Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 189. Ayet:
Sizi tək bir candan (Adəmdən) yaradan və onunla ünsiyyət etməsi üçün ondan da zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm) ona (Həvvaya) sarıldıqda (cinsi əlaqəyə girdikdə) o yüngül bir yüklə yükləndi (hamilə oldu) və onu
(bətnində)
daşıdı. (Hamiləliyi) ağırlaşdığı zaman Rəbbi olan Allaha: “Əgər bizə qüsursuz bir uşaq versən, həqiqətən, şükür edənlərdən olacağıq!” - deyə dua etdilər....
Əhqaf Suresi, 15. Ayet:
Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu
(bətnində)
əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun (ana bətnində) daşınması və süddən kəsilməsi otuz ay ərzindədir. Nəhayət, o, yetkinləşib qırx yaşına çatanda belə deyər: “Ey Rəbbim! Mənə və ata-anama verdiyin nemətlərə görə şükür etməyim və Sənin razı qalacağın yaxşı işlər görməyim üçün mənə ilham ver! Mənim nəslimi islah et! Həqiqətən, mən tövbə edib Sənə yönəlmişəm və mən Sənə təslim olanlardanam”....
Rəd Suresi, 8. Ayet:
Allah hər bir dişi məxluqun
(bətnində)
nə daşıdığını (oğlan, yaxud qız doğacağını), bətnlərin nəyi əskildib, nəyi artıracağını (qadınların bari-həmlini doqquz aydan tez, yaxud gec yerə qoyacağını, doğulacaq uşağın sağlam və xəstə olacağını, çox, yaxud az yaşayacağını) bilir. Hər şey Onun yanında müəyyən bir ölçü ilədir. (Hamının ruzisi əzəldən müəyyən edilmişdir. Hər kəsin istedadı, qabiliyyəti öz-özünə artıb-əskilməz. Allahın bilmədiyi heç bir şey yoxdur. )...
Loğman Suresi, 14. Ayet:
Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu
(bətnində)
çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!...
Loğman Suresi, 14. Ayet:
Biz insana ana və atasına (yaxşı baxmasını) vəsiyyət etdik (fərz qıldıq). Onu anası
(bətnində)
çox çətinliklə daşıdı. Onun süddən kəsilməsi iki il ərzində olur. (Həm) Mənə (həm də) ana və atana şükür et! Dönüş Mənədir....
Əhqaf Suresi, 15. Ayet:
İnsana ana və atasına ən gözəl şəkildə davranmasını vəsiyyət etdik. Anası onu
(bətnində)
çətinliklə daşıdı və onu çətinliklə doğdu. Onun daşınması və süddən kəsilməsi 30 aydır. Nəhayət yetkinlik çağına gəldiyi zaman 40 yaşını tamamladı. Belə dedi: ‘Rəbbim! Mənə ana və atama verdiyin nemətlərə şükür etməkdə, Sənin razı olduğun saleh əməl (nəfsi islahedici əməl) etməkdə məni müvəffəqiyyətli et. Nəslimi islah et. Şübhəsiz ki, mən Sənə tövbə etdim və şübhəsiz ki, mən təslim olanlardanam’....
Əraf Suresi, 189. Ayet:
Sizi tək bir candan xəlq edən, ünsiyyət bağlayıb rahatlıq tapsın deyə ondan onun zövcəsini yaradan Odur. (Adəm) zövcəsini ağuşuna aldıqda o, yüngül bir yüklə yükləndi (hamilə oldu) və (bir müddət) onu
(bətnində)
gəzdirdi. (Zövcəsi) ağırlaşdığı zaman hər ikisi özlərinin Rəbbi olan Allaha: “Əgər bizə sağlam bir övlad versən, əlbəttə, şükür edənlərdən olarıq”(– deyə) dua etdilər....
Əhqaf Suresi, 15. Ayet:
Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. Anası onu
(bətnində)
əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun (bətndə )daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nəhayət, o, yetkinlik çağına yetişib qırx yaşa çatdıqda deyər: “Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!”...
Rəd Suresi, 8. Ayet:
Hər bir dişinin
(bətnində)
nə daşıdığını, bətnlərin nəyi əskildib, nəyi artıracağını (uşağın doqquz aydan tez yaxud gec doğulacağını) Allah bilir. Onun dərgahında hər şeyin müəyyən ölçüsü vardır....
Loğman Suresi, 14. Ayet:
Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu
(bətnində)
gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir....
Loğman Suresi, 14. Ayet:
Biz insana öz ata-anasına yaxşı baxmağı tövsiyə etdik. Anası onu
(bətnində)
halsızlıq üstündən halsızlıqla gəzdirmişdir. Onun süddən kəsilməsi isə iki il ərzində olur. (Biz insana dedik): “Mənə və öz ata- anana şükr et! Son qayıdış Mənədir....
Əhqaf Suresi, 15. Ayet:
Biz insana öz ata-anası ilə yaxşı davranmaq tövsiyə etdik. Anası onu zəhmətlə
(bətnində)
gəzdirir və zəhmətlə doğur. Onun (bətndə) gəzdirilməsi ilə süddən ayrılma müddəti otuz aydır. O, yetkinliyə və qırx yaşına çatanda isə deyər: "Rəbbim, mənə və valideynlərimə etdiyin yaxşılığına görə şükr etməyi, Səni razı salacaq düz əməllər tutmağı mənə təlqin et, övladlarımı da mənim üçün əməlisaleh et! Mən Sənə tövbə etdim və mən müsəlmanlardanam [Allaha təslim olanlardanam]."...