Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ali-İmran Suresi, 145. Ayet:
Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. (Ölüm,) vaxtı müəyyən edilmiş bir yazıdır. Kim dünya savabını (nemətini) istəyərsə, ona ondan verərik. Kim axirət savabını
(cənnəti)
istəyərsə, ona da ondan verərik. Şükür edənləri mükafatlandıracağıq....
Hədid Suresi, 10. Ayet:
Göylərin və yerin mirası Allaha məxsus olduğu halda, siz nə üçün Allah yolunda infaq etmirsiniz? Aranızdan (Məkkənin) fəthindən əvvəl infaq edən və döyüşənlər (digərləri ilə) eyni deyillər. Onların dərəcəsi (Məkkənin fəthindən) sonra infaq edən və döyüşənlərdən daha böyükdür. Allah onların hamısına ən gözəl olanı
(cənnəti)
vəd etmişdir. Allah sizin etdiklərinizdən xəbərdardır....
Qəsəs Suresi, 83. Ayet:
Biz axirət yurdunu
(cənnəti)
yer üzündə təkəbbürlənmək və fitnə-fəsad törətmək istəməyənlərə veririk. Gözəl aqibət təqva sahiblərinindir....
Ali-İmran Suresi, 148. Ayet:
Nəhayət, Allah onlara həm dünya nemətlərini, həm də ən gözəl axirət nemətini
(Cənnəti)
verdi. Allah yaxşı iş görənləri sevər!...
Leyl Suresi, 7. Ayet:
Biz ona ən asan olanı
(Cənnəti)
müyəssər edəcəyik!...
Nisa Suresi, 95. Ayet:
Möminlərdən üzrlü səbəbi olmadan (cihaddan geri qalıb) oturanlarla, Allah yolunda malları ilə, canları ilə cihad edənlər bir olmaz. Allah malları və canları ilə cihad edənləri dərəcə etibarilə cihada qoşulmayanlardan üstün tutmuşdur. Hərçənd Allah (möminlərin) hamısına ən gözəl olanı
(cənnəti)
vəd etmişdir....
Hədid Suresi, 10. Ayet:
Sizə nə olub ki, Allah yolunda xərcləmirsiniz? Halbuki, göylərin və yerin mirası Allahındır. Sizdən fəthdən (Məkkə fəthindən) əvvəl xərcləyənlər və savaşanlar, (digərləri ilə) bir deyildir. Onların dərəcəsi sonradan xərcləyən və savaşanlardan daha yüksəkdir. Bununla birlikdə, Allah onların hamısına ən gözəl olanı
(cənnəti)
vəd etmişdir. Allah bütün etdiklərinizdən haqqı ilə xəbərdardır....