Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
İbrahim Suresi, 22. Ayet:
(Haqq-hesab çəkilib) iş bitdiyi zaman şeytan (kafirlərə) deyəcəkdir: “Həqiqətən, Allah sizə haqq olanı vəd vermişdi. Mən də sizə vəd vermişdim, ancaq vədimə xilaf çıxdım. Onsuzda mənim sizə qarşı bir gücüm yoxdu. Mən sadəcə olaraq sizi
(küfrə)
dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Ona görə də məni qınamayın, özünüzü qınayın! Nə mən sizi xilas edə bilərəm, nə də siz məni xilas edə bilərsiniz. Şübhəsiz ki, mən əvvəllər də sizin məni (Allaha) şərik qoşmağınızı inkar etmişdim”. Həqiqətən, zalı...
Nəhl Suresi, 106. Ayet:
Qəlbi imanla dolu olduğu halda
(küfrə)
məcbur edilən istisna olmaqla, kim iman etdikdən sonra Allahı inkar edər və qəlbini küfrə açarsa, onlara Allahdan bir qəzəb gələr. Onlar üçün böyük bir əzab vardır....
Furqan Suresi, 4. Ayet:
Kafir olanlar: “Bu (Quran) onun (Muhəmmədin) uydurmasından başqa bir şey deyildir. Ona bu işdə başqa bir tayfa (yəhudilər) kömək etmişdir!” – deyərək (özləri bu batil iddiaları ilə) zülmə
(küfrə)
və böhtana yuvarlandılar....
Ənam Suresi, 71. Ayet:
De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən bütlərəmi tapınacaq və Allah bizi düzgün yola yönəltdikdən sonra yer üzündə şaşqın dolaşarkən şeytanların azdırdığı adam kimi geriyəmi
(küfrə)
döndəriləcəyik? Halbuki dostları onu: “Bizə tərəf gəl!” – deyərək haqq yola çağırırdılar! De: “Allahın hidayəti (islam dini) doğru yoldur. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmiş,...
Məhəmməd Suresi, 25. Ayet:
Şübhəsiz ki, özlərinə hidayət bəlli olduqdan sonra geri dönənləri şeytan
(küfrə)
sürüklədi. Onları (pis) əməllərə yönəltdi....
Nisa Suresi, 88. Ayet:
Sizə nə oldu ki, münafiqlər barəsində iki dəstəyə (ayrıldınız)? Halbuki Allah onları etdikləri əməllərə görə geriyə
(küfrə)
qaytarmışdır. Siz Allahın azdırdığı kimsəni doğru yola yönəltməkmi istəyirsiniz? Allahın azdırdığı kimsə üçün heç bir yol tapa bilməzsən....
Ənfal Suresi, 19. Ayet:
Əgər (siz kafirlər ədalətli) hökm diləyirsinizsə, artıq sizə hökm gəlmişdir. Əgər
(küfrə)
son qoysanız, bu, sizin üçün xeyirli olar. Yox əgər qayıtsanız (möminlərə qarşı vuruşsanız), Biz də qayıdarıq (sizi yenə məğlub edərik). Dəstəniz nə qədər çox olsa da, (bu) sizi heç bir şeydən qurtara bilməz. Şübhəsiz ki, Allah möminlərlədir....
Ənfal Suresi, 38. Ayet:
Kafir olanlara de ki, əgər
(küfrə)
son qoysalar, olub-keçənlər onlara bağışlanar. Yox, əgər
(küfrə)
qayıtsalar, əvvəlkilərin başına gələn aqibəti gözləsinlər....
Həcc Suresi, 11. Ayet:
İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib
(küfrə)
qayıdar. O (şəxs) dünyanı da itirər, axirəti də. Gerçək zərər də elə budur....
Ali-İmran Suresi, 149. Ayet:
Ey iman edənlər! Əgər siz kafir olanlara tabe olsanız, sizi
(küfrə)
geri döndərərlər, tamamilə ziyana düşərsiniz....
Nisa Suresi, 88. Ayet:
Sizə nə oldu ki, münafiqlər haqqında iki dəstəyə ayrıldınız? Allah onları etdikləri işlərə görə başıaşağı edərək köhnə hallarına
(küfrə)
qaytarmışdır. Allahın zəlalətə düçar etdiyini yola gətirməkmi istəyirsiniz? Allah kimi zəlalətə salarsa, sən onun üçün əsla bir çıxış yolu tapa bilməzsən....
Həcc Suresi, 11. Ayet:
İnsanlardan eləsi də var ki, Allaha yarımçıq ibadət edər. Əgər ona bir xeyir toxunsa, könlü onunla xoşnud olar. Əgər başına bir müsibət gəlsə,
(küfrə)
geri dönər. O, dünyanı da əldən verib, axirəti də. Açıq-aşkar ziyan budur....