Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Fatir Suresi, 28. Ayet:
İnsanlardan, heyvanlardan və davarlardan da bu cür müxtəlif rəngli olanlar vardır. Allahdan qulları arasında yalnız alimlər
(layiqincə)
qorxarlar. Həqiqətən, Allah qüdrətlidir, bağışlayandır....
Maidə Suresi, 97. Ayet:
Allah Beytülhəram (müqəddəs ev) olan Kəbəni haram ayı (zülhiccəni), (Kəbəyə gətirilən) boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmamış və taxılmış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa (hamısını) bilməsini, özü də Allahın hər şeyi
(layiqincə)
bilən olmasını siz də biləsiniz!...
Əhqaf Suresi, 19. Ayet:
Hamının (möminlərin və kafirlərin) etdiyi əməllərə görə (Cənnətdə və Cəhənnəmdə) dərəcələri vardır ki, (qiyamət günü) Allah onlara (dünyadakı) əməllərinin əvəzini
(layiqincə)
versin. Onlara əsla haqsızlıq edilməz....
İsra Suresi, 111. Ayet:
Və de: “Özünə heç bir övlad götürməyən, mülkündə (səltənətində) heç bir şəriki olmayan, zəif (aciz) olmadığı üçün (Ona kömək edəcək) heç bir dosta (hamiyə də) ehtiyacı olmayan Allaha həmd olsun!” Və Allahı
(layiqincə)
uca tut! (Allahı bütün eyib və nöqsanlardan uzaq bilib təqdis et, şəninə təriflər de!)...
Həcc Suresi, 37. Ayet:
Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu
(layiqincə)
uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver!...
Nur Suresi, 39. Ayet:
(Allahın vəhdaniyyətini danan, Quranı yalan hesab edən) kafirlərin əməlləri ucsuz-bucaqsız çöldəki (səhradakı) ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan onu su bilər. Nəhayət, gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu görər. O öz əməlinin yanında ancaq Allahın cəzasını tapar. (Allah da) onun cəzasını
(layiqincə)
verər. Allah tezliklə haqq-hesab çəkəndir....
Nur Suresi, 41. Ayet:
(Ya Rəsulum!) Məgər göylərdə və yerdə olanların (mələklərin, insanların, cinlərin), qanadlarını açıb (qatar-qatar) uçan quşların Allahı təqdis edib şəninə təriflər dediklərini görmürsənmi?! Allah onlardan hər birinin duasını, şükür-sənasını (yaxud onların hər biri öz duasını, şükür-sənasını) bilir. Allah onların nə etdiklərini
(layiqincə)
biləndir!...
Rəhman Suresi, 31. Ayet:
Ey ağır yük (mükəlləfiyyət) altında olanlar (yaxud yerə ağırlıq verən cinlər və insanlar)! Sizinlə də
(layiqincə)
məşğul olacağıq (əməllərinizin haqq-hesabını mütləq çəkəcəyik)....
Məaric Suresi, 34. Ayet:
Və o kəslər ki, namazlarını
(layiqincə)
hifz edərlər-...