Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ənam Suresi, 165. Ayet:
Sizi yer üzünün xəlifələri
(bir-birinizin
varisi) təyin edən Odur. Sizə verdiyi (nemətlər) barəsində sizi sınamaq üçün dərəcələrə görə (mal-mülk cəhətdən) bir qisminizi digərlərindən üstün etmişdir. Həqiqətən, sənin Rəbbin tezliklə cəza verəndir və şübhəsiz, O bağışlayandır, rəhmlidir....
Fatir Suresi, 39. Ayet:
Sizi yer üzünün varisləri edən
(bir-birinizin
yerinə gətirən) Odur. Küfr edənin küfrü öz əleyhinə olar (zərərini özü çəkər). Kafirlərin küfrü Rəbbi yanında onlara qəzəbdən başqa bir şey artırmaz. Kafirlərin küfrü (axirətdə) onların ancaq ziyanını artırar!...
Hucurat Suresi, 12. Ayet:
Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır.
(Bir-birinizin
eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!...