Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Nəhl Suresi, 36. Ayet:
Şübhəsiz, Biz hər bir ümmətə: “Allaha ibadət edin və Tağutdan
(bütlərdən)
uzaq durun!” - deyə (əmr etmələri üçün) peyğəmbər göndərdik. Allah onlardan bir qismini doğru yola yönəltmişdir. Onlardan bir qisminin də zəlalətdə qalması vacib olmuşdur. Ona görə də yer üzündə dolaşın və (peyğəmbərləri) yalanlayanların aqibətinin necə olduğunu görün!...
Səba Suresi, 43. Ayet:
Ayələrimiz onlara açıq-aşkar oxunduqda: “Bu ancaq sizi atalarınızın ibadət etdiklərindən
(bütlərdən)
döndərmək istəyən bir adamdır”, - dedilər. Həmçinin belə dedilər: “Bu (Quran) uydurma bir yalandan başqa bir şey deyil”. Kafirlərə haqq (Quran) gəldiyi zaman: “Bu yalnız açıq-aşkar bir sehrdir!” - dedilər....
Ənbiya Suresi, 58. Ayet:
Beləcə,
(bütlərdən)
böyük olanı istisna olmaqla, digərlərini parça-parça etdi ki, bəlkə, ona müraciət edələr. (Təfsirlərdə qeyd edilən rəvayətə görə, bir bayram günü Həzrət İbrahim bütləri balta ilə qırıb tökdükdən sonra baltanı qırmadığı böyük bütün boynuna asdı. Bayram şənliyindən qayıdan xalq bütlərin qırıldığını gördü.)...
Ənam Suresi, 80. Ayet:
Qövmü onunla mübahisəyə girişdi. (İbrahim) dedi: “Allah mənə doğru yolu göstərmişkən siz Allah barəsində mənimlə mübahisəmi edirsiniz? Rəbbimin hər hansı bir şeyi diləməsi istisna olmaqla, mən Ona şərik qoşduqlarınızdan
(bütlərdən)
qorxmuram. Rəbbimin elmi hər şeyi əhatə edir. Hələ də düşünüb ibrət almırsınızmı?...
Bəqərə Suresi, 125. Ayet:
(Ya Rəsulum!) Yadına sal ki, Biz evi (Kəbəni) insanlar üçün savab (ziyarətgah) və əmin-amanlıq yeri etdik. (Ey möminlər! Sizə də: ) “İbrahimin durduğu yeri (özünüzə) namazgah edin!” - (dedik). İbrahimə və İsmailə də: “Evimi (Kəbəni) təvaf edənlər, orada qalıb həmişə ibadətdə olanlar, rüku və səcdə ilə namaz qılanlar üçün
(bütlərdən)
təmizləyin! – deyə tövsiyə etdik....
Nəml Suresi, 63. Ayet:
Yaxud qurunun və suyun (səhranın və dənizin) zülmətlərində sizə doğru yol göstərən, küləkləri Öz rəhməti (yağışı) önündə bir müjdəçi olaraq göndərən kimsə?! Məgər Allahla yanaşı başqa bir tanrımı var?! Allah (müşriklərin) Ona şərik qoşduqlarından
(bütlərdən)
ucadır!...
Rum Suresi, 40. Ayet:
Sizi (yoxdan) yaradan, sonra sizə ruzi verən, sizi öldürən və daha sonra (qiyamət günü) dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan heç olmasa birini edə biləni varmı? (Allah) pakdır, müqəddəsdir. (Allah müşriklərin) Ona şərik qoşduqlarından
(bütlərdən)
ucadır!...
Yusif Suresi, 40. Ayet:
(Allahdan) qeyri ibadət etdikləriniz sizin və atalarınızın (özündən uydurub) qoyduğunuz (Allaha heç bir aidiyyəti olmayan) adlardan
(bütlərdən)
başqa bir şey deyildir. Allah isə onlara (ibadət edilməsinə dair) heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru (həqiqi) din budur, lakin insanların çoxu (bu həqiqəti) bilməz!...
İbrahim Suresi, 10. Ayet:
Peyğəmbərləri də (onlara) belə cavab vermişdilər: “Məgər göyləri və yeri yaradan Allaha da şübhə etmək olarmı?! (Allah) günahlarınızı bağışlamaq və sizə müəyyən bir vaxta qədər (ömrünüzün sonuna kimi) möhlət vermək (sizi əzabla deyil, öz əcəlinizlə öldürmək) üçün imana dəvət edir”. Onlar demişdilər: “Siz də bizim kimi adi bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən
(bütlərdən)
döndərmək istəyirsiniz. (Əgər bacarırsınızsa, sizin ibadət etdiyiniz Allahın haqq, bizim tapındığımız bütləri...
Həcc Suresi, 26. Ayet:
(Ya Rəsulum!) Yadına sal ki, bir zaman İbrahimə Kəbənin yerini bildirib belə buyurmuşduq: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar (namaz qılanlar) üçün
(bütlərdən)
təmizlə!”...
Səba Suresi, 43. Ayet:
Ayələrimiz onlara (müşriklərə) açıq-aşkar olaraq oxunduğu zaman: “Bu ancaq sizi atalarınızın ibadət etdiklərindən
(bütlərdən)
döndərmək istəyən bir adamdır!” deyər, (Quran haqında isə:) “Bu, uydurma yalandan başqa bir şey deyildir!” söyləyərlər. Kafir olanlara haqq (Quran) gəldikdə onun barəsində: “Bu yalnız açıq-aşkar bir sehrdir!” – deyərlər....
Zuxruf Suresi, 26. Ayet:
Yadına sal ki, bir zaman İbrahim atasına və qövmünə demişdi: “Mən sizin ibadət etdiklərinizdən
(bütlərdən)
tamamilə uzağam;...
Qəsəs Suresi, 68. Ayet:
Rəbbin istədiyini yaradar və (istədiyini də peyğəmbər) seçər. Onların (bəndələrin istədiklərini etməyə) heç bir ixtiyarı yoxdur. Allah pakdır, müqəddəsdir və (müşriklərin) Ona şərik qoşduqlarından
(bütlərdən)
ucadır! (Allah eyibsizdir, nöqsansızdır. O, hamıdan uludur!)...
Ənam Suresi, 19. Ayet:
De: “Şahidlik baxımından nə daha böyükdür? Mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu. Məgər siz Allahla yanaşı başqa tanrılar olduğuna şahidlik edirsiniz?” De “O, tək bir Tanrıdır. Mən sizin Ona şərik qoşduqlarınızdan
(bütlərdən)
tamamilə kənaram!”...
Ənam Suresi, 81. Ayet:
‘Sizə haqqında bir dəlil endirilməyən şeylərlə Ona şirk qoşmaqdan qorxmadığınız halda, mən sizin ortaq qoşduğunuz şeylərdən
(bütlərdən)
necə qorxa bilərəm. Əgər bilirsinizsə, (deyin görək) artıq iki qrupdan hansı əmin olmağa daha çox layiqdir?’...
Yusif Suresi, 40. Ayet:
Sizin Ondan başqa tapındıqlarınız Allahın onlara dəlil endirmədiyi, sadəcə siz və atalarınızın onu adlandırdığınız
(bütlərdən)
başqa bir şey deyil. Hökm isə ancaq Allaha aiddir. Sizin Ondan başqasına ibadət etməməyinizi əmr etdi. Bu qəyyum dindir (Adəmdən (ə.s) qiyamətə qədər davam edəcək olan dindir). Lakin insanların çoxu bilməzlər....
Zuxruf Suresi, 28. Ayet:
Onu nəsli içində əbədi qalan bir kəlmə etdi. Ola bilsin ki beləcə onlar
(bütlərdən)
dönərlər....
Rum Suresi, 13. Ayet:
Onlar üçün öz şəriklərindən
(bütlərdən)
şəfaətedicilər olmayacaqdır. (Onlar) öz şəriklərini inkar edəcək və onlara ibadət etmələrini danacaqlar....
Bəqərə Suresi, 125. Ayet:
Bir vaxt Biz Evi (Kəbəni) insanlar üçün ziyarətgah və əmin-amanlıq yer edib (dedik): "İbrahimin yerini namazgah edin !" İbrahimə və İsmailə tövsiyə edərək: "Mənim Evimi təvaf edənlər (ətrafına dolananlar) vaxtını orada (ibadətdə) keçirənlər, rüku və səcdə edib namaz qılanlar üçün
(bütlərdən)
təmizləyin !" dedik....
Həcc Suresi, 26. Ayet:
O zaman biz İbrahim üçün Evin [Kəbənin] yerini hazırlayıb (dedik): "Heç nəyi Mənə şərik qoşma! Təvvaf edənlər üçün, orada olanlar və diz çöküb səcdə edənlər üçün Evimi
(bütlərdən)
təmizlə!"...