Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Maidə Suresi, 19. Ayet:
Ey kitab əhli! (Axirətdə): “Bizə nə müjdə verən, nə də xəbərdar edən biri gəldi”, - deməyəsiniz deyə, peyğəmbərlərin arası kəsildiyi bir dövrdə sizə,
(həqiqətləri)
sizin üçün bəyan edən elçimiz gəldi. Artıq sizə müjdə verən və xəbərdarlıq edən biri gəlmişdir. Allah hər şeyə qadirdir....
İsra Suresi, 41. Ayet:
And olsun ki, Biz təzəkkür (idrak) etsinlər deyə bu Quranda təkrar-təkrar
(həqiqətləri)
açıqladıq. Lakin bu onların nifrətlərini artırdı....
Əraf Suresi, 179. Ayet:
Doğrudan da Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla
(həqiqətləri)
dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər....
İbrahim Suresi, 4. Ayet:
Biz hər bir peyğəmbəri (hətta peyğəmbərlik dairəsi digər dillərdə olan insanları da əhatə etmiş olsa belə) yalnız öz qövmünün dilində göndərdik ki,
(həqiqətləri)
onlara bəyan etsin. Beləliklə, Allah (ilahi dəlil-sübutu qəbul etməyənlərdən) istədiyini azğınlıqda boşlayır və istədiyini (ilahi dəlil-sübutu qəbul etdikdən sonra, kamilliklərə doğru) hidayət edir. Odur yenilməz qüdrət və (yaradılış və şəriətdə) hikmət sahibi!...
Hud Suresi, 20. Ayet:
Onlar yer üzündə (Allahı) aciz buraxan deyillər. Onların Allahdan başqa sığına biləcəkləri bir yardımçıları da yoxdur. Onlar üçün əzab qat-qat artırılacaq. Çünki onlar
(həqiqətləri)
eşitməyə dözə bilmir, həm də görmürdülər....