Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ənfal Suresi, 63. Ayet:
Allah onların qəlblərini
(bir-birlərinə
qarşı sevgi və dostluqda) birləşdirdi. Sən yer üzündə olan hər şeyi versəydin belə, yenə onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Şübhəsiz ki, O qüdrətlidir, hikmət sahibidir....
Tövbə Suresi, 8. Ayet:
Necə (əhdləri) ola bilər ki? Əgər sizə qarşı qüvvətlənsələr
(bir-birlərinə
arxa çıxarlarsa), sizin haqqınızda nə qohumluq əlaqəsinə və nə də zimmətə (əhdinizə görə sahib olduğunuz haqqlara) riayət etməzlər və onların qəlbləri istəmədiyi halda sizi ağızlarıyla (sözləriylə) razı edərlər və onların çoxu fasiqlərdir....
Nuh Suresi, 23. Ayet:
(Bir-birlərinə
) belə dedilər: ‘Əsla öz ilahlarınızı (bütlərinizi) tərk etməyin. Vəddi, Suvaanı, Yəğusu, Yəuqu və Nəsranı əsla tərk etməyin.’...
Bəqərə Suresi, 76. Ayet:
İman gətirənlərlə görüşdükləri zaman «biz iman gətirdik» deyirlər. Bir-birləri ilə xəlvətə çəkildikdə isə
(bir-birlərinə
) «Allahın (Tövratın ayələrindən elmini) sizə açıqladığını (İslam peyğəmbərinin sifətlərini və onun doğruluğunu bəyan edən ayələri) nə üçün onlara (müsəlmanlara) söyləyirsiniz ki, həmin hökmləri Rəbbinizin yanında sizə qarşı (dəlil) gətirsinlər (və qələbə çalsınlar)? Heç düşünmürsünüz?!» deyirlər....
Əraf Suresi, 82. Ayet:
Onun qövmünün cavabı yalnız bu oldu ki,
(bir-birlərinə
) dedilər: «Bunları öz şəhərinizdən və cəmiyyətinizdən çıxarın və (həmçinin Lut və onun tərəfdarlarına məsxərə edərək dedilər:) bunlar paklıq axtaran insanlardır!»...
Əraf Suresi, 109. Ayet:
Fironun qövmünün başçı və böyükləri
(bir-birlərinə
) dedilər: «Şübhəsiz, bu (kişi) çox bilikli bir sehrbazdır....
Tövbə Suresi, 71. Ayet:
Mömin kişilər və möminə qadınlar bir-birlərinin dost, yardımçı və başçılarıdırlar.
(Bir-birlərinə
ağıl və şəriət baxımından) yaxşı (hesab edilən) iş görməyi əmr edir və (ağıl və şəriət baxımından) pis (sayılan) işdən çəkindirirlər, namaz qılır, zəkat verir və Allah və Onun Peyğəmbərinə itaət edirlər. Allahın tezliklə Öz rəhmətinə şamil edəcəyi kəslər onlardır. Həqiqətən Allah yenilməz qüdrət sahibi və (yaradılış, qanunvericilik və cəzalandırmaqda) hikmətlidir....
Yusif Suresi, 8. Ayet:
O zaman
(bir-birlərinə
) dedilər: «Yusuf və (onunla bir anadan olan) qardaşı (Binyamin) atamızın yanında bizdən daha sevimlidir, halbuki, biz güclü (atamızın evini və mallarını qoruyan və onun işlərini idarə edən) bir dəstəyik. Doğrudan da bizim atamız (yaşayış tərzi və övladları ilə rəftar baxımından) açıq-aşkar bir azğınlıq içərisindədir (ləyaqəti az olanı ləyaqəti çox olandan üstün tutur)!»...
İbrahim Suresi, 23. Ayet:
İman gətirən və yaxşı işlər görən kəslər Rəbbinin iznilə əbədi qalacaqları (və evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edilərlər. Onların
(bir-birlərinə
, yaxud Allah və mələklərin onlara) oradakı xeyir-duaları «salam»dır....
İsra Suresi, 47. Ayet:
Biz onlar (istehza və məsxərə üçün) sənə qulaq asan zaman səni nə məqsədlə dinlədiklərini, həmçinin bu zalımların
(bir-birlərinə
) «siz yalnız ovsunlanmış bir kişiyə tabe olursunuz» deyən zaman onların bir-birləri ilə pıçıldaşmalarını daha yaxşı bilirik....
Kəhf Suresi, 16. Ayet:
Və
(bir-birlərinə
dedilər): «İndi ki, onlardan və onların Allahın yerinə ibadət etdiklərindən uzaqlaşmısınız, onda bu böyük mağarada yerləşin ki, Rəbbiniz Öz rəhmətini sizə şamil etsin və işinizdə sizin üçün asanlıq və əmin-amanlıq hazırlığı görsün.»...
Furqan Suresi, 53. Ayet:
İki dənizi bir-birinə birləşdirən Odur. Onlardan biri(nin suyu) dadlı və şirin, o biri isə şor və acıdır. O, onların arasında
(bir-birlərinə
qarışmamaları üçün Öz qüdrəti ilə) möhkəm maneə yaratmışdır. (Böyük şirin çaylar dənizə tökülür və onların şirin suyu şor suyun ortasında geniş bir ərazidə şor suya qarışmadan qalır.)...
Əhqaf Suresi, 29. Ayet:
Və (yada sal) o zaman(ı) ki, cinlərdən bir dəstəsini Qur’ana qulaq asmaq üçün sənin yanına göndərdik. Elə ki, onun yanına (oxunduğu yerə) çatdılar,
(bir-birlərinə
) dedilər: «Sakit olun və dinləyin!» Və elə ki, (Qur'an oxunub) sona çatdı, (peyğəmbər kimi) qorxudan olaraq öz qövmlərinin yanına qayıtdılar....
Əhzab Suresi, 6. Ayet:
Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır, onun arvadları isə onların analarıdır. Qohumlar Allahın Kitabına görə varislikdə
(bir-birlərinə
) möminlərdən və hicrət edənlərdən daha yaxındılar. Öz dostlarınıza isə bir yaxşılıq etməyi özünüz bilərsiniz. Bu Kitabda yazılmışdır....