Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ali-İmran Suresi, 185. Ayet:
Hər bir can (hər kəs) ölümü dadacaqdır. Şübhəsiz ki, qiyamət günü əməllərinizin qarşılığı sizə tam olaraq veriləcəkdir. Kim oddan
(cəhənnəmdən)
uzaqlaşdırılıb, cənnətə daxil edilərsə, o xilas olmuşdur. Dünya həyatı isə aldadıcı faydadan (həzz və əyləncədən) başqa bir şey deyildir....
Fatir Suresi, 37. Ayet:
Onlar orada: “Ey Rəbbimiz! Bizi
(cəhənnəmdən)
çıxart ki, (daha əvvəl) etdiyimiz (pis) əməllərin yerinə yaxşı əməllər edək!” - deyə fəryad edərlər. (Bu zaman onlara belə deyilər:) “Orada (dünyada) sizə düşünən bir kimsənin düşünə biləcəyi qədər ömür vermədikmi?! Sizə xəbərdar edən bir peyğəmbər də gəlmişdi. Ona görə də dadın (əzabı)! Zalımların köməkçisi yoxdur”....
Zümər Suresi, 61. Ayet:
Allah saleh əməlləri səbəbilə müttəqiləri
(cəhənnəmdən)
xilas edəcəkdir. Onlara heç bir pislik toxunmayacaq və onlar qəmgin olmayacaqlar....
Mömin Suresi, 11. Ayet:
Onlar: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürdün, iki dəfə də diriltdin. Biz də öz günahlarımızı etiraf etdik. Elə isə
(cəhənnəmdən)
çıxmaq üçün bir yol varmı?” - deyəcəklər. (Təfsirçilər bu ayədə qeyd edilən iki dəfə öldürmə və iki dəfə diriltməni belə izah etmişlər: “Birinci ölüm insanın dünyaya gəlməmişdən əvvəlki halı, ikinci ölüm isə dünyadan köçməsidir. Birinci diriltmə insanın dünyaya gəlməsi, ikinci diriltmə isə axirətdə yenidən dirilməsidir”.)...
Ənbiya Suresi, 101. Ayet:
Tərəfimizdən özlərinə ən gözəl (aqibət) təqdir edilmiş kimsələrə gəlincə, onlar oradan
(cəhənnəmdən)
uzaq tutulacaqlar....
Bəqərə Suresi, 24. Ayet:
Madam ki, belə bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və kibrit daşlarından ibarət olan oddan
(Cəhənnəmdən)
həzər edin!...
Ali-İmran Suresi, 131. Ayet:
Kafirlər üçün hazırlanmış oddan
(Cəhənnəmdən)
həzər edin!...
Ali-İmran Suresi, 185. Ayet:
Hər bir kəs (canlı) ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir. Oddan
(Cəhənnəmdən)
uzaqlaşdırılıb, Cənnətə daxil edilən kimsə muradına çatacaqdır. Dünya həyatı isə aldadıcı həzdən (əyləncədən) başqa bir şey deyildir....
Ənbiya Suresi, 101. Ayet:
(Yaxşı əməllərin mükafatı olaraq) öncədən özlərinə ən gözəl nemət (Cənnət, əbədi səadət) yazılmış kəslər – məhz onlar ondan
(Cəhənnəmdən)
uzaqlaşdırılmış olacaqlar....
Casiyə Suresi, 35. Ayet:
Bu (əzab) ona görədir ki, siz Allahın ayələrini lağa qoyurdunuz; dünya həyatı sizi aldatmışdı!” Bu gün onlar
(Cəhənnəmdən)
çıxarılmayacaq və onlardan (Allahı razı salan) heç bir üzrxahlıq (tövbə də) qəbul olunmaycaqdır!...
Ənbiya Suresi, 101. Ayet:
Şübhəsiz ki, Bizdən özlərinə hüsna (gözəlliklər) yazılmış kimsələr ondan
(cəhənnəmdən)
uzaqlaşdırılanlardır....
Möminun Suresi, 107. Ayet:
Rəbbimiz, bizi oradan
(cəhənnəmdən)
çıxart. Bundan sonra dönsək, o zaman biz mütləq zalımlar olarıq....