəriyya
) mehrabda (ibadətgahda) ayaq üstə durub namaz qılarkən mələklər ona müraciət edib dedilər: “Allah sənə Özü tərəfindən gələn kəlməni (İsanı) təsdiq edən, (tayfasını) ağa, nəfsinə hakim və əməlisalehlər zümrəsindən bir peyğəmbər olacaq Yəhyanın (dünyaya gələcəyi) xəbərini müjdə verir”....
Ali-İmran Suresi, 40. Ayet:
(Zəkəriyya
: ) “Ey Rəbbim, üzərimə qocalıq çökdüyü və zövcəm qısır (doğmayan) olduğu halda, mənim necə oğlum ola bilər? “ – söylədi. (Allah isə: ) “ (Bəli) dediyin kimidir, (lakin) Allah nə istəsə, onu da edər”, - deyə buyurdu....
Ali-İmran Suresi, 41. Ayet:
(Zəkəriyya
: ) “Ey Rəbbim! Mənə (zövcəmin hamilə olduğu vaxtı bilmək üçün) bir nişanə göstər”, - dedikdə, (Allah: ) “Sənin nişanən üç günün ərzində adamlarla yalnız işarə ilə (əl, baş və gözlə) danışmaq olacaqdır. O vəziyyətdə belə Rəbbini çox yada sal (zikr et) və səhər-axşam şəninə təriflər deyib şükür et!” buyurdu....
İsra Suresi, 4. Ayet:
Biz İsrail oğullarına kitabda (Tövratda): “Siz yer üzündə
(Zəkəriyya
nı, sonra da Yəhyanı öldürməklə) iki dəfə fitnə-fəsad törədəcək və çox dikbaşlıq (yaxud zülm) edəcəksiniz!” – deyə bildirdik....
Məryəm Suresi, 3. Ayet:
(Zəkəriyya
) Rəbbinə gizlicə dua edib yalvardığı zaman...
Məryəm Suresi, 8. Ayet:
(Zəkəriyya
) dedi: “Ey Rəbbim! Zövcəm doğmayan bir qadın, mən də qocalıb əldən düşmüş (sümüyü sustalmış bir kişi) ikən mənim necə oğlum ola bilər?”...
Məryəm Suresi, 10. Ayet:
(Zəkəriyya
) dedi “Ey Rəbbim! Mənim üçün (ürəyim arxayın olsun deyə, bu barədə) bir əlamət müəyyən et!” (Allah) buyurdu: “Əlamətin budur ki, sən sağlam ikən üç gün-üç gecə adamlarla danışa bilməyəcəksən!”...
Məryəm Suresi, 11. Ayet:
(Nəhayət, Zəkəriyyanın dili tutulduğu, ona danışmaq qadağan edildiyi üçün artıq zövcəsinin hamilə olduğunu başa düşdü və Allahın Öz əhdinə sadiq olduğuna bir daha əmin olub Ona cani-dildən şükür etdi). Sonra
(Zəkəriyya
) mehrabdan (məbəddən) öz camaatının qabağına çıxıb (əli ilə) onlara belə işarə etdi: “Səhər-axşam (Allahı) təqdis edib şəninə təriflər deyin! (Və ya namaz qılın!)”...
Ənbiya Suresi, 90. Ayet:
Biz
(Zəkəriyya
nın) duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini (doğmağa) qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), ümid və qorxu ilə (rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bizə ibadət edirdilər. Onlar Bizə müti idilər....
Məryəm Suresi, 4. Ayet:
(Zəkəriyya
ə.s): ‘Rəbbim, həqiqətən mən (zəiflədim) və mənim sümüklərim də zəiflədi və saçlarım ağardı. Rəbbim, mən Sənə dua edərək şaki olmadım.’ dedi....
Məryəm Suresi, 8. Ayet:
(Zəkəriyya
(ə.s) belə) dedi: ‘Rəbbim, mənim necə bir oğlum ola bilər? Mənim qadınım da sonsuz oldu. Mən də qocalığın son həddinə çatdım.’...
Məryəm Suresi, 3. Ayet:
Bir zaman
(Zəkəriyya
) Rəbbinə gizlicə dua edib...
Məryəm Suresi, 8. Ayet:
(Zəkəriyya
) dedi: Ey Rəbbim, zövcəm əvvəldən qısır olduğu və özüm də qocalıb əldən düşdüyüm halda mənim necə övladım ola bilər?...
Məryəm Suresi, 10. Ayet:
(Zəkəriyya
) dedi: «Ey Rəbbim! (Bu müjdənin gerçəkləşəcəyi barəsində) mənə bir nişanə ver.» Buyurdu: «Nişanən budur ki, sağlam olmağına baxmayaraq üç (gün üç) gecə (dalbadal) insanlarla danışa bilməyəcəksən.» (Dilin Allahla danışmaq üçün açıq, insanlarla danışmaq üçün isə bağlı olacaqdır.)...
Ənbiya Suresi, 90. Ayet:
Biz onun istəyini yerinə yetirdik və ona Yəhyanı bağışladıq. Və (qocalmış, əvvəldən qısır olan) zövcəsini də (cavanlaşdırmaq və ona doğmaq qüdrəti əta etməklə) onun üçün (doğmağa) layiq etdik. Çünki onlar
(Zəkəriyya
nın ailəsi və ya bütün keçmiş peyğəmbərlər) həmişə xeyir işlərə tələsir, həmişə ümid və qorxu ilə Bizə dua edərək istək diləyir və həmişə Bizim qarşımızda itaətkar və qorxan idilər....