Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Nisa Suresi, 47. Ayet:
Ey kitab əhli! Biz
(bəzi)
üzləri dümdüz edib arxalarına çevirməzdən, yaxud şənbə günü əhlini lənətlədiyimiz kimi onları da lənətləməzdən əvvəl əlinizdə olanı təsdiqləyici olaraq nazil etdiyimizə (Qurana) iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir! (Yuxarıdakı ayədə keçən “şənbə günü əhli”, yəhudilərə görə müqəddəs sayılan şənbə günündə o günün qadağalarına riayət etməyən bəzi yəhudilərdir. Bu qadağalara riayət etmədiklərinə görə Allah onları lənətləmişdir.)...
Bəqərə Suresi, 219. Ayet:
Səndən şərab və qumar barəsində soruşurlar. De ki: ‘O ikisində də həm böyük günah, həm də insanlar üçün
(bəzi)
faydalar vardır. (Lakin) onların günahları faydalarından daha böyükdür.’ Səndən (Allah üçün) nəyi infaq edəcəklərini (verəcəklərini) soruşurlar. De ki: ‘Əfv etdiklərinizi (vaz keçdiklərinizi, ehtiyacınızdan artıq qalanı infaq edin).’ Allah ayələri sizə belə açıqlayır. Ümid edilir ki, beləcə siz təfəkkür edərsiniz (bunlardakı hikmətləri düşünərsiniz)....
Ali-İmran Suresi, 106. Ayet:
O gün
(bəzi)
üzlər ağaracaq və
(bəzi)
üzlər qaralacaq. O zaman üzləri qaralan kəslərə: ‘İmanınızdan sonra siz inkarmı etdiniz? Elə isə inkar etdiyinizə görə əzabı dadın’ (deyilir)....
Tövbə Suresi, 48. Ayet:
And olsun ki, daha əvvəl də fitnə çıxarmaq istədilər və haqq gələnə qədər sənin əleyhinə
(bəzi)
işlər çevirdilər. Nəhayət onlar istəmədikləri halda, haqq gəldi və Allahın əmri zahir oldu (ortaya çıxdı, bəlli oldu)....
Tövbə Suresi, 75. Ayet:
Onlardan
(bəzi)
kimsələr: ‘Əgər (Allah) Öz fəzlindən bizə versə, əlbəttə mütləq sədəqə verərik və mütləq salehlərdən olarıq.’ deyə Allaha əhd verdilər....
Hud Suresi, 48. Ayet:
(Belə) deyildi: ‘Ey Nuh, sənə və səninlə birlikdə olan ümmətlərə Bizdən bir salamatlıq və bərəkətlərlə en!
(Bəzi)
ümmətlər (olacaq ki), onları mətalandıracağıq (faydalandıracağıq). Sonra onlara Bizdən əlim (ağrılı-acılı) əzab toxunacaq.’...
Bəqərə Suresi, 61. Ayet:
Onda siz dediniz: “Ey Musa! Biz eyni cür yeməklərə dözməyəcəyik. Ona görə də bizim üçün Rəbbinə bizə yerin bitirdiklərindən – tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından yetirməsi üçün dua et!” O dedi: “Siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərlə əvəz olunmasınımı istəyirsiniz? Şəhərə girin! Şübhəsiz ki, (orada) istədiyinizi taparsınız!” Onlara zəlillik və düşgünlük üz verdi və onlar Allahın qəzəbinə düçar oldular. Bu (cəza) ona görə idi ki, onlar Allahın ayələrini ...
Bəqərə Suresi, 124. Ayet:
Rəbbi İbrahimi
(bəzi)
kəl-mələrlə sınadığı zaman o, bunları tamamilə yerinə yetirdi. (Allah:) “Mən səni insanlara imam edəcəyəm!”– dedi. (İbrahim:) “Nəslimdən də (imam et)!”– dedi. (Allah:) “Zalımlar Mənim (onlarla) əhd (bağlamağıma) nail olmazlar!”– dedi....
Bəqərə Suresi, 248. Ayet:
Peyğəmbərləri onlara dedi: “Onun hökmdarlığının əlaməti sizə bir sandığın gəlməsidir. Onun içərisində Rəbbinizdən bir təskinlik, Musanın ailəsindən və Harunun ailəsindən qalan
(bəzi)
şeylər vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, bu sizin üçün bir dəlildir”....
Ali-İmran Suresi, 112. Ayet:
Onlar harada olursa olsunlar, Allahın və (mömin )insanların (himayəsində olanlar) istisna olmaqla onlara (həmişə) zəlillik qismət olar. Onlar Allahın qəzəbinə düçar olmuş və onlara mənəvi yoxsulluq üz vermişdir. Bu (cəza) ona görədir ki, onlar Allahın ayələrini inkar etmiş və
(bəzi)
peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bu (həm də )ona görədir ki, onlar asi olmuş və həddi aşmışlar....
Ali-İmran Suresi, 173. Ayet:
(Bəzi)
adamlar onlara: “Camaat sizə qarşı (ordu) toplayıbdır, onlardan qorxun!”– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”– dedilər....
Rəd Suresi, 41. Ayet:
Məgər (kafirlər) Bizim, yer üzünə gəlib onu
(bəzi)
tərəflərindən azaltdığımızı (müsəlmanların ixtiyarına verdiyimizi) görmürlərmi? Allah (istədiyi kimi) hökm verir. Onun hökmünü ləğv edən olmaz. O, tez haqq-hesab çəkəndir....
Rum Suresi, 47. Ayet:
(Ya Muhəmməd!) Şübhəsiz, səndən öncə də
(bəzi)
qövmlərə peyğəmbərlər göndərdik, onlara (Allah tərəfindən) aydın dəlillər gətirdilər (onların bəzisi kafir və bəzisi mömin oldular), bu zaman Biz günahkarlardan intiqam aldıq. Möminlərə daim kömək etmək Bizim öhdəmizdə olan bir haqdır və vacibdir....
Zuxruf Suresi, 65. Ayet:
Beləliklə onun ümmətinin içərisindən
(bəzi)
dəstələr ixtilaf etdilər (bəziləri yəhudilikdə qaldı, bəzisi iman gətirərək ifrata varıb həddi aşdı və bəzisi orta yol ilə getdilər). Buna görə də ağrılı günün əzabından vay olsun (bu böyüklükdə) zülm edənlərə (onların halına)!...
Ğaşiyə Suresi, 2. Ayet:
O gün
(bəzi)
üzlər zəlil və çökmüş olar....
Ğaşiyə Suresi, 8. Ayet:
O gün
(bəzi)
üzlər (isə) şad və təravətli olar....