Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ənfal Suresi, 60. Ayet:
Onlara
(düşmənlərə)
qarşı bacardığınız qədər qüvvə və (müharibə üçün) bağlanmış atları hazırlayın! Bunlarla, Allahın və sizin düşməninizi, həmçinin Allahın bilib sizin bilmədiyiniz başqa kimsələri qorxudarsınız. Allah yolunda nə xərcləsəniz, sizə tam olaraq ödənilər və siz heç bir haqsızlığa məruz qalmazsınız. (Yuxarıdakı ayədə Allah-Təala müsəlmanların düşmənə qarşı hər cür tədbir almasını əmr edir. O dövrdə müharibədə atlar böyük rol oynadığı üçün ona işarə edilmişdir.)...
Ənfal Suresi, 60. Ayet:
(Düşmənlərə)
qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız. Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam ödənilər və sizə zülm edilməz....
Ənfal Suresi, 17. Ayet:
Onları siz öldürmədiniz, onları Allah öldürdü.
(Düşmənlərə)
atdığın zaman belə onu sən atmadın, Allah atdı ki, möminləri Öz tərəfindən yaxşı bir sınaqla yoxlasın. Həqiqətən, Allah eşidəndir, hər şeyi biləndir!...