Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Yunus Suresi, 24. Ayet:
Həqiqətən, dünya həyatı göydən endirdiyimiz suya bənzəyir ki, insanlar və heyvanların yedikləri bitkilər onunla (böyüyüb) iç-içə girərlər. Nəhayət, yer üzü bər-bəzəyinə büründüyü və sakinləri də ona sahib olduqlarını zənn etdikləri zaman gecə, yaxud gündüz vaxtı ora əmrimiz
(bəlamız)
gələr və oranı, sanki dünən heç yox imiş kimi biçilmiş bir hala gətirərik. Biz düşünən insanlar üçün ayələri belə izah edirik....
Yunus Suresi, 24. Ayet:
Həqiqətən, (nemətləri, cah-cəlalı ilə fəxr etdiyiniz) dünya həyatı göydən endirdiyimiz yağmura bənzər ki, onunla yer üzündə insanların və heyvanların yeyəcəyi bitkilər yetişib (əlvan çiçəklər və müxtəlif meyvələrlə) bir-birinə qatışar. Nəhayət, yer üzü bəzəklənib süsləndiyi və sakinləri də (onun məhsulunu, meyvəsini) yığmağa qadir olduqlarını zənn etdikləri vaxt gecə, yaxud gündüz əmrimiz
(bəlamız)
gələr və Biz onu, dünən üzərində bol məhsul olmamış kimi, (yolunub) biçilmiş bir hala gətirərik. B...
Yunus Suresi, 24. Ayet:
Dünya həyatı ancaq göydən endirdiyimiz yağmur kimidir; insanların və heyvanların yedikləri yer üzü bitkiləri onunla yetişib bir-birinə qarışmışdır. Nəhayət, yer üzü (o bitkilərlə) bütün zinət və gözəlliklərini alıb bəzəndiyi və sahibləri də ona (onun məhsulunu istədikləri kimi sərf etməyə) qadir olduqlarını zənn etdikləri vaxt gecə və ya gündüz qəflətən əmrimiz
(bəlamız)
gələr, onları sanki heç dünən yerində yoxmuş kimi kökündən yolunmuş bir hala salarıq. Düşünən bir qövm üçün ayələri belə müfəs...