Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Kəhf Suresi, 47. Ayet:
O gün (axirət günü) dağları hərəkətə gətirəcəyik (yox edəcəyik) və yer üzünü dümdüz görəcəksən. Onlardan heç kimi kənarda qoymayıb
(hamısını)
bir yerə yığacağıq....
Hud Suresi, 120. Ayet:
(Ya Rəsulum!) Biz peyğəmbərlərin xəbərlərindən (başlarına gələnlərdən) ürəyini möhkəmləndirəcək (qəlbinə qüvvət verəcək) nə varsa,
(hamısını)
sənə nağıl edirik. Bu (surə) sənə haqq, möminlərə isə moizə və öyüd-nəsihət olaraq gəlmişdir!...
Maidə Suresi, 97. Ayet:
Allah Beytülhəram (müqəddəs ev) olan Kəbəni haram ayı (zülhiccəni), (Kəbəyə gətirilən) boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmamış və taxılmış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa
(hamısını)
bilməsini, özü də Allahın hər şeyi (layiqincə) bilən olmasını siz də biləsiniz!...
Maidə Suresi, 99. Ayet:
Peyğəmbərin üzərinə düşən vəzifəsi ancaq (Allahın əmrlərini insanlara) təbliğ etməkdir. Allah üzə çıxartdıqlarınızı və gizlətdiklərinizi
(hamısını)
bilir!...
Ali-İmran Suresi, 29. Ayet:
(Ya Rəsulum!) De: “Ürəklərinizdəkini gizli də saxlasanız, aşkara da çıxartsanız (fərqi yoxdur), Allah onu bilir. Çünki O, göylərdə və yerdə nə varsa
(hamısını)
bilir. Allah hər şeyə qadirdir!...
Nəml Suresi, 49. Ayet:
Onlar öz aralarında Allaha and içib belə dedilər: “Biz gecə ona və ailəsinə (yaxud ona iman gətirənlərə) hücum edib
(hamısını)
öldürəcək, sonra da onun (qanını almaq istəyən) qəyyumuna deyəcəyik ki, biz onun ailəsinin (kimlər tərəfindən) öldürüldüyünü görməmişik (öldürüldüyü yerdə olmamışıq) və biz, həqiqətən, doğru danışırıq!”...
Həcc Suresi, 70. Ayet:
(Ya Rəsulum!) Məgər bilmirsənmi ki, Allah göydə və yerdə nə varsa
(hamısını)
bilir? Həqiqətən, bu, (lövhi-məhfuz deyilən) bir kitabdadır. Şübhəsiz ki, bu (bütün bunları bilmək) Allah üçün asandır!...
Hucurat Suresi, 16. Ayet:
(Ya Peyğəmbər! Bu bədəvilərə) de: “Siz dininizi (həqiqi müsəlman olduğunuzu) Allahamı öyrədirsiniz?” Halbuki Allah göylərdə və yerdə nə varsa,
(hamısını)
bilir. Allah hər şeyi biləndir!...
Mücadilə Suresi, 7. Ayet:
(Ya Peyğəmbər!) Məgər görmürsənmi ki, Allah göylərdə və yerdə nə varsa,
(hamısını)
bilir. Aralarında gizli söhbət gedən üç adamın dördüncüsü, beş adamın altıncısı Odur. Onlar bundan az da, çox da olsalar və harada olsalar, (Allah) yenə də onların yanındadır. Sonra qiyamət günü (Allah) onlara etdikləri əməlləri (bir-bir) xəbər verəcəkdir. Allah hər şeyi biləndir!...
Ənam Suresi, 91. Ayet:
«Allah heç bir bəşərə bir şey (nə bir mələk, nə vəhy, nə kitab və nə də din) nazil etməmişdir» dedikləri zaman Allahı Ona layiq olan tərzdə tanımadılar və vəsf etmədilər. De: «Musanın nur və insanlar üçün hidayət kimi gətirdiyi kitabı kim nazil etmişdir? (Həmin kitab ki,) siz onu (ayrı-ayrı) kağızlarda yerləşdirərək (bir hissəsini camaata) aşkar edir, çoxusunu isə gizlədirsiniz. Sizə sizin və atalarınızın bilmədiyiniz şeylər öyrədildi.» De: «
(Hamısını)
Allah (nazil etmişdir)!» Sonra onları boşla...