Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Qəsəs Suresi, 48. Ayet:
Tərəfimizdən onlara haqq gəldiyi zaman: “Musaya verilənin
(möcüzələrin)
bənzəri ona da verilməli deyildimi?” - dedilər. Bəs daha əvvəl Musaya verilənləri inkar etməmişdilərmi? Onlar: “(Quran və Tövrat) bir-birinə dəstək olan iki sehrdir!” – dedilər. Həmçinin: “Biz hamısını inkar edirik!” - dedilər....
Bəqərə Suresi, 145. Ayet:
Əgər həqiqətən, kitab verilənlərə ayələrin
(möcüzələrin)
hamısını gətirsən (yenə də) sənin qiblənə tabe olmazlar. Sən də onların qibləsinə tabe olacaq deyilsən. Onların bir qismi də digərlərinin qibləsinə uymazlar. Sənə gələn elmdən sonra həqiqətən onların həvalarına uysan, o zaman şübhəsiz ki, sən zalımlardan olarsan....
Ənam Suresi, 158. Ayet:
Yoxsa onlar mələklərin gəlməsinimi yaxud Sənin Rəbbinin gəlməsinimi və ya Sənin Rəbbindən bəzi ayələrin
(möcüzələrin)
gəlməsinimi gözləyirlər? Rəbbindən bəzi ayələrin
(möcüzələrin)
gəldiyi gün daha əvvəl iman etməmişsə (amənu olmamışsa) və ya imanıyla bir xeyir qazanmamışsa, onun imanı özünə bir fayda verməz. De ki: ‘Gözləyin! Şübhəsiz ki, Biz də gözləyənlərik.’...
Bəqərə Suresi, 74. Ayet:
Sonra, onun
(möcüzələrin)
ardınca sizin qəlbləriniz sərtləşdi, daş parçaları kimi və ya ondan da bərk oldu. Çünki (Musanın daşı və bulaqların daşları kimi) bəzi daşlar var ki, onlardan çaylar qaynayır, bəziləri parçalanır və içindən su sızır və bəziləri Allahın (yaradarkən təbiətlərində qoyduğu) qorxusundan (dağlardan) tökülür. (Varlıqların Allahın iradəsindən təsirlənmələri onların fitri qorxu və itaətləridir. Məqsəd budur ki, daşlar təsirlənir, amma onların qəlblərində Allahın iradəsinə təslim...