Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 198. Ayet:
Əgər onları
(bütləri)
doğru yola çağırsanız, eşitməzlər. Onların sənə baxdığını görərsən, halbuki onlar görmürlər....
Rəd Suresi, 16. Ayet:
De: “Göylərin və yerin Rəbbi kimdir?” De ki: “Allahdır!” De: “Elə isə, Onu qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilənləri
(bütləri)
dost tutdunuz?!” De: “Heç kor ilə görən eyni olarmı? Yaxud qaranlıq ilə aydınlıq eyni olarmı? Yoxsa Allaha, Onun kimi yarada bilən şəriklər qoşdular və onların nəzərində bu yaratma bir-birinə oxşarmı göründü?!” De: “Allah hər şeyin xaliqidir. O birdir, hər şeyə gücü yetəndir”....
Rəd Suresi, 33. Ayet:
Hər kəsin qazandığına nəzarət edən Allah (bütlər kimi olarmı)?! Yenə də onlar
(bütləri)
Allaha şərik qoşdular. De: “Onlara bir ad verin! Yoxsa Allaha yer üzündə bilmədiyi bir şeyimi xəbər verirsiniz, yaxud boş sözlərmi (söyləyirsiniz)? Əksinə, kafirlərə hiylələri gözəl göstərildi və onlar (haqq) yoldan döndərildilər. Allah kimi zəlalətə salmışsa, ona doğru yolu göstərən olmaz....
Fatir Suresi, 14. Ayet:
Əgər onları
(bütləri)
çağırsanız, sizin çağırışınızı eşitməzlər. Eşitsələr belə, sizə cavab verə bilməzlər. Onlar qiyamət günü sizin şərik qoşmağınızı inkar edəcəklər. Heç kəs bunu sənə, hər şeyi bilən Allah kimi xəbər verə bilməz....
Ənam Suresi, 81. Ayet:
Siz (Allahın) heç bir dəlil nazil etmədiyi şeyləri
(bütləri)
Allaha şərik qoşmaqdan qorxmazkən, nə üçün sizin şərk qoşduqlarınızdan qorxum?! Əgər bilirsinizsə, (deyin görək, bu) iki qrupdan hansı əmin-amanlıqda olmağa daha layiqdir?...
Ənam Suresi, 150. Ayet:
De: “Həqiqətən, Allah bunu haram etmişdir”, - deyərək şahidlik edən şahidlərinizi gətirin!” Əgər onlar şahidlik etsələr, sən onlarla birlikdə şahidlik etmə! Ayələrimizi yalan sayanların və axirətə inanmayanların arzularına uyma! Onlar
(bütləri)
Rəbbinə tay tuturlar....
Furqan Suresi, 3. Ayet:
(Müşriklər isə) Onu qoyub heç bir şey yarada bilməyən, əksinə, özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verə bilən, diriltməyə, öldürməyə, həyat verməyə və (öləndən sonra qiyamət günü) yenidən diriltməyə gücləri çatmayanları
(bütləri)
özlərinə tanrılar qəbul etdilər....
Furqan Suresi, 17. Ayet:
(Allah müşrikləri) və onların Allahdan qeyri ibadət etdiklərini
(bütləri)
məhşərə toplayacağı gün (qiyamət günü) belə buyuracaqdır: “Mənim bu bəndələrimi (haqq yoldan) siz (bütlər) çıxartdınız, yoxsa onlar özləri yoldan çıxdılar?”...
Zümər Suresi, 3. Ayet:
Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub
(bütləri)
özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!...
Zümər Suresi, 43. Ayet:
Yoxsa onlar (müşriklər) Allahdan qeyrilərini
(bütləri)
şəfaətçi etdilər? (Ya Peyğəmbər!) De: “Onlar heç bir şeyə malik olmadıqları və heç bir şey qanmadıqları halda (şəfaətmi edəcəklər)?!”...
Mömin Suresi, 84. Ayet:
Onlar əzabımızı gördükdə dedilər: “Biz yalnız Allaha iman gətirdik, (Rəbbimizə) qoşduğumuz şərikləri
(bütləri)
isə inkar etdik!”...
Ənam Suresi, 1. Ayet:
Göyləri və yeri (yoxdan) xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd (şükür və tərif) olsun! (Bu qüdrəti gördükdən) sonra kafir olanlar yenə
(bütləri)
öz Rəbbinə tay tuturlar....
Ənam Suresi, 150. Ayet:
De: “Bunu (haram saydıqlarınızı) Allah haram buyurmuşdur deyə, şəhadət verəcək şahidlərinizi gətirin!” Şayəd onlar (yalandan) şahidlik etsələr, sən onlarla birlikdə şahidlik etmə, ayələrimizi yalan hesab edənlərin və axirətə inanmayanların nəfslərinin istəklərinə uyma. Onlar
(bütləri)
öz Rəbbinə tay tutarlar....
Nəhl Suresi, 74. Ayet:
Artıq onları
(bütləri)
Allaha bənzətməyin! Şübhəsiz ki, Allah bilir, siz isə bilməzsiniz....
Şüəra Suresi, 98. Ayet:
Aləmlərin Rəbbi ilə sizi
(bütləri)
bir tuturduq....
İbrahim Suresi, 30. Ayet:
Onlar (insanları) Allah yolundan sapdırmaq üçün
(bütləri)
Ona tay tutdular. De: “(Hələlik) əylənin! Şübhəsiz ki, dönüşünüz Odadır”....
Məryəm Suresi, 48. Ayet:
Mən sizi və Allahdan başqa sitayiş etdiyiniz
(bütləri)
tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım”....
Fussilət Suresi, 9. Ayet:
De: “Doğrudanmı siz yeri iki gündə yaradanı inkar edir və
(bütləri)
Ona tay tutursunuz? Axı O, aləmlərin Rəbbidir....
Ənam Suresi, 1. Ayet:
Göyləri və yeri yaradan, zülmətləri və nuru var edən Allaha həmd olsun! (Bu dəlillərdən )sonra kafir olanlar hələ də
(bütləri)
öz Rəbbinə tay tuturlar....
Ənam Suresi, 81. Ayet:
Siz, Allahın sizə, haqqında heç bir dəlil nazil etmədiyi şeyləri
(bütləri)
Ona şərik qoşmaqdan qorxmursunuzsa, mən sizin şərik qoşduqlarınızdan necə qorxa bilərəm? Əgər bilirsinizsə, (deyin görüm) iki dəstədən hansı əmin-amanlıqda olmağa daha haqlıdır?”...
Yunus Suresi, 66. Ayet:
Bilin ki, göylərdə olan hər bir kəsin (və hər bir şeyin) və yerdə olan hər bir kəsin (və hər bir şeyin) həqiqi sahibi Allahdır. Allahdan başqa şərikləri
(bütləri)
çağıran kəslər nəyə tabe olurlar? Onlar zənn və gümandan başqa bir şeyə tabe olmurlar və onlar yalnız ehtimal edir və yalan söyləyirlər....
Həcc Suresi, 12. Ayet:
O, Allahın yerinə ona nə zərər vuran və nə də xeyir yetirən şeyi
(bütləri)
çağırır. Budur həmin uzun-uzadı azğınlıq!...
Əraf Suresi, 138. Ayet:
İsrail oğullarını dənizdən keçirdik. Özlərinə aid bütlərə sitayiş edən bir qövmə rast gəldilər. İsrail oğulları: “Ey Musa! Onların özlərinə aid ilahları
(bütləri)
olduğu kimi sən də bizə aid bir büt düzəlt”, – dedilər. Musa belə dedi: “Şübhəsiz, siz cahillik edən bir qövmsünüz”....
Ənbiya Suresi, 58. Ayet:
(İbrahim) onları
(bütləri)
parça-parça edib aralarından yalnız bir böyüyünü saxladı ki, bəlkə qayıdıb ona baş çəkərlər....
Ənam Suresi, 1. Ayet:
Göyləri və yeri xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun! Sonra isə kafirlər
(bütləri)
özlərinin Rəbbinə tay tutdular....
Əhqaf Suresi, 5. Ayet:
Allahı qoyub qiyamət gününə qədər səsinə səs verməyəcək
(bütləri)
çağırandan daha çox yolu azmış kim ola bilər? Halbuki onlar [bütlər] isə onların çağırışından xəbər tutan deyildirlər....