Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Nisa Suresi, 89. Ayet:
Onlar sizin də özləri kimi kafir olmağınızı istədilər ki, beləcə (onlarla) eyni olasınız. Ona görə də Allah yolunda hicrət edənə qədər onlardan
(heç
birini) özünüzə dost tutmayın! Əgər üz çevirsələr, onları yaxalayın və harada görsəniz öldürün! Onlardan özünüzə nə dost, nə də köməkçi tutun!...
İsra Suresi, 15. Ayet:
Kim doğru yolu seçərsə, yalnız özünə xeyir verər. Zəlalətə düşən də yalnız özünə zərər verər. Heç bir günahkar başqasının günahını daşımaz. Biz peyğəmbər göndərməmiş
(heç
kəsə) əzab verən deyilik....
İsra Suresi, 20. Ayet:
Hamısına - onlara da, bunlara da (dünyanı istəyənlərə də, axirəti istəyənlərə də) Rəbbinin nemətindən verərik. Rəbbinin neməti
(heç
kimə) qadağan deyildir....
Qələm Suresi, 17. Ayet:
Biz bağ sahiblərini sınadığımız kimi, onları da sınadıq. O zaman onlar (bağ sahibləri) səhər açılanda
(heç
kim görmədən) məhsulu dərəcəklərinə and içmişdilər....
Əraf Suresi, 157. Ayet:
O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula–ümmi
(heç
kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Quranın...
Bəqərə Suresi, 48. Ayet:
Qorxun o gündən ki, (Allahın izni və köməyi olmayınca) heç kəs heç kəsin karına gələ bilməsin
(heç
kəs heç kəsə öz əməlindən bir şey verə bilməsin), heç kəsdən şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanması barəsində xahiş, iltimas) qəbul olunmasın, heç kəsdən (günahlarının təmizlənib əzabdan xilas olması üçün) fidyə (əvəz) alınmasın və onlara (günahkarlara) heç bir kömək göstərilə bilməsin!...
Bəqərə Suresi, 71. Ayet:
(Musa) dedi: “(Rəbbiniz) buyurur ki, o
(heç
kəsə) ram olmayıb boyunduruq götürməyən, tarla sürməyən, əkin suvarmayan, eyibsiz-qüsursuz və ləkəsiz (sapsarı) bir inəkdir”. (Bu zaman) onlar: “İndi işi həqiqətə gətirib çıxartdın”, -dedilər və onu (inəyi tapıb) kəsdilər. Amma az qalmışdı ki, bu işi yerinə yetirməsinlər....
Bəqərə Suresi, 123. Ayet:
Qorxun elə bir gündən ki, (o gün) heç kəs heç kəsin işinə yarıya bilməz
(heç
kəs heç kəs üçün bir şey ödəyə bilməz), heç kəsdən (gördüyü pis işlər müqabilində) əvəz (fidyə) qəbul edilməz, heç kəsin şəfaəti fayda verməz və (Allahın əzabından xilas olmaqda) onlara (günahkarlara) heç bir kömək də göstərilməz!...
Tövbə Suresi, 91. Ayet:
Allaha və Onun Peyğəmbərinə sadiq qalmaq
(heç
bir pisliyə meyl etməmək) şərtilə, acizlərə (qocalara və anadan gəlmə zəiflərə), xəstələrə və (cihad yolunda) sərf etməyə bir şey tapa bilməyənlərə (cihadda öz xərcini təmin etməyə qadir olmayanlara döyüşə getməməkdə) heç bir günah yoxdur. Yaxşı işlər görənləri də (üzrlü səbəbə görə evdə qaldıqda) məzəmmət etməyə heç bir əsas (lüzum) yoxdur. Allah bağışlayandır, rəhm edəndir!...
Hud Suresi, 27. Ayet:
(Nuh) tayfasının kafir əyan-əşrafı dedilər: “Biz səni ancaq özümüz kimi (adi) bir insan sayır, elə ilk baxışda yalnız içimizdəki səfillərin (cütçü, pinəçi, dəmirçi, dərzi və i. a.) sənə uyduğunu görürük. Eyni zamanda sizin bizdən
(heç
bir şeydə) üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik!”...
Ali-İmran Suresi, 97. Ayet:
Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır). Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə
(heç
kəsə) möhtac deyildir!...
Ali-İmran Suresi, 184. Ayet:
(Ya Rəsulum!) Əgər onlar səni yalançı sayarlarsa
(heç
də qəmgin olma)! Çünki səndən əvvəl açıq möcüzələr, səhifələr və nur saçan kitab gətirmiş peyğəmbərləri də yalançı saymışdılar....
Nisa Suresi, 40. Ayet:
Həqiqətən, Allah
(heç
kəsə) zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə, onu (onun savabını) ikiqat artırar və öz tərəfindən də (bu əməlin sahibinə) böyük mükafat verər!...
Nəml Suresi, 75. Ayet:
Göylərdə və yerdə
(heç
kəsin bilmədiyi) elə bir gizli şey yoxdur ki, açıq-aydın Kitabda (lövhi-məhfuzda) olmasın!...
Yusif Suresi, 18. Ayet:
Onlar (Yusifin) köynəyinin üstünə yalandan bir qan (ləkəsi yaxıb) gətirmişdilər. (Yəqub) dedi: “Xeyr
(heç
də dediyiniz kimi deyildir), sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir (çirkin əməlinizi sizə gözəl göstərmişdir). Mənə yalnız gözəl (tükənməz, dözümlü) səbr gərəkdir. Dediklərinizdən (Yusif barəsində dediklərinizin yalan olduğunu sübut etməkdən) ötrü ancaq Allahdan kömək diləmək lazımdır!”...
Rəd Suresi, 18. Ayet:
Rəbbinin dəvətini qəbul edənləri (Allaha və Onun Peyğəmbərinə itaət edənləri) ən gözəl nemət (Cənnət) gözləyir. Rəbbinin dəvətini qəbul etməyənlər isə yer üzündə olan hər şeyə (bütün sərvətə), üstəlik bir qədərinə də malik olsaydılar, onu (Allahın əzabından qurtarmaq üçün) fidyə verərdilər (lakin kafirlərdən heç bir fidyə qəbul olunmaz). Onları çox pis (çətin) bir haqq-hesab gözləyir
(heç
bir günahları bağışlanmaz). Onların məskəni Cəhənnəmdir. O necə də pis yerdir!...
İbrahim Suresi, 8. Ayet:
Musa dedi: “Əgər siz və bütün yer üzündə olanlar nankorluq etsəniz, (bununla Allaha heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah
(heç
kimə, heç nəyə) möhtac deyildir. (O, bütün məxluqatı yaratdığına görə onsuz da öz-özlüyündə hər cür) tərifə (şükrə) layiqdir!”...
İbrahim Suresi, 21. Ayet:
(Qiyamət günü) hamı Allahın hüzurunda peyda olacaqdır. Zəiflər (iman gətirməyə) təkəbbür göstərənlərə (öz başçılarına) deyəcəklər: “Biz sizə tabe idik. İndi Allahın əzabını, azacıq da olsa, bizdən dəf edə bilərsinizmi?” Onlar belə cavab verəcəklər: “Əgər Allah bizə doğru yolu göstərsəydi, biz də sizə göstərərdik. İndi ağlayıb-sızlasaq da, səbr etsək də, fərq etməz (əzabdan xilas ola bilmərik). Bizim üçün heç bir sığınacaq
(heç
bir qurtuluş) yoxdur!...
Hicr Suresi, 4. Ayet:
Biz heç bir məmləkəti
(heç
bir ölkənin əhalisini) əcəli (lövhi-məhfuzda onun üçün müəyyən edilmiş vaxt) gəlib çatmamış məhv etmədik....
Nəhl Suresi, 56. Ayet:
(Müşriklər) onlara verdiyimiz ruzidən heç bir şey bilməyənlərə
(heç
nə anlamayan bütlərə) pay ayırırlar. Allaha and olsun ki, yaxdığınız iftiralara görə sorğu-sual ediləcəksiniz!...
Nəhl Suresi, 74. Ayet:
(Allah qoşduğunuz şərikləri, Onun yaratdıqlarını) Allaha bənzətməyin. Allah
(heç
bir şəriki olmadığını, heç bir məxluqun Ona bənzəmədiyini) bilir, siz isə (bu həqiqəti) bilmirsiniz!...
İsra Suresi, 15. Ayet:
Doğru yol tutan yalnız özünə xeyir, haqq yoldan azan da ancaq özünə zərər edər. Heç bir günahkar başqasının günahını daşımaz. (Hərə öz günahına cavabdehdir). Biz, peyğəmbər göndərməmiş
(heç
bir ümmətə) əzab vermərik!...
İsra Suresi, 75. Ayet:
(Belə olacağı təqdirdə) sənə həyatın və ölümün ikiqat əzabını daddırardıq. Sonra Bizə qarşı özünə bir yardım edən də tapa bilməzsən.
(Heç
kəs səni əzabımızdan qurtara bilməz)....
İsra Suresi, 81. Ayet:
De: “Haqq (islam) gəldi, batil (şirk və küfr) yox oldu. Çünki batil (öz-özlüyündə) yoxluğa
(heç
liyə) məhkumdur!”...
İsra Suresi, 105. Ayet:
Biz (Quranı) haqq olaraq nazil etdik, o da haqq olaraq
(heç
bir dəyişikliyə uğramadan) nazil oldu. Səni də yalnız (möminlərə Cənnətlə) müjdə verən və (kafirləri cəhənnəm əzabı ilə) qorxudan sifəti ilə göndərdik....
Kəhf Suresi, 74. Ayet:
Yenə getdilər, nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda (Xızır) dərhal onu öldürdü. (Musa) dedi: “
(Heç
bir günah iş tutmayan, buna görə də qisasa layiq olmayan) pak (məsum) bir canamı qıydın? Doğrudan da, çox pis bir şey etdin (çox pis bir iş gördün)”....
Məryəm Suresi, 32. Ayet:
O, həmçinin məni anama qarşı olduqca itaətkar (nəvazişkar) etdi,
(heç
kəsə qarşı) zülmkar, asi (dikbaş) eləmədi!...
Nur Suresi, 22. Ayet:
Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrəbaya, miskinlərə və Allah yolunda hicrət edənlərə
(heç
bir şey) verməyəcəklərinə and içməsinlər. (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!...
Şüəra Suresi, 49. Ayet:
(Firon) dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz, çünki o, həqiqətdə sizə sehr öyrətmiş olan böyüyünüzdür.
(Heç
eybi yoxdur. Əzabımın nə olduğunu) sözsüz ki, biləcəksiniz. Mütləq əl-ayağınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm!”...
Şüəra Suresi, 207. Ayet:
Onlara verilmiş olan nemətlər (əzabımızı) onlardan dəf edə bilməz.
(Heç
bir şey onlara veriləcək əzabı geri qaytara bilməz. Əksinə, firavan həyat, bol nemət onların günahlarını, cinayətlərini daha da artırar)....
Səba Suresi, 27. Ayet:
De: “Ona qoşduğunuz şərikləri bir mənə göstərin. Xeyr
(heç
kəs Ona şərik ola bilməz). Yenilməz qüvvət, hikmət sahibi ancaq O (bir olan) Allahdır!”...
Fatir Suresi, 4. Ayet:
Əgər (bu müşriklər) səni təkzib etsələr
(heç
ürəyini sıxma). Səndən əvvəl də peyğəmbərlər təkzib olunmuşdu. Bütün işlər (axırda) ancaq Allaha qayıdacaqdır (qaytarılacaqdır)! (Təkzib edənlərə cəza veriləcək, təkzib olunanlara isə yardım göstəriləcəkdir!)...
Fatir Suresi, 15. Ayet:
Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə
(heç
nəyə, o cümlədən sizin ibadətinizə) möhtac deyildir. O (hər cür) şükrə (tərifə) layiqdir! (Onun bütün işləri bəyəniləndir!)...
Fatir Suresi, 25. Ayet:
Əgər onlar (Məkkə müşrikləri) səni yalançı saysalar
(heç
ürəyini qısma). Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) yalançı hesab etmişdilər. Halbuki peyğəmbərləri onlara açıq-aşkar möcüzələr, səhifələr və (Tövrat, İncil kimi) nurani kitab gətirmişdilər....
Sad Suresi, 22. Ayet:
Onlar Davudun yanına gəldikdə (Davud) onlardan (məbədə qapıdan deyil, divardan aşıb daxil olduqları üçün) qorxdu. Onlar dedilər: “Qorxma, biz bir-birimizə haqsızlıq etmiş iki iddiaçıyıq. Aramızda ədalətlə hökm et, haqqı tapdalama
(heç
birimizin tərəfini saxlama) və bizə doğru yolu göstər!”...
Zümər Suresi, 14. Ayet:
De: “Mən Allaha dinimi (ibadət və itaətimi) yalnız Ona məxsus edərək
(heç
bir şərik qoşmadan) tapınıram!...
Zümər Suresi, 28. Ayet:
Biz (onlara) nöqsansız-qüsursuz
(heç
bir əyri-üyrülüyü, dolaşıqlığı olmayan) ərəbcə bir Quran nazil etdik ki, Allahdan qorxub pis əməllərdən çəkinsinlər....
Mömin Suresi, 16. Ayet:
Elə bir gün ki, onlar (bütün insanlar qəbirlərindən) çıxacaq, onların heç bir şeyi Allahdan gizli qalmayacaqdır. (Allah buyuracaq: ) “Bu gün hökm kimindir?”
(Heç
kəsin qımıldanmağa belə cürəti çatmadığından Allah Özü cavab verəcəkdir:) “Bir olan
(heç
bir şəriki, bənzəri olmayan), (qüdrətilə hər şeyə) qalib olan Allahındır!”...
Mömin Suresi, 50. Ayet:
(Cəhənnəm gözətçiləri) deyəcəklər: “Məgər sizə öz peyğəmbərləriniz açıq-aşkar möcüzələr gətirməmişdilər?” Onlar: “Bəli (gətirmişdilər)!” – deyə cavab verəcəklər. (Cəhənnəm gözətçiləri onlara: ) “Elə isə özünüz dua edin!” – deyəcəklər. Kafirlərin duası isə boş şeydir
(heç
vaxt qəbul olunmaz)....
Mömin Suresi, 65. Ayet:
Əbədi (həmişə diri) olan ancaq Odur. Ondan başqa heç bir tanrı yoxdur. (Allaha) dini yalnız Ona məxsus edərək
(heç
bir şərik qoşmadan) ibadət edin! Aləmlərin Rəbbi olan Allaha həmd olsun!...
Fussilət Suresi, 37. Ayet:
Gecə və gündüz, günəş və ay Onun (vəhdaniyyətinə, qüdrət və əzəmətinə dəlalət edən) əlamətlərindəndir. Günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin! Əgər Ona ibadət edirsinizsə
(heç
bir şərik qoşmadan ibadət edin)!...
Fussilət Suresi, 44. Ayet:
Əgər Biz onu özgə bir dildə olan Quran etsəydik (Məkkə müşrikləri): “Məgər onun ayələri (bizim üçün) müfəssəl izah olunmalı deyildimi?! Bu nədir? (Quran) özgə dildə, (Peyğəmbər isə) ərəbmidir?!” – deyərdilər. (Ya Rəsulum!) De: “O, iman gətirənlərə hidayətdir və (cəhalət xəstəliyinə tutulmuş ürəklərə) şəfadır. İman gətirməyənlərin isə qulaqlarında karlıq (ağırlıq) vardır. O, (Quran) onları kor etmişdir. Onlar (sanki) uzaq bir yerdən çağırılırlar.
(Heç
bir şey eşitməz, heç bir şey anlamazlar)....
Şura Suresi, 51. Ayet:
(Heç
bir bəşər övladına Allahla danışmaq müyəssər olmaz, çünki bəşər övladı olan peyğəmbərlər maddi aləmdə, zaman və məkan daxilində olduqları halda, Allah qeyri-maddidir, zaman və məkan xaricindədir. Allahla onlar arasında minlərlə zülmət və nur pərdəsi vardır. Buna görə də Allahın peyğəmbərlərlə bir yerdə qarşı-qarşıya durub danışması qeyri-mümkündür). Allah bəşər övladı ilə (Musanın anası ilə olduğu kimi) ancaq vəhylə (ilham və röya ilə), yaxud (Musa kimi) pərdə arxasından danışar (Allahın kə...
Duxan Suresi, 41. Ayet:
O gün dostun dosta heç bir faydası olmaz, onlara kömək də edilməz!
(Heç
kəs heç kəsdən Allahın əzabını dəf edə bilməz!)...
Hucurat Suresi, 12. Ayet:
Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi
(heç
bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!...
Qəmər Suresi, 55. Ayet:
(Heç
bir yersiz söhbətə və günaha təhrik olunmayan) haqq məclisində, qadir hökmdarın (Allahın) hüzurunda olacaqlar!...
Mümtahinə Suresi, 6. Ayet:
(Ey möminlər!) And olsun ki, onlar sizin üçün, Allaha və axirət gününə ümid bəsləyənlər üçün gözəl örnəkdir. Kim (kafirlərlə dostluq edib Allahın buyurduğundan) üz döndərsə (bunun zərəri ancaq onun özünə olar). Allah
(heç
nəyə) möhtac deyildir; O, tərifə (şükrə) layiqdir!...
Təğabun Suresi, 11. Ayet:
Allahın izni olmadıqca
(heç
kəsə) heç bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, (Allah) onun qəlbini haqqa doğru yönəldər. (O, dünyada baş verən hər şeyin Allahın əzəli hökmü və izni ilə olduğunu bilər). Allah hər şeyi (keçmişi, indini və gələcəyi) biləndir!...
Taha Suresi, 52. Ayet:
(Musa) belə cavab verdi: “Onlara dair bilik yalnız Rəbbimin dərgahında olan bir kitabdadır (lövhi-məhfuzdadır). Rəbbim
(heç
bir şeydə) xəta etməz və
(heç
bir şeyi) unutmaz!”...
Taha Suresi, 56. Ayet:
Biz, ayələrimizin (dəlillərimizin və möcüzələrimizin) hamısını ona (Firona) göstərdik. Lakin (Firon) onları yalan sayıb
(heç
birini) qəbul etmədi....
Taha Suresi, 71. Ayet:
O (Firon), dedi: “Mən sizə izin verməmişdən əvvəl siz Ona iman gətirdiniz, çünki O, əslində sizə sehr öyrədən böyüyünüzdür.
(Heç
eybi yoxdur). Mən də sizin əl-ayağınızı çarpaz kəsdirib xurma ağaclarının kötüklərindən asacağam. Onda hansımızın (mən Fironun, yoxsa Musanın Allahının) əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!”...
Taha Suresi, 97. Ayet:
(Musa) dedi: “Çıx get burdan. Həyatın boyu (cəza olaraq): “Bir kəs mənə toxunmasın (mən də bir kəsə toxunmayım)!” – deməli olacaqsan.
(Heç
kəs səni dindirməyəcək, süfrəsinə buraxmayacaq, səninlə alış-veriş etməyəcək. Heç kəslə ünsiyyət etməyib tamamilə təcrid olunmuş bir vəziyyətdə yaşayacaqsan. Dəhşət səni bürüyəcək). Hələ səni əsla qaçıb canını qurtara bilməyəcəyin daha bir vədə (qiyamət günü) gözləyir. İndi tapınıb durduğun tanrına (bütünə) bax. Biz onu yandıracaq, sonra da (külünü) dənizə at...
Taha Suresi, 106. Ayet:
Dümdüz (hamar) bir yer edəcək
(heç
bir şey bitməyən qupquru torpaq halına salacaq);...
Əhzab Suresi, 6. Ayet:
Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. (Möminlər peyğəmbəri özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər). Onun övrətləri (möminlərin) analarıdır
(heç
kəs onlarla evlənə bilməz). Qohumlar (bir-birinə vərəsə olmaq baxımından) Allahın Kitabında möminlərdən və mühacirlərdən daha yaxındırlar. Amma (qohum olmayan) dostlarınıza (vəsiyyətlə) bir yaxşılıq edə (bir irs qoya) bilərsiniz. Bu (hökm) kitabda (lövhi-məhfuzda) yazılmışdır. (İslamın ilk dövrlərində si...
Ənbiya Suresi, 100. Ayet:
Onları orada inilti (ah-nalə) gözləyir. Onlar orada
(heç
bir xoş söz) eşitməzlər....
Yasin Suresi, 15. Ayet:
(Antakiyalılar:) “Siz də bizim kimi ancaq adi bir insansınız.
(Heç
bir şeydə bizdən üstün deyilsiniz. Əgər peyğəmbər olsaydınız, mələk qiyafəsində gələrdiniz). Rəhman (sizə) heç bir şey (kitab, möcüzə) nazil etməmişdir. Siz sadəcə olaraq yalan danışırsınız!” – dedilər....
Ənam Suresi, 17. Ayet:
Əgər Allah sənə bir sıxıntı versə, (səni ondan) Allahdan başqa heç kəs qurtara bilməz. Əgər (Allah) sənə bir xeyir yetirsə
(heç
kəs Ona mane ola bilməz). Çünki O, hər şeyə qadirdir!...
Ənam Suresi, 133. Ayet:
Rəbbin heç bir şeyə
(heç
bir bəndənin ibadətinə) möhtac deyildir, mərhəmət sahibidir. İstəsə, sizə başqa bir qövmün nəslindən (zürriyyətindən) gətirdiyi kimi, sizi də məhv edib yerinizə dilədiyini gətirər....
Təhrim Suresi, 6. Ayet:
Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli
(heç
kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)....
Məaric Suresi, 5. Ayet:
(Ya Peyğəmbər! Kafirlərin əziyyətlərinə) mətanətlə
(heç
bir təlaş, narahatlıq keçirmədən) səbr et!...
Müddəssir Suresi, 6. Ayet:
(Etdiyin yaxşılığı) çox bilib başa qalxma!
(Heç
kəsə minnət qoyma!)...
Müddəssir Suresi, 28. Ayet:
O
(heç
kəsi sağ) qoymaz və (salamat) buraxmaz!...
Hümeze Suresi, 4. Ayet:
Xeyr!
(Heç
də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır!...
İxlas Suresi, 1. Ayet:
(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: “(Mənim Rəbbim olan) O Allah birdir
(heç
bir şəriki yoxdur);...
İxlas Suresi, 2. Ayet:
Allah
(heç
kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!)...
Mülk Suresi, 13. Ayet:
(Ey insanlar!) İstər sözünüzü gizli saxlayın, istər açıq deyin
(heç
bir fərqi yoxdur). (Allah) ürəklərdə olanları biləndir!...
Cin Suresi, 12. Ayet:
Biz anladıq ki, yerdə də olsaq, (göyə də) qaçsaq, Allahdan (Allahın əzabından) canımızı qurtara bilmərik
(heç
yerdə, heç zaman Allahı aciz edə bilmərik)....
Cin Suresi, 23. Ayet:
(Mənim əlimdən) Allah dərgahından olanı və Onun göndərdiklərini (Quranı və dini hökmləri) təbliğ etməkdən başqa
(heç
bir şey gəlməz). Allah və Onun Peyğəmbərinə asi olanları cəhənnəm odu gözləyir. Onlar orada həmişəlik qalacaqlar!”...
Bəqərə Suresi, 48. Ayet:
Bir kimsədən digər bir kimsəyə bir şeyin ödənməyəcəyi və ondan
(heç
kimdən) bir şəfaətin qəbul edilməyəcəyi və heç kimdən bir fidyə alınmayacağı və onlara kömək edilməyəcəyi gündən çəkinin....
Bəqərə Suresi, 285. Ayet:
Rəsul Rəbbindən özünə endirilənə iman etdi və möminlər də hamısı Allaha, Onun mələklərinə, kitablarına və rəsullarına iman etdi. ‘Biz Onun rəsulları arasından
(heç
) birini digərindən ayırmarıq’ və ‘eşitdik və itaət etdik! Rəbbimiz, Sənin məğfirətini diləyirik. Dönüş Sənədir (Sənə tərəf yola çıxarıq).’ dedilər....
Ali-İmran Suresi, 97. Ayet:
Orada (Beytullahda) aşkar bəyyinələr, Hz.İbrahimin məqamı vardır. Kim oraya girsə əmin-amanlıqda (təhlükəsizlikdə) olar. Onun yoluna (Həccə getməyə) gücü çatanlara, Allah üçün o Beytin həcc edilməsi insanların üzərinə fərzdir. Kim inkar etsə, artıq şübhəsiz ki, Allah aləmlərdən ğanidir
(heç
bir şeyə möhtac deyil)....
Nisa Suresi, 130. Ayet:
Əgər ayrılsalar, Allah öz genişliyindən (bol nemətindən ruzi və ehsanı ilə) hamısını ehtiyacsız edər
(heç
kəsə möhtac etməz). Allah Vasidir (rəhməti, kərəmi genişdir), Hakimdir (hökm və hikmət sahibidir)....
Nisa Suresi, 131. Ayet:
Göylərdə və yer üzündə olanlar (hər şey) Allahındır və and olsun ki, Biz sizdən əvvəl kitab verilənlərə də, sizlərə də ‘Allaha qarşı təqva sahibi olmalarını’ vəsiyyət etdik (fərz qıldıq). Əgər siz inkar etsəniz belə, şübhəsiz ki, göylərdə və yer üzündə olanlar (hər şey) Allahındır. Allah Ğanidir
(heç
bir şeyə ehtiyacı yoxdur), Həmiddir (tərif və həmdə layiq olandır)....
Maidə Suresi, 42. Ayet:
Yalan danışmaq üçün dinləyənlər, çox haram yeyənlər sonra da (Tövratın hökmünə razı olmayıb) əgər sənin yanına gələrlərsə, o təqdirdə onların arasında hökm ver və ya onlardan üz çevir. Əgər onlardan üz çevirəcək olsan, artıq sənə əsla
(heç
) bir şeylə zərər verə bilməzlər. Əgər aralarında hökm edəcək olsan, o təqdirdə ədalət ilə hökm et. Şübhəsiz ki, Allah ədalətli olanları sevər....
Tövbə Suresi, 84. Ayet:
Onlardan ölən bir kimsənin üzərində namazı əbədi olaraq
(heç
bir zaman) qılma və onun qəbiri başında durma. Çünki onlar Allahı və Onun Rəsulunu inkar etdilər və onlar fasiq olaraq öldülər....
Kəhf Suresi, 42. Ayet:
Beləliklə onun məhsulları məhv edildi. Çardaqları üzərinə yıxılmış halda idi. Orada sərf etdiyi (əmək və pul) üçün əllərini ovuşdurur və ‘Kaş ki, mən Rəbbimə
(heç
) bir şeylə şirk qoşmasaydım.’ deyirdi....
Həcc Suresi, 64. Ayet:
Səmalarda və yer üzündə olan hər şey Onundur. Şübhəsiz ki, Allah mütləq Ğanidir
(heç
bir şeyə ehtiyacı olmayandır), Həmiddir (həmd ediləndir)....
Səcdə Suresi, 17. Ayet:
Artıq heç bir nəfs
(heç
kim) etdiyi əməllərə mükafat olaraq onlar üçün gözaydınlığından nələrin gizlənib saxlandığını bilməz....
Zümər Suresi, 7. Ayet:
Əgər inkar etsəniz, şübhəsiz ki, Allahın sizə ehtiyacı yoxdur. O, qullarının küfrünə razı olmaz. Əgər şükür etsəniz, sizdən razı olar.
(Heç
) bir günahkar digərinin (başqasının) günahını yüklənməz. Sonra dönüşünüz Rəbbinizədir. Beləcə sizə etdiklərinizi xəbər verəcək. Şübhəsiz ki, O, qəlblərdə olanı biləndir....
Mömin Suresi, 16. Ayet:
Onların aşkar olduğu gün! Onlardan
(heç
) bir şey Allahdan gizli qalmaz. O gün mülk kimindir? Tək və Qəhhar olan Allahındır....
Mömin Suresi, 74. Ayet:
Allahdan başqa. (Cəhənnəmdəkilər də) deyərlər ki: ‘Onlar bizdən uzaqlaşdılar. Xeyr, (məgər) biz daha əvvəl
(heç
) bir şeyə tapınmamışıq. Allah kafirləri beləcə dəlalətdə buraxar.’...
Zuxruf Suresi, 39. Ayet:
Bu gün sizə əsla
(heç
bir şey) fayda verməz. Siz zülm etmişdiniz. Şübhəsiz ki, əzabda ortaqsınız....
Nəcm Suresi, 51. Ayet:
Səmudu da həlak etdi. Beləcə
(heç
kimsəni) sağ buraxmadı....
Nəbə Suresi, 37. Ayet:
(Allah) göylərin, yerin və onların arasında olanların Rəhman olan Rəbbidir.
(Heç
kim) ondan bir xitaba malik deyil....
Bəqərə Suresi, 17. Ayet:
Onların məsəli (zülmət gecədə) od qalayan kimsənin məsəlinə bənzər. Alov onun ətrafındakıları işıqlandırdığı zaman Allah onların nurunu aparar, özlərini də
(heç
bir şey) görə bilməyəcəkləri zülmətlər içərisində buraxar....
Bəqərə Suresi, 22. Ayet:
O, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi. Siz də (bunu) bildiyiniz halda
(heç
kəsi) Allaha tay tutmayın....
Bəqərə Suresi, 71. Ayet:
(Musa) dedi: “(Allah) buyurur ki, o, nə yer şumlamağa, nə də əkin suvarmağa ram edilməmiş bir inəkdir. O, sağlamdır və onda
(heç
bir) ləkə-qüsur yoxdur”. Onlar: “İndi sən əsl həqiqəti bildirdin!”– dedilər və onu kəsdilər. Halbuki az qala (bunu) yerinə yetirməyəcəkdilər....
Bəqərə Suresi, 167. Ayet:
Tabe olanlar deyəcəklər: “Əgər bizim üçün (dünyaya) dönüş olsaydı, (indi) onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq!” Beləcə, peşman olsunlar deyə Allah onlara özlərinin əməllərini göstərəcək və onlar
(heç
vaxt Cəhənnəm) odundan çıxa bilməyəcəklər....
Tövbə Suresi, 92. Ayet:
Miniklə təmin edəsən deyə sənin yanına gəldikdə: “Sizin üçün minik tapa bilmirəm”– dediyin zaman (cihad üçün) xərcləməyə bir şey tapa bilmədiklərindən ötrü kədərlənib gözləri dolmuş halda geri dönənlərin də
(heç
bir günahı yoxdur)....
Yunus Suresi, 68. Ayet:
Onlar: “Allah (Özünə )övlad götürmüşdü!”– dedilər. O pakdır, müqəddəsdir! O,
(heç
nəyə) möhtac deyildir. Göylərdə və yerdə nə varsa, Onundur. Buna aid sizdə heç bir dəlil yoxdur. Niyə Allaha qarşı bilmədiklərinizi söyləyirsiniz?...
Ali-İmran Suresi, 167. Ayet:
və münafiqləri bəlli etsin. Onlara: “Gəlin, Allah yolunda döyüşün, yaxud
(heç
olmasa) müdafiədə durun!”– deyildi. Onlar: “Döyüş olacağını bilsəydik sizin ardınızca gedərdik”– dedilər. Onlar o gün imandan çox küfrə yaxın idilər. Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər. Halbuki Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir....
Nisa Suresi, 164. Ayet:
Daha öncə (bir qisim) elçilər barəsində sənə söylədik, (digər) elçilər barəsində isə sənə
(heç
nə )söyləmədik. Və Allah Musa ilə sözlə (vasitəsiz) danışdı....
Ənfal Suresi, 56. Ayet:
Onlar əhd bağladığın kimsələrdir ki, sonra hər dəfə öz əhdlərini pozur və
(heç
nədən) çəkinmirlər....
Rum Suresi, 11. Ayet:
Allah məxluqatı əvvəlcə
(heç
dən) yaradır, (öldürdükdən )sonra onu (yenidən) dirildir. Bundan sonra isə siz Ona qaytarılacaqsınız....
Rum Suresi, 40. Ayet:
Sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da sizi dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan,
(heç
olmazsa,) birini edə bilən varmı? O, pakdır və (müşriklərin) Ona şərik qoşduqlarından ucadır....
İbrahim Suresi, 9. Ayet:
Sizdən əvvəlkilərin – Nuh, Ad və Səmud tayfalarının, onlardan sonrakıların xəbərləri sizə gəlib çatmadımı? Bu haqda Allahdan başqa heç kəs
(heç
nə )bilmir. Elçiləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə əllərini ağızlarının üstünə qoyub dedilər: “Biz sizinlə göndərilənlərə inanmırıq və bizləri dəvət etdiyiniz (tövhid) barəsində şübhə doğuran şəkk içindəyik!”...
İsra Suresi, 15. Ayet:
Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz elçi göndərməmiş
(heç
kəsə) əzab vermirdik....
İsra Suresi, 20. Ayet:
Biz hamıya – onlara da, bunlara da Rəbbinin nemətindən veririk. Rəbbinin neməti
(heç
kəsə) qadağan deyildir....
Məryəm Suresi, 4. Ayet:
demişdi: “Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində
(heç
vaxt) bədbəxt olmamışam....
Möminun Suresi, 115. Ayet:
Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz
(heç
vaxt) Bizə qaytarılmayacaqsınız?”...
Nur Suresi, 22. Ayet:
Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə
(heç
)(bir)(şey) verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir....
Saffat Suresi, 162. Ayet:
(heç
kəsi) (Allaha) qarşı yoldan çıxara bilməzsiniz;...
Fəth Suresi, 23. Ayet:
Allahın əzəldən müəyyənləşdirdiyi qayda belədir. Sən Allahın qoyduğu qaydalarda
(heç
vaxt) bir dəyişiklik tapa bilməzsən....
Hucurat Suresi, 1. Ayet:
Ey iman gətirənlər!
(Heç
bir şeydə )Allahı və Onun Elçisini qabaqlamayın. Allahdan qorxun! Həqiqətən, Allah Eşidəndir, Biləndir....
Nəcm Suresi, 26. Ayet:
Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti Allahın istədiyi və Özünün razı qaldığı kimsələrdən başqa
(heç
kəsə) heç bir fayda verməz....
Təğabun Suresi, 11. Ayet:
Allahın izni olmadan
(heç
kəsə) bir müsibət üz verməz. Hər kəs Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər. Allah hər şeyi bilir....
Qəsəs Suresi, 66. Ayet:
O gün xəbərlər onlardan gizli qalacaqdır. Onlar bir-birindən
(heç
bir şey) soruşa bilməyəcəklər....
Ənbiya Suresi, 100. Ayet:
Onlar orada inildəyəcək və
(heç
nə) eşitməyəcəklər....
Ənam Suresi, 14. Ayet:
De: “Mən göyləri və yeri Yaradan Allahdan başqasınımı dost tutacağam? O, (hamını )yedirir, Özünü isə
(heç
kəs) yedirmir”. De: “Mənə (Allaha) təslim olanların birincisi olmaq əmr edildi”. Odur ki, sən müşriklərdən olma....
Ənam Suresi, 17. Ayet:
Əgər Allah sənə bir zərər vurmaq istəsə, bunun qarşısını Ondan başqa heç kəs ala bilməz. Əgər sənə bir xeyir toxundursa,
(heç
kəs Ona mane ola bilməz). O, hər şeyə qadirdir....
Təhrim Suresi, 6. Ayet:
Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə
(heç
vaxt) asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır....
Qələm Suresi, 49. Ayet:
Əgər Rəbbinin mərhəməti ona yetişməsəydi, o, qınanmış halda
(heç
bir bitki bitməyən) boş yerə atılacaqdı....
Maun Suresi, 3. Ayet:
və
(heç
kəsi) kasıba əl tutmağa sövq etməz....
Haqqə Suresi, 34. Ayet:
və
(heç
kəsi) kasıbı yedirtməyə rəğbətləndirmirdi....
Bəqərə Suresi, 86. Ayet:
Onlar bu dünya həyatını axirətin bahasına almış kəslərdir. Odur ki, (axirətdə) onların əzabı əsla yüngülləşməyəcək və onlara
(heç
bir) kömək də olunmayacaqdır....
Nisa Suresi, 40. Ayet:
Şübhəsiz, Allah
(heç
kəsə) zərrə qədər də zülm etməz və əgər həmin miqdarda yaxşı əməl mövcud olsa onu (onun savabını, yaxud eynini axirətdə) ikiqat artırar və Öz tərəfindən böyük bir savab (mükafat) əta edər....
Nisa Suresi, 129. Ayet:
Siz hər nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında (batini meyllərdə) ədalətə riayət edə bilməzsiniz. Buna görə də
(heç
olmasa, zahiri vəzifələrdə) onların birindən tamamilə üz döndərib onu qeyri-müəyyən şəraitdə (havada) qoymayın. Əgər sülh və barışıq etsəniz və təqvalı olsanız, şübhəsiz Allah həmişə bağışlayan və mehribandır....
Maidə Suresi, 67. Ayet:
Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun
(heç
bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz....
Ənam Suresi, 80. Ayet:
Qövmü onunla (tovhid barəsində) mübahisə və qalmaqala başladı. O dedi: «Allah məni (həm elm, həm də göz yəqinliyinə) hidayət etdiyi halda, siz Mənimlə Onun barəsində mübahisə edirsiniz? Mən Rəbbimin (mənim haqqımda) istəyəcəyi şeydən başqa
(heç
şeydən, o cümlədən) sizin Ona qoşduğunuz şəriklərdən qorxmuram. Allahın elmi hər bir şeyi əhatə etmişdir. Məgər öyüd-nəsihət almırsınız?»...
Ənam Suresi, 149. Ayet:
De: «Beləliklə, yetərli
(heç
kimin rədd etmək qüdrətinə malik olmadığı) dəlil-sübut Allaha məxsusdur və əgər O, (yaradılışda qəti iradə ilə) istəsəydi, sizin hamınızı (məcburi surətdə) hidayət edərdi (lakin Allah, yaradılışda bəşəri nə şirkə, nə də imana məcbur etmişdir. Allah şirki yalnız şəriətdə qadağan edib və şəriət yolu ilə imana dəvət edib və siz bunları qəbul etməlisiniz)....
Hud Suresi, 40. Ayet:
(Nuh və onun qövmü gözləyirdilər.) Nəhayət Bizim əmrimiz (Bizim mələklərə əmrimiz, ya Bizim icrası qəti olan iradəmiz) yetişən və (su) təndir(dən) qaynayan zaman dedik: «O gəmiyə hər bir heyvandan bir cüt (bir erkək və dişi) və həmçinin (həlak olması) barəsində (Bizim əzəli) hökmümüz verilmiş (zövcən və bir oğlun) istisna olmaqla öz ailə (üzvləri)ni və iman gətirənləri mindir». Və onunla (qövmünün) çox az bir qismindən başqa
(heç
kəs) iman gətirməmişdi....
Rəd Suresi, 16. Ayet:
(Müşriklərə) de: «Göylərin və yerin Rəbbi kimdir?» (Sonra özün) de: «Allah!» (Çünki bundan başqa bir cavab yoxdur və onlar inadkarlıq üzündən susurlar. Və onların etiqadlarını inkar etmək və bunun ağıl baxımından qeyri-mümkün olduğunu çatdırmaq məqsədilə) de: «Belə isə, hətta özləri üçün
(heç
) bir xeyir və ziyan qüdrətinə malik olmayan, Ondan qeyrisini yardımçı və başçı götürmüsünüz?! De: «Məgər korla görən birdir? Yaxud zülmətlərlə nur bərabərdir?» Yoxsa Allaha Onun yaratdıqları kimi (bəzi şeyl...
İbrahim Suresi, 22. Ayet:
(Qiyamət günü) iş tamam olduqda(n və cəhənnəmliklər öz yerlərini tutduqdan sonra böyük) Şeytan (və birinci İblis bütün cəhənnəm əhlinə xitab edərək) deyər: «Həqiqətən, Allah sizə haqq vəd verdi (onların hamısı gerçəkləşdi). Və mən sizə vəd verdim və vədimə xilaf çıxdım
(heç
biri həyata keçmədi). Mənim (dünyada) sizin üzərinizdə, sizi dəvət etməkdən başqa heç bir hökmranlığım yox idi və siz (də) mənim dəvətimi qəbul etdiniz. Odur ki, məni məzəmmət etməyin, özünüzü məzəmmət edin. İndi nə mən sizin...
İsra Suresi, 34. Ayet:
Və yetimin malına V gözəl bir tərzdə olan (şəriətin icazə verdiyi və malın və ya onun sahibinin xeyrinə olan) istisna olmaqla l o (yetim), həddi-büluğa çatana (onun cismi və əqli qüvvələri zahir olana) kimi yaxınlaşmayın
(heç
cür toxunmayın). Və əhd-peymanınıza (istər Allahın sizlə olan əhd-peymanı olsun, istər sizin Allahla olan əhd-peymanınız, yaxud sizin özünüzün bir-birinizlə olan əhd-peymanınız) vəfa edin. Həqiqətən (Qiyamət günü) peymandan soruşulacaqdır (peyman sahibindən, ya canlandırıla...
Kəhf Suresi, 22. Ayet:
Tezliklə (sənin qövmünün kafirləri) deyəcəklər: «Onlar üç nəfərdirlər, dördüncüsü itləridir.» Və deyəcəklər: «Beş nəfərdirlər, altıncısı itləridir.» Dəlili olmayan söz! Və deyəcəklər: «Yeddi nəfərdirlər və səkkizincisi itləridir.» De: «Mənim Rəbbim onların sayını daha yaxşı bilir.» Onları(n sayını kitab əhlindən və sənin ümmətindən) az (bir qism) istisna olmaqla
(heç
kəs) bilmir. Buna görə də onların barəsində yalnız (Qur’anın bəyan etdiyi miqdar və çərçivədə) zahiri söhbətlə mübahisə et və onla...
Məryəm Suresi, 7. Ayet:
(Ona xitab etdik ki:) Ey Zəkəriyya, Biz sənə adı Yəhya olan bir oğlanın müjdəsini veririk ki, bundan öncə
(heç
kəsi) ona adaş (və ya insani kamilliklər baxımından ona bənzər) etməmişik....
Məryəm Suresi, 9. Ayet:
(Vəhy mələyi) dedi: «Elədir, (lakin) Rəbbin «bu iş Mənim üçün asandır və həqiqətən səni bundan əvvəl
(heç
) bir şey olmadığın halda yaratdım» buyurmuşdur....
Məryəm Suresi, 67. Ayet:
Məgər (bu) insan onu bundan qabaq həqiqətən
(heç
) bir şey olmadığı halda yaratmağımızı xatırlamır?...
Taha Suresi, 79. Ayet:
Firon öz qövmünü azdırdı və
(heç
bir) haqq yola yönəltmədi....
Taha Suresi, 120. Ayet:
Beləliklə Şeytan ona vəsvəsə edərək dedi: «Ey Adəm! Sənə əbədilik ağacını (əbədi meyvə verən və ya meyvəsi əbədi həyat bəxş edən ağacı) və köhnəlməz
(heç
bir hadisə ilə zəifləməyən və dağılmayan) səltənət yolunu göstərim?»...
Ənbiya Suresi, 23. Ayet:
O (Allah) etdikləri barəsində
(heç
kəs tərəfindən) sorğu-suala tutulmaz və onların hamısı (yaratdıqlarının hamısı Onun qarşısında) sorğu-sual edilərlər....
Həcc Suresi, 40. Ayet:
O kəslər(ə) ki, öz evlərindən haqsız yerə
(heç
bir günahları olmadan) yalnız «bizim Rəbbimiz tək olan Allahdır» dediklərinə görə çıxarılmışlar. Əgər Allah insanların bəzisini digər bəzisi ilə (bütün əsrlərdə kafirləri möminlər vasitəsi ilə dini toplum və məkanlardan) dəf etməsəydi əlbəttə, rahiblərin monastırları, xaçpərəstlərin kilsələri, yəhudilərin məbədləri və müsəlmanların, içərisində çox vaxt Allahın adı zikr edilən məscidləri viran olardı. Allah şübhəsiz, Ona (Onun dininə) yardım edənə ya...
Həcc Suresi, 55. Ayet:
(Qüreyş kafirlərindən) küfr edənlər həmişə (ölüm) saatı qəfil onlara çatana və ya qısır günün
(heç
bir şeyin yenidən yerinə yetirilməsi mümkün olmayan Qiyamət gününün) əzabı onların arxasınca gələnə kimi bunun (Qur’anın və ya sənin peyğəmbərliyinin) barəsində şübhə və tərəddüddə olarlar....
Həcc Suresi, 78. Ayet:
Və Allah (yolun)da Ona layiq tərzdə cihad edin. O, (Qur’an və İslam neməti ilə) sizi seçib və İslam dinində sizin üçün heç bir məşəqqət və dözülməz çətinlik qoymayıb.
(Heç
bir çətin hökm çıxarılmayıb və qarşıya çıxan hər bir çətinliyə bir yol qoyub.) Bu din (özünün əsas və qolları ilə) atanız İbrahimin dini və şəriətidir. (İbrahim Muhəmmədin, Muhəmməd isə İslam ümmətinin atasıdır. Deməli İbrahim müsəlmanların atasıdır.) Sizi əvvəldən (keçmiş peyğəmbərlərin kitablarında) və bunda (bu kitabda) müs...
Nur Suresi, 39. Ayet:
Kafirlərin (ibadət, sədəqə və ixtira kimi) bütün (xeyir) əməlləri hamar yerdəki ilğım kimidir ki, susuz (insan uzaqdan) onu su sayar, nəhayət (gəlib) çatanda onun
(heç
) bir şey olmadığını görər. (Kafirin ölümü onun həmin ilğıma çatmasıdır ki, onda bütün əməllərinin puç olduğunu görər.) Və Allahı yanında görər və O, onun (əməllərinin) hesabını tamamilə ödəyər (Allah onun yaxşılıqlarının ilğıma çevrilməsinə səbəb olan küfrünün və digər günahlarının cəzasını verər). Allah tez haqq-hesab çəkəndir (h...
Furqan Suresi, 7. Ayet:
(Müşriklər) dedilər: «Bu necə peyğəmbərdir ki, yemək yeyir və bazarlarda gəzir?! (Halbuki peyğəmbər mələk olmalıdır.) Nə üçün ona
(heç
olmasa) bir mələk nazil olmur ki, onunla birlikdə (insanları) qorxutsun (və onun peyğəmbərliyini təsdiq etsin)?»...
Şüəra Suresi, 152. Ayet:
«O kəslər ki, yer üzündə fəsad törədər və
(heç
vaxt) islah etməklə məşğul olmazlar»....
Qəsəs Suresi, 41. Ayet:
Biz onları (küfr və tüğyanları ilə gələcək nəsilləri) (Cəhənnəm) od(un)a sarı çağıran rəhbərlər etdik. Qiyamət günü
(heç
bir şəfaət sahibi tərəfindən) onlara kömək edilməyəcək!...
Qəsəs Suresi, 88. Ayet:
Və yeganə olan Allahla yanaşı başqa bir tanrı çağırma, Ondan başqa
(heç
) bir tanrı yoxdur. Yalnız Onun zatından başqa (vücudu mümkün olan) hər şey məhv və puç olmağa məhkumdur. (Çünki O, vücudu vacib olandır, varlıq aləmi üzərində) hakimiyyət (varlıq aləmində olan ən nüfuzlu əmr və bütün ixtilaflarda haqq üzrə hakimlik) Ona məxsusdur. Və (siz) Ona tərəf qaytarılacaqsınız!...
Ənkəbut Suresi, 47. Ayet:
(Keçmiş peyğəmbərlərə necə kitab nazil etmişdiksə) bu kitabı da sənə belə nazil etdik. Beləliklə kitab verdiyimiz kəslər (öz kitablarına diqqət yetirmək və etiqad bəsləməklə) bu kitaba iman gətirirlər. Bunlardan (müşriklərdən də) bəzisi iman gətirir. Bizim ayələrimizi (inadkar) kafirlərdən başqa
(heç
kəs) inkar etmir....
Ənkəbut Suresi, 49. Ayet:
Xeyr, bu Qur’an (İlahi) elm verilmiş kəslərin sinələrində olan açıq-aydın ayələrdir. Bizim ayələrimizi zalımlardan başqa
(heç
kəs) inkar etmir....
Rum Suresi, 52. Ayet:
Şübhəsiz, sən (küfr və inad) ölülər(in)ə
(heç
nəyi) eşitdirə bilməzsən, öz dəvətini arxa çevirib, dönüb gedən karlara yetirə bilməzsən....
Loğman Suresi, 26. Ayet:
Göylərdə və yerdə olanların hamısı Allahın həqiqi mülküdür (çünki, yaratmaq, qorumaq, idarə etmək və axırda fani etmək – hamısı Onun istəyinə tabedir). Həqiqətən, Allah özü
(heç
nəyə) möhtac deyil və ehtiyacsızdır və (zatı, sifətləri və işləri) həmd olunmuşdur(həmd olunmağa layiqdir)....
Əhzab Suresi, 48. Ayet:
Və kafirlərə və münafiqlərə
(heç
bir təklifdə) itaət etmə və (hələlik) onların sənə əziyyətlərinə əhəmiyyət vermə və Allaha təvəkkül et və Allah (bəndələrinin) işlər(in)ə vəkil olması və onları yoluna qoyması kifayət edər....
Fatir Suresi, 15. Ayet:
Ey insanlar, sizin hamınız Allaha möhtacsınız. Allah isə
(heç
kəsə) möhtac deyil. (Onun) sifətləri və işləri öyülmüşdür (O, bəşərin xaliqi, qoruyucusu və ruzi verənidir, beləliklə məxluqlar tamamilə möhtac, O isə əsla möhtac deyil)....
Fatir Suresi, 18. Ayet:
Günah yükü ilə yüklənmiş heç kəs digərinin günah yükünü götürməz
(heç
kəs dünyada başqasının işinə görə cəzalanmaz və axirətdə də onun cəzasını çəkməyə məruz qalmaz). Əgər günahla yüklənmiş bir kəs onun günah yükü(nü daşımaq) üçün başqasını hətta yaxın qohumunu çağırsa, o yükdən heç bir şey daşınmaz. Sən ancaq öz Rəbbindən gizlində qorxan və namaz qılan kəsləri qorxudursan. Və kim (əqidə, əxlaq və əməldə) paklıq axtarsa, ancaq öz xeyrinə paklıq axtarar. Hamının dönüşü Allahadır....
Yasin Suresi, 82. Ayet:
Bir şeyin var olmasını istədiyi zaman Onun (Allahın) əmri və məqamı ona ancaq: «Ol!» – deməkdir. O da dərhal olar
(heç
bir alətdən istifadə etmədən, Allahın məhz iradə və istəyi ilə var olar, sanki, ona «Ol» demiş, o da olmuşdur)....
Mömin Suresi, 17. Ayet:
Bu gün hər bir kəs qazandığı əməllərin müqabilində cəzalandırılacaqdır (və ya əməlinin gerçək təzahürü onun cəzası olacaqdır). Bu gün
(heç
kimdən heç kəsə) zülm olunmaz. Həqiqətən Allah tez haqq-hesab çəkəndir (və bütün insan və cinlərin əməllərinin hesabını çəkmək onun üçün vaxt aparan və çətin bir iş deyildir)....
Mömin Suresi, 49. Ayet:
Od içində olanlar Cəhənnəmin gözətçilərinə deyərlər: «Rəbbinizi çağırın bu əzabı bizdən
(heç
olmasa) bir gün yüngülləşdirsin.»...
Fəth Suresi, 27. Ayet:
Həqiqətən Allah Öz peyğəmbərinin yuxusunu (yuxuda ona dediklərini) haqq olaraq gerçəkləşdirdi ki: Siz Allahın istəyi ilə mütləq təhlükəsiz, başınızı qırxmış, tük və dırnaqlarınızı qısaltmış halda və
(heç
kəsdən) qorxmadan Məscidul-harama daxil olacaqsınız. Beləliklə Allah sizin bilmədiklərinizi (bu vədin gələn ilə aid olmasını və onun təxirə düşməsində bir sıra hikmətlərin olmasını) bildi və ondan qabaq yaxın qələbəni (doğrudan da böyük qələbə olan Hüdeybiyyə sülhünü) qoydu....
Hucurat Suresi, 14. Ayet:
Bədəvilər dedilər: «Biz (səmimi qəlbdən) iman gətirdik.» (Ya Peyğəmbər, onlara) de: «İman gətirməmisiniz. Lakin (zahirdə kəlmeyi-şəhadəti deməklə) «İslamı qəbul etdik» deyin. Çünki iman hələ sizin qəlblərinizə daxil olmayıb. Əgər (əmrlərində) Allaha və (rəhbərlik göstərişlərində) Onun Peyğəmbərinə itaət etsəniz (Allah) sizin əməllərinizdən
(heç
nəyi) əskiltməz. Çünki Allah çox bağışlayan və mehribandır.»...
Qaf Suresi, 4. Ayet:
(Heç
də uzaq deyil! Çünki) şübhəsiz, Biz yerin onların cəmiyyətindən nəyi azaltdığını və (qəbir) torpağın(ın) onların cəsədlərindən nəyi əskiltdiyini (əzəldən) bilirik. Çünki Bizim yanımızda (varlıq aləminin hadisələrini) qoruyan və (hər bir hadisə və dəyişiklikdən) qorunmuş (Lövhi-Məhfuz adlı) bir kitab vardır....
Qaf Suresi, 33. Ayet:
Rəhman olan Allahdan gizlində
(heç
kəsin onu, onun isə axirəti görmədiyi halda) qorxan və tövbəkar və sızıltılı qəlblə (Allahın görüşünə) gələn kəs (üçün)!...
Zariyat Suresi, 41. Ayet:
Həmçinin (Hud peyğəmbərin qövmü) Adda, onlara qısır
(heç
bir xeyiri olmayan və yalnız şər doğan) külək göndərdiyimiz zaman (onların başlarına gələnlərdə Bizim qəzəb və qüdrətimizə dəlalət edən nişanələr vardır.)...
Mücadilə Suresi, 9. Ayet:
Ey iman gətirənlər, bir-birinizlə pıçıldaşdığınız, gizli söhbət etdiyiniz zaman
(heç
olmasa) günah, (hüquqlara) təcavüz və Bizim Rəsulumuza itaətsizlik barədə pıçıldaşmayın. Yaxşılıq və təqva(ya tövsiyə etmək üçün) pıçıldaşın. (Qiyamət günü) hüzuruna toplanacağınız Allahdan qorxun....
Mümtahinə Suresi, 4. Ayet:
Şübhəsiz, İbrahim(in) və onunla birlikdə olanlar(ın rəftarın)da sizin üçün gözəl bir örnək vardır. O zaman onlar öz qövmlər(inin kafirlər)inə demişdilər: «Həqiqətən, biz sizdən və Allahdan başqa ibadət etdiklərinizdən uzağıq. Biz siz(in tanrılarınızı və ayininiz)i təkzib edirik. Və siz yeganə olan Allaha iman gətirməyincə həmişə bizimlə sizin aranızda ədavət və düşmənçilik olacaqdır.» Yalnız İbrahimin atasına (ögey atasına, ya əmisinə): «Mən sənin üçün (Allahdan) bağışlanmaq diləyəcəyəm və mən s...
Haqqə Suresi, 28. Ayet:
«Mənim (dünyadakı) mal-dövlətim
(heç
bir əzabı) məndən dəf etmədi»....
Müddəssir Suresi, 31. Ayet:
Və Biz (Cəhənnəm) odun(un) məmurlarını yalnız mələklərdən etdik. Biz onların sayını ancaq kafirlərin imtahana çəkilməsi üçün (on doqquz) etdik ki, özlərinə kitab verilmiş kəslər (yəhudilər və məsihilər Qur’anın öz kitabları ilə uyğun gəlməsini görüb) yəqinlik hasil etsin, möminlərin imanı daha da artsın, kitab əhli və möminlər şəkk – şübhə etməsinlər, digər tərəfdən də qəlblərində (şəkk) xəstəliyi olanlar və bir də kafirlər desinlər: «Allah bu məsəllə (Cəhənnəm məmurlarının sayını deməklə) nə de...
Qiyamə Suresi, 36. Ayet:
Yoxsa insan elə güman edir ki, başlı - başına buraxılacaq
(heç
bir vəzifəsi və hesabı yoxdur)?...
Maun Suresi, 3. Ayet:
Və
(heç
kimi) yoxsulları yedirtməyə rəğbətləndirməz....
Ali-İmran Suresi, 97. Ayet:
Onda açıq-aydın dəlillər, Məqami-İbrahim var. Oraya kim daxil olsa, amanda olar. O yolu getməyə gücü yetənlərin həcc etməsi Allahın insanlar üzərində bir haqqıdır. Kim inkar edərsə (bu haqqı tanımazsa), şübhə yoxdur ki, Allah bütün aləmlərdən müstəğnidir.
(Heç
kimə möhtac deyildir, hər şey Ona möhtacdır.)...
Nisa Suresi, 40. Ayet:
Şübhəsiz, Allah
(heç
kimə) zərrə qədər zülm etməz. (Edilən) çox kiçik bir yaxşılıq da olsa, onun savabını qatbaqat artırar və öz qatından böyük bir mükafat verər....
Əraf Suresi, 133. Ayet:
Biz də hər biri ayrı-ayrılıqda bir möcüzə olaraq başlarına tufan, çəyirtkə, güvə (həşərat), qurbağalar və qan göndərdik.
(Heç
birindən ibrət almadılar.) Kibrləndilər və günahkar bir qövm oldular....
Ənfal Suresi, 48. Ayet:
Şeytan onlara etdiklərini süslü göstərmiş və: “Bu gün artıq insanlardan sizə qalib gələcək
(heç
kim) yoxdur, mütləq mən də sizə yardımçıyam”, – demişdi. Lakin iki tərəf (savaş meydanında) üz-üzə gəldiyi zaman (şeytan) geri dönüb: “Mən sizdən uzağam. Çünki mən sizin görmədiyiniz şeylər (mələklər) görürəm. Mən Allahdan qorxuram. Allahın cəzası şiddətlidir”, – demişdi....
Yunus Suresi, 98. Ayet:
Firon və əyanlarının özlərinə pislik edəcəyi qorxusu ilə qövmünün yalnız kiçik bir dəstəsi xaric
(heç
kəs) Musaya iman etmədi. Çünki Firon o yerdə müstəbid biri idi. Həqiqətən, o, həddi aşanlardan idi....
İsra Suresi, 20. Ayet:
Rəbbinin lütfündən hər birinə – onlara da, bunlara da verərik. Rəbbinin lütfü
(heç
kimə) qadağan deyil....
Ənbiya Suresi, 24. Ayet:
Yoxsa Ondan başqa ilahlar qəbul etdilər? De ki: “Gətirin dəlilinizi! Bu, mənimlə birlikdə olanların kitabı və bu da məndən əvvəlkilərin kitabı
(Heç
birində birdən artıq ilah olduğuna dair heç bir dəlil yoxdur). Şübhəsiz, onların çoxu haqqı bilməzlər, bu səbəblə də üz döndərərlər”....
Səba Suresi, 27. Ayet:
De ki: “Allaha şərik qoşduqlarınızı mənə göstərin! Xeyr!
(Heç
bir şey Allaha şərik ola bilməz.) Əksinə O, mütləq güc sahibi, hökm və hikmət sahibi Allahdır”....
Mömin Suresi, 49. Ayet:
Atəşdə olanlar cəhənnəm gözətçilərinə: “Rəbbinizə yalvarın,
(heç
olmasa) bir gün bizdən əzabı yüngülləşdirsin”, – deyərlər....
İxlas Suresi, 3. Ayet:
“Ondan uşaq olmamışdır
(Heç
kimin atası deyil). Özü də doğulmamışdır
(Heç
kimin övladı deyil)”....
Bəqərə Suresi, 22. Ayet:
O ki yer üzünü sizin üçün döşəmə, göyü isə tavan etdi, səmadan su endirərək, onunla sizin üçün məhsullardan ruzi yetirdi. Siz də
(heç
nəyi) Allaha tay tutmayın. Axı siz bunu bilirsiniz !...
Nisa Suresi, 12. Ayet:
Əgər onların [ölən qadınların] övladı yoxsa, etdikləri vəsiyyət və ya borc (ödənildikdən) sonra qoyduqları mirasın yarısı sizindir, əgər övladı varsa, onda dörddə biri sizindir. Əgər sizin övladınız yoxdursa, etdiyiniz vəsiyyət və ya borc (ödənildikdən) sonra qoyduğunuz mirasın dörddə biri onlarındır [arvadlarınızındır], övladınız varsa, onda səkkizdə biri onlarındır. Əgər miras qoyan nə övladı, nə də valideyni olan bir kişi və ya qadındırsa və onun anabir tək qardaşı və ya bacısı varsa, etdiyi ...
Nisa Suresi, 148. Ayet:
Allah, zülm olunan kəslər istisna olmaqla,
(heç
kimin) pis sözü açıq deməsini sevmir. Allah hər şeyi eşidəndir, biləndir....
Yunus Suresi, 68. Ayet:
Onlar dedilər: “Allah özünə övlad götürmüşdür.“ Onun şəninə təriflər olsun! Onun
(heç
nəyə) ehtiyacı yoxdur! Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Sizdə bu (iddialarınıza) dair bir dəlil yoxdur. Allah haqqında bilmədiklərinizimi söyləyirsiniz?...
Hud Suresi, 88. Ayet:
O dedi: "Ey camaatım, bir deyin görək, məndə Rəbbimdən aşkar dəlil olduğu və mənə Öz tərəfindən gözəl ruzilər vermiş olduğu halda
(heç
mən Onun sözündən çıxa bilərəmmi?!) Sizə qadağan etdiyim şeylərin əksinə olaraq sizinlə ixtilafda olmaq istəmirəm. Mən bacardığım qədər ancaq islah etmək istəyirəm və (bu işdəki) uğurum yalnız Allahdadır. Odur ki, mən Ona təvəkkül etdim və (hər şeydə) Ona üz tuturam....
Həcc Suresi, 64. Ayet:
Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Həqiqətən, Allah
(heç
kimə, heç nəyə) möhtac deyildir, tərifəlayiqdir....
Saffat Suresi, 162. Ayet:
sizlər Ona qarşı
(heç
kimi) tovlayıb yoldan çıxara bilməzsiniz,...
Mömin Suresi, 47. Ayet:
Budur, onlar od içərisində höcətləşirlər. Gücsüzlər təkəbbürlülərə [öz başçılarına] deyirlər "Axı biz sizin ardınızca gedirdik, siz
(heç
olmasa) odun bir qismin üzərimizdən qaldıra bilərsinizmi?"...
Təğabun Suresi, 11. Ayet:
Allahın izni olmadan
(heç
kimə) bir müsibət üz verməz. Kim Allaha iman gətirərsə, O, onun ürəyini düz yola yönəldər. Axı Allah hər şeyi biləndir!...
Məaric Suresi, 41. Ayet:
onları daha yaxşıları ilə əvəz edək.
(Heç
kim də bu işdə) qabağımızı kəsə bilməz....
İxlas Suresi, 2. Ayet:
Allah
(heç
kimə, heç nəyə) möhtac olmayandır....